Страница 1 из 6
Russia & Azerbaijan
Добавлено: 09 окт 2012, 13:59
Ifti
Çərşənbə axşamı Bakıya tərkibində "Tatarıstan" flaqman gəmisi və "MB-58" dəniz yedəyi olmaqla kontr-admiral Sergey Alyokminskinin komandanlığı altında Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının gəmilər dəstəsi daxil olub.
Trend-in məlumatına görə, kontr-admiral Sergey Alyokminskini və Rusiya dənizçilərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov salamlayıb.
Səfərdə məqsəd Xəzərdə Rusiya və azərbaycanlı dənizçilər arasında dostluq əlaqələrinin inkişafı və möhkəmlənməsidir.
Səfərin proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı, birgə idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 10-da "Tatarıstan" gəmisi Bakı sakinlərinin ziyarəti üçün müvafiq reqlamentə uyğun açılacaq.
http://az.trend.az/news/politics/2074797.html" onclick="window.open(this.href);return false;
Re: Russia & Azerbaijan
Добавлено: 09 окт 2012, 21:55
Ifti
Rusiya raketdaşıyan gəmisi Bakı limanında - FOTOLAR
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” raket gəmisinin başçılıq etdiyi gəmilər dəstəsi Bakıya gəlib. “AzeriDefence.com” saytının məlumatına görə, raket gəmisini MB-58 yedək gəmisi müşayiət edir.
Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskinin rəhbərlik etdiyi səfərdə məqsəd Xəzərdə Rusiya və Azərbaycan dənizçilərinin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Səfər proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, birgə idman tədbirləri, həmçinin Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı yer alır.
Bakı Beynəlxalq Dəniz Limanında “Tatarıstan” gəmisinin qarşılanma mərasimi olub. Rusiya nümayəndə heyətini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov qarşılayıb. Mərasimdə Rusiyanın Azərbaycandakı səfiri, hərbi attaşesi, habelə Azərbaycan HDQ-nin nümayəndələri iştirak ediblər.
http://azeridefence.com/news.php?id=7714" onclick="window.open(this.href);return false;
Re: Russia & Azerbaijan
Добавлено: 27 окт 2012, 10:15
SAPAND
Re: Russia & Azerbaijan
Добавлено: 18 фев 2013, 23:50
Oberleytenant
Rusiya Azərbaycanın ən yaxın müttəfiqi olmalidir. Həm hərbi sahədə, həm də siyasi.
Re: Russia & Azerbaijan
Добавлено: 19 фев 2013, 00:01
mirotvores70
İnanımmı,inanımmı? Rusiya Qafqazlarda ən militarist bir siyasətin aparıcısıdır. Bu nə halda ola bilər? Bunu izah edin.
Re: Russia & Azerbaijan
Добавлено: 19 фев 2013, 00:26
SAPAND
Oberleytenant писал(а):Rusiya Azərbaycanın ən yaxın müttəfiqi olmalidir. Həm hərbi sahədə, həm də siyasi.
Rusiya ən azından keçmiş sovet respublikaları üçün mütəfigi ola bilməz . Mütəfiq tamam başqa şeydir ...
Re: Russia & Azerbaijan
Добавлено: 20 фев 2013, 02:30
aziz
Rusiyanın keçmiş Sovet Respublikalarına qarşı hele de işğalçı roldan siyaset icra elediyi açıq şekilde ortadadır.Rusiyayla mesafeli siyaset aparmaq lazımdır.
Re: Russia & Azerbaijan
Добавлено: 20 фев 2013, 02:31
aziz
SAPAND o scan qoyduğun şekildeki beyanata özün inanırsan?Veya bele bir sual soruşum.Herbi xidmetde olubsan?
Re: Russia & Azerbaijan
Добавлено: 20 фев 2013, 07:56
SAPAND
aziz писал(а):SAPAND o scan qoyduğun şekildeki beyanata özün inanırsan?Veya bele bir sual soruşum.Herbi xidmetde olubsan?
skan şəkili başqa mənbədən götürmüşəm ..
Hərbi xidmətə isə yazda , yaz olmasa payızda gedəcəm ...
Re: Russia & Azerbaijan
Добавлено: 20 фев 2013, 09:42
mirotvores70
SAPAND писал(а):aziz писал(а):SAPAND o scan qoyduğun şekildeki beyanata özün inanırsan?Veya bele bir sual soruşum.Herbi xidmetde olubsan?
skan şəkili başqa mənbədən götürmüşəm ..
Hərbi xidmətə isə yazda ,
yaz olmasa payızda gedəcəm ...
Komandirini mənim yerimə öpərsən.