Russia & Azerbaijan

Автор
Сообщение
Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Russia & Azerbaijan

#11 Сообщение SAPAND » 06 сен 2013, 22:32

Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#12 Сообщение smersh70 » 27 сен 2018, 23:31

Oberleytenant писал(а):Rusiya Azərbaycanın ən yaxın müttəfiqi olmalidir. Həm hərbi sahədə, həm də siyasi.
Putin: Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq
Azərbaycan Prezidenti kimi mən də bu gün belə mötəbər auditoriyaya bir neçə kəlmə demək imkanımız olduğu üçün məmnunluğumu ifadə etmək istəyirəm. Doqquzuncu regionlararası forum əslində onu göstərir ki, biz bütün bu illər ərzində nəinki hədər vaxt itirməmişik, biz fəal işləmişik, həm də bütün istiqamətlərdə. Bu da öz nəticələrini verir.

Oxu.Az xəbər verir ki, bunu Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib:

“Mən bəzi məsələləri təkrar edəcəyəm, bəzilərini əlavə olaraq xatırladacağam. Amma hər halda bu salonda həm elm, həm yaradıcı ziyalılar, həm biznes nümayəndələri, həm siyasətçilər toplaşıblar və bütün bunlar birlikdə yüksəlişə doğru yaxşı nəticələr verir. Qeyd edim ki, regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin mühüm tərkib hissəsidir. Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir. Burada liderlər, sözsüz ki, Moskva vilayəti, Sankt-Peterburqdur, amma təkcə onlar yox, həm də Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləri.

Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq. Azərbaycan Prezidentinin indicə haqqında dediyi bu yaxınlardakı Soçi danışıqlarının gedişində, sözsüz ki, bizim dövlətlərarası əlaqələrimizin gələcək quruculuğu üçün əlavə normativ baza yaradan bir sıra sənədlər, razılaşmalar imzaladıq”.
Изображение
Putin qeyd edib ki, indi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir:

“Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir. Təkcə ötən il bu şura ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəkləyib. Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər.

Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir.

Biz maşınqayırma sahəsində kooperasiyanın dərinləşdirilməsi üçün yaxşı imkanlar görürük. Bu barədə də artıq bu gün danışılıb. “KamAZ” işləməyə başlayıb. Orada artıq texniki yığım və avtomobillərə xidmət həyata keçirilir. “Avtovaz” “Lada” avtomobillərinin satışı üzrə Azərbaycanın bütün regionlarında geniş pərakəndə şəbəkə yaradıb. Respublikada 40-dan çox şöbə yaradılıb.

Öz növbəsində Azərbaycandan olan sərmayədarlar Rusiyada kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Onların arasında, məsələn, Nijeqorod vilayətində istixana kompleksidir. Sərmayələrin həcmi milyard rubldan artıq təşkil edir. Eləcə də Krasnodar diyarında ərzaq məhsulları buraxılışı üzrə birgə müəssisəni misal çəkə bilərəm”.
Изображение
Rusiya prezidenti bildirib ki, 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artıb:

“Bu, yarım milyard dollarlıq ümumi həcmdir. Bizim tərəfdaşlarımız bu sahəyə yüksək maraq göstərirlər. 30-dan çox Azərbaycan şirkətinin sentyabrın 17-dən 20-dək Moskvada Beynəlxalq Ərzaq Sərgisində iştirakı buna sübutdur. Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirirlər. Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması davam edir. Bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu miqyaslı, həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində ölkələrimizin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.

Xəzər dənizinin statusu haqqında Konvensiya da bizim dövlətlərimiz arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sözsüz ki, bu, irəliyə doğru gedən qərardır. Sözsüz, orada hamının işləməsi, tammiqyaslı implementasiyaya nail olmaq üçün çox iş görmək lazımdır. Amma artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza yaradır.

Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində”.

Putin həmçinin qeyd edib ki, turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir:

“Yeri gəlmişkən, Azərbaycan sahibkarlarının sayəsində Yessentukidə sanitar-kurort mərkəzi inşa edilib. Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Həmçinin Xəzərdə birgə dəniz kruiz səyahətlərini inkişaf etdirməyi planlaşdırırıq.

Əlbəttə, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Azərbaycan Prezidenti bu barədə indicə danışdı. İndicə səsləndiyi kimi, Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Elmi və tələbə mübadilələri genişlənir.

Rostovun Nəqliyyat Yolları Universiteti, Həştərxan Universiteti azərbaycanlı tərəfdaşlarla yüksək peşəkar kadrların hazırlanmasına dair proqramlar işləyib hazırlayırlar, ilk növbədə, iqtisadi ixtisaslar üzrə. Biz sözsüz ki, ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz Prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürük və biz bunu -Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk.

Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir.

Hörmətli dostlar və həmkarlar. Mən Rusiya və Azərbaycan regionlarının fəal iştirak etdiyi, ölkələrimizin qarşılıqlı fəaliyyətinin yalnız bəzi istiqamətlərinə toxundum. Əməkdaşlıq üçün imkanlar həqiqətən çox genişdir. Həm də regional səviyyədə bizim qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərini ilk növbədə siz - bu salonda toplaşanlar və sizin yerlərdəki həmkarlarınız müəyyənləşdirir. Mən, sözsüz ki, sizə bu işdə hər cür uğurlar arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm”.

Изображение
ki ölkə başçılarının tez-tez görüşdüyünü vurğulayan Azərbaycan lideri, bunun “münasibətlərimizin səviyyəsinin parlaq göstəricisi” olduğunu vurğulayıb.

“Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik”, - deyə, İ. Əliyev qeyd edib.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, “Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur”:

“Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#13 Сообщение smersh70 » 09 фев 2019, 00:48

Azərbaycan və Rusiya nazirləri Samur çayının üzərində yeni körpünün tikintisi ilə tanış olublar
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#14 Сообщение smersh70 » 17 фев 2019, 23:27

Polad Bülbüloğlu: Məsələ Prezidentin nəzarətindədir
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#15 Сообщение smersh70 » 21 май 2019, 21:47

Mübariz Mənsimovdan Fuadın həbsinə – Kəskin reaksiya

"Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?! Diaspora deyirlər: hanı o Diaspora? Niyə Azerbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?
Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#16 Сообщение smersh70 » 23 май 2019, 23:10


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83191
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1694 раза
Поблагодарили: 1190 раз

Re: Russia & Azerbaijan

#17 Сообщение smersh70 » 02 дек 2019, 21:48

"Rusiya həmişə düşmən olacaq"-Vəfa Quluzadənin efirə getməmiş çıxışı (Kanal13-ün arxivi: 2009)

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»