Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu
Добавлено: 11 апр 2015, 14:43
İki il əvvəl müzakirə edilmiş Gözlənilməyən Təhlükələr mövzusunda düşman qüvvələrinin qəfil həmləylə cəbhə xəttini yarması və ciddi qüvvələrlə dərin hücuma (və ya reydə) keçməsi ssenarisi nəzərdən keçirilmişdi. Belə bir hücumun qarşısını alacaq əsas tədbirlərdən biri olaraq bir çox forumçu aviasiya zərbələrini qeyd etmişdi.
Məsələn “Bosman” – “Такой глубокий танковый рейд без плотного прикрытия с воздуха просто не реален.” – demişdi. “Odissey” də bildirmişdi ki, “Мы их зальем в крови. Прямо в походных колоннах. Их "стрелы", "шилки", даже "Панцыри" и "Тор"ы (если получат на вооружение) не помогут.”
Lakin elə son rus-ukrain müharibəsinin təcrübəsinə nəzər saldıqda görürük ki, Ukraina hava qüvvələrinin nailiyyətləri çox cüzi, itkiləri isə ağır olmuşdur. Və müharibənin demək olar ki ilk mərhələsindən etibarən, ruslar bir neçə “Buk” və “Pansir”lə, bizim münaqişə bolgəmizlə müqayisə oluna biləcək ərazidə, hava sahəsini ukrayna təyyarələrindən təmizləmişlərdir.
Əslində bizim ermənilərlə olan öz müharibəmizdə də hava qüvvələrimizin itkiləri uğurlarıyla müqayisə edilməyəcək dərəcədə ağır olmuşdur. Elə rus-gürcü müharibəsində də, əzici üstünlüklərinə baxmayaraq, ruslar çox sayda hərbi təyyarə itirmiş, və yenə də rus hərbi-hava qüvvələri bu müharibədə həlledici rol oynamamışlardır.
Əlbəttə ki ABŞ hərbi hava qüvvələrinin İrak, Serbiya və s. ilə müharibələrdə əldə etdiyi nəaliyyətlər və oynadığı həll edici rol ilə müqayisədə, keçmiş sovet məkanındakı müharibələrdə aviasiyanın rolu çox acınacaqlı görünür.
Yəqin ki bu keçmiş sovet hərbi hava texnikasının və havadan hücum taktikalarının geridə qalmışlığı ilə əlaqədardır. Necə də olsa bu müharibələrdə bombardıman aviasiyasının əsas gücünü köhnə “şturmovik” konsepsiyalı Su-25 lər təşkil etmişdir, hansı ki İkinci Dünya Müharibəsinin “uçan tabutu” olan İL-2 lərin varisləridir.
Bundan başqa, əhəmiyyətli tapşırıqlara kütləvi şəkildə uçan, radio-elektron mübərizədən tutmuş kosmik kəşfiyyat vasitələrinin dəstəyinə qədər hər tərəfli təmin edilmiş ABŞ hava əməliyyatlarından fərqli olaraq, sovet məkanı müharibələrində bombardımançı təyyarələr adətən tək, maksimum cüt olaraq uçmuşlardır.
Nəhayət amerikalılardan fərqli olaraq, köhnə sovet hava qüvvələrinin arsenalında uzaq mənzilli, çox yüksək dəqiqliyə malik “ağıllı” hava-yer raketləri yayğın deyildir.
Bilindiyi kimi Azərbaycan hərbi hava qüvvələrinin əsas vurucu hissəsini də Su-25 təyyarələri təşkil etməkdədir.
Yuxarıda yazılanları nəzərə alaraq, geniş miqyaslı, ciddi döyüşlərdə hərbi hava qüvvələrimizin həlledici, vəya müstəsna əhəmiyyətli rol oynayacağını gözləmək, buna bel bağlamaq məncə doğru olmazdı. Nəticədə, həlledici anda, belə ümidlər tamamilə puç ola bilər, gecikmiş peşmançılıqla bitə bilər.