Одиссей писал(а):molniya makfi писал(а):
Neynəyək, atası deyilik ki.
Yalnız unutmamalıyıq ki, bunlar müharibədə yalnız epizodik rol oynamağa qadirdirlər.
Hər hansı bir böyük əməliyyatda həlledici amil olmayacaqlar. Ciddi bir krizis anında da vəziyyəti xilas edə bilməzlər.
Bilərlər. Məsələn İzrailin köməyi ilə(bunlar bizə silah satmağa razıdır) bu təyyarələrə GPS lə idarə olunan silah daşıyan pilonlar yerləşdirmək olar. Onlar hər bir kəşfiyyat vasitəsindən(peyk, BPLA, kommandos) on-layn rejimində komanda məntəqəsi vasitəsilə koordinatları alıb, silahın beyninə yerləşdirə bilərlər.
Bu təyyarələr düşmən mövqeylərindən 30-40 km aralıda patrul uçuşları keçirib, hücuma hazır şəraitdə qalacaqlar.
Onlar asanlıqla bu modernizasiyanı edir təyyarələrdə. Heç bir texniki problemi yoxdur.
Əlbəttə bu ola bilər. Təyyarə, Su-25, daşıyıcı platformadır, raketlər isə avtonom silahdır.
Bir də ona baxmaq lazımdır ki Su-25 in gövdəsi / qanadları hansı boyda, ağırlıqda, yəni hansı mənzilli raketlər daşıya bilər.
Belə bir təkmilləşdirmə Su-25 ləri ən azından PZRK-ların, "İqla", "Stinger"lərin vuruş mənzilindən çıxarmağa imkan yaradardı. (Su-25 lərin uçuş tavanının cəmi 7000 metr olmasından dolayı dağlıq ərazi üzərində bu yenə də mümkün olmaya bilər
)
Yadınızdadırsa biz sizinlə köhnə müvzuda c3 / c4 (kompüterləşdirilmiş komanda, rabitə, kəşfiyyat, döyüşə nəzarət) sistemlərini biraz müzakirə etmişdik. Belə sistemlərin tətbiqi dünyada donanma və aviasiyadan başlayaraq bütün qoşun növlərinə yayılmışdır. İndi özünə hörmət edən bütün ordularda bu sistemlər bu və ya digər dərəcədə tətbiq edilir.
Su-25 lərin yeni radarlarla, yerüstü hədəfləri avtomatik axtarma, təyin etmə, digər döyüş vahidləri ilə dərhal paylaşma, digər kəşfiyyat vasitələrilə avtomatik rabitə kompüterləri və cihazları ilə təchiz edilməsi onların döyüş effektliliyini xeyli artırardı.
Amma fakt budur ki bizdə belə imkanlardan faydalanılmamışdır.
Aviasiyamız da Ukrayna aviasiyasından heç bir cəhətdən üstün deyildir. Hansı ki ukrain qüvvələrinin İlovaysk, DAP, Debalsevo ətrafında rus batalyon taktiki qrupları (ada bax ee
) tərfindən məhv edilməsinə acizcəsinə seyirçi qalmışdır. O ukrain aviasiyasından ki, belə kritik anlarda belə rus HHM vasitələrinin qorxusundan döyüş uçuşları etməyə cəsarət etməmişdir.