Mülki müdafiə tədbirləri

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2509
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 750 раз
Поблагодарили: 1095 раз

Mülki müdafiə tədbirləri

#1 Сообщение Ifti » 25 ноя 2012, 12:22

Azərbaycanın böyük şəhərlərində əhaliyə əleyhqaz paylanacaq

http://azeridefence.com/news.php?id=7815" onclick="window.open(this.href);return false;

Azərbaycanın böyük şəhərlərində əhalinin əleyhqazlarla təmin edilməsi planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Dünyanın müxtəlif ölkələrində belə bir təcrübə mövcuddur. SSRİ dönəmində Azərbaycanın ən ucqar kəndlərindəki mülki müdafiə məntəqələrində əhaliyə paylanması üçün əleyhqazlar mövcud olsa da müstəqilliyin ilk illərində bu baza dağıdılıb.

“Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən ən müasir əleyhqazlar istehsal olunur. Ölkənin iqtisadi və maddi vəziyyət də belə bir layihəni həyata keçirməyə imkan verir”,- deyə məlumatda bildirilib.

Sözügedən layihəyə nə zaman start veriləcəyi və digər detallar hökumətdə müzakirələrdən sonra bəlli olacaq.

Hökumətdə hazırda bununla bağlı nəzərdən keçirilən təklifdə başlanğıc mərhələdə iri sənaye müəssisələrinin yerləşdiyi yaşayış məntəqələrində əhalinin əleyhqazlarla təmin olunması əksini tapır. Qeyd olunan məsələ mövcud qanunvericilikdə əksini tapsa da bu günədək layihənin həcminin böyük olması, eləcə də maliyyə ilə bağlı məsələlərə görə həllini tapmayıb.

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Nüvə silahı nədir?

#2 Сообщение Oberleytenant » 09 мар 2013, 17:39

Вложения
400px-Operation_Upshot-Knothole_-_Badger_001.jpg
400px-Operation_Upshot-Knothole_-_Badger_001.jpg (22.56 КБ) 18696 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: Nüvə silahı nədir?

#3 Сообщение Oberleytenant » 09 мар 2013, 17:46

İŞIQ ŞÜALANMASI

İşıq şüalanması nüvə partlayışında odlu kürənin buraxdığı görünən ultrabənövşəyi və infraqırmızı şüalanmanın güclü axınıdır. (30 min trotil ekvivalentində nüvə sursatının hava partlayışında işıqlanan sahənin diametri 600-700 m-ə, istilik-nüvə partlayışlarında isə bir neçə kilometrə çatır.)

İşıq şüalanması yaranmasına nüvə partlayışı enerjisinin 30-40%-i sərf olunur. Bu, partlayışın ikinci zədələyici amilidir. İşıq şüalanmasının təsir müddəti nüvə partlayışında 3 san, istilik-nüvə partlayışında 20san qədər davam edir. İşıq şüalanması təsirinin qabiliyyəti, əsasən, işıq impulsunun miqdarı ilə müəyyən olunur. Təsir müddətinin qısa olmasına baxmayaraq, işıq şüalanması insan bədəninin aşıq hissələrində yanıqlar əmələ gətirə, müxtəlif materialları yandıra, kömürləşdirə, əridə, müəyyən məsafələrdə yanğın törədə bilir. 1 milyon ton trotil ekvivalenti nüvə sursatı havada partlayarsa, insan bədəninin açıq hissəsində 19km məsafədə ikinci dərəcəli, orta ağrılı yanıq əmələ gətirir, istinin təsiri isə 120 km-dək hiss olunur. Yerüstü nüvə partlayışında işıq şüalanması təsiri eyni məsafədə havada partlayışdan 1.5-2 dəfə az olur.
Вложения
images.jpg
images.jpg (11.96 КБ) 18696 просмотров
4530.jpg
4530.jpg (62.53 КБ) 18696 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: Nüvə silahı nədir?

#4 Сообщение Oberleytenant » 09 мар 2013, 17:53

Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür
Вложения
243546d.jpg
243546d.jpg (64.99 КБ) 18696 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: Nüvə silahı nədir?

#5 Сообщение Oberleytenant » 09 мар 2013, 17:59

Rəsmən elan olunmuş nüvə dövlətləri

ABŞ – 2009-cu ilin yanvarına olan məlumata görə, ABŞ-ın 5200 nüvə başlığı var. Vaşinqton bundan savayı 2200 strateji, 500 də qeyri-strateji döyüş başlığına malikdir.

RUSİYA – 2008-ci ilin iyuluna olan məlumata görə, Rusiyanın nüvə arsenalı təxminən 4138 strateji nüvə başlığına qədər azaldılıb.

FRANSA – 2008-ci ilin sentyabrına olan məlumata görə, Fransa 300 nüvə başlığına malikdir.

BÖYÜK BRİTANİYA – Bu ölkənin dörd atom sualtı qayığında 200-ə yaxın strateji nüvə başlığı var.

ÇİN – Çinin 400 strateji və taktiki nüvə silahı olduğu güman edilir. Bundan başqa, Çin daha çox nüvə silahı əldə etmək üçün lazım olan materiallara malikdir.

«Nüvə silahı olduğu elan edilmiş» ölkələr

ŞİMALİ KOREYA - Bu ölkə indiyə qədər yalnız bir dəfə - 2006-cı ilin oktyabrında nüvə sınağı keçirib. Uzun danışıqlardan sonra 2008-ci ildə özünün nüvə proqramını başqa dövlətlərə verməyə razılaşıb. Amma ötən ay Şimali Koreya plutonium istehsal edən zavodu yenidən işə salacağını bildirib. Bu maddə silah istehsalında istifadə edilir.

HİNDİSTAN – Hindistan formal olaraq özünü nüvə silahı olan dövlət elan edib. Güman edilir ki, bu ölkə azı 100 nüvə başlığı üçün plutonium istehsal edib. 2007-ci ilin məlumatına görə, bu ölkə 50-60 nüvə başlığına malikdir.

PAKİSTAN – Qeyri-rəsmi məlumatlara görə, Pakistanın atom bombası hazırlamaq üçün təxminən 58-800 kilo zənginləşdirilmiş uranı var. ABŞ Çinin nüvə silahları əldə edilməsində Pakistana yardım etdiyini bildirir. 2007-ci ildə yayılan məlumatlarda Pakistanın 60-a yaxın nüvə başlığı olduğu qeyd edilirdi.

Başqa «elan edilməmiş» nüvə dövlətləri
İSRAİL - İsraildəki Dioma reaktorunun plutonium istehsalı gücünü nəzərə alaraq bu ölkənin təxminən 100-120 müasir bombasının olduğunu demək olar. Amma rəsmi olaraq İsrail Yaxın Şərqdə nüvə silahı nümayiş etdirən ilk dövlət olmayacağını bildirib.

İRAN – Tehranın uran zənginləşdirmə proqramı var. İran rəsmən bildirir ki, həmin bu proqramdan enerji alınması üçün istifadə etməyə və bununla da daha çox neft və qaz satmağa çalışır.
Qərbdə isə hesab edirlər ki, İran əslində bu proqramla atom bombası əldə etmək istəyir. Ona görə də həmin ölkə BMT-nin sanksiyaları altındadır.
Вложения
pic-039.jpg
pic-039.jpg (29.11 КБ) 18694 просмотра

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: Nüvə silahı nədir?

#6 Сообщение Oberleytenant » 09 мар 2013, 18:31

Dünya nüvə silahı proqramları


İşarələr:
Qırmızı – Müvəffqəiyyətli və hələ də davam edən “Nüvə Silahının Yayılmaması Müqaviləsi”nin (“NPT”) qüvvəyə mindiyi 1970-ci ildən əvvəl başlayan nüvə silahı proqramları;
Sarı - “NPT” qüvvəyə minənədək başa çatmış proqramlar;
Göy – Nüvə silahı olduğu ehtimal olunmuş, lakin “NPT”-nin qüvvəyə minməsi ilə ambisiyaları sona çatmış çəkişmələr;
Tünd yaşıl – 1970-ci ildən sonra başa çatmış proqramlar;

1970-ci ildən sonra başlayan proqramlar:
Boz – Müvəffəqiyyət qazanmış və indi də davam edən;
Bənövşəyi – Aktiv şəkildə nüvə silahı axtarışında şübhəli bilinən;
Narıncı – İndi başa çatmış;



Yaşıl – Şübhəli iddialar olub heç bir nüvə silahı proqramı tapılmayan;
Mavi – Nüvə silahını irs alıb indi “NPT”-nin iştirakçısı kimi qeyri-nüvə silahı dövləti olanlar.



Bütövlükdə təxminən 30 dövlət nüvə silahı axtarışındadır və onlardan 10-u buna müvəffəq olub. Bu 10 ölkədən CAR sonda proqramı ləğv etmişdir. İndi də davam edən nüvə silahı proqramlarında müvəffəqiyyət qazanan dövlətlər Böyük Britaniya, Fransa, Çin, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya və Birləşmiş Ştatlardır.

Əlavə olaraq, İran nüvə silahı axtarışında şübhəli bilinir. Liviya əvvəlcə nüvə silahı proqramı aparmaqda şübhəli bilinirdi, 2003-cü ilin dekabrında etiraf etdikdən sonra proqramı ləğv etməyə başlamışdır. İraqın nüvə silahı proqramı indi başa çatmışdır. Cənubi Koreya və Tayvanın üzləşdiyi təhlükəsizlik situasiyası gələcəkdə onların nüvə silahı axtarışı qərarına gələ biləcəkləri ilə bağlı narahatlığı artırır. Əlcəzair yerli hərc-mərcliyə və özünün mülki nüvə obyektlərinin təbiətinə görə bəzən narahatçılığı artırır.

Şübhələr var ki, Suriya da nüvə silahı istehsalına cəhdlər edir, lakin onda heç bir nüvə silahı proqramı tapılmamışdır. 2007-ci il 6 sentyabrda İsrail qırıcıları Suriyada əl-Kibarda bir qurğunu bombalamışdılar. Ərazi cəld şəkildə yeni konstruksiya ilə örtülmüşdür, lakin analizlər göstərir ki, dağılmış bina Yonqbion növündə nüvə reaktoru ola bilər.

Burada təqdim olunmuş informasiya 1970-ci ildə qüvvəyə minmiş “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” (“NPT”) vasitəsilə tarixi dövrlərə ayrılan keçmiş və indiki nüvə silahları proqramları barədədir. Bu tarixə qədər bir-çox Avropa dövlətləri və inkişaf etmiş ölkələr nüvə silahını əldə etmək barədə düşünürdülər. Bəziləri bunları tilmək üçün maliyyə tapmaq məqsədilə konkret addımlar atmışdılar. Az bir qismi bunu 1970-ci ildən sonra etdi. Əlavə olaraq qeyd edək ki, Pakistan istisna olmaqla nüvə silahı əldə etməyə müvəffəq olmuş 9 dövlətin hamısı buna 1970-ci ildən əvvəl başlayıb.

Nüvə silahı axtaran dövlətlərin dəqiq sayını müəyyən etmək çətindir. Ənənəvi olaraq, nüvə silahı proqramları, xüsusən, ilkin dövlərində daha gizli saxlanılır. Bu gizlilik adətən ayrıca bir proqram sona çatanadək davam edir.
Nüvə silahı olan dövlətlər üçün biz təxmini hərbi ehtiyatları və ayrıca plutoniumun və yüksək dərəcədə zənginləşdirilmiş uranın artıq miqdarını müəyyən etmişik. Bu hesabatlar Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (“İSİS”) sənədlərinə əsasən müəyyən olunub. Keçmiş və indiki de fakto nüvə silahı dövlətlərinin (İsrail, Hindistan, Pakistan, Şimali Koreya və CAR) hər birinin parçalanan material ehtiyatlarına əsasən hər ölkənin nüvə rezervində nüvə silahının sayını müəyyən etmişik (bu materiallar haqqında daha geniş məlumat üçün 2004-cü ilin iyunu üçün Qlobal Parçalanan Material Ehtiyatları-na bax).

Burada təqdim etdiyimiz informasiya yüksək dərəcədə ümumiləşdirilmişdir. Nüvə silahı proqramları haqqında çoxlu etibarlı mənbə var, biz onlardan oxucuya maraqlı ola bilənlərdən sitatlar gətirmişik. Buna baxmayaraq, bu arayış heç bir halda qənaətbəxş sayıla bilməz və biz əlavə arayışları yeniləməyi və dövri olaraq dəyişməyi planlaşdırırıq.

Bu cəhdimizə irad və təklifləri xoş qarşılayırıq.

*“İSİS” etiraf edir ki, Travis Nels 2000-ci ilin yayında “İSİS”-də təcrübə keçib və verilən materialların təqdimat saytını dizayn edib. Bu informasiya 2004-cü ilin oktyabrında Kimberli Kremer və Pol Brennan tərəfindən yenilənib.

QEYD:
· Argentinanın nüvə silahı proqramı haqqında heç nə aşkarlanmayıb, lakin şübhə qalır ki, bir proqram mövcuddur.
· Hərbi diktaturası olmuş İspaniya 1960-1970-ci illərdə təhlükəli nüvə obyektlərini inkişaf etdirib. Birləşmiş Ştatlar rəsmiləri 80-ci illərin sonunda bildirmişdilər ki, onlar İspaniyanın nüvə silahı ambisiyalarının və ya proqramının olması barədə şübhəlidirlər.
· Nigeriya və İndoneziya hərdən nüvə silahı niyyəti olan dövlətlər adlandırılırlar, lakin bu iddialar əsaslandırılmadığından bura daxil edilməmişdir.

Zaur Qurban
Вложения
worldmap.png
worldmap.png (82.18 КБ) 18690 просмотров

Аватара пользователя
Montanello
партизан
Сообщения: 228
Зарегистрирован: 06 фев 2012, 02:20

Благодарил (а): 14 раз
Поблагодарили: 35 раз

Re: Nüvə silahı nədir?

#7 Сообщение Montanello » 10 мар 2013, 05:17

Ayə necədə yekə bombadı :shock:

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Nüvə silahı nədir?

#8 Сообщение Oberleytenant » 12 мар 2013, 02:55

ELƏDİR Kİ, VAR. BAŞINIZA DÜŞSƏ TOZUNUZ QALMAZ.
Вложения
36816312_nucl11.jpg
36816312_nucl11.jpg (64 КБ) 18634 просмотра

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Nüvə silahı nədir?

#9 Сообщение Oberleytenant » 16 мар 2013, 00:55

NÜFUZEDİCİ RADİASİYA

Nüvə silahının zədələyici amillərindən biridir. Nüfuzedici radiasiya qamma-şüalanma və neytron axınından ibarətdir ki, bu da nüvə partlayışı zonasında ətraf mühitə yayılır. Neytronların mənbəyi bölünən nüvə və bölünmənin bəzi qəlpələridir; qamma-şüalanma, adətən, nüvənin bölünməsi nəticəsində yaranan qəlpələrin radioaktiv parçalanmasından yaranır. Neytron axınının təsir müddəti saniyənin bir neçə onda biri qədər, qamma-şüalanmanın isə effektli təsiri 10-25 san. davam edir. Nüvə sursatlarının bütün tipləri üçün nüfuzedici radisiya partlayış gücünün azalması və istilik-nüvə əmsalının artması nəticəsində artır. Nüvə partlayışı zamanı nüfuzedici radiasiya çox olduqda onun enerjisinin əsas hissəsi hidrogen izotopları-deyterium və tritiumun iştirakı ilə gedən istilik-nüvə reaksiyası hesabına və ya azgüclü nüvə partlayışı baş verdikdə yaranır.
Böyük keçicilik qabiliyyəti olan nüfuzedici radiasiya canlı qüvvəni partlayış mərkəzindən cox uzaqlarda və sığınacaqda zədələyə bilər. Onun təsiri ilə bioloji toxumalarda ionlaşma baş verir ki, bu ad orqanizmin həyat fəaliyyətini pozur və nəhayət şüa xəstəliyinin inkişafına səbəb olur. İnsanın zədələnmə dərəcəsi qəbul edilən nüfuzedici radiasiyanın şüalanma dozasından asılıdır.
Вложения
images.jpg
images.jpg (14.04 КБ) 18471 просмотр

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Nüvə silahı nədir?

#10 Сообщение Oberleytenant » 16 мар 2013, 00:59

Xirosimada nüvə partlayışı
Вложения
bomb11.jpg
bomb11.jpg (17.1 КБ) 18470 просмотров

Ответить

Вернуться в «Hərbi Hazırlıq»