Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 25 май 2017, 19:25

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 9 сообщений ] 
Автор Сообщение
 Заголовок сообщения: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 14 июл 2012, 20:34 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 21 фев 2012, 17:16
Сообщения: 1489
İran-Azərbaycan münasibətlərində son dövrlər İranın təşəbbüsü ilə yaranmağa başlayan gərginlik çox güman ki, Azərbaycanın bu vəziyyətdə özünü nеcə aparacağını müəyyən еtmək üçün atılmış addım idi.

Azərbaycana ciddi təzyiq göstərmək və öz gеo-siyasi maraqlarını təmin еtmək istəyən İran qonşu Türkmənistan və Еrmənistan vasitəsi ilə rеgionda vəziyyəti süni şəkildə kəskinləşdirərək, hakimiyyətin və Azərbaycan cəmiyyətinin rеaksiyasını öyrənmək istədi.

İstər cəbhədəki nominal atəşkəsin ciddi şəkildə pozulmasına çalışan Еrmənistan, istər Xəzər dənizindəki məlum nеft yatağı ilə bağlı Azərbaycanla razılaşdırılmamış addımlar atan Türkmənistanın bəzi dairələri İranın xarici siyasətində əlaltı qismində çıxış еdərək, Rеspublikamıza əlavə qayğılar yaratmağa təşəbbüs göstərdilər.

Azərbaycan cəmiyyəti sosial şəbəkələr, KİV vasitəsi ilə, hakimiyyət isə diplomatik kanallar vasitəsi ilə İranın əsassız, lüzumsuz və özünün əlеyhinə işləyən hərəkətlərinin dayandırılmasını tələb еtdilər.

Cəbhədə olan gərginlik Еrmənistanın özünə yaxşı hеç nə vеrmədi, düşmən əsgərlərinin bir qismi məhv еdildi, bəziləri yaralandı və bəzi istiqamətlərdə bizim mövqеlərin irəliləməsi baş vеrdi. Həmin mövqеlərin məsafədən asılı olmayaraq irəliləməsi halı əsgərlərdə və zabitlərdə ruh yüksəkliyi yaratdı, əsgərlər, kiçik komandir hеyəti və zabitlər şəxsi hеyətin və onlara təhkim olunmuş silahların rеal döyüş imkanlarını sınaqdan kеçirdilər.

Allah şəhidlərimizə Cənnət nəsib еtsin. Onlar səngəri düşmənə təhvil vеrmədilər və sonadək vuruşdular. Cəbhədəki atəşkəs rеjiminin pozulması öz-özlüyündə Еrmənistana, həmçinin İrana hеç nə vеrmədi.

Türkmənistan ciddi təpki ilə üzləşdikdən, Azərbaycanın gеri çəkilməyəcəyini və maraqlarını hеç kimə güzəştə gеtməyəcəyini anladıqdan və qərbdən gələn mеsajlardan sonra, lüzumsuz hərəkətlərini dayandırdı. KİV-də olan məlumatlara görə, «Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası» adlı 2 cildlik nəşrin Azərbaycan dilində çap еdilməsinə görə bu ölkənin Bakıdakı Səfiri, cənab Toylı Komеkovun XİN-ə ünvanladığı təşəkkür məktubu yaranmış vəziyyətin yumşaldılması üçün diplomatik jеstdir.

İran Azərbaycan şairlərini qanunsuz olaraq həbs еtməklə və sair əsassız iddialar irəli sürməklə geo-siyasi niyyətinə nail olmaq istəsə də, gözlədiyinin əksinə olaraq vеrilən təpkilər daha sərt şəkil aldı.

İstər hakimiyyət, istərsə də Cəmiyyət öz təsir imkanları vasitəsi ilə İran hakimiyyətinə hökümət və xalqın mövqeyini çatdırdılar. Bu arada ATV telekanalı Cənubi Azərbaycan haqqında hazırladığı verilişi tamaşaçılara nümayiş etdirdi, KİV ümumilikdə gənc şairlərin taleyini diqqət mərkəzində saxladı. Həmçinin ziyalılar (cənab Çingiz Abdullayevin timsalında) öz fikirlərini bildirdilər.

İran hakimiyyətinə Azərbaycanın hеç kimin yanında «gözükölgəli» olmadığı və gеri çəkilməyəcəyi, əksinə öz təhlükəsizliyinin təmin еdilməsi üçün gərəkli addımlar atacağı nümayiş еtdirildi. İranın nəzərinə bir daha çatdırıldı ki, bizə qarşı onların mövqeyinin nədən ibarət olmasından asılı olmayaraq, İran Azərbaycan tərəfdən zərbə altına salınmayacaq.

APA-nın vеrdiyi məlumata görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, cənab Əli Həsənov jurnalistlərlə görüşündə İranda həbs olunmuş azərbaycanlı şairlərin tezliklə azadlığa buraxılacağını düşündüyünü bildirmişdir.
Cənab Əli Həsənovun hakimiyyətin rəsmi mövqеyini ictimaiyyətin nəzərinə çatdırmasını nəzərə alsaq, İran hakimiyyətinin gərginliyin azaldılması yönündə hansısa addımları atmaq istəyinin olmasını güman еtmək olar.

İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçının Azərbaycana səfəri, həmçinin Azərbaycan Rеspublikasının Prеzidеnti, cənab İlham Əliyеvin İrana dəvət еdilməsi İran səbəbli gərginləşmiş münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüslərin İran tərəfdən gəlməsinə sübutdur və yaxınlarda bu məsələlərin öz həllini tapacağını güman еtməyə kifayət qədər əsas var.

İfti.
Изображение


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 05 сен 2012, 21:59 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 21 фев 2012, 17:16
Сообщения: 1489
Post-skriptum:
***
Göründüyü kimi, İran mövcud vəziyyətin kritik nöqtədən uzaqlaşdırılması üçün düzgün diplomatik addımlar atmağa başlayıb. Şairlərimizin üzərindən əsassız ittihamların götürülməsi ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına münbit şərait yaradır. İran bununla, qonşusu olan Azərbaycanla iqtisadi-mədəni-siyasi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirdi. Çox güman ki, İran tərəfi gələcəkdə münasibətləri korlayacaq addımlar atmayacaq. Bu isə özü-özlüyündə müsbət haldır.

Hörmətlə, İfti.


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 06 сен 2012, 00:46 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 11 фев 2012, 06:54
Сообщения: 450
Ifti писал(а):
Post-skriptum:
***
Göründüyü kimi, İran mövcud vəziyyətin kritik nöqtədən uzaqlaşdırılması üçün düzgün diplomatik addımlar atmağa başlayıb. Şairlərimizin üzərindən əsassız ittihamların götürülməsi ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına münbit şərait yaradır. İran bununla, qonşusu olan Azərbaycanla iqtisadi-mədəni-siyasi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirdi. Çox güman ki, İran tərəfi gələcəkdə münasibətləri korlayacaq addımlar atmayacaq. Bu isə özü-özlüyündə müsbət haldır.

Hörmətlə, İfti.


"Uzaq qohumdan yaxın qonşu yaxşıdır " İranın indiki vəziyyətində Azərbaycanla iqdisadi - siyasi münasibətləri yaxşılaşdırmaq bizdən çox onlara lazımdır .... "Qorxu cənnətdən gəlib" ;)
Belədə isə Amerika heç vaxt İrana hücüm etməyəcək .Etsə idi çoxdan edərdi .İslam ingilabının ilk illərində. Gəlib atom silahına malık olduqdan sonra yox.

İranla yaxınlıq avropalıların ürəyincə olmayacaq , üstəlik İsrail + diaspora buna qarşı qısqanclıq göstərəcək... :?:

_________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 06 сен 2012, 01:29 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 21 фев 2012, 17:16
Сообщения: 1489
SAPAND писал(а):
1 - "Uzaq qohumdan yaxın qonşu yaxşıdır " İranın indiki vəziyyətində Azərbaycanla iqdisadi - siyasi münasibətləri yaxşılaşdırmaq bizdən çox onlara lazımdır .... "Qorxu cənnətdən gəlib" ;)
2 - Belədə isə Amerika heç vaxt İrana hücüm etməyəcək .Etsə idi çoxdan edərdi .İslam ingilabının ilk illərində. Gəlib atom silahına malık olduqdan sonra yox.
3 - İranla yaxınlıq avropalıların ürəyincə olmayacaq , üstəlik İsrail + diaspora buna qarşı qısqanclıq göstərəcək... :?:


1. Bəli, İran arxa cəbhədə özünə problem yaratmamalıdır. Burada da problem yaratsa - tam izolyasiya olunacaq.
2. Nüvə silahını ruslar və s. onlara vərməsə, mənimsəmələrinə hələ çox qalıb. Nüvə iyi gələn kimi tomoqavkların uçacağına şübhə etmirəm. İran siyasi dəyişiklik edib, qərbpərəst siyasət aparacaq. Ona görə yox ki, amerikalıların İrana girməsindən qorxurlar. Ona görə ki, İranın parçalanmasını istəmirlər. İran parçalandısa, kitabı bağlandı.
3. Baxır hansı tərəfdən baxırıq. Türklər bir ara bizim vasitəmizlə (iqtisadı maraqlar) Yunanlarla normal təmas qura bildilər. Avropa və İsrail də bizim vasitəmizlə İranla təmas imkanları saxlamamış deyillər. Necə deyərlər, o tərəfdən topla-tüfənglə danışırlar, bu tərəfdən dolayı və rahat yolla siyasi dildə. Onlar biz deyilik, hər situasiyadan gəlir əldə etməyi bacarırlar və çevik siyasət aparırılar. Biz də yavaş-yavaş təcrübə qazanırıq.

Söz üstünə söz qoymuram, fikirlərimi bölüşdüm. Hörmətlə.


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 06 сен 2012, 19:17 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 11 фев 2012, 06:54
Сообщения: 450
[hidden]İran kəşfiyyatından qorxulu sənəd - İFLAS[/hidden]


İran kəşfiyyatı ölkənin iqtisadi durumu ilə bağlı məruzə hazırlayaraq, prezident Əhmədinejada təqdim edib.

Lent.az-ın “Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, məruzə müəllifləri İran hakimiyyətini ölkədəki iqtisadi durumun fəlakət həddinə çatdığı barədə xəbərdar ediblər.

Məruzədə göstərilir ki, yaxın üç ay ərzində büdcə kəsiri elə bir həddə çatacaq ki, dövlət qulluqçularına əməkhaqqı verilməsi mümkün olmayacaq, bu isə sosial narazılıqlara gətirib çıxaracaq.

İranın valyuta ehtiyatları isə yaxın 6 ay ərzində faktiki tükənəcək. Ölkənin iri zavod və fabrikləri xarici bazarlara çıxışı məhdud olduğundan dərin böhran yaşayacaq. Bu müəssisələrin bir çoxu iflas olacaq.

Məruzədə daha sonra göstərilir ki, ölkədə inflyasiyanın həddi 40 faizə çatıb. Ət və ət məhsulları, süd və bir çox ərzaq mallarının qiyməti 80 faiz artıb.

Avropanın İrana qoyduğu embarqo ucbatından bu ölkə hər gün 133 milyon dollar itirir.

:think:

_________________
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 23 ноя 2016, 00:12 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2963
Откуда: Баку
"Rusiya pulu olmayan Ermənistana köhnə silahlarını sırıyır" — Hərbi ekspert

Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

Bunu ABŞ-ın “Bloomberg” agentliyi apardığı araşdırmaya əsasən yazıb.

Regionda silahlanma yarışı gedir. Ermənistan ”İsgəndər" raket kompleksləri, Azərbaycan da İsraildən “kamikadze” PUA-ları alıb. Bundan əlavə Azərbaycan Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Silahlanma xüsusən də aprel döyüşlərindən sonra daha da artıb.

Son zamanlar Azərbaycan və Ermənistan tərəfi irimiqyaslı təlimlər də keçirdilər. Ermənistan prezidenti Sərkisyan verdiyi sonuncu müsahibəsində bildirib ki, onlar silahlanmada Azərbaycandan çox geridə qalırlar. Ümumiyyətlə bir çox ekspertlər bildirir ki, iki tərəf arasında hər an müharibə başlaya bilər.

Azərbaycan və Ermənistanın silahlanması barədə hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-a danışıb:

"Əlbəttə ki, "Sülh istəyirsənsə, savaşa hazır ol" prinsipinə əməl etməlisən. Qafqaz regionunda Ermənistanın öz qonşularına qarşı apardığı düşmənçilik siyasəti, onunla rəftarda güc nümayiş etdirməyə vadar edir. Heç gizlin deyil ki, Ermənistan regionda tək Azərbaycana yox, həm də Gürcüstana ərarazi iddiaları ilə çıxış edir. Bu baxımdan Azərbaycanın düşdüyü hal, onu savaş texnologiyası ilə zəngin və müasir olmağa məcbur edir. Bu zaman "bir addım öndə" prinsipi ilə hərəkət edən Azərbaycan dünyanın keyfiyyətli, dəqiq və son texnolojili silah istehsalçılarına üz tutmağa məcburdur.

Heç kimə gizli deyil ki, regionda silah inhisarını ələ almağa çalışan Rusiya heç də yuxarıda göstərilən keyfiyyətlərə malik deyil. Bunun üçün Azərbaycan da İsrail, Pakistan, Türkiyə, Ukrayna və sair kimi dövlətlərin hərbi sənayesinə müraciət edir. Bəzi müxalifyönümlü ekspertlər 22 milyard qarşısında orduda olan texnikanın bu məbləğə cavab vermədiyini vurğulayırlar. Lakin gəlin baxaq, birinci növbədə aprel döyüşlərinə qədər dünyanın son savaş texnikasına aid olan HAROP (HARPİ) zərbə PUA-larına Azərbaycanın da malik olduğunu heç kim bilmirdi. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan heç də hər zaman aldığı texnikanı açıq sərgiləmir. İkinci aspektdə alınan texnikanın "yalnız" olaraq hesablanmasıdır, yəni hərbi texnika avtomobil deyil ki, onu hansısa bir avtomobil servisində təmir etmək mümkün olsun. Belə ki hər texnika üçün əlavə olaraq ehtiyat hissələri, texniki xidmət materialları və təmir avadanlıqlarının alınması vacibdir. Hələ bura texnikaya qulluq edəcək personalın da təhsil və tədris xərcləri daxildir. Üçüncü aspektdə sursatlardır. Hamıya böyük müasir texnikalar, raket qurğuları, HHM kompleksləri qürur təsiri bağışlayır. Lakin bu texnikalar atəş vasitələrini, çörəkbişirən qurğular kimi istehsal etmir. Hər birinin sursatı ayrıca alınır. Bu da "ağıllı sursatlar" olduğu üçün çox böyük məbləğ tələb edir. Hərb elmindən məlumatı olan insanlar anlayır ki, hər silahın "ehtiyat döyüş sursatı" olmalıdır ki, bu da aparılacaq müharibənin proqnozlaşdırılacaq anlamında böyük sərfiyyatıdır. Belə sursatları savaş günü baxımında hesablasaq, bu 100 milyonlarla ölçülən bir rəqəmdir. Hələ bundan əlavə şəxsi heyətin təlimlərində, döyüş atışlarında sərf oluna biləcək sursatların da qiyməti vardır. Bundan əlavə Azərbaycan coğrafi baxımdan hər tərəfdən dost ölkələrlə sərhədlənməyib. Məhz İran və Rusiyanın ikili standartlarla münasibəti də ölkəni daha gücülü olmağa məcbur edir. Ermənistan isə bu savaş yarışmasında hər zaman geriləməyə məcburdur. Ölkənin tənəzzülə getdiyi və dünya iqtisadiyyatında tənəzzül olduğu dövrdə, Rus "dəmiri"nə təxmini 5 milyard yatırmaqdansa, qonşularla mehriban münasibət qurub, ərazi iddialarından əl çəkib regional iqtisadi projelərdə və müştərək iqtisadi proqramlarda iştirak etsəydi daha yaxşı olardı. Çünki Ermənistan özü də yaxşı bilir ki, stabil siyasi kursu olmadığından Rusiya heç zaman ona müasir və "ağıllı" silahlar bəxş etməyəcək.

Rusiyanın özündə də iqtisadi tənəzzül var, ona görə də "konservləşdirilmiş anbarlardakı" texnikanı "axşam bazarı" prinsipi ilə, Ermənistan kimi siyasi iradəsi olmayan dövlətlərə sırımaqdadır. "İskəndər" OTRK lar isə keçən dəfə dediyim kimi blefdir. Onu atan Ermənistanın həmin gün acınacaqlı sonu olacaq. Bundan əlavə də Azərbaycan artıq Ukraynanın, "İsgəndərlərə" dəyərli cavabı olan "Qrom-2" layihəsində iştirak edir. Yaxın günlərdə bunun da şahidi olacağıq".

http://www.olke.az/dunya-6/rusiya-pulu- ... pert-73311

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 23 ноя 2016, 00:13 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2963
Откуда: Баку
"İskəndər"lərə qarşı Azərbaycanda daha müasir raket kompleksləri mövcuddur — Hərbi ekspert

Sərkisyan "İskəndər" raket kompleksinin Ermənistan ərazisində yerləşdirilməsinə münasibət bildirib.

Ermənistan prezidenti bildirib ki, "İskəndər" kompleksinin yerləşdirilməsi regionda stabilliyi saxlamaq üçün nəzərdə tutulub.

Bundan əlavə Sərkisyan deyib ki, bölgədə hərbi vəziyyəti balanslaşdırmaq üçün hansısa vasitədən istifadə etmək lazımdır. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən müasir silahlara yiyələnib. Bizim Azərbaycan kimi maliyyə imkanlarımız yoxdur. Amma vəziyyəti balanslaşdırmaq üçün yollar axtarırıq. Ümid edirəm ki, "İskəndər" raket kompleksi bu vəziyyətdə balans üçün yaxşı vasitədir.

Bu məsələlərə hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-a verdiyi açıqlamasında aydınlıq gətirib:

"Əvvəlcə deyim ki, bu Ermənistan prezidentinin birinci və axırıncı sərsəmləməsi deyil. Əgər Ermənistan adekvat dövlətdirsə və regionda stabil təhlükəsizliyə və iqtisadi inkişafa nail olmaq istəyirsə, bu zaman o, öz qonşuları ilə mehriban münasibət qurmalı və başqa dövlətlərə qarşı Rusiyanın dəstəyi ilə ərazi iddialarından əl cəkməlidir. İkincisinə qalanda Ermənistan özünün dediyinə baxmadan, bu gün Qafqaz regionunda müstəqilliyini və dövlət maraqlarını itirmiş yeganə dövlətdir ki, millli sərvətlərindən başqa, milli qürurunu da itirib. Bu dövlətin iqtisadiyyatından tutmuş, hərbi qüvvələrinə kimi, başqa dövlətin, yəni, Rusiyanın inhisarındadır. Bu baxımdan da Sərkisyanın çıxışı, Padşah yanında ucuz "vassal" siması kimi qiymətləndirilir.

"İskəndər" raket komplekslərinə qalanda isə, bunu şişirdib nüvə və digər dünya dağıdan silah növlərinə qaynaqlayaraq, ondan böyük bəla imici yaratmaq da lazım deyil. Əvvəla Ermənistana pay verilmiş bu raketlərdən istifadə məhduddur. Yəni bu silah məhz Ermənistan ərazisindən atılmalıdır ki, bu da məhz Ermənistanın münaqişə tərəfi olduğuna tam sübut olar. Başqa halda isə Ermənistan, münaqişədə özünün yox, Qarabağ ermənilərinin iştirakını və burada qurulmuş qondarma respublikanın münaqişə tərəfi olduğunu iddia edir. Məhz bu raketlərdən istifadə, Ermənistanı cox acınacaqlı hala sala bilər. Çünki atəş zamanı 1-2 yaxud bir neçə belə raket atılarsa, bu Azərbaycanın hansısa bir regionunda şəhərin hansısa bir hissəsində dağıntı və tələfatlara gətirib çıxarar və şəhəri yer üzündən silə bilməz. Lakin bunun cavabı cox acınacaqlı olar. Bu zaman artıq Azərbaycan əlində olan dağıdıcı həcmcə heç də kiçik olmayan raket kompleksləri vasitəsi ilə iki tərəfdən, Tovuz-Qazax və Naxçıvan tərəfdən Ermənistana zərbələr endirəcəkdir. Bu zaman artıq Rusiyanın da və hətta KTMT-nin də bu savaşa qatıla bilməyəcəyi labüddür. Çünki bildiyimiz kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir çox üzvlərinin Ermənistana münasibəti neqativdir və bu zaman Ermənistan savaş başlamış dövlət kimi qınanacaqdır. Bundan əlavə "İskəndər" kimi raketlərə əks olaraq Azərbaycanda artıq müasir komplekslər mövcuddur. Ermənistan istəsə də, istəməsə də silahlanma yarışında geriləməlidir. Çünki əsasən iqtisadi baxımdan Rusiyadan asılı olduğundan, bu zaman o ancaq Rusiya silahı almalı olacaqdır. Rusiya isə zaman-zaman müasir texnologiyada geriləməyə məcbur olmuş silahlarla bu dövləti təmin edəcək. Azərbaycanın isə aparıcı və ən müasir texnologiyalı silah istehsalçısı olan dövlətlərlə yaxşı əlaqələri var".

http://www.olke.az/siyaset-1/iskender-l ... pert-72877

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 26 фев 2017, 16:12 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 62103
Məni susdurmağa calışdınız. Susmadım,susmayacam da.
Bu gündən PA ya müraciət edəcəm.Cünki bu daha belə davam edə bilməz. Mənim kimi ciddi,ağlı başında olan,Dövlət sirrini qorumağı bacaran,hərbci kimi dəqiq informasiya yayan,düşmənin informasiyası ilə mübarizə aparan,daxili sabitliyə xələl gətirən məlumatlara yetərli,ayıq və sərt cavab verənlər az deyil.
Lakin bu parakəndə partizanlıq da yetərli deyil. Az öncə informasiya müharibəsi haqqında yazım və problemə baxışım,bir cox insan və vəzifəli şəxslərin müsbət rəyini qazansa belə,qalan hissənin xoşuna gəlmədi.
Barmaq silkələyənlər də oldu. Nəticə isə özünü göstərdi.
Bəli son iki günün reallığı cılpaqcasına göstərdi ki,bizdə informasiya müharibəsi sıfır dərəcədədir.
Kicik auditoriyaya hesablanan videolar,termal kamera cəkilişləri-yalnız kicik auditoriyada”hurrey,yaşşa,vur,əla,qeşşey” cığırtısından başqa hec nə deyil.
Düşmən tam olaraq özünün ən mənfur silahını”informasiya” silahını işə salaraq,icimizə 1000 lərlə yanlış məlumat soxuşdurdu və ölkə əhalisinə məlumat qarışıq şaiyə toxumunu səpdi. RAZM .İNFO saytının adicə Xətai Baxışova aid yazısı kicik bir nümunədir. Bu onu göstərdi ki,daxildə bulvar saytlarının buraxdığı “quşu”,xaricdə göydə tutanlar var. Və onların tutma qabliyyəti,bizim buraxma qabliyyətimizdən cox yüksəkdir. Mən dedim.
Mən hec.
Gözünüzdə avara,sarsaq,deyingən,özündən molla və sonda başına qapaz salına biləcək ola bilərəm-o zaman siz ağıllı,bacarıqlı,tədbirli və dahi olduğunuzu göstərin. İşə kecin. Dünən rəsmi məlumatda “itgilərimiz var” anlayışı nə idi?
Və bu frazadan bir coxu “ərazi”,bir coxu isə “ coxlu ölü və yaralı” anlamına gəldi.
Yəni mənə ağıl verənlər,məndən ağıllılar bu yanlışlığın nə qədər təhlükəli olduğuna varmadılıarmı?.
Bir də itgilərin sayı və kimliyi niyə bu qədər uzanmalı idi ki?
Sadəcə “bu saata qədər olan itgilərimiz:Filankəsov filankəs” deyə yazmaq olmazdımı.
O zonada xidmət kecənlərin 1000 lərlə nigaran,gözü yaşlı ,qəlbi qan ana və bacılarını düşündünüzmü? Düşündünüzmü ki ,bu “caydaq informasıyadan” biri 10,biri 50,biri 100 itgimiz var deyə şaiyə yarandı? Düşündünüzmü ki,bu günlərdə nəqqədər sarsaq informasiya və məlumat soxuşduruldu millətə.
Bəs deyirdiniz biz “informasiya müharibəsinə hazırıq”??
Bilirsinizmi cənablar ,mən sizə Erməni məlumat maşınını başa saldım.vəziyyətdən cıxış yolu göstərdim,NATO qoşunlarının bu sahədə apardığı işlər və “informasiya müharibəsi komandanlığının hissələri və iş prinsipləri “haqqında şəxsən sizin qızıli poqonlarınıza xatir tərcümə edib qoyaram.Amma kəndyoli bir nümunə də deyim sizə. Cox kicik bir məbləğə və resursa. 20-30 noutbuk alırsınız,illik internet xərcini ödəyirsiniz,5-3 manat da həvəslənmək ücün maaş ayırırsız və ciddi,ağıllı,ixtisaslı ehtiyatda olan zabitlərdən bir toplum yaradırsınız.
O zaman baxın,düşmənin anasını gündə 15 dəfə əks təbliğatnan doğdururlar ya yox.
Bu bizim dildə desək,ən sadə yoldur.
Daha böyük yolunu da yaxın gündə acıqlayacam.Amma bilirəm,alınan deyil. Bunun ücün icdən gələn bir yanğı,bir həvəs bir təpər olmalıdır. Eybi yox. Təkiflərim cox,real olaraq problemin cözülməsi haqda ciddi fikirlərim var. Siz qəbul etməyin. Dediyim kimi ,internet üzrə 3 nəfərdən geri qalsam belə,5 nəfərdən irəliyəm. President. Az saytını da yaxşı tanıyıram və PA elektron məktub göndərməyi də cox gözəl bacarıram. Edəcəm bunu.
Və cox gözəl bilirəm ki,bəzilərindən fərqli olaraq,orada mənə vaxt ayırıb,dinləyən və real nəticə cıxaran olacaq. Sizə isə can sağlığı.
P.S. xahiş edirəm real təklif olmasa məni hec yerə cağırmayın.Hec kimi vurqulamadım burada,inciməli də hec nə yoxdur.
Sadəcə hərdən insan gərək hec olmasa özü ücün təkrar eləsin: Vətən Sağ Olsun-o zaman icin titrdəsisə,deməli bizim adamsan.
Hörmətlə.admin hərbi xəbərlər p-k l-t Abuzər Əbilov


Вернуться к началу
 Заголовок сообщения: Re: Forum istifadəçilərinin təhlilləri.
СообщениеДобавлено: 05 апр 2017, 11:42 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 62103
Sarqsyan, digər keçmiş sovet respublikalarında olduğu kimi, inzibati resursunun hesabına seçkiləri udaraq, hakimiyətdə qaldı. Erməni seçicisi azərbaycanlı seçicidən çox fərqlənmir. Qarabağın həlli məsələsi Sarqsyan partiyasının qələbəsində düşündüyümüz qədər rol oynamasa da, aydındır ki, münaqişənin nizamlanmasında ermənilərin 1998-ci ildən apardıqları siyasətdə dəyişiklik olmayacaq. Əksinə, proqnozlaşdırıldığı kimi, parlament sisteminə keçidlə Sarqsyan əlavə manevr imkanları qazandı.
Изображение
Regiondakı vəziyəti də nəzərə alsaq, Qarabağ məsələsinin istər sülh yolu, istər hərb yolu ilə həlli daha da çətinləşdi. Azərbaycan hakimiyətini Qarabağı həll etmədiyinə görə, əlbəttə, tənqid və ittiham etmək olar. Xüsusən, bu, kiminsə işinə yarayırsa. Ancaq səmimi olsaq, belə şəraitdə ən demokratik hakimiyət üçün Qarabağın həlli eyni ilə çətin olardı. Mövcud hakimiyəti müdafiə kimi anlaşılmasın. Hakimiyəti bir çox şeylərə görə haqlı tənqid etmək olar. Ancaq Qarabağa görə tənqid və ittihamlar aşkar demaqogiyadır. Kimsə desə ki, onun Qarabağ strategiyası var, ortaya qoysun. Ancaq burada erməniləri də nəzərə alsın. Bütün dünya ermənilərin arxasından çəkilsə belə(hansı ki, belə olmayacaq), erməni bir qarış torpağı döyüşsüz verməyəcək. Ona görə Qarabağ strategiyası mütləq özünə müharibə elementini daxil etməlidir. Qarabağın yalnız hərbi həlli var. Bu həlli bilən danışsın. Bilməyən, ağlaşla başımızı ağratmasın. Hakimiyətlə hesabın varsa, korrupsiyadan, səhiyədəki, təhsildəki biabırçılıqdan danış, aclıq və səfalətdən danış. Mən də qoşulum sənə. Hərbi həllin yoxdursa, Qarabağı siyasi şuar etmə. Qarabağ əvvəldən siyasi demaqogiya, populizm və hakimiyət ehtiraslarının qurbanı olmuşdu.

Назим Байрам


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 9 сообщений ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB