Azərbaycanda istehsal olunan atıcılıq silahları

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83402
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1708 раз
Поблагодарили: 1191 раз

Re: Azərbaycanda istehsal olunan atıcılıq silahları

#11 Сообщение smersh70 » 22 мар 2019, 20:58

“Grey Wolf” səsboğucuları güc strukturlarının istifadəsinə qəbul edilib – FOTO

“Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan “Grey Wolf” (“Boz Qurd”) markalı silah səsboğucularının ilk nümunələri Azərbaycanın güc strukturları tərəfindən istifadəyə qəbul edilib.
Bu barədə “AzeriDefence”yə “Palladium Defence and Security Solutions” şirkətindən məlumat verilib.
Müxtəlif kalibrli atıcı silahlar üçün hazırlanmış səsboğucular özünün daxili dizaynı və texniki parametrlərinə görə, analoqlarından fərqlənir.

“Palladium Defence and Security Solutions” şirkətinin açıqladığı məlumata görə, 5.56×45, 7.62×39 mm AR-15 tipli avtomatlar və 9×19 mm “Glock” tapançaları, habelə .308 və .338 kalibrli snayper tüfəngləri üçün fərqli modelləri hazırlanmış səsboğucular həm normal, həm də subsonik patronlarla atəş açmağa imkan verir. Tapança səsboğucularının həm rezin içliklə, həm də rezinsiz halda istifadəsi mümkündür. Rezin içlik istifadə olunduqda, subsonik patronlardan atış zamanı səs 35 dB-dən azdır.

“Grey Wolf” səsboğucularının texniki göstəriciləri aşağıdakı kimidir:

Parametrlər 9×19 5.56 .308 .338
Çəkisi/q 235 245 400 440
Uzunluq/mm 220 195 273 280
Diametr/mm 33 34 47 53
Güc strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən sınaqlar zamanı səsboğucuların performansı yüksək dəyərləndirilib. Səsboğucunun .338 kalibrli silahlar üçün nəzərdə tutulan versiyası “Barret MRAD” snayper tüfəngi ilə yoxlanılıb və qoyulan tələblərə tam cavab verib. Səsboğucuların digər üstünlüyü isə onların rahat şəkildə sökülüb yığıla bilməsidir.
Изображение
Изображение

Ответить

Вернуться в «Hərbi Hazırlıq»