Qumbaraatan tüfənglər
Добавлено: 23 янв 2018, 00:57
Qumbaraatan tüfənglər -1
(Yazı Azeridefence texnoloji jurnalında dərc olunmuşdur)
Qumbaraatan tüfənglər: özəllikləri və perspektivləri.
Bu tik silah növü əsasən XVII-XVIII əsrlərin tarixinə gedib çıxır.O zamanlar əldə düzəldilmiş qumbaraları muşketlərin lüləsində kustar halda düzəldilmiş qablaşdırmalara yerləşdirirdilər. Bu zaman muşketə doldurulmuş barıtın yanması nəticəsində əmələ gələn barır qazlarının təsirindən qumbaralar atılaraq düşmənə məsafədən tələfar gətirirdilər.
Əsasəmn qumbaraatan tüfənglərin yaranmasına ehtiyac-onların əl gücündən artıq uzaqlığa uca bilməsindən yarandı. Qumbaraatan tüfənglərin ikinci kütləvi istehsalı və tətbiqi Birinci Dünya müharibəsinə təsadüf edildi.Bu zaman mövqe döyüşləri zamanı düşmənin əl atımından uzaqda yerləşən səngərlərinə qumbaraların tullanması zərurəti yarandı. Əsgərlər bunun ücün yaylı katapultlardan istifadə etməyə başladı ki,bu da cox zaman arzuolunmaz nəticələrə gətirib çıxardı. Artıq bu zaman qumbaraatan tüfənglərin istehsalına zərurət yarandı. Lakin sonradan bu tip və lüləyə kemirilərək atılan qumbaraların lüləni korlamasından və bu lülədən güllə atıldıqda güllələrin hədəfdən yayınmasından irəli gələn zərurət,qumbaraların atılması ücün başqa tüfənglərin yaranmasına start verdi.Bu tip qumbaraatanların effektə malik olduğunu artıq anlayan bir cox dövlətlər,belə qumbaraatan silahlar işləyib hazırlamağa başladılar.Və Birinci Dünya Müharibəsinin sonuna kimi orduların moxunda belə qumbaraatan tüfənglər peyda oldu. İkinci Dünya müharibəsi illərində artıq piyada qüvvələrdən əlavə,zirehli texnikaya da bu tip qumbaraatanlar tətbiq olunmağabaşladı.Ən əvvəl tüfəngdən boş güllələrin barıt qazlarının yaratdığı enerji ilə atılan,lüləyə kecirilən və başlığında yandırıcı mayeli şüşələr olan qumbaralardan istifadə olundu. Bundan sonra isə Almanlar özlərinin kumulyativ təsiri olan GG/P 40 qumbaraları ilə tüfənglərdən zirehli texnikaya atəş acmağa başladılar.Müharibədən sonrakı dövr,zirehli texnikaların kütləvi istehsalı dövrü olduğu üçün ,qumbaraatan tüfənglər və yaxud kombinə edilmiş avtomatik silahlar da yaradıldı ki,bu da həmən silahlardan müxtəlif növ qumbaraların atılmasını mümkün etdi.
Müharibədənsonrakı dövrdə bir çox silahlar uzun üfürücü kompensatorla təhciz edildi ki,bu da silahın təpməsini yüngülləşdirmək və lülədən cıxan alovun qarşısını almaqdan əlavə,bu kompensatorlara tüfəng qumbaralarını atmaq ücün istifadə olundu. Bunlardan
Yuqoslaviya istehsallı “Zastava” avtomatının bir neçə modifikasiyası,Belçika istehsallı FN FAL hücum tüfəngləri,İsrailin Galil,Almaniyanın HK G3,ABŞ-ın M16 (G3 və M16 nın bir çox modellərində həm də lüləaltı qumbaraatanlardan da istiadə olunur) avtomatik silahlarıdır ki,istehsalcı bu silahlara qumbaraatmaq kimi funksiya da əlavə etmişdir ki,bunun da sübutu uzun və təmiz səthli lülə ilə izah olunur.
İllər ötdükcə tüfənf tipli qumbaraatanlar da elmi və texniki dəyişikliklərə uğradılar. Bu tip silahların istehsalında dəyişikliklər baş verdi .Həm tüfənglərin özü,həm də qumbaralar böyük nailiyyətlə yenilənməyə məruz qaldılar. Bu zaman artıq tüfənf qumbaraatanları ilə atəş acarkən,boş güllələrdən istifadə prinsipi zəiflədi. Qumbaralar güllə kimi gilizə yerləşdirildi və taəş ücün gilizə yerləşdirilmiş barıt və kapsul istifadə edildi. Qumbaralar da zaman kecdikcə dəyişdi. Müxtəlif hərbi əməliyyatlat zamanı qoyulmuş vəzifədən irəli gələn qumbaralar gündəmə gəldi. Bunlardan : qəlpələnən,qəlpələnən-fuqas,kumulyativ,tüstülənən,səs və gözyaşardıcı,reaktiv və “ağıllı” qumbaraları göstərmək olar.
Əsasən ilkin olaraq tüfəng tipli qumbaraatanların ilkin vəzifəsi: bağlı və acıq sahələrdən ,düşmənin canlı qüvvəsinə,səngərlərinə qəlpəli,yüngül zirehli texnikasına kumulyativ,atıcı silahın tuta bilmədiyi əraziyə asılqan atəşi ilə qəlpəli –fuqas, ərazinin maskalanması ücün tüstülənən ,müxtəlif işarələr vermək üçün siqnal qumbaraları ilə,kütləvi iğtişaşalar zamanı polis qüvvələrinə kütləyə göz yaşardıcı və səs qumbaraları ilə atəş acmaqdan ibarətdir. Bundan əlavə müxtəlif növ yandırıcı və kimyəvi qumbaralar da vardır ki,onların istifadəsi Beynəlxalq konvensiyalarla məhdudlaşdırılır.
Müasir dövrdə qumbaraatan tüfənglər bir cox modernləşdirmə və konstruktiv dəyişmələrə məruz qalmışdır.Böyük silah konsernləri bu tip silahlara daha diqqətli olaraq olnları dəqiq,dağıdıcı və xüsusi təyinatlı silah növünə catdıra bilmişlər.
RAW 20 (Personal Assault Weapon –Xüsusi hücum silahı) 2006 cı ilin payızında güniş kütləyə təqdim olunmuşdur. Gemaco Elbree Pty Ltd şirkətinin məhsulu olan RAW 20 qumbaraatan tüfəngi 20 qumbaralı daraqla təhciz olunub,özüdoldurulan silah növünə aid olaraq piyadaların atəş təminatı ücün nəzərdə tutularaq,tağım və manqalara təhkim edilir.Əsas vəzifəsi: düşmənin piyadalarını (acıq və yüngül sığınacaqlarda ),zirehli olmayan texnikasını,avtomobil ,dayanacaqda duran təyyarə və helikopterlərini yüngül tikililərini məhf etməkdir.
RAW 20 ücün xüsusi olaraq kicik impulslu 20x42mm ölcüdə olan 20mm lik mərmilər hazırlanmışdır ki,bu da silahdan ayaqlar və dəzgahsız hərəkətdə olarkən atəş acmaq mümkündür.Mərminin başlanğıc sürəti 300 m\s –dır. RAW 20 ücün mərmilər 20 mm lik avtomatik topların mərmiləri bazasında yaradılmışdır,hansı ki ,mərmi 42 mm lik halqavari gilizdə oturdulmuşdur.Bu cür döyüş mərmisinin döyüş hissəsinin cəkisi 105 qramdır və başlanğıc sürəti saniniyədə 300 metrdir. Əsas döyüş sursatları : Qəlpələnən fuqas,qəlpələnən yandırıcı,polis əməliyyatları ücün öldürməyən iclikli və təlim prossesləri ücün inert (təlim sursatı) kimi növləridir,bundan əlavə tüfəngdə konstruktiv dəyişiklik etməklə,onu”öldürməyən silah” növünə gətirərək,polis və xüsusi əməliyyatlar ücün də istifadə etmək nəzərə alınıb.
RAW 20 tüfəngi ücün sursatlar DENEL şirkətinin hissəsi plam PMP tərəfindən hazırlanır.Bu silah əsasən atəş zamanı barıt qazlarının vasitəsi ilə geriyə təpən caxmaq vasitəsi ilə avtomatik hərəkətini alır ki,bu da müsir dövrdə əsas avtomatik hərəkət yaradan bir amildir. Atəş rejimi isə “tək” atəş prinsiplidir.Silahın ştat nişangahı yoxdur. Əsasən lülə qutusunun üst tərəfində qoyulmuş Picatinny rail (Pikatini relsi) vasitəsi ilə atəş məsafəsindən asılı olaraq lazer,optik nişangah və böyütmə və yaxınlaşdırma funksiyası olmayan,sadəcə qırmızı tuşlayıcı funksiyalı kollimatorlar qoyula bilər.Atəş uzaqlığı 1000 metr və cəkisi 5.9 kq olan PAW-20 avtomatik qumbaraatan tüfəngi,özünün qatlanan qundağı vasitəsi ilə,qeyri döyüş şəraitində 845 mm dən 785 mm yə qədər qısala bilər.
Abuzər Əbilov(Legion)
Ardı var.