Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 17 окт 2018, 03:39

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 4 сообщения ] 
Автор Сообщение
СообщениеДобавлено: 29 июн 2014, 03:26 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
26 iyundakı hərbi təlim 1981-ci ildə Almaniyadakı təlimlə müqayisə edildi…


Mühacirətdə olan müdafiə nazirinin keçmiş müavini, Birinci Qarabağ Savaşında korpus komandiri olmuş polkovnik İsa Sadıkov 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi təlimlərdən çox pərt olub və öz təəssüfünü Moderator.az-a göndərdiyi aşağıdakı yazısında belə ifadə edib:

“"Genis miqyaslı" təlimlərə münasibət bildirmək istərdim. Saytlardakı yazıları oxudum, fikirləşdim ki, Azərbaycan ordusu həqiqətən də genişmiqyaslı təlimlərə başlayıb və bu təlimlərə külli miqdarda silah sursat, texnika cəlb olunub. Amma biləndə ki, bu "geniş miqyaslı" təlimlər cəmisi bir gün keçdi və saytlarda yerləşdirilən videoya baxanda gülmək məni tutdu. İllah da İlham Əliyevin hərbi geyimdə və papaqsız orada peyda olması məncə heç yerinə düşmədi...
İkincisi, qeyd edim ki, orada göstərilən texnika artıq bu təlimin sadəcə “quş qoymaq” xatirinə keçirildiyini sübut etdi. Fikir verdinizsə orada nümayiş etdirilən texnika yağın içində idi-yəni təptəmiz-deməli, həmin texnikanı o poliqona və "genişmiqyaslı" əməliyyat aparılan yerə qoşqular vasitəsilə, yəni yük kimi gətiriblər. O texnika özü öz “xod”u ilə gəlsəydi tozun- palçığın içində olmalıydı və əslində təlimlərdə belə də olmalıdır. Sonra fikir verdinizsə orada hər növ texnikadan bir ekzemplyar var idi-yəni 1-2 tank, 1-2 top, BMP, Grad va sairə. Deməli, bizlərə nümayiş etdirilən şou təlimlər yox, gözə kül üfürmək üçün bir ucuz populizm idi.

Və sonda göstərdilər ki, İlham Əliyev va müdafiə naziri oturub yuxarıdan təlimlərə baxırlar-iki 82 millimetr kalibrli minamyotdan atəş açılır. Buna çox güldüm və əmin oldum ki, Ali Baş Komandan öz "güclü" ordusuna etibar etmir. Niyə? Əgər doğrudan da hərbi təlimdisə və artilleriyadan atəş açılırsa, qoy o zaman uzaq məsafəli artilleriyadan da atəş açsınlar-yəni onda artilleriya qabaqda yox, necə ki, minamyotlar-arxada olacaq. Və belə bir məqamda qorxulu an yaşanır, ona görə ki, mərmilər öz pozisiyamıza düşər, yəni onlar olan pozisiyaya. Ona görə də 82 mm-lik minamyotlardan atəş açmaqla kifayətlənirlər, çünki ehtiyatlanırlar. O qədər texnikanin olduğu bir təlimlərdə niyə ancaq minamyotlardan atəş açıldı? Çünki hazırlıqlı deyillər…
Məsələ bundadır ki, genişmiqyaslı hərbi təlimlər adətən bir neçə gün ərzində keçirilir və bura bütün növ silah-sursatlar, hərbi texnika cəlb olunur, belə təlimlərdə mütləq hər bir silah növündən də istifadə olunur.
Bu təlimlərə baxarkən yadıma 1981-ci il düşdü. Mən o zaman Almaniyada xidmət edirdim. 1981-ci ilin əvvəlində bizə bildirildi ki, payızda “Varşavskiy Doqovor”dan yoxlama gələcək, onlar sizi yoxlayacaq. Aləm dəydi bir-birinə, Moskvadan da gəldilər və dedilər bütün texnikani təzələyəcəyik, parklar tikəcəyik. Beləliklə, 6 ay ərzində gecə-gündüz təlimlər keçmək əvəzinə parklar tikirdik, beton tökürdük, texnikani təzələyirdik ki, gələn komissiyanın xoşuna gəlsin və bizi qiymətləndirsinlər. Ona görə də 6 ay ərzində nə təlimlər oldu, nə atışmalar, ancaq tikiliş və texnikanı təmizlənməsi, rənglənməsini həyata keçirdik. Payızda nəhəng komissiya gəldi. Bizim hamımıza təptəzə paltar geyindirdilər, inanın ki, hərbi hissə və texnika Zakir Həsənovun təlimində olduğu kimi par-par parıldayırdı…

Komissiyanın sədri gəldi və heç bizə salam da vermədi, texnikaya baxmadı, parka da girmədi, ancaq bunu dedi ki, 8 saatdan sonra poliqonda təlimlər başlayır. Poliqon da nə az-nə çox, düz 70 km aralıda və orada bütün növ silahlardan, ordu hissələrindən təlimlərə başlamalıydıq. Aləm yenə qarışdı bir-birina-yolda qalan, itən, dağılan. Bir sözlə, poliqona hərbi hissənin yarısı da çatmadı və qarşıya qoyulan tapşırıqlar da yerinə yetirilmədi. Və bizim hərbi hissəmizə “2” qiyməti qoydular və bütün rəhbərliyi kənarlaşdırdılar. Yəni həmin rəhbərlıik də indiki Azərbaycan ordusunun başında dayananlar kimi elə bilirdilər təzə park tikib texnikanı rəngləyib və ya təzələyib nümayiş etdiməklə gözə kül üfürə biləcəklər…
İndi bizimkilər də təlim adı altında şou düzəldirlər və sabah müharibə başlayanda da aləm dəyəcək bir-birinə. Nümayiş olunan o silah-sursatı necə istifadə edəcəklərini çoxları hələ də mənimsəməyiblər. Ona görə də həmin texnikalar, müasir silahlar ancaq muzey eksponatı kimi ildə bir dəfə nümayiş olunur. Adətən əsgərlər avtomat silahdan savayı başqa bir silah növündən istifadə etmir. Bununla ordu qurmaq və torpaqları işğaldan azad etmək olmayacaq. Ona görə də torpaqlarının 20 faizi işğal altında olan bir ordu gerçək hərbi təlimlərdə öz döyüş qabiliyyətini sınaqdan keçirməli və hər an düşmənin burnunu əzməyə hazır olduğunu əyani şəkildə ortaya qoymalıdır.”

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
СообщениеДобавлено: 29 июн 2014, 03:33 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
Feysbukdakı müzakirəmizi bura köçürürəm:

Вугар Мирасланов Texnikanı poliqonda yuya bilərdilərmi? Bir də ki, prezident MM olanda uzun mənzilli topları yox, minomyotları işlədə bilərdilər. Yəqin onun mühafizə idarəsi ssenarinin(legendanın) bu hissəsini dayandırıb məlum səbəblərə görə.
Amma təlimin bir günlük olması doğrudan da xoşagəlməzdir. Təyyarələrin gecə ucuşu olmayan, gecə atəşləri olmayan təlim oyuncaqdır.
.......................................

Назим Байрам Hərbi klasifikasiyaya görə bu, heç batalyon səviyəli təlimlər də deyildi. Bunlara "genişmiqyaslı" adı vermək- düşməni özümüzə güldürməkdi. İkincisi, bizim qoşunların gecəsi- gündüzü dağ şəraitində keçməlidi, Əsgər yeməyə də helikopter desantı ilə dağa atılmalıdı. Gördüyümüz təlimlərsə başdan gəldi "bədii özfəaliyyətdi".
........................................

Вугар Мирасланов Videonu axtarıram)
...........................................

Вугар Мирасланов Sovet dövründə, bizim Nasosnıda neçə təyyarəçi gecə döyüş təlimlərində həlak olmuşdu. Bəzən gecə uçuşunü əvəz etmək uçun gündüz də təyyarənin "fonarında" pərdəni çəkib, gözübağlı, cihazlarla uçurdular.
Yəni ölümlə risqli olsa belə, gecə təlimləri olmadan ordu ola bilməz.
............................................
Tofiq ShahMuradov Bu telim deyildi,teatr idi
2009daki telim bundan yaxsi idi
O qeder silah alinib biri numaish olunmadi...Еще
.............................................

Tofiq ShahMuradov http://youtu.be/wNqopiuKv0Q
Смотреть видео
azerbaijan army military exercise 2010 / part 2
Azerbaijani Defense Ministry issues official statement on joint large-scaled exe…Еще
...............................................

Вугар Мирасланов Burada da başqa qüvvələrdən söhbət gedir.
http://www.youtube.com/watch?v=tb6d1AtuFlU
Смотреть видео
Prezident hərbi təlimi izlədi
1 ч. · Нравится · 1 · Убрать предварительный просмотр
................................................................
Назим Байрам sovet ordusunda təlimlərin miqyasından asılı olaraq, təlimlərdə iştirak edən şəxsi heyyət arasında rəsmən "ölüm faizi" nəzərdə tutulurdu. Burda qeyriadi bir şey yoxdu. Bu hərbdi.
1 ч. · Не нравится · 1
.............................................................
Вугар Мирасланов Sadalanan qüvvələrə görə bu briqada səviyyəli təlim olub. Həm də, təlimin keçirildiyi yerə baxanda, aydın olur ki, ordumuz zərbəni Ağdam- Fizuli-Cəbrayıl istiqamətində vuracaq .
1 ч. · Нравится
...............................................................
Назим Байрам çox səhv edəcək)
1 ч. · Не нравится · 2
.................................................................
Вугар Мирасланов Bəlkə düşməni dezinformasiya edirlər? Paralel olaraq dağ-meşə bölgəsində daha genişmiqyaslı, gözlərdən uzaq təlim keçirlər?
1 ч. · Отредактировано · Нравится · 1
...................................................................
Tofiq ShahMuradov Bizim ordunun sayida,texnikasida imkan verirki butun cephe boyu dusmene zerbe endirsin
Men bir istiqametde zerbe endirilecek fikri ile razi deyilem
Menim fikrimce ama Ter-ter cephesinden esas zerbe vurulacaq
1 ч. · Нравится
....................................................................
Emin Qurbanov Telim muharibe weraitine 100% uygun olmali ve butun olkeni ehate etmelidi. Ayda 1 gun butun olke uzre hava hucumundan mudafie gunu elan edilmeli, paytaxt daxil olmagla butun mentegelerde mulki mudafie sinagdan kecirilmeli ve ehali bununla bagli evvelceden maariflenmelidir. Doyuwe hazirlawan xalg nuve siahi daxil istenilen migyasda zerbeye hazir olmalidi.
1 ч. · Не нравится · 3
......................................................................
Назим Байрам tamamilə razıyam, Emin bəy.
1 ч. · Нравится
..................................................................
Вугар Мирасланов Mənim bir strateq tanışım var. Tam düzü - var idi . Amma sağ-salamatdır. Deyirdi ki, əsas zərbə Ağdam-Əskəran-Xankəndi-Laçın xətti ilə olmalıdır. Qalanları isə köməkçi. Bu zərbə ilə erməni ordusu 2-3 günə yalnız piyadalardan ibarət olan partizan dəstəsinə çevriləcək.
1 ч. · Нравится
........................................................................
Tofiq ShahMuradov Nazir teze teyin olunanda dedi daglarda doyusen ordu yaradacam
Helem ortada hec yoxdu
En azi 3 dag komando briqadasi yaratmalidirlar...Еще
1 ч. · Нравится · 1
.............................................................................
Tofiq ShahMuradov Vuqar bey siz dediyiniz hucum planinda ordunun muhasireye dusmek shansi coxdu
Cox derinliye birden bire girmek olmaz,cinahlardan hucum edib arxa ile elaqeni kesib mehf ederler
Yenede deyirem evvelki vaxt deyil,butun cephe boyu hucuma kecmek lazimdi,buna yetecek quvvemizde var...Еще
1 ч. · Нравится
................................................................................
Elvin Memmedli Heç yerdən zərbə filan vurulmayacaq. Bu ordu, hökumət kimi Rusiyanın tabeliyindədir, heç vaxt müharibə filan başlamayacaq öz xoşuna.
57 мин. · Нравится · 1
................................................................................
Вугар Мирасланов Тofiq bəy, Allah sizə kömək olsun, Quderian və Qot 400-500 km dərinlikdə əməliyyatlar aparırdı, biz yəni 40-60 km dərinlikdə əməliyyat apara bilmərik?
Özünü o generallardan zəif, bacarıqsız hesab edən rəhbəri təçili oxumağa göndərmək lazımdır.
57 мин. · Нравится
........................................................................................
Elvin Memmedli Özü də ki, bu saat Rusiya ilə Azərbaycanın RF-nın tərkibinə daxil oması qarşılığında Qarabağın formal olaraq Azərbaycana qaytarılması barədə danışıqların getdiyi bir vaxtda hansı müharibədən söz gedə bilər ki?
56 мин. · Нравится
........................................................................................
Emin Qurbanov Vugar bey, Garabag erazisi partizan desteleri ucun ela relyefe malikdir. Kecen muharibede ermeniler bu taktikadan yeterince istifade etdiler.Boynumuza alag ki bu sahede bizden bir geder artig tecrubeleri var, hem de arxadan gulle atmag olarin mentalitetine daha uygundu.
49 мин. · Нравится · 1
.........................................................................................
Вугар Мирасланов Elvin, bu status siyasi status deyil. Burada biz hərbçilər öz dərdlərimizi xırıd eləyirik. Çözələyirik.
48 мин. · Отредактировано · Нравится · 1
..................................
Elchin Melikyeganov Bele imkani olan,risk etmeli,en azindan bir rayonu azad etmeli,o birilerine hazirliq gorulmelidir.Esgeri one oturmeli,sivil xalqdan mesafeli olmalidir,insanlar dahada tehlukesiz yashamali,ishlemelidir.Sadece Qarabaqi almaq isteyi yox,sozde,ishde veziyyeti bele saxlayirlar,olsun ki,serf edir!!!
46 мин. · Нравится
......................................................
Tofiq ShahMuradov 400-500km derinliyi baglamaqda esas mesele deyil
Qarabagda veziyyet ferqlidi,cunki biz iki cephede vurusaciyiq dusmenle
Birdeki onlarin daglarda ustunlukleri var,evvel bizde idi o ustunluk indi onlardadi,onlar erazini bizden yaxsi bilirler ,bizden yaxsi beletdiler...Еще
44 мин. · Нравится
.............................................
Elvin Memmedli Başa düşürəm Vüqar bəy, peşəkarların yazdıqlarını oxumaq əlbəttə maraqlıdır, ancaq reallığa uyğun səpkidə getsə bu söhbət, daha maraqlı və faydalı olar, məncə. Mən ümumiyyətlə bizim ordunun yüksək rütbəli zabitlərinin hər hansı bir müharibə planının (yerinə yetirilməyəcək belə olsa!) olmasına şübhə edirəm.
44 мин. · Нравится
..............................................................
Назим Байрам Qarabağda bizim üçün həll olunmalı strateji məsələ odur ki, düşmənin arxa cəbhəsi, bütün təhcizatı Ermənistandadı. Düşmənin arxa cəbhə təhcizatı məhv edilməsə, bu ana əlaqə qırılmasa, məsələnin hərbi həlli uzanır və siyasi amillər irəli çıxır. Bu isə bizim üçün qəti əlverişli deyil. Ermənistana isə beynəlxalq hüquqa görə biz rəsmən nə zərbə endirə, nə hücum edə bilmirik.
38 мин. · Нравится · 2
...................................................................
Вугар Мирасланов Bizim ordunun qərərgahının hər bir sərhəd qonşumuzla müharibə planı olmalıdır. Yoxsa o qərərgah yox, qarğabazarıdır. Söhbət o planların keyfiyyətindən gedə bilər, mövcudluğundan yox.
37 мин. · Отредактировано · Нравится · 1
.................................................................................
Elvin Memmedli Nazim bəy, mən hərbçi deyiləm, sualım qeyri-peşəkar sualdır: həmin bəhs etdiyiniz əlaqəni qırmaq üçün əsas nəqliyyat koridorunu bombalamaq mümkün deyilmi? Yəni yararsız hala salmaq.
36 мин. · Нравится
...................................................................................
Tofiq ShahMuradov Nazim Bayram bey Qarabag muharibesinde ermenistan bizi oz erazisinden cephe acdi axi,Kelbecere hucum zamani
Bu defe muharibe baslasa 100%eminem ki ermeniler oz erazilerinden yene zerbe endirmeye calisacaqlar,veziyyetleri pislesse Qazax,Tovuz istiqametinde zerbe endirecekler
35 мин. · Нравится
...................................................................................
Назим Байрам yəni planı düşünən ilk növbədə nəzəri cəhətdən bu məsələni necə həll edəcəyini düşünməlidi. Düşmən üzərində zəfərin metodları və hansı qoşun növlərindən, necə istifadə olunması strategiyası buna nisbətən qurulmalıdı.
35 мин. · Не нравится · 2
.........................................................................................
Togrul Enserli supriz.suret ve zerbenin gucu bu ucunu eyni anda heyata kecirsey udarig
32 мин. · Нравится
....................................................................................
Elvin Memmedli Ordunun planı olması üçün əvvəla bu planı məxfi saxlama imkanı olmalıdır. Bizim ölkəmizdə isə belə bir orqan mövcud deyil.
32 мин. · Нравится
........................................................................................
Назим Байрам Elvin bəy, bombardmanlarla bu qismən mümkündü. Ermənistan ərazisindən dağlarla piyada və helikopterlərlə daim düşmənin təhcizatı və canlı qüvvəsi Qarabağa keçiriləcək. Məsələ uzandıqca isə, ziyanımıza olan siyasi amillər işini görəcək. Müharibə hərbi- siyasi hadisədi, unutmayaq.
31 мин. · Нравится · 1
.........................................................................................
Elchin Melikyeganov Savash olarsa esasen ermeniler partizan taktikasindan istifade edecekler,texnika esasen aran zonasinda istifade olunacaq,daqliq,meshelik hisselerine esasen diversant,razvet qruplar hazirlanmali,Shushanin alinmasi hechde asan olmayacaq,alinarsa muharibenin sonun yaxinlashdirar!!!
29 мин. · Нравится
........................................................................................
Вугар Мирасланов Erməni ərazisindən əsaslı zərbə endirmək uçün düşmənin nə qədər kommunikasiyası var? Yəni hansı yolla düşmən operativ olaraq heç olmasa bir batalyon taktiki qrupunu bütün texnikası ilə birlikdə döyüşə kömək üçün ata bilər Ermənistandan?
29 мин. · Нравится

Назим Байрам Tofiq bəy, biz də 1-ci müharibə zamanı ermənistan ərazisinə ciddi zərbələr endirmişik. Ancaq indiki müharibədə hər iki tərəfdən bu zərbələrə reaksiya fərqli olacaq. Nəzərə alsaq ki, informasiya müharibəsində biz ənənəvi olaraq, ermənilərə uduzuruq, bu reaksiya bizim xeyrimizə olmayacaq.
28 мин. · Нравится

Назим Байрам Çoxdu Vüqar. xüsusən helikopter dəhlizləri. onları bizim ərazilərdə nəzarətə almaq demək olar ki, mümkün deyil.
27 мин. · Нравится

Tofiq ShahMuradov Yeginki bizim qerargahda hucum plani hazirdi,daimde ustunde islenir bunun yeni melumatlar almaqla
Elbetdeki ermenilerde bizi izliyir,qabaqlayici tedbirler gorurler,mumkun meglubiyyetden qacmaq ucun planlar cizirlar
Meglub olacaqlari halda hardan zerbe ...Еще
25 мин. · Нравится · 1

Вугар Мирасланов Nazim, əgər helikopterdə gətirilən güvvə bizim qoşunların ön və cinah doyüş mövqelərini darmadağın etməyə malik olacaqsa, biz heç gərək müharibə adı çəkməyək
24 мин. · Нравится · 1

Togrul Enserli hucuma ermenilerin HHM sistemleri. telekimunikasya merkezlerinden.baslamag lazimdi eğer dusmenin HHM sistemleri siradan cixardilmasa ora teyyare gondermey olmuyacag. ani bir.zerbeyle elimizde olan.scud ve tocka u raketleriyle ermenilerin stratejib obye...Еще
23 мин. · Нравится

Шахин Шушали Tofik o genirallarin hucum palanini gormushuk bundan sora shexsen men gormek bele istemezdim
20 мин. · Нравится · 1

Назим Байрам Vüqar, olan qüvvələri, dağ keçidlərinin partladılıb dağıdılması və s. vasitələrlə birgə helikopterlərlə gətirilən qüvvəni bir yerdə qiymətləndirsəz, bu elə də zəif qüvvə deyil.
20 мин. · Не нравится · 1

Tofiq ShahMuradov Ermenilerin HHM quvvelerin siradan cixarmaq asan meseledi,ne qeder siradan cixartsaqda ellerinde Stinger,İqla-S kimi raketler var
Qarabagda dagliq reylef oldugu ucun yenede tehluke olacaq
Ama bizde kifayet qeder Su-25var...Еще
20 мин. · Нравится

Вугар Мирасланов Mən döyüşün müqəddəratını dəyişməyə malik qüvvə dedikdə, minimal olaraq batalyon taktiki qrupunu nəzərdə tutdum. Yəni ki, bir taktiki rəhbərlik altında olan döyüş birləşməsi ki, təxminən 3-4 PDM-da olan rotadan, 1 tank rotasından və 1 artilleriya divizionundan ibartdir.
19 мин. · Нравится

Togrul Enserli 2 zebe emdirmeyliyi.hem ermenistana (uzag menzillu raketlerle) ve reaktiv yaylim ates sistemleri.ile. qarabagdaki. herbi.hisselere eger turkiyeden 300km menzilli.j600 der ala.bilsey onda.daha deqiq ve sarsidici zebeler endirib dusmenin hava gucuni, hava mudafiye. gucumu ve rabite sistemlerni. birinci zerbede mehv ede.bileriy
19 мин. · Нравится

Emin Qurbanov Mence esas hedef kimi Ermenistan erazisinnen Garabaga geden butun kommunikasiya xetleri olmalidir. Elece de erazi boyu butun strateji obyektler, erzag ambarlari,yanacag bazalari korpuler muxtelif gebuledici stansiyalar ve s. Zerbe barede fikir yazanlar nezere almalidi ki bu defe bizim sehf etmek limitimiz yoxdur.
19 мин. · Нравится · 2

Tofiq ShahMuradov Yaxsi bes neyniyek Shahin Shushali bey?
Kime guvenek?
Sadiqovu nezerde tutursunuzsa onun hakkinda helemde bir qerara gelecek bir fikir formalasdiran beyanat esitmemisem...Еще
17 мин. · Не нравится · 1

Вугар Мирасланов Nə isə, forumumuz daha rahatdır belə müzakirələr üçün. Burada elə bil çubuqla suya yazırsan
17 мин. · Нравится

Назим Байрам yox, Vüqar, Qarabağın dağlıq hissəsində istənilən döyüşün taleyini 30 nəfərlik amma qətiyyətli olan bölmə dəyişə bilər.
17 мин. · Нравится · 1

Назим Байрам Vüqar, zəhmət olmasa, forumumuzun linkini bura atın.
16 мин. · Не нравится · 1

Вугар Мирасланов Nazim, mən də onu deyirəm ki, əgər bizim mövqeyləri müdafiə etmək üçün qoyulan 30 əskərimiz qətiyyətli və bacarıqsız olarsa, heç müharibənin adını da çəkməməliyik.
14 мин. · Нравится · 1

Togrul Enserli neceki israil misir hava gucunu.ele yerindece mehv etdi bizde ani hucumla bunu ede bileriy calisib.1 zerbeden.dusmenin quru qosunlarni hava desteyinden mehrum etmeliyiy sonra. dagda doyusmey ucun telim kecmis.kicik ama zerbe gucu.cox desteleri gonderib (hava destey serti ile) dusmenin mohkemlendiyi yerleri tapib mehv etmey olar onsuzda qarabagda boyuk.tank doyusu olan.deyil.bütün.isi zirehli masinlar. edecey
14 мин. · Нравится

Вугар Мирасланов viewtopic.php?f=11&t=1289...

Hərbi portal • Просмотр темы - Распад Украины реальность или миф?
military-az.com
Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и гости: 2
14 мин. · Нравится · Убрать предварительный просмотр

Шахин Шушали Tofiq sadixov muharibeni Marqushavanin caxir zavodundaki vishkadan izleyib ancaq bir nazirliyin qerargah reisi Necmedin olsun orda ugurdan danishmaq cox gulmelidir
13 мин. · Нравится

Вугар Мирасланов Bu Turan.info banneri də virus kimi vurub hər yerdən çıxır)))
13 мин. · Нравится · 1

Назим Байрам Vüqar, müzakirə etdiyimiz mövzuya azərbaycanca olanı yoxdumu?)
12 мин. · Нравится

Назим Байрам Bratımla işin yoxdu, xaiş edirəm))
12 мин. · Не нравится · 2

Вугар Мирасланов Var. İndi taparam. Bu mövzu məndə açıq idi
12 мин. · Нравится · 1

Tofiq ShahMuradov Shahin Shushali bey kimi qoyaq qerargah reisi?namizediniz var?
Nazim Bayram bey deyecek sonra bratimla ne isiniz var))gorursuz uje deyir)))
9 мин. · Нравится

Вугар Мирасланов viewforum.php?f=75

Hərbi portal • Просмотр форума - Hərbi Hazırlıq
military-az.com
8 мин. · Нравится · 1 · Убрать предварительный просмотр

Togrul Enserli biz dusmeni gece yatan vaxti silahi ve erzagi anbarda olan vaxti teyyareleri helikopterleri tanklari ve zirehli.masinlari dayanan vaxti vurmaliyig anib bir.raket yagisi
8 мин. · Нравится

Назим Байрам Tofiq bəy, mən Vüqrın virus haqqında zarafatını nəzərdə tuturdum))
8 мин. · Нравится · 1

Шахин Шушали bir lezgi gelib Azerbaycan mudafiye nazirliyinde qerargah reisi ola bilir Azerbaycanli milletinden ola bilomez meger tOFIQ HIY?
6 мин. · Нравится

Назим Байрам Dostlar, buyurun, müzakirələr üçün ən uyğun formatdı. Azərbaycanda yeganə az.dilli hərbi forum.
6 мин. · Нравится

Tofiq ShahMuradov Necmeddin brat deyil Nazim Bayram bey?
Men bir soz demiremki Shahin Shushali bey
Sadece dedimki namizediniz var?menim var...Еще
4 мин. · Нравится

Вугар Мирасланов Bu statusun adını dəyişmədən köçürürəm oraya
4 мин. · Нравится

Назим Байрам Nəcməddin bizə heç vaxt brat olmayıb. Onun öz "bratları" var) Mən zavallıya bir alay verərsiz Şuşanı alım. Bu dünyamda da, o dünyamda da sizin üçün duaçı olaram)
2 мин. · Нравится · 1

Tofiq ShahMuradov Zarafatca dedim onu,bizim bratimiz olmaz,qaqamiz ola biler)))
Bilirem ondan xosunuz gelmediyinizi,yola getmediyinizi

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
СообщениеДобавлено: 30 июн 2014, 02:26 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2963
Откуда: Баку
Şəxsən mənə görə də təlimlər cox cılız alınıb. Bunun nə olduğu aydın deyil.Ümumqoşunmu yaxud güc nümayişimi? Hec bir koordinasiya gözə carpmır. Adi Soveet polkunda "Полковые тактические учения с боевой стрельбой" bundan "abırlı" olurdu. Bunun əvəzində məncə orduda təlimləri intensivləşdirmək lazımdır. Prezidentə ayrıca qoşun növlərinin "repetisiyasını" göstərmək əvəzinə,ordunu " xidmət ərzində 3 güllə" prinsipindən ayırmaq lazımdır. İxtisaslı (artilleriya,tank, aviasiya,mühəndis və s) qoşun növlərində xidmətdə olan əsgər və gizirlər arasında kütləvi savadsızlıqla mübarizə aparılmalıdır.

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.


Вернуться к началу
СообщениеДобавлено: 22 июн 2016, 17:41 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 71981
mirotvores70 писал(а):
Şəxsən mənə görə də təlimlər cox cılız alınıb. Bunun nə olduğu aydın deyil.Ümumqoşunmu yaxud güc nümayişimi? Hec bir koordinasiya gözə carpmır. Adi Soveet polkunda "Полковые тактические учения с боевой стрельбой" bundan "abırlı" olurdu. Bunun əvəzində məncə orduda təlimləri intensivləşdirmək lazımdır. Prezidentə ayrıca qoşun növlərinin "repetisiyasını" göstərmək əvəzinə,ordunu " xidmət ərzində 3 güllə" prinsipindən ayırmaq lazımdır. İxtisaslı (artilleriya,tank, aviasiya,mühəndis və s) qoşun növlərində xidmətdə olan əsgər və gizirlər arasında kütləvi savadsızlıqla mübarizə aparılmalıdır.

Hörmətli cənab polkovnik,həqin ki aprel döyüşlərdən sonra fikrinizdən daşınıbsız)) :)

[video3]https://youtu.be/lI4MuM9xB7w[/video3]
"Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsədlərə nail olduq, bütün hədəflər vuruldu".

"Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib" -
Bunu cəbhədə keçirilən genişmiqyaslı təlimlərlə bağlı açıqlamasında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, təlimlərdə müxtəlif qoşun növlərinin təlim taktiki qrupu düşmənin ön xəttinin yarılması və əsas qüvvələrin döyüşə yeridilməsi, fəaliyyət göstərən qoşunların havadan, artilleriya vasitəsi ilə dəstəklənməsi həyata keçirilir.

"Biz baxmaq istəyirdik ki, bu ərəfədə şəxsi heyyəti nəyə yönəltmişik, üstünlüyümüz nədir, yeni aldığımız avadanlıqlar, silah-sursat döyüş zamanı nə dərəcədə düzgün istifadə olunur".

Nazir deyib ki, hər il Silahlı Qüvvələrin ildönümü ərəfəsində təlimlər keçirilir. Bu illik plana daxildir. "Biz bu təlimlərdə yarım il ərzində qoşunların döyüş hazırlığının nəticələrini də yoxlayırıq. Təlimlər yüksək səviyyədə keçdi. Hərbçilər, döyüşdə iştirak edən texnika yüksək peşəkarlıq nümayiş etdirdi".

Z. Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib və deyib ki, Ali Baş Komandan Silahlı Qüvvələr qarşısında vəzifələr qoyub. "Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik".

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Təlimlər iyunun 24-dək davam edəcək.


Azərbaycan Ordusunun 25 minlik təlimindən görüntü
Bu gün cəbhəboyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib.

Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 4 сообщения ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
cron
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB