“Torpaqlarımızı neçə günə deyil, necə alacağımızı düşünməli

Ответить
Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

“Torpaqlarımızı neçə günə deyil, necə alacağımızı düşünməli

#1 Сообщение Одиссей » 06 июл 2014, 18:54

“Torpaqlarımızı neçə günə deyil, necə alacağımızı düşünməliyik”
“Vaxtilə əsgərlərimiz avtomatın üzünü görmürdü, indi də avtomatdan savayı baş silahın...”

Bir neçə gün öncə ATƏT PA-nın Bakıdakı sessiyasında iştirak edən Ukraynanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Moderator.az-a açıqlamasında belə bir maraqlı fikir səsləndirmişdi ki, Rusiya müdaxilə etməsə, Azərbaycana öz ərazi bötüvlüyünü təmin etməyə 3 gün də bəs edər-moderator.az/?xeber=49225
Moderator.az mühacirətdə olan müdafiə nazirinin keçmiş müavini İsa Sadıqova aşağıdakı məzmunlu sual ünvanlayaraq bu bəyanatı şərh etməyi xahiş edib:
“Birinci Qarabağ savaşının incəliklərini və ermənilərin nəyə qadir olduqlarını bilən bir zabit kimi sən necə düşünürsünüz, rus barmağı olmasa Azərbaycan ordusuna ermənilərə qulaqburması vermək üçün nə qədər vaxt lazım olar?”
İsa Sadıqovsa xeyli bədbin danışıb:


“Çalışacam bir az geniş izah edim ki, reallığa söykənək, xəyallara və kimlərinsə bəyanatlarına uymayaq -ona görə ki, adətən bu cür pafoslu bəyanat verənlər Azərbaycanın real vəziyyətini qiymətləndirməyi bacarmaqdan tamamilə uzaq adamlar olur və onlar müharibənin nə olduğunu ancaq televiziya ekranlarında nümayiş etdirilən döyüş filmlərindəki kimi təsəvvür edirlər.
Mən ilk növbədə Ukrayna nümayəndəsinə təşəkkürümü bildirirəm ki, o böyük tribunadan Rusiyani ittiham edir və bölgədə qarşıdurma baiskarı olduğunu aləmə car çəkir.Ümumiyyətlə, uzun illər boyu və xüsusən də müharibə zamanı , eləcə də müharibədən sonrakı illərdə Ukrayna bizə qarşı çox konstruktiv mövqedə olub, bizə yaxın,dost va qardaş ölkə kimi özünü sübut edib və bu gün də bu mövqedən cıxış edir. Bunu qiymətləndirmək lazımdır .
O ki, qaldı müharibə məsələsinə, gəlin özümüzü aldatmayaq. Müharibə olan deyil və torpaqların da qayıdacağına inanmıram. O xalq ki, torpaq istəyir, 20 il işğala boyun əyməz və yalançı bəyanatlara uşaq kimi inanmaz. Torpağı rəhbərlər deyil, xalq tələb etməlidir, əks halda bu cür “pazor”a 20 il dözən xalqın dünyada xətir-hörməti olmaz.
Vaxtilə azərbaycanlıları ancaq inşaat batalyonlarına göndərirdilər və azərbaycanlılar avtomatın belə, üzünü görmürdü, bu günsə avtomatdan başqa ayrı bir silah görmür, görsə də istifadə etmir, edə bilmir. Alınan silah və texnika muzey eksponatı kimi ildə bir dəfə göstarilir.
20 ildən artıqdır atəşkəs rejimindayik va müdafiədə oturub düşmən həmlələrini dəf etməklə işimizi bitmiş hesab edirik. Müdafiənin əsasıni təşkil edən atəş sistemidi. Əgər 20 il ərzində atəşkəs pozulursa, eyni mövqelərdən atəş açılırsa, əsgərlərimiz yaralanır və ya şəhid olursa, deməli atəş sistemi düzgün təşkil olunmayıb və ya ümumiyyətlə, belə bir sistem yox dərəcəsindədir. Bu isə o deməkdir ki, kəşfiyyat sıfır səviyyədədir. Necə ola bilər ki, eyni mövqelərdən düşmən 20 il ərzində əsgərlərimizi qırsın? Halbuki qarşı tərəfdən atəş açılan mövqe dərhal elə darmadağın edilməlidir ki, bir daha ordan atəş səsi gəlməsin. Düşmən bir müddət sonra həmin mövqedən təkrar atəş açırsa, deməli, bizdən qorxmur və çəkinmir, bizi zəif hesab edir. Ona görə də mən hər zaman özümə belə bir sual verirəm ki, əgər 20 il ərzində müdafiədə düşmənə layiqli cavab verə bilmiriksə, bəs hücumda onları necə susdura biləcəyik? Elə bilirəm döyüş görmüş və ermənilərə vaxtilə layiqli cavab vermiş, müharibənin nə olduğunu öz həyatında yaşamış hərbçilər də mənimlə razılaşar. Ona görə də torpaqlarımızı neçə günə ala bilərik yox, ümumiyyətlə necə ala bilərik sualı ətrafında baş sındırılmalıdır və müharibəni elə atəşkəs dönəmində də elə aparmaq lazımdır ki, erməni gücümüzü görsün, sabah müharibə olacağı təqdirdə onlara divan tutacağımızı indidən hiss etsin."
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: “Torpaqlarımızı neçə günə deyil, necə alacağımızı düşünm

#2 Сообщение Одиссей » 06 июл 2014, 18:54

nə deersiz?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»