"UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

"UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#1 Сообщение mirotvores70 » 18 ноя 2014, 14:55

Bir cox dunya savaşlarinin səhnələrində bu insanlarin aparici rolu danilmazdir.Məhz o tərəfdən ki,onlar yuksək peşəkarliqli mutəxəssis və əsgərdirlər.Onlar muharibə tərəflərinin əməliyyatlarinin cəx zaman baş hərfinə cevrilirlər.Bəs bu insanlari belə yuksək keyfiyyətli edən hansi amilsdir? Pul? Silah? Elmləri?
kimdir onlar "NAYOMNİKLƏR"?
Изображение
Изображение
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#2 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:11

Muzdlu("uğur əsgəri " yaxud " vəhşi qazlar")-Bu termin 1977 -ci ildə Ceneva konvensiyasının əlavə bəndinə əsasən belə başa düşülür:
-Xüsusi olaraq yerlərdə və kənar dövlətlərdən silahlı münaqişədə iştirak ücün cəlb olunanlar;
-Faktiki olaraq vətəndaşı olmadığı və mənsubiyyəti olmadığı dövlətlərdə silahlı münaqişədə iştirak edənlər;
-Faktiki olaraq mənsubiyyəti olmadığı tərəfdə şəxsi qazancı və ambisiyasına görə silahlı münaqişədə iştirak edib,həmən tərəf vasitəsi ilə,pul və digər ilə mükafatlandırılanla;
-Vətəndaşı olmadığı olkədə və mənsubiyyəti olmadığı tərəfdə silahli münaqişədə döyüşcü və yaxud digər vəzifəddə icracılıq edənlər;
-Dovlət,hökumət və digər legitim orqanlar tərəfindən göndərilməmiş və şəxsiyyəti tanınmamış subyektlərin qarşı tərəfdən münaqişədə iştirak edənləri.
Beynəlxalq hüquq -bu cür insanları hərbci kimi tanımır-yəni bu insanlara qarşı "hərbi əsir" anlayışı tətbiq olunmur. Dah dəqiq desək,bu insanlar əsir düşən zaman "müharibə qanunları" ilə yox-cinayət məcəlləsi qanunları ilə mühakimə olunurlar.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#3 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:28

Muzdlu döyüşcülük-fahişəliklə,yalancılıqla,falcılıqla və siyasətlə birlikdə yaranıb-yəni bu anlayışın yaşı cox uzundur.
Muzdluluğun anlayışı: Kimdəsə pul var-döyüşcü yoxdur,kimdəsə döyüşcü var-pul yoxdur.Onlar öz aralarında danışıq aparıb mübadilə edirlər. Muzdluların müsbət cəhətləri: az bir zamanda hec bir döyüş hazırlığına və hərbi təlimə vaxt itirmədən istənilən sayda hərbi mütəxəssis,döyüşcü və professional qazanmaq olar. Mənfi cəhəti: Muzdlular cox hallarda nizamnamə tanımır,qarət və zor ilə məşqul olur,coxlu pul tələb edirlər və döyüş əməliyyatları qurtaran kimi onları harasa itirmək lazım gəlir.
Onların əsas devizi: Bizə 100 illik müharibə verin-lakin 1 döyüş verməyin.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#4 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:34

Məncə isə-Muzdlu ordu hec bir dəyərlərə soykənməyən və ancaq maddi marağı olan bir ordudur ki,bunlar da əsasən professional olsalar belə -boyük hissəsi kecmiş hərbi cinayətkarlardır!Muzdlu ordu əsgərləri hec zaman qarşı tərəfin güclü həmləsini dəf etməyə azacıq şansı olmadıqda RİSKDƏN UZAQ DURARAQ oranı tərk edır.Onlar pul qazanmağa gəliblər-ÖLMƏYƏ YOX. Və bir də muzdlu ordunun hec zaman intizamı ürəkacan olmur-cox zaman öz komandirlərinə belə qulaq asmırlar- acı praktika var elə cox yaxın tariximizdə! ƏFQANLAR
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#5 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:35

Peşəkar muzdlu ordunun faydası çox olar ya milli ordumuzun ?
Milli ordu yaxud dövlətin silahlı qüvvələri onun dovlət atributlarından biridir.Muzdlu ordunun yox-mənim fikrimcə KONTRAKT ƏSASLI PEŞƏKAR ORDUYA DAHA COX ehtiyac var!Cünki 1 il ərzində hazırlanmış əsgəri 6 ay kecdikdən sonra itirirsən.Sakitcə xidmətini başa vurub gedir! Yenə də sıfırdan başlamaq lazım gəlir.Onuncunda KONTRAKT əsaslı hərbcilərə təlabat var.Heyif bu praktika bizdə hələ ki tətbiq olunmur!
Ümumiyyətcə muzdlu ordudan istifadə eləmək qanuna uyğundur ya yox?
Ceneva konvensiyasına görə hərbi konfliktlərdə muzdlu ordudan istifadə etmək qadağandır!

Код: Выделить всё

Hansı dövlətlər muzdlu ordudan istifadə edir?
Demək olar ki,dünyanın konflikt ocaqlarının 95 faizində istifadə olunur
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#6 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:40

Muzdluları ordu adlandırmağa ən azından dilim gəlmir,başqa sözlə desək bu insan öldürməyi özünə peşə secmiş bir quldur dəstəsidir.Həm mənəviyyat ,həm iradə baxımından zəif ,xəstə insanlardır! 90faizi kecmiş hərbi cinayətkarlar,dağılmış hərbi birləşmə iştirakcıları,mövhumatcı-fanatiklərdir ki, bunların da başında duram ancaq maddi maraqdır.Bunlar əsasən əyyaş,narkoman,psixoman insanlardır ki, hec bir intizam və insani keyfiyyətlər yaxınlarından belə kecməyib.Əqidə və dözüm tərəfdən zəif,sırtıq bir topludur. "PROFESSİONAL" " likvidatorları" "snayperləri","mütəxəssisləri" bu qrupa yapmaq olmaz.Bu kontingent tam məbləğə və idarələrə xidmət eləsələr belə-şəxsi keyfiyyətlərini tam saxlayır,gördüyü işi dəqiqliklə yerinə yetirir və özlərinə qarşı hədsiz tələbkar olurlar.Bu insanların səhv eləməyə nə ixtiyarı nə də şansı var.Əsasən bu qismdən olanlar isə əllərində avtomat döyüş zonasında quduz it kimi sülənmir. Onların xidməti cox baha və daha qlobaldır!
Muzdlu ordu isə hec zaman dövlətin atributu ola bilməz və hec zaman bu orduya ciddi "qələbə" etibar etmək olmaz!
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#7 Сообщение Одиссей » 18 ноя 2014, 15:43

Döyüşçü həmişə pullu olub. Respublika quruluşuna qədər. Keçmişdə sipahların(şevalye, cəngavər) padişah tərəfindən ayrılmış torpaqları - timarları olurmuş. Və "iqta" anlayışını da döyüş muzdu, qan pulu kimi qəbul etmək olardı.
Avropada da feodlar(feodalizm) krallara öz döyüşçülərinin muzdlarını vermək zərurətindən əmələ gəlib.
Millətçilik, milli təəssüb hissini ona görə yaradıblar ki, əskərə pul verməsinlər. Çünki müasir döyüş strategiyası və taktikası hər 4-5 km cəbhə xəttinə 2,5 min döyüşçü tələb edir. Bu qədər adama qan pulu versən, müflisləşərsən.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146170
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#8 Сообщение smersh70 » 07 ноя 2018, 23:07

Dünyamız nə qədər yaşam problemləri ilə, bu problemlərin vacibliyi ilə müharibə aparmaqdan daha önəmli olsa belə, müharibə, savaş kimi amillərin azalması müşahidə olunmur və hətta artma tendensiyasına malikdir. Ordular, Silahlı Qüvvələr, Kontingentlər, Diviziyalarla yanaşı, dünya artıq savaş ticarəti ilə də barışmaq məcburiyyətindədir. Bu bizim artıq adət etdiyimiz böyük ölkələrin silah sənayelərinin istehsal etdiyi silah, texnika, ləvazimat yox - İnsan ticarətidir. Savaş və insanı ticarəti.

Muzdlular. Kimdir onlar? Çox yazılarda aları hallanan “vəhşi qu quşları”?, yoxsa qaranlıq meşələrin caqqalları, tənha qurdlar? Satılan professionallar? Amansız məxluqlar? Qatillər? Bəs kimdir Muzdlular və FHK?

Bəli onlar müxtəlifdirlər. Onlar əsasən peşəkardırlar. Onlar illər boyu qazandıqları hərbi biliyi bu gün pulla bu biliyə malik olmayan dövlətlərə satandırlar. Müxtəlif hərbi peşə sahibləridir. Burada kecmiş Baş Kəşfiyyat İdarəsinin zabitlərindən tutmuş (SSRİ-nin dağılması onları hansısa bir Afrika ya Ərəb dövlətində haqlayıb və onlar öz dövlətinə qayıtmaqdan imtina edib) Tailand HDQ-nin (Hərbi Dəniz Qüvvələri) döyüş dalğıclarına (çox ciddi hazırlanmış döyüşcülərdir) kimi var. Burada rus desantları, keçmiş ABŞ dəniz piyadaları, müxtəlif Avropa publikası, Böyük Britanıya kralicasının dəniz piyadalarından tutmuş, Çinlilər də ola bilir. Burada adrenalini sevənlər, cinayətkarlar, orduya aidiyyəti olmayan amma məsləki insanlıqdan qisas almaq olanlar da az deyil.

Bəs onlar nədən bu dünyada ikrah hissi oyadan peşəni seçdilər? Səbəblər müxtəlifdir: Zabit şərəfi təhqir olanlardan tutmuş, uşaqlıqda pişikləri incidib, böyüyəndə insanlığa keçənə, özünü həyatda tapa bilməyib, bu kontingentə təsaüfi düşənlərə qədər... Bu qaynar qazanda hər cür insan var. Qanun yox, əvəzində cirkli, qanlı pullar var.


Peşəkarlıq baxımından da burada parakəndəlik böyükdür. Kimsə çətin radioelektron silahların, texnikanın, silahın, ləvazimatların mütəxəssisidir, kimsə sadəcə uzun zaman bədənini şişirdərək “XU” (Amerika reyndcerlərinin döyüş cığırtısı) qışqıra bilir, kimsə də “Allahu Əkbər” bağırır, baxmayaraq ki, çox zaman bu bağıranların da islama və müsəlmanlığa hec bir dəxli olmur.

Axı bəs onda bu Muzdlular əslində kimdirlər? Məsələ bundadır ki müasir kontekstdə “muzdluluq “anlayışı FHK-sız mümkün təsəvvür edilə bilinməz. Çünki, artıq tələbat hansısa müəmmalı şəxsiyyəti olan təkbaşına muzdlulara deyil, FHK tərəfindən keyfiyyətinə təminat verilən “pul əvəzində döyüşçü”yə yəni muzdlu orudyadır. Əgər əvvəllər hansısa dövlət və yaxud terrorçu qrup özünə mütəxəssis axtarırdısa və lazım olan işi görəndən sonra, həmin mütəxəssis pul əvəzinə başına güllə alırdısa, müasir zamanda bu kimi faktorlar FHK ilə mümkün deyil. Əvvəllər, FHK-lar öz dövlətlərinin ərazisində qanunla qadağan olunurdusa, daha sonra bu kimi təşkilatlar bir çox adlarla qanuni status aldılar. Bunlardan çoxları öz əsl mahiyyətini gizlədərək Fərdi Mühafizə Kompaniya və yaxud koorporasiyası adı alsa belə, əslində fəaliyyətləri aşağıda göstərilən müddəalarla üst-üstə düşürdü.

FHK-a nədir?


FHK – kommersiya müəsisəsi olaraq xüsusi xidmətlər təklif edir. Bunlara nəyinsə və yaxud kiminsə qorunması (müdafiəsi), hərbi konfliktlərdə iştirak, kəşfiyyat xarakterli məlumatların toplanması, strateji planlaşdırma, logistika, hərbi təlimlərin təşkili, hərbi kontingentlərin hazırlanması (nadır hallarda üsyancıların) və xüsusi tapşırıqlı hərbi əməliyyatların aparılması daxildir.

Tarix

Fərdi güc (hərbiləşdirilmiş) kompaniyalarının silahlı münaqişələrdə sazişlə hərbi mütəxəssislər, məsləhətçilər, silahlı qüvvələr və polis qüvvələri hazırlamaq ücün təlimatşıların istifadəsi praktikası qədim tarixə malikdir.

Изображение
Müasir anlamda FHK “Watchguard International” 1967-cı ildə Böyük Britaniyada yaradılıb. Onun xaç atası Britaniya ordusunun polkovniki Devid Sterling (SAS-ın yaradıcısı) sayılır.

Devid Sterling 1915-ci ildə Britaniyada doğulub. Britaniya ordusunun xüsusi təyinatlı hissələrinin birində rəhbər vəzifəsində çalışıb. 1939-cu ildə Şotlandiya qvardiya alayında xidmət keçib. Daha sonra, onun rəhbərlik etdiyi kommandos qüvvələri Yaxın Şərqə atılıb. Düşmən arxasında diversiya əməliyyatları, aerodromların məhv edilmə planlarını işləyib hazırlayaraq, həyata keçirib. 1942-ci ildə SAS (Special Air Service) – Xüsusiləşdirilmiş Hava xidməti alayını yaradaraq 250- dən çox düşmən təyyarəsini məhv edib.Əks tərəf ona “Mayor-Şeytan” adı verərək ,onu məhv edənə böyük mükafat vəd edir. 1943-cü ildə Almaniyada SAS ilə mübarizə üçün yaradılan qüvvələr tərəfindən ələ keçirilib. Britanıyanın onu azad etmək ücün bütün cəhdləri boşa çıxır. 1945-ci ildə Almaniyanın süqutundan sonra müttəfiq qoşunları tərəfindən azad olunur.

1970-ci illərdə artıq müqaviləli döyüşçülərin artımı hiss olunurdu. Birinci böyük müqavilə 1974 cü ildə ABŞ hərbi sənaye kompleksinə aid olan” Northrop Grumman” konserninə tabe olan “Vinnell Corp” tərəfindən ABŞ hökuməti ilə yarım milyard dollar həcmində bağlanıb. Onun əməkdaşları Səudiyyə Ərəbistanının milli qvardiyasını hazırlamalı və neft mənbələrinin qorunması ilə məşğul olmalı idilər. Bu qüvvələrin tərkibində olan mütəxəssislər bu işləri müvəffəqiyyətlə görsələr belə, aralarında olan müxtəlif kontingentli insanlar arasında xırda konfliktlər daima var idi. Silahlı insanların heç də hamısı ideal və nizamnaməyə bağlı deyildi. Boş vaxtlarda Ərəb məhəllələrində qadınlara hücum edənlər, hətta bunun ücün ərəblərlə silahlı münaqişəyə girənlər də az deyildi. Dünyada müharibə ocaqları qızışdıqca, təbii resurslarla zəngin bölgələrdə hökumət və müxalif qüvvələr arasında silahlı qarşıdurmalar artdıqca, belə kompaniyalara da ehtiyac çoxalırdı. Bir cox FHK-lar qanun çərçivəsində fəaliyyət göstərsələr belə, qanunsuz olaraq üsyancılara və müxalif qüvvələrə də muzdlular axını durmadan artırdı. Hətta, parktika göstərirdi ki, qaunsuz kompaniyalara meyl daha böyük idi. Çünki burada qanunsuz silah satışı və təbii resurslar (qızıl,almaz və s) muzdluları daha çox cəlb edirdi. Bunun da arasında böyük kompaniyalarda, Fərdi mühafizə idarələri adı altında yüksək çinli müxtəlif ordu komandirləri dururdu. Bir çox dövlətlərin belə “qara əsgər qüvvələri qane etdiyindən” onların qanun qarşısında durma əmsalı çox cüzi bir xarakter almışdı.
Изображение
Anqolada müharibə qızışan zaman artıq dünyanın bir neçə ölkəsində muzdluların cəlb olunnma prossesi güclənirdi. Beynəlxalq aləmdə ən böyük tanınma rekordunu Böyük Britaniyanın “Security advisory services” firması qazanaraq, Qərbi Avropanın vətəndaşlarından muzdlular çağırır və onları lazımi vəsaitlərlə təmin edərək döyüş zonasına göndərib. 1976-cı ildə Luandada əsir düşmüş muzdluların məhkəmə prossesində məlum olur ki, Böyük Britaniyadan bu ölkəyə 96 muzdlu mütəxəssis və təlimatçı (onlardan 36-sı ölüb,13-ü yaralanıb və 5-i itgin düşüb) göndərilib.

Buna baxmayaraq, FHK -lar artıq artmağa başlayırdı. Bunun bir çox səbəbləri var. Belə ki, başqa ölkədə döyüş əməliyyatları aparan dövlətlər, həmin ərazidə öz ordularının tərkibini azalda bilirdilər. Bundan əlavə fərdi mühafizə kompaniyaları adı altında fəailiyyət göstərən FHK-lara xərclənən pullar ,orduya xərclənən pullar müqabilində çox az idi. Çünki onların əməkdaşlarına dövlət tərəfindən müxtəlif imtiyazlar, təqaudlər verilmir və onlar pulsuz müəlicə ilə təmin olunmurdular. Onlara hərbi qulluqculardan çox pul verilir, lakin əgər onların xidmətindən il ərzində 3-5 ay istifadə olunurdusa, qalan vaxt onlara pul verilmirdi. Əgər FHK-nın döyüşçü kontingenti dövlət strukturu deyildisə, deməli dövlət ona yaralandığı və öldüyü zaman hec bir kopensasiya ödəmir, onun ailəsinə imtiyaz vermir, təqaüd və başqa xərclər çəkmirdi. Bunu da ümumi hesablayanda ordu əsgərlərinə xərclənəndən çox ucuz başa gəlirdi və dövlət orduya, müdafiə xərclərinə böyük qənaətlər edə bilirdi. Bu bir tərəfdən də muzdlunun hansısa bir cinayət əməlinə görə dövləti məsuliyyətdən azad edirdi. Yəni dövlət fərdi kompaniya döyüşçüsünə cavabdeh olmurdu və beynəlxalq qanunlara görə məsuliyyəti öz üzərindən atmağa müvəffəq olurdu.


Siyasi baxımdan da bu dövlətlər ücün əlverişlidir. Çünki döyüş zonasında muzdlu həlak olursa, bu KİV-lərin və beynəlxalq təşkilatların diqqətini çox cəlb etmir. Lakin, əsgər ölümü ölkədə narazılıqlara səbəb olurdu. Muzdluların itgisi ümumi hərbi əməliyyatlarda həlak olanların statistikasına daxil edilmir, muzdluların itgisi hec kimi maraqlandırmır, amma ordunun itgiləri ciddi nəzarətdə saxlanılır. FHK-ların hərbi əməliyyatlara cəlb olunması, ordu kontingentində itgilərin qarşısını alır ki, bu da dövlətlər ücün siyasi baxımdan əlverişli amildir. Bundan əlavə hərbi qulluqçuları dövlət qanunları ilə qadağan olunmuş əməliyyatlarda istifadə etmək olmur, lakin bu qanun muzdlular üçün deyil.


ABŞ-ın Əfqanıstanda apadığı “yenilməz azadlıq” əməliyyatları zamanı bu ölkədə dünyanın , əsasən də Avropa ölkələrinin 176 “fərdi mühafizə kompaniyası” adı altında FHK-ları iştirak edib. Bu zaman onlar dağlarda və ümumi ərazidə taliblərlə savaşan ordunun arxasında, şəhərlərdə və Kabilin özündə “təmizləmə” əməliyyatları aparıblar. Bu zaman hədsiz qanunsuzluqlara və qəddarlığa əl atan muzdlular, hec bir zaman məhkəmə qarşısına çıxmamış və sadəcə onların olmaması qənaitinə gəlinmişdir. Əsasən belə böyük kompaniyalar zamanı, muzdluların etdikləri xırda və iri cinayətlər heç zaman işıq üzü görmür, onlar cəzalandırılmır, sadəcə həmən şəxslər əməliyyatdan uzaqlaşdırılaraq vətənlərinə göndərilirdilər. Çünki, bu yüksək professionallar və gününə 600-1700 dollar alan “ölüm maşınları” əsasən ordunun yerinə yetirə bilmədiyi əməliyyatları xüsusi amansızlıqla icra edir və ətrafa qorxu saçırdılar.

Onlar ücün ümumi qayda və qanun yoxdur. Onlar hətta yol gedərkən, şübhələndikləri maşını yoxlamadan tam güllələyir, yolarına çıxan maşınları vuraraq yoldan kənarlaşdırırdılar. Lakin Əfqanıstan kompaniyasında onların köməyi olmadan hərbi əməliyyatlar çox cətin keçərdi. Gündəlik olaraq, 8 fərqli FHK-lara məxsus 100-dən artıq helikopterlər, çətin dağ şəraitlərində döyüş aparan ordu qüvvələrinə 100.000 tondan artıq hərbi sursat və hərbi vasitələr çatdırılırdı ki, bu da Əfqanıstanın minalanmış yollarında itgilərin qarşısını hiss olunacaq alırdı. Bu zaman təbii ki, bir necə helikopter vurularaq sıradan çıxarılır və bu haqda KİV-lərə məlumat verilmirdi.

Ramseld əməliyyatlar uzandıqca Əfqanıstanda olan hərbi kontingenti azaltmaq qərarına gəlir, lakin döyüşlərdə iştirak edən kontingent azalmırdı. Çünki, hərbçilər hesaba alınsa belə müttəfiq dövlətlərdən göndərilən FHK döyüşçülərinin sayı günbəgün artırdı.
Изображение
Burada ən böyük saziş, ABŞ-ın keçmiş dəniz pişiklərinin zabiti Erik Prins tərəfindən 1996-cı ildə təsis etdilən “BLACK WATER” FHK-nın üzərinə düşürdü. Bu kompaniyanın ABŞ dövləti ilə əməkdaşlığı milyardlarla dollar civarında hesablanırdı. Adı “fərdi mühafizə kompaniyası” olmasına baxmayaraq, bu həqiqətən fərdi və yüksək hazırlıqlı, böyük maliyyə resurslarına malik, özünün hərbi təlim düşərgələri və mərkəzləri, müxtəlif növ hərbi ləvazimat və silahları, zirehli maşınları, ucaq vasitələri olan son dərəcə modern bir ordu idi. Bu kompaniyanın döyüşçüləri arasında dünyanın bir çox ölkələrinin elit xüsusi təyinatlılarının mütəxəssis, təlimatçı və döyüşçüləri yer alırdı. Buna görə də Əfqanısan və İraq kompanıyalarında bu qəddar kompaniyanın döyüşçüləri ilə hər bir döyüşçü üz-üzə gəlməyi arzulamırdı. Əsasən ordu daxilində olmayan bu kompaniya demək olar ki, ordunun düşdüyü bütün çətin döyüş əməliyyatlarının xilasedicisi rolunu oynayırdı. Çox zaman patrul qruplarının yerli üsyançıların mühasirəsinə düşdüyü zaman “BLACK WATER” döyüşçüləri köməyə tələsir və çatdıqları an, üsyançılardan bir nəfərə də rəhm etmədən amansızcasına onları tamamilə məhv edirdilər. Kompaniyanın qərərgahı Şimali Karolinada yerləşir.


Səddam rejiminin süqutundan sonra “BLACK WATER” (BW) İraqda daha çox əməliyyatlara cəlb olundu. Ümumiyyətlə, FHK-lar İraq kompaniyasında 40 mindən çox döyüşçü ilə təmsil olunsa da bunlardan çoxu BW-in üzərinə düşürdü. Bu kompaniya İraqda əməliyyatlarında 780 döyüşçüsünü itirsə belə, məlum səbəblərdən bu ictimaiyyətə çatdırılmırdı və onlar hərbi itgilər sırasında yer almırdılar. Əgər 2001-ci ildə BW kompaniyası federal büdcədən 736 min dollar maliyyə alırdısa, 2005-ci ildə BW 25 milyon maliyyə vəsaitinə sahiblik edirdi. Bir döyüşçünün bir günü 1222 dollara, ABŞ əsgərinin isə, 14-190 dollara başa gəlirdi. Bu bahalıq, ABŞ-ın hərbi kontingenti ixtisar etmək planları ilə üst-üstə düşdüyü üçün maliyyənin ayrılması hökumətə sərf edirdi. Çünki, BW özü-özünü hər şeylə təmin edirdi. BW-in rəsmi saytında vakansiya bölməsində, qəbul ücün ilkin şərt: Siz qəbul olunacağsınızsa ,Sizi rəsmi ştata almayacaqlar – kimi müddəa yerləşdirilib. Buradan belə nəticəyə gəlmək olar ki, BW-də muzdlular azad kontraktçılardır və onlar öləcəkləri və ya əlil olacaqları təqdirdə onlara heç bir dövlətin imtiyazları şamil olunmur. İmtiyaz və kompensasiyalar BW-nin daxili işidir və fərdi olaraq həll olunur.

Kompaniya uzun müddət dəniz kompaniyalarına külli miqdarda vəsait qarşılığında Somali dəniz quldurlarından qorunmaq ücün döyüşçülər təqdim edib. Məhz onların amansız fəaliyyətləri sayəsində Somali dəniz quldurlarının son zamanlar aktivliyi heçə enib. Onlar quldurlarla zarafat etmir. Peyda olan bütün Somali dəniz təknələrini iriçaplı pulemyot və qumbaraatanlardan atəşə tutur, quldurların son nəfərinədək öldürərək, təknəni batırırdılar. Bütün bunlarla yanaşı, bu FHK-nın adı bir sıra hərbi cinayətlərdə hallanıb. Bunlardan ən qanlısı İraqda parakəndə halda atəş açaraq 17 dinc sakinin ölümünə səbəb olmalarıdır. Bu cinayətdə də məsuliyyətə cəlb olunan olmayıb. Çünki istintaqın obyektiv getməsinə və lüzumsuz halda ifrat silahdan istifadə hallarının təsdiq olmasına baxmayaraq, sonradan bu hadisədə üsyancılar günahlandırıldı. Ümumiyyətlə, böyük dövlətlər istifadə etdikləri FHK-ların xırda və orta cinayətlərini hər dəfə ciddi cəhdlə ictimaiyyətə və KİV-lərə çıxarılmasının qarşısını alırlar. Bu da onların münaqişə zonasında ordu qüvvələrindən başqa, hərbi birləşmələrinin olması haqqında məlumatın yayılmaması və məxfi saxlanması istəyi ilə izah olunur.

Yaxın qonşumuz Rusiyanın da müasir hərb tarixini FHK-sız buraxmaq mümkün deyil. Hələ Qarabağ müharibəsi zamanı rus hərbi hissələrinə aid olan muzdluların Azərbaycana qarşı erməni hərbi birləşmələri tərkibində döyüşlərdə iştirakı bir çox material və sənədlərdə əks olunub.


Ermənistan ərazisində yerləşən 7-ci ordunun bir bölük əsgərinin Qarabağda əsir götürülməsi buna əyani sübutdur. Bunlar heç də özübaşına hərbçilər deyildi. Onlar, yüksək ixtisaslı zabitlər, hərb sənətində elmli əsgərlər idilər. Bundan əlavə, Xankəndində yerləşən 366-cı alayın şəxsi heyətinin demək olar ki, çox hissəsi ermənilərlə birgə muzdlu şərtlərdə vuruşur və onlara pulla ciddi hərbi texnika verirdilər. Şuşa üzərində helikopterin istilik raketi ilə vurulması, bu verilən silah və sursatların payına düşürdü. Bundan əlavə, rus muzdluları zaman-zaman Baltikyanı ölkələrdə, Moldovada, Gürcüstanda, Ukraynada və bir sıra münaqişə ocaqlarında peyda olmağa başladılar.
Изображение
Ukraynaya qarşı döyüşlərin ilk fazasında Rusiyada “Vaqner qrupu” kimi adlanan qrupun adı ortaya çıxdı. Daha sonra, bu qrupun izləri Suriya döyüşlərinə qədər gedib çıxdı.

“Vaqner qrupu”nun yaranmasında bir çox belə təşkilatlanmalarda olduğu kimi, Slavyan korpusunun köklərinin olduğu müəyyənləşdirilib. Bu korpus Suriyada muzdluluq əməliyyatları ilə məşğul olmağa başladığı dövrdən bir az sonra, Rusiyada korpusu muzdluluğa görə, qanuni olaraq günahlandırmağa və təqib etməyə başladılar. Bir çox araşdırmalardan məlum olur ki, Vaqner Rusiya silahlı qüvvələrinin Baş Qərərgahının 2-ci əlahiddə xüsusi təyinatlı briqadasının 700-cü əlahiddə xüsusi təyinatlı dəstəsinin komandiri , ehtiyatda olan polkovnik-leytenant Dmitriy Utkindir. Bu qrupun ilk əməliyyatı 2014-cü ildə Krımda Ukrayna hərbi hissələrinin tərkisilah edilməsi olub. Buna görə Vladimir Putin, jurnalistlərin suallarına cavab verərkən, bizim Krımda silahlı qüvvələrimiz yoxdur deyirdi. Bundan əlavə, qrup Ukraynanın Donbas şəhərində separatçılara silah, sursat, təlimatçı, mütəxəssis kimi yardımlar edərək, hətta döyüşlərdə də iştirak edib.

2017-ci ilin oktyabr ayında Ukraynanın təhlükəsizlik idarəsi qrupun Luqansk aeroportunda desantçıları daşıyan İL-76 təyyarəsinin vurulmasında təqsirkar olduğu haqqında KİV-lərə sənədlər təqdim etdi və Ukraynaya qarşı döyüşlərdə iştirak edən 1570 döyüşçünün adını açıqladı. Onlardan bir çoxunun Ukrayna ərazisində, separatçı bölgədə adsız qardaşlıq məzarlarında dəfn olunduğu iddia edilir. Bu insanlar hələ indi də Rusiya ərazisində itgin düşmüş sayılır və onların axtarışı üçün heç bir tədbir görülmür. Sağ qalan insanlar öz vətənlərinə qayıtsa da susmaq məcburiyyətində qalırlar. Çünki, hansısa bir xəstəlik və yara ilə kiməsə müraciət etsələr, onlar qanunsuz muzdlu kimi təqib olunur, çox zaman isə sakitcə “itgin” düşürlər.

Изображение
Bəli Rusiya öz ərazisində belə FHK-ların mövcudluğunu inkar edir. Lakin, faktlar göstərir ki,bu dövlət də bir sıra Avropa dövlətləri kimi, bənzər kompaniyalardan yararlanmaqda israrlıdır. Çünki, onlar qanunda onlar yoxdur -həqiqətdə isə mövcuddur. Qanunda yoxdursa, dövlət də buna cavabdeh deyil.

Hazırda, tarixi dünya düzənində müharibələrin səngiməsindən çox qızışma tendensiyaları görsənir. Deməli hələ də FHK-lar və muzdlular problemi qapanmayacaq.

Qeyd edim ki, bu tendensiya durmadan artacaq. Çünki, bütün dövlətlərdə müharibələr keçmiş ixtisaslı və təlim görmüş, lakin istifadə olmayan, əslində həyat şəraiti pis olan və pul qazanmaq istəyən yetərincə “materiallar” var. Bu “materiallar” saxlanca qoyulmuş silah kimidir və nə vaxtsa, hardasa atəş açacağı qaçılmazdır.

Hərbi ekspert Abuzər Əbilov

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146170
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#9 Сообщение smersh70 » 28 мар 2019, 01:01

smersh70 писал(а):
07 ноя 2018, 23:07
Muzdlular. Kimdir onlar? Çox yazılarda aları hallanan “vəhşi qu quşları”?, yoxsa qaranlıq meşələrin caqqalları, tənha qurdlar? Satılan professionallar? Amansız məxluqlar? Qatillər? Bəs kimdir Muzdlular və FHK?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146170
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: "UĞUR ƏSGƏRLƏRİ"-"Солдаты удачи(наёмники)

#10 Сообщение smersh70 » 16 июн 2020, 02:31

Türk Uğur əsgərlərin "SADAT"rəhbəri eks-general Adnan Tanrıverdi Lİviyada yerli Ordu komandanlığı ilə sazış bağlayıb
Həmin sazişə görə,Liviya Ordusunun hazırlığına rəhbərlik etdiyi qurum yaxından kömək edəcək....

Изображение

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»