Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

Автор
Сообщение
Аватара пользователя
molniya makfi
партизан
Сообщения: 210
Зарегистрирован: 08 июл 2013, 15:01

Благодарил (а): 16 раз
Поблагодарили: 34 раза

Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#1 Сообщение molniya makfi » 11 апр 2015, 14:43

İki il əvvəl müzakirə edilmiş Gözlənilməyən Təhlükələr mövzusunda düşman qüvvələrinin qəfil həmləylə cəbhə xəttini yarması və ciddi qüvvələrlə dərin hücuma (və ya reydə) keçməsi ssenarisi nəzərdən keçirilmişdi. Belə bir hücumun qarşısını alacaq əsas tədbirlərdən biri olaraq bir çox forumçu aviasiya zərbələrini qeyd etmişdi.
Məsələn “Bosman” – “Такой глубокий танковый рейд без плотного прикрытия с воздуха просто не реален.” – demişdi. “Odissey” də bildirmişdi ki, “Мы их зальем в крови. Прямо в походных колоннах. Их "стрелы", "шилки", даже "Панцыри" и "Тор"ы (если получат на вооружение) не помогут.”
Lakin elə son rus-ukrain müharibəsinin təcrübəsinə nəzər saldıqda görürük ki, Ukraina hava qüvvələrinin nailiyyətləri çox cüzi, itkiləri isə ağır olmuşdur. Və müharibənin demək olar ki ilk mərhələsindən etibarən, ruslar bir neçə “Buk” və “Pansir”lə, bizim münaqişə bolgəmizlə müqayisə oluna biləcək ərazidə, hava sahəsini ukrayna təyyarələrindən təmizləmişlərdir.
Əslində bizim ermənilərlə olan öz müharibəmizdə də hava qüvvələrimizin itkiləri uğurlarıyla müqayisə edilməyəcək dərəcədə ağır olmuşdur. Elə rus-gürcü müharibəsində də, əzici üstünlüklərinə baxmayaraq, ruslar çox sayda hərbi təyyarə itirmiş, və yenə də rus hərbi-hava qüvvələri bu müharibədə həlledici rol oynamamışlardır.

Əlbəttə ki ABŞ hərbi hava qüvvələrinin İrak, Serbiya və s. ilə müharibələrdə əldə etdiyi nəaliyyətlər və oynadığı həll edici rol ilə müqayisədə, keçmiş sovet məkanındakı müharibələrdə aviasiyanın rolu çox acınacaqlı görünür.
Yəqin ki bu keçmiş sovet hərbi hava texnikasının və havadan hücum taktikalarının geridə qalmışlığı ilə əlaqədardır. Necə də olsa bu müharibələrdə bombardıman aviasiyasının əsas gücünü köhnə “şturmovik” konsepsiyalı Su-25 lər təşkil etmişdir, hansı ki İkinci Dünya Müharibəsinin “uçan tabutu” olan İL-2 lərin varisləridir.
Bundan başqa, əhəmiyyətli tapşırıqlara kütləvi şəkildə uçan, radio-elektron mübərizədən tutmuş kosmik kəşfiyyat vasitələrinin dəstəyinə qədər hər tərəfli təmin edilmiş ABŞ hava əməliyyatlarından fərqli olaraq, sovet məkanı müharibələrində bombardımançı təyyarələr adətən tək, maksimum cüt olaraq uçmuşlardır.
Nəhayət amerikalılardan fərqli olaraq, köhnə sovet hava qüvvələrinin arsenalında uzaq mənzilli, çox yüksək dəqiqliyə malik “ağıllı” hava-yer raketləri yayğın deyildir.

Bilindiyi kimi Azərbaycan hərbi hava qüvvələrinin əsas vurucu hissəsini də Su-25 təyyarələri təşkil etməkdədir.

Yuxarıda yazılanları nəzərə alaraq, geniş miqyaslı, ciddi döyüşlərdə hərbi hava qüvvələrimizin həlledici, vəya müstəsna əhəmiyyətli rol oynayacağını gözləmək, buna bel bağlamaq məncə doğru olmazdı. Nəticədə, həlledici anda, belə ümidlər tamamilə puç ola bilər, gecikmiş peşmançılıqla bitə bilər.

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#2 Сообщение Одиссей » 15 апр 2015, 03:12

Salam, "Molniya".

Ukrayna hərbi hava qüvvələrinin problemi onların döyüş hazırlığının zəifliyində və HHQ balanslaşdırılmamış qurulmasında idi. Döyüş hazırlığının zəifliyi ümumiyyətlə keçmiş sovet ordusuna xas xüsusiyyətdir. Aviapolk səviyyəsində təyyarəçilərin döyüş hazırlığı çox yüksək olurdu. Amma ayrı-ayrı döyüş komponentlərinin döyüş şəraitində kommutasiyası, kompleks tətbiqi sovet ordusunun "axilles dabanı idi". NATO demək olar ki heç vaxt aviasiyanı balanslaşdırılmış döyüş komponentlərini kompleks şəkildə tətbiq etmədən istifadə etmir.
Bu komponentlərə daxildir: 1) Uçan diqqəti azdıran pilotsuz hədəflər 2) kəşfiyyat təyyarələri 3) pilotsuz kəşfiyyat uçaqları 4) Yerüstü kəşfiyyat və elektron-maneə vasitələri 5) Uçan komanda məntəqəsi(AVAKS) 6) İmitasiya-yayındırıçı döyüş qrupu təyyarələri 7) Zərbə qrupu təyyarələri 8) Xilasetmə-təxliyyə qrupu təyyarə və vertolyotları.
Bu çür vasitələrlə təşkil olunan döyüş həmişə müvəffəqiyyətlə başa çatır.
Ona görə də bizim HHQ zabitlərini sovet ordu mədəniyyətindən, biliklərindən qəti şəkildə ayırıb, NATO sisteminə keçirmək lazımdır. Onda mənim heç S-500 ZRK-lərindən də qorxum yoxdur.

İkinçisi. Siz deyən genişmiqyaslı hüçum üçün ermənilərin döyüş xəttindəki qüvvələrindən əlavə Qarabağda təxminən iki korpus(diviziya) müqabilində ehtiyat zərbə qüvvəsi olmalıdır. Çünki cəbhə xəttində duran qüvvələri bizim gözümüzün qabağında cəmləşib, zərbə dəstələri qura bilməzlər. Cəmləşsələr, ona bizim komandirlər qoyun deyil ki, onların atıb getdiyi mövqeyləri yarıb, özləri hücuma keçməsin.
Ona görə də, erməniyə məqsədəuyğundur ki, hücum üçün gümrah, kazarma və poliqon şəraitində təlim görən yüksək intizamlı birləşmələr yeritsin. Bunları o xırda Qarabağın harasında isə yerləşdirmək, kazarma tikmək, poliqon tikmək, yedirtmək, isindirmək, çimizdirmək lazımdır. Əgər bizim kəşfiyyat bu qüvvəni müəyyən edib, dislokasiyasını dəqiqləşdirməyibsə, bizim bir dövlət kimi fəaliyyətimizin qəti bir mənası yoxdur. Yaxşısı budur indidən erməniyə təslim olaq və namusumuzu da ataq onların ayaqlarının altına.
Əgər erməni bu qüvvəni Qarabağdan kənarda saxlayırsa, yenə də cidanı çuvalda gizlətmək mümkün deyil. Əgər gizlədə bilərsə belə, ermənistan-Qarabağ şosesinin buraxılış qabiliyyəti elədir ki, zərbə qüvvəsini yeridib cəmləşdirməkdən ötrü minimum 5-6 sutka intensiv daşınmalar başlamalıdır. Radioefir canlanmalıdır. Əlavə radionöqtələr işə düşməli, əlavə zenit-raket qurğuları efirdə görünməlidir. Əgər bunu da bizim kəşfiyyat müəyyən edə bilməzsə, onda bizim yer üzündə yaşamaq hüququmuz yoxdur. Cəhənnəmə erməni gəlsin :(
Yox, əgər bu canlanma müəyyən olunarsa, onda bizim ordu da əvvəlcədən hazırlanmış planı üzrə hərəkətə başlayacaq. Ya daşınmalar rejimində olan erməni qüvvələrinə qəfil hüçum edəcək, ya da nəhəng bir pusqu əməliyyatına başlanılacaq.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
molniya makfi
партизан
Сообщения: 210
Зарегистрирован: 08 июл 2013, 15:01

Благодарил (а): 16 раз
Поблагодарили: 34 раза

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#3 Сообщение molniya makfi » 17 апр 2015, 14:47

Одиссей писал(а):
Bu komponentlərə daxildir: 2) kəşfiyyat təyyarələri 3) pilotsuz kəşfiyyat uçaqları 4) Yerüstü kəşfiyyat və elektron-maneə vasitələri 5) Uçan komanda məntəqəsi(AVAKS) .
Salam "Odissey"

Bildiyiniz kimi, yuxarıda adı çəkilən bəzi texniki vasitələr çox bahalı olmaları ilə yanaşı, həm də çox məhdud sayda ölkə tərəfindən istehsal edilir. Bu ölkələr də belə texnikaları yalnız ən yaxın müttəfiqlərinə satır.
Yəni bu növ texnikalarla Azərbaycan hava qüvvələrinin təmin edilməsi yəqin ki imkansız bir məsələdir.

Аватара пользователя
molniya makfi
партизан
Сообщения: 210
Зарегистрирован: 08 июл 2013, 15:01

Благодарил (а): 16 раз
Поблагодарили: 34 раза

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#4 Сообщение molniya makfi » 17 апр 2015, 15:08

Одиссей писал(а):
7) Zərbə qrupu təyyarələri

Onda mənim heç S-500 ZRK-lərindən də qorxum yoxdur.
Bunun üçün bizim HHQ-nin əsas zərbə gücünü təşkil edən Su-25 ləri də dəyişmək lazımdır.
Zərbələrinin dəqiqliyini böyük ölçüdə alçaqdan və yavaş uçma sayəsində təmin edən bu təyyarələr müxtəlif PZRK-lar və "Şilka" tərəfindən rahatlıqla vurula bilməktədir. Bu tip daşınan hava müdafiə vasitələrinin qoşunlarda yayğın olduğu dövrdə Su-25 lərin döyüş meydanı üzərində ləngidiyi hər an onun vurulma təhlükəsini dəfələrlə artırır. Bunlara qarşı S-300 heç lazım da deyil.
HHQ-nin əsas vurucu qüvvəsini, Qərbdəki kimi, tam qabiliyyətli bombardumançı-qırıcı təyyarılır təşkil etməlidir, yaramaz "şturmovik" konsepsiyalı təyyarələr deyil.
HHQ-mizin bu şəkildə yenidən təchiz edilməsi də yenə qeyri mümkün bir işdir.

Аватара пользователя
molniya makfi
партизан
Сообщения: 210
Зарегистрирован: 08 июл 2013, 15:01

Благодарил (а): 16 раз
Поблагодарили: 34 раза

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#5 Сообщение molniya makfi » 17 апр 2015, 15:36

Одиссей писал(а):
Əgər erməni bu qüvvəni Qarabağdan kənarda saxlayırsa, yenə də cidanı çuvalda gizlətmək mümkün deyil. Əgər gizlədə bilərsə belə, ermənistan-Qarabağ şosesinin buraxılış qabiliyyəti elədir ki, zərbə qüvvəsini yeridib cəmləşdirməkdən ötrü minimum 5-6 sutka intensiv daşınmalar başlamalıdır. Radioefir canlanmalıdır. Əlavə radionöqtələr işə düşməli, əlavə zenit-raket qurğuları efirdə görünməlidir. Əgər bunu da bizim kəşfiyyat müəyyən edə bilməzsə, onda bizim yer üzündə yaşamaq hüququmuz yoxdur.
Kəşfiyyatın son dərəcə əhəmiyyətli olduğu haqda biz sizinlə köhnə mövzuda danışmışdıq.

Əfsuslar olsun ki, müəyyən obyektiv səbəblər üzündən tam effektiv və etibarlı kəşfiyyatı təmin etmək bizim üçün mümkün deyil.
Bizim nə kəşfiyyat peyklərimiz var, nə də müharibə bölgəsi üzərində daimi uçaraq vəziyyəti nəzarətdə saxlayan pilotlu, və ya pilotsuz təyyarələrimiz, ya da digər uçan vasitələrimiz.
Müharibə bölgəsinin dağlıq olmasından dolayı yetərli dərinliyə effektiv radio-lokasiya kəşfiyyatının təşkil edilməsində da problemlər var.
Bildiyimiz səbəblərə görə Ermənistanda etibarlı agentur kəşfiyyatın təmin edilməsi də müşkül məsələdir.
Burda (məsələn) Rusiyanın erməni əks-kəşfiyyatına yardım etməsi, və bizə qarşı aldadıcı, yayındırıcı tədbirlər görməsi ehtimalını nəzərə almaq da lazımdır.
Yalnız efiri dinləməklə və cəbhə xəttindən o tərəfə kəşfiyyatçı qruplar sızdırmağa çalışmaqla vəziyyət haqqında daimi, əhatəli və etibarlı məlumatlar alacağımıza ümid etmək məncə doğru deyil.
Kəşfiyyata arxayın olmaq məncə düzgün olmazdı.

Аватара пользователя
molniya makfi
партизан
Сообщения: 210
Зарегистрирован: 08 июл 2013, 15:01

Благодарил (а): 16 раз
Поблагодарили: 34 раза

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#6 Сообщение molniya makfi » 17 апр 2015, 15:38

Bu mövzu Qoşun növləri / HHQ bölməsində açılmalıydımı ?

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#7 Сообщение Одиссей » 18 апр 2015, 06:55

molniya makfi писал(а):Bu mövzu Qoşun növləri / HHQ bölməsində açılmalıydımı ?
Eybi yoxdur. Sonra da keçirmək olar.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#8 Сообщение Одиссей » 18 апр 2015, 06:59

molniya makfi писал(а):
Одиссей писал(а):
Bu komponentlərə daxildir: 2) kəşfiyyat təyyarələri 3) pilotsuz kəşfiyyat uçaqları 4) Yerüstü kəşfiyyat və elektron-maneə vasitələri 5) Uçan komanda məntəqəsi(AVAKS) .
Salam "Odissey"

Bildiyiniz kimi, yuxarıda adı çəkilən bəzi texniki vasitələr çox bahalı olmaları ilə yanaşı, həm də çox məhdud sayda ölkə tərəfindən istehsal edilir. Bu ölkələr də belə texnikaları yalnız ən yaxın müttəfiqlərinə satır.
Yəni bu növ texnikalarla Azərbaycan hava qüvvələrinin təmin edilməsi yəqin ki imkansız bir məsələdir.
Elədir. Amma İsveçlilər Qripen təyyarələri ilə birlikdə uçan komanda məntəqəsi də təklif edirlər, əgər səhv etmirəmsə. O təyyarələrin kəşfiyyat və elektron-maniə modifikasiyaları da var.
Qaldı ki pilotsuz kəşfiyyat vasitələrinə - bizdə artıq var.
Düzdür, guya bizə silah satmağa ağız-burun əyirlər. Amma yüz faiz əminəm ki, bu könülsüzlük təyyarəyə aid deyil. Hoppana-hoppana satarlar, əgər istəsək. Bəlkə ABŞ görsə ki bazar əldən çıxır, tez özü də F-16, F-18 və uçan komanda məntəqəsi təklif etdilər.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#9 Сообщение Одиссей » 18 апр 2015, 07:06

molniya makfi писал(а):
Одиссей писал(а):
Əgər erməni bu qüvvəni Qarabağdan kənarda saxlayırsa, yenə də cidanı çuvalda gizlətmək mümkün deyil. Əgər gizlədə bilərsə belə, ermənistan-Qarabağ şosesinin buraxılış qabiliyyəti elədir ki, zərbə qüvvəsini yeridib cəmləşdirməkdən ötrü minimum 5-6 sutka intensiv daşınmalar başlamalıdır. Radioefir canlanmalıdır. Əlavə radionöqtələr işə düşməli, əlavə zenit-raket qurğuları efirdə görünməlidir. Əgər bunu da bizim kəşfiyyat müəyyən edə bilməzsə, onda bizim yer üzündə yaşamaq hüququmuz yoxdur.
Kəşfiyyatın son dərəcə əhəmiyyətli olduğu haqda biz sizinlə köhnə mövzuda danışmışdıq.

Əfsuslar olsun ki, müəyyən obyektiv səbəblər üzündən tam effektiv və etibarlı kəşfiyyatı təmin etmək bizim üçün mümkün deyil.
Bizim nə kəşfiyyat peyklərimiz var, nə də müharibə bölgəsi üzərində daimi uçaraq vəziyyəti nəzarətdə saxlayan pilotlu, və ya pilotsuz təyyarələrimiz, ya da digər uçan vasitələrimiz.
Qəti şəkildə sizinlə razı deyiləm :) Mən bildiyim şeyləri sizə yaza bilmərəm. Ermənilər şoka düşər. Cəhənnəmə düşsünlər. Amma işlərini təkmilləşdirərlər.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Köhnə sovet məkanı müharibələrində aviasiyanın rolu

#10 Сообщение Одиссей » 18 апр 2015, 07:12

molniya makfi писал(а):
Одиссей писал(а):
7) Zərbə qrupu təyyarələri

Onda mənim heç S-500 ZRK-lərindən də qorxum yoxdur.
Bunun üçün bizim HHQ-nin əsas zərbə gücünü təşkil edən Su-25 ləri də dəyişmək lazımdır.
Zərbələrinin dəqiqliyini böyük ölçüdə alçaqdan və yavaş uçma sayəsində təmin edən bu təyyarələr müxtəlif PZRK-lar və "Şilka" tərəfindən rahatlıqla vurula bilməktədir. Bu tip daşınan hava müdafiə vasitələrinin qoşunlarda yayğın olduğu dövrdə Su-25 lərin döyüş meydanı üzərində ləngidiyi hər an onun vurulma təhlükəsini dəfələrlə artırır. Bunlara qarşı S-300 heç lazım da deyil.
HHQ-nin əsas vurucu qüvvəsini, Qərbdəki kimi, tam qabiliyyətli bombardumançı-qırıcı təyyarılır təşkil etməlidir, yaramaz "şturmovik" konsepsiyalı təyyarələr deyil.
HHQ-mizin bu şəkildə yenidən təchiz edilməsi də yenə qeyri mümkün bir işdir.
Ümümiyyətlə, Su-25, amerikanların A-10 təyyarələri mənəvi cəhətdən köhnəlmiş silahlardır. Amerikanlar A-10 yalnız texniki səviyyəsi çox aşağı olan düşmənə qarşı istifadə edir.
Amma olanımız budur. Bunu da düşünülmüş tətbiq etsək, istifadə etmək olar.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»