QADIN VƏ HƏRBİ QULLUQ

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

QADIN VƏ HƏRBİ QULLUQ

#1 Сообщение Oberleytenant » 01 апр 2013, 02:24

"Zərif” əsgərlər orduda xidmət edə bilərmi?

Bugün bir sıra dünya ölkələrində qadınlar könüllülük əsasında hərbi xidmət keçirlər. Xüsusən İkinci Dünya müharibəsində qadınların ön və arxa cəbhədəki fəallıqları onları sonrakı dövrlərdə hərbi sahədə daha çox təmsil olunmalarına səbəb oldu. Lakin qadınların bu sahədəki marağı heç də XX əsrdən deyil də, daha öncəki dövrlərdən, hətta bəzi mənbələrə görə 4000 il öncədən başlayır. Tariximizin istənilən dövrünü araşdırsaq görərik ki, kifayət qədər hərb işi ilə məşğul olan, xarici düşmənlərə diz çökdürən sərkərdə qadınlarımız olmuşdur. Lakin təəssüf doğurucu məqam odur ki, bu qadınların təbliği aktual deyil. Məhz bu səbəbdəndir ki, bugün qadınların orduda xidmət göstərməsi birmənalı qarşılanmır.

Azərbaycan ordusunda zərif əsgərlər

Azərbaycan illərdir müharibə şəraitində olsa da, qadınların orduda təmsilçiliyi hələ də aşağı səviyyədədir. Qeyri-rəsmi məlumatlara görə hərbi qurum və təşkilatlarda qadınların çəkisi 3% təşkil edir. Xatırladaq ki, Qarabağ savaşı zamanı xeyli sayda Azərbaycan qadını hərbi əməliyyatlarda yaxından iştirak etmiş, hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı. Çox təəssüf ki, Azərbaycanın ali hərbi məktəblərində qızların qəbuluna 1999-cu ildən başlansa da, hazırda burada çox az sayda hərbçi peşəsini seçmiş qadın təhsil alır. Hərbi ekspert Üzeyir Cəfərli ilk olaraq bunu qadınların hərbidə təmsil olunmaları üçün lazımi maarifləndirmə işinin aparılmaması ilə bağlayır: “Bizdə qadın hərbçilər yalnız bayramdan-bayrama yada salınır. Halbuki, qadınların yerinə yetirdikləri hərbi xidmətlərlə bağlı çox istərdik ki, cəmiyyətə mütəmadi məlumat verilsin.”

Araşdırmalardan aydın olur ki, qadınların ordu sıralarında təmsil olunmasına münasibətin bugünkü durumunu əks etdirən məqamlar içərisində hərbi ekspertin qeyd etdiyi kimi maarifləndirmə işinin çox aşağı səviyyədə ya yoxluq dərəcəsində olması da yer alır. Yazıçı-dramaturq, fəlsəfə doktoru,”Erməni sindromu” kitabının müəllifi Aygün Həsənoğlu da bu fikri təsdiqləyir. O qadınların hərbi xidmətə göndərilməsinin Azərbaycan kimi bir ölkədə normal qəbul olunacağına və normal formalaşacağına inamı olmadığını söylədi. Səbəb olaraq isə qadınlara hərbi biliklərin verilməməsi, onların məktəb dövründə hərbi silahlarla rəftarın, tibbi biliklərin, hətta onlara özününümüdafiə döyüş üsullarının öyrədilməməsini və ən başlıca ordu sıralarında qadınların xidmətinə dair maarifləndirmə işinin zəifliyini göstərir.

Şərqli düşüncəsi öz sözünü deyir

Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini məhdudlaşdıran amillər sadalanarkən başlıca olaraq mentalitet də ön sırada yer alır. Aygün Həsənoğlu bunu şərqli düşüncəsi ilə əlaqəli olduğunu söyləyir: “Bugünkü Azərbaycan reallığı əsrlərlə psixologiyamıza yeridilən ərəb mentaliteti ilə formalaşıb. İslam adı altında ərəb düşüncəsi yeridildiyi üçün bugünkü Azərbaycan kişisi qadına münasibətdə bir türk kimi deyil, məhz bir ərəb kimi düşünür.” Qısacası, bugün Avropaya inteqrasiya, gender bərabərliyi və s. kimi məsələlərin aktual olmasına baxmayaraq, şərqli düşüncəsi burada da öz sözünü deyir. Aygün xanım kimi bir çox həmsöhbətlərimlə müzakirə zamanı aydın oldu ki, bugün qadınların bu sahəyə olan marağının aşağı səviyyədə olması və ya maraq olduğu halda məhdudlaşdıran başlıca amil doğurdan da mental qayda-qanunlardır. Ancaq bu qaydalar əslində heç də türkə aid deyil, bunu bizə cəsurluğu, döyüşkənliyi ilə adını türk tarixinə yazdıran qadınlarımız deyir. Bugün ərəb düşüncəsi, ərəb davranışları cəmiyyətin canına elə bir hopmuş ki, qadına qarşı münasibət xüsusən də belə məqamlarda təəssüf ki, dırnaqarası olur. Bu münasibəti gözə almaq isə heç də bir qadın üçün asan iş deyil.

Ölkənin kifayət qədər səfərbərlik resursunun olması, hərbçi qadınlara qarşı hərbçilər və cəmiyyət tərəfindən ikili münasibət, qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə hələ ki lazımi şəraitin olmaması və qanunverici bazada müəyyən boşluqların olması da qadınların hərbidə yaxından iştirakına mane olur.

Müsahiblərimdən biri istedadlı şair Afiq Ağdamlı idi. Onla söhbət zamanı aydın oldu ki, Qarabağlı şairimiz də hərbçi qadınlara qarşı ikili münasibətdən şikayətçidir. “Bizim hərbdə hələ də sovet zehniyyəti hakimdir. Hərbidə olmuşam, yaşananları düşündükcə indiki halda qadınların xidmətə getməsini istəmərəm. Sistem dəyişərsə, qəbul edərəm əlbəttə” deyir.

Bakı Dövlət Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti , görkəmli tarixçi Kərəm Buntürk isə “ Qadınların hərbi xidmətdə olmasına münasibətiniz necədir?” sualını bugün hərbidən yayınma halları kimi məqamları nəzərə alaraq “Doğrudur, sosial-ictimai həyatda tarixən Türklərdə qadınla kişi arasında adətən fərq qoyulmadığı halda, mən istəməzdim ki, bığıburma oğlanlarımız alver edib, mahnı oxuduqları halda ana-bacılarımız onları qorumaq üçün hərbi xidmət keçsinlər.”deyə cavablayır. Doğurdan da bugün ordudan yayınma halları aktualdır və bu kimi olayları araşdırarkən isə qarşımıza ilk çıxan rüşvətxorluq problemi olur, hansı ki, hələ də mövcuddur.

Qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə lazımi şəraitin olmaması da sadalanan amillərə daxildir. Belə ki, Sərhəd Qoşunlarında hərbi xidmətdən yeni qayıtmış zabit Orxan Zakiroğlu da bugün qadınların hərbi xidmət çəkməsini qəbul etmir, bunu isə hərbi hissələrdə olan mühit - dedovşina halları, rüşvətxorluq, oradakı əsgər və yüksək rütbəli zabitlər arasındakı münasibət və şəraitsizliklə bağlayır: “Bugün hərbi xidmət çəkdiyimiz mühit bir xanım üçün heç də layiq deyil.” deyir. Bakı Dövlət Universitetinin tələbələri İntiqam Eloğlu, İlqar Türksoy da söhbət zamanı burada qeyd olunan fikirləri paylaşır və orduda baş verən mənfi halların içərisində xanımları görmək istəmədiklərini, xüsusən də erməni kimi düşməni olan xalqın qadınlarını savaşda iştirakını qəbuledilməz sayır.

Çoxluq qadınları orduda görmək istəmir

Müharibə şəraitində yaşadığımızı nəzərə alsaq, qadınların da heç olmaya müəyyən qədər orduda təmsil olunmaları lazımidır. Çünki sabahın bizə nələr gətirəcəyindən xəbərsizik. Bu fikir daha çox qadınlar tərəfindən səsləndirilir. Lakin keçirdiyim virtual sorğu zamanı aydın oldu ki, çoxluq bunla qətiyyən razı deyil. Nəticələrə görə iştirakçıların 62%-i qadınların orduda xidmət etməsini qəbul etmir, 14%-i şəxsi seçimə buraxır, sadəcə 24% bu məsələyə müsbət yanaşır. Onu da qeyd edim ki, çoxluq içərisinə daxil olan respondentlər səbəb olaraq, savaş zamanı qadın döyüşçülərin əsir düşəcəyi təqdirdə işgəncəyə məruz qalması ehtimalı, qadınların fiziki cəhətdən kişilərdən daha zəif olmaları, hərbi birləşmələrdəki şəraitsizlik və mühit və s.bildirdilər.

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova da müsahibələrindən birində qadınların hərbi xidmətə geniş cəlb olunmasının tərəfdarı olmadığını bildirmişdi: "Şəxsən mən buna müsbət baxmıram. İş ondadır ki, qadınların hərbi mükəlləfiyyət daşımasında çoxlu problemlər yarana bilər. Ən böyük problem qadınların cinsi əlaqəyə təhrik olunması ilə bağlıdır. Azərbaycan qadınının hərbidə özünü nə dərəcədə təhlükəsiz hiss edəcəyi tam aydın deyil. “ Burada xüsusən də hərbçilərlə qadınlar arasında yarana biləcək şəxsi münasibətlərdən dolayı qanun çərçivəsində boşluqların olması, bəzi mental qaydaların varlığı qadınların hər anlamda təhlükəsizliyini sual altında qoyur.

Onlar zərifdir, zəif deyil

Yuxarıda sadalanan məhdudlaşdırıcı amillərə baxmayaraq, bugün qadınların orduda xidmətini dəstəkləyənlər də var. 1991-1993-cü illərdə Xocəvənd istiqamətində vuruşan Azərbaycan milli ordusunun könüllü döyüşçüsü, kəşfiyyatcı Elçin Qəhrəmanova ünvanladığım “Qadınların hərbi xidmət keçməsinə münasibətiniz” sualına o səmimi şəkildə “Niyə olmasın ki, mən qulluq etdiyim hərbi hissədə çox qadın vardı, əlbəttə olar”; cavabını verdi. Keçmiş hərbçi, polkovnik leytenant Məmməd Rəhimov, Müdafiə Nazirliyinin təqaüdçüsü, hərbçi Qaraxan Hacıyev də Elçin bəylə eyni fikirləri paylaşdı. Hətta Qaraxan bəy “Azərbaycan bayrağı” ordenli qəhrəmanımız Qaratel Hacımahmudovanı misal gətirərək Azərbaycan qadınının savaş baş verdiyi halda iştirakını vacib sayır.

Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin təşkil etdiyi snayper kurslarına yazılan və hal-hazırda orada təlim görən jurnalist Jalə Məmmədli də vətənpərvər bir xanım olaraq qadınların hərbidə xidmət etmələrindən yana olduğunu bildirdi: Erməni kimi bir düşməni olan ölkənin qadını müharibəyə getməz deyirlər. Amma bilsinlər ki, türk qadını hər zaman mübarizədədi. O generalları, o qəhrəmanları da qadınlar yetişdirir. Amma bununla belə Vətənimizin keşiyində hər birimiz dayanmalıyıq. Savaş zamanı bizim yaşda yüzlərlə qız, gəlinin namusuna toxunulub, işgəncələr verilib. Qadın olaraq biz də düşməndən qisasımızı almalıyıq. Bu bizim o analar qarşısında borcumuzdu”.

Bu araşdırmanı etmədən öncə “mütləq qadınlar hərbi xidmət keçməlidir” fikrini savunanlar içərisində mən də vardım. Doğrusu fikrimdə dəyişiklik olmasa da, bir xanım kimi indi məni düşündürən suallar çoxdur. Çünki milli məsələlərə romantik düşüncələrlə yanaşmaq bizi sadəcə uçuruma aparar. Burada cəmiyyətin ikili münasibətindən çox hərbi hissələrdəki mühit, yaşanan olaylar insanı dərin düşünməyə vadar edir. Son 1 il ərzində hərbi hissələrdəki intihar, ölüm halları əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu isə oradakı mühitin şəffaf olmasını tamamilə yalanlayır. Lakin dövlət və bununla bağlı qurumlar tərəfindən orduda güclü sistem yaradılarsa, cəmiyyət üçün maarifləndirmə işləri yürüdülər və ən nəhayət tədris mərkəzlərində hərbi biliklər verilərsə, o zaman hər kəs üçün bu daha faydalı ola bilər. Bu sadalananların həyata keçirilməsi isə hərşeydən öncə potensial və real güclü ordu deməkdir. Bax, bu zaman biz “ Müharibəyə hazırıq, döyüş alnımıza yazılıb” ifadələrini qorxmadan ürəklə deyə bilərik. Əks halda bu ifadələr sadəcə dillərdə qalacaq.

NƏRMİN
Вложения
577834_110622282438688_1782340288_n.jpg
577834_110622282438688_1782340288_n.jpg (30.41 КБ) 6308 просмотров
401.jpg
401.jpg (34.54 КБ) 6308 просмотров

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

QADIN VƏ HƏRBİ QULLUQ

#2 Сообщение Oberleytenant » 01 апр 2013, 02:26

Qadınlar da hərbiyə çağırılacaq?

Rusiya Dövlət Dumasında ölkənin qadın vətəndaşlarının öz arzusu ilə orduda müddətli hərbi xidmət keçməsini nəzərdə tutan qanun layihəsi hazırlanır

APA-nın "İzvestiya" qəzetinə istinadən xəbərinə görə, məqsəd Rusiya ordusunda əsgər çatışmazlığı problemini həll etməkdir.

Qanun layihəsinin müəllifləri cinsindən asılı olmayaraq, bütün vətəndaşların hərbi xidmət keçdiyi İsrail ordusunu nümunə göstərirlər.

İsrail Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Anna Ukolova qadınların orduda hərbi xidmət keçməsinin müsbət nəticələr verdiyini bildirib. Lakin o, Rusiya ərazisinin böyük olması səbəbindən qadınların hərbi xidmətə çağırılmasının müsbət nəticələr verəcəyinə inanmır: "İsraili ərazisi kiçik olduğundan, qadınlar hərbi xidmət zamanı heç bir maneə olmadan ailə qayğıları ilə məşğul ola bilərlər. Rusiyada isə hərbi xidməti, bildiyim qədər, evdən uzaqda keçirlər".
Вложения
sekil.php.jpg
sekil.php.jpg (21.06 КБ) 6307 просмотров

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#3 Сообщение Oberleytenant » 01 апр 2013, 02:35

QARABAĞ MÜHARİBƏSİNDƏ QADIN KÖNÜLLÜLƏR
Вложения
qadin-doyushcuu.jpg
qadin-doyushcuu.jpg (29.27 КБ) 6303 просмотра

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

QADIN VƏ HƏRBİ QULLUQ

#4 Сообщение Oberleytenant » 01 апр 2013, 02:57

MƏN OBERLEYTENANTKA ORTA MƏKTƏBDƏ HƏRBİ DƏRSİNİN VURĞUNU OLMUŞAM. BU DƏRSİ COX SEVMİŞƏM VƏ DAİM HƏRBİDƏN YENİ NƏSƏ ÖYRƏNMƏYƏ CAN ATMIŞAM. MƏKTƏBİ BİTİRƏNDƏ YƏNİ 1998Cİ İLDƏ HƏRBİ RƏHBƏRİM MƏNİ HƏRBİ MƏKTƏBƏ OXUMAGİMA GÖNDƏRMƏK İSTƏDİ. MƏN DƏ BUNA COX SEVİNDİM. LAKİN XANIM OLMAĞIM BU ARZUMU GÖZÜMDƏ QOYDU. AMA ONU DEYİMKİ, MƏNİ KİMİ ARZUSU GÖZÜNDƏ QALAN COX XANİMLARIMIZ VAR. BUNA SƏBƏB İSƏ, HƏM CƏMİYYƏTİMİZİN XANİM HƏRBİÇİNİ QƏBUL ETMƏMƏSİ VƏ RESPUBLİKAMIZIN BƏZİ QANUNLARININ BUNA YOL VERMƏMƏSİDİR. BƏZİ ÖLKƏLƏRDƏ, HƏTTA QADIN HÜQUQLARINIZ MƏHDUD OLDUĞU MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ BELƏ QADIN HƏRBÇİLƏRİN SAYI MİNLƏRLƏDİR. BƏS AZƏRBAYCANDA?

ONU DA QEYD EDİM Kİ, 1998Cİ İLDƏ HƏMİN HƏRBİ MƏKTƏBƏ İLK DƏFƏ OLARAQ QADINLARIN QƏBULU BAŞLAMIŞDI.
Вложения
KK.jpg
KK.jpg (26.64 КБ) 6299 просмотров
1.jpg
1.jpg (27.65 КБ) 6299 просмотров

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#5 Сообщение Oberleytenant » 03 апр 2013, 17:33

AFRİKALI HƏRBÇİ QADİN
Вложения
317085_461629110568744_915985408_n.jpg
317085_461629110568744_915985408_n.jpg (44.66 КБ) 6272 просмотра

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#6 Сообщение Oberleytenant » 03 апр 2013, 17:34

Женщины-офицеры Афганской национальной армии на выпускном балу в военном тренировочном центре.
Вложения
251869_461630653901923_1005744094_n.jpg
251869_461630653901923_1005744094_n.jpg (36.7 КБ) 6272 просмотра

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#7 Сообщение Oberleytenant » 03 апр 2013, 17:35

Капитан Эмили Наслунд, командир женской группы захвата, в афганском поселке Систани
Вложения
734677_461630123901976_1848107985_n.jpg
734677_461630123901976_1848107985_n.jpg (30.94 КБ) 6271 просмотр

Аватара пользователя
AYNA73
партизан
Сообщения: 216
Зарегистрирован: 28 янв 2012, 14:20

Благодарил (а): 10 раз
Поблагодарили: 18 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#8 Сообщение AYNA73 » 08 апр 2013, 01:09

Глюк
Последний раз редактировалось AYNA73 08 апр 2013, 01:11, всего редактировалось 1 раз.

Аватара пользователя
AYNA73
партизан
Сообщения: 216
Зарегистрирован: 28 янв 2012, 14:20

Благодарил (а): 10 раз
Поблагодарили: 18 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#9 Сообщение AYNA73 » 08 апр 2013, 01:11

http://vesti.az/news/150561" onclick="window.open(this.href);return false;Изображение

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: QADIN VƏ HƏRBİ QULLUQ

#10 Сообщение mirotvores70 » 08 апр 2013, 01:41

AYNA73 писал(а):http://vesti.az/news/150561Изображение

Камаля Гахраманова
В декабре 1992 года она оказалась на полигоне Сейфали, где готовилась группировка 2-го корпуса, в добровольческом батальоне подполковника Ильгара Алиева. Кстати, в добровольческом батальоне она возглавляла взвод связи. В январе 1993 года, после подготовки, была направлена в Агдам, где дважды принимала участие в штурме Фарруха в составе этого батальона. В апреле 1993 года была переведена в в/ч N 701, которая в то время вела тяжелые бои на Муровдаге. В том же месяце была зачислена в разведроту 701-й бригады. В январе-феврале 1994 года в составе разведроты участвовала во второй наступательной кампании по освобождению Кельбаджара. Кроме того, в составе разведроты выдвигалась в глубокий тыл врага в Кельбаджаре, где провела не одну успешную операцию, в частности, участвовала в операции по уничтожению поста противника, в минировании моста в селе Гамышлы, в выявлении скрытых позиций противника и его скопление в захваченных населенных пункт

Изображение
Знаю я ее.В Агдаме видел.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi Hazırlıq»