Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

Hərbi Hava Qüvvələri

Модератор: Nazim Bayram

Автор
Сообщение
Antonio
Новобранец
Сообщения: 18
Зарегистрирован: 09 дек 2014, 19:11

Поблагодарили: 10 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#31 Сообщение Antonio » 13 дек 2014, 01:14

mirotvores70 писал(а):Yaxşı Özümüzünkülər demək olar ki yaramır. Alamq istəyimiz də ki yoxdur. Bəs sabah döyüş zamanı vedrə ilə ucacağıq? :mrgreen:
Hal hazirda Azerbaycan HHG-e olan teyyareler..Men Mig 29 ve Su 25 nezerde tuturam hechde vedre deyil..Get teze deyil amma vedre de deyil..Muasir teyyerelerin istismar tsikli eger mutamadi shekilde planli shekilde temir edilrse 40-50 ildir..Yani ele geliz ve bahali texnikadir ki onu kohne elchek kimi deyishmek olmur..Nasosnudaki zavod birge muessise achmag istiyirdi..Yavash-yavash ozumuzkileri oyrede oyrede inkishaf elemek lazimdir..yerli savadli ushaglar choxdur..sadeche bu ishe onlari chelb elemek lazimdir..

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81645
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1605 раз
Поблагодарили: 1171 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#32 Сообщение smersh70 » 13 дек 2014, 18:55

Pilot Turan Məmmədli писал(а):4. Azerbaycan hec mutexessis hazirlamaq maraginda da deyil.. Cunki xaricde gorulen iwler daha cox gelir getirir. Hal-hazirda ister herbi, isterse de mulki aviasiyamizda sirf aviasiya mutexessislerine cox ehtiyac var, cunki indi mutexessislerin olacagi iwde ve vezifede qeyri ixtisas sahibleri var
ИзображениеИзображение
давай только не про завод и про специалистов...к вашему сведению,самый первый СУ-24 наши усатые прапорщики сняли с постамента ,отремонтировали сами двигателии и этот Су-24 успешно бомбил хачиков...кстати этот летак до сих пор в строю..даже русские в СМи обалдели эт этого..как же они смогли...об этом писал даже баранец в своей книге...теперь про завод Насосный..он является одним из 2 заводов,который ремонтирует эти самолеты..Служа там ,какие только обозначения арабских стран я не видел
кстати до сих пор мы их ремонтриуем
Изображение
ремонт алжирского МИГ-25 у нас..расцветку ХБ нашей армии видно аж за версту :)
я там срочную служил в советское время...и кроме зубного врача-армянина почти все были наши кадры...я даже удивлялся как :?: как..наши могут такое делать...
а на закуску вам еше один пример--гянджинский вертолетный завод..работает под полную загрузку.....с каких только стран там не ремонтируют.....качество на уровне.....даже в самые плохие оды этот завод ремонтировал технику......
авиационников навалом...проблема в электронных начинках..вот там есть поле для работы...можно сделать СП...например с евреями...но это уже другая история................................

Pilot Turan Məmmədli
Новобранец
Сообщения: 7
Зарегистрирован: 09 дек 2014, 17:49

Поблагодарили: 1 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#33 Сообщение Pilot Turan Məmmədli » 14 дек 2014, 11:54

Plazmadan cuzi enerji yox, heddinden cox boyuk enerji alinir... Elmden anlayisi olmayan istenilen insana her sey fantastikdir...

Antonio
Новобранец
Сообщения: 18
Зарегистрирован: 09 дек 2014, 19:11

Поблагодарили: 10 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#34 Сообщение Antonio » 15 дек 2014, 12:52

Pilot Turan Məmmədli писал(а):Plazmadan cuzi enerji yox, heddinden cox boyuk enerji alinir... Elmden anlayisi olmayan istenilen insana her sey fantastikdir...
Ey elmin anasini agladan gozel insan.sohbet plazmanin enerji istehsalindan yox plazma esasinda yaradila bilechek muherriklerden gedir)Bu muherrikler hal hazirda kosmik texnikada istifade olunur..Yer atmosferi sheraitinde istifadesi mushkuldur..Bele asan ish olsaydi tebig eliyerdiler neyese.Eger eksini bilirsinisze link yerleshdirin burda..Mene maraglidir plazma enerjisini real tetbigi ve onun esasinda hazirlanmish ve yer sheraitinde ishleyen ve yuksek faydali ish emsali olan muherrikler

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#35 Сообщение Одиссей » 15 дек 2014, 23:09

Pilot Turan Məmmədli писал(а):Plazmadan cuzi enerji yox, heddinden cox boyuk enerji alinir... Elmden anlayisi olmayan istenilen insana her sey fantastikdir...
http://www.youtube.com/watch?v=ez-mMAC9ISE
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81645
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1605 раз
Поблагодарили: 1171 раз

Re: Azərbaycanın “Su-24” təyyarələri modernləşdiriləcək

#36 Сообщение smersh70 » 23 мар 2016, 23:16

Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin sttrateji birləşməsi olaraq özündə Hərbi Hava Qüvvələrini və Hava Hücumundan Müdafiə Qoşunlarını birləşdirir. Son 10 ildə yeni silahlar, müşahidə və aşkaretmə sistemmləri, uçuş texnikaları hesabına əhəmiyyətli şəkildə güclənən HHQ-nin inkişaf prosesində 2014-cü ildən etibarən yeni dövr başlayır.

Azərbaycan HHQ-nin komandanı, general-leytenat Ramiz TAHİROV AZERİ DEFENCE jurnalına müsahibəsində bu qurumda görülən işlər və gələcək layihələr barədə danışıb.
Изображение
AD: – Cənab komandan, Azərbaycan Hərbi Hava Qüvvələri uzun illər yalnız paradlarda və təlimlərdə ictimaiyyət üçün görünüb. Orada gedən proseslərdən məlumatımız olmayıb. Son illərdə isə aktiv şəkildə HHQ-də yenilənmə prosesi müşahidə olunur. Yeni obyektlərin istifadəyə verilməsi, bazalarda aparılan işlər barədə informasiyalar var. Müsahibəmizə də elə Azərbaycan HHQ-nin dünənindən bu günə Sizin baxışlarınızla başlamaq istərdik. 24 illik bir zaman kəsiyində HHQ tariximizdə hansı izləri buraxıb?

Ramiz TAHİROV: – Sizin bu ilk sualınıza cavab olaraq demək olar ki, Silahlı Qüvvələrin inkişaf və nailiyyətləri ictimaiyyət üçün əsasən məhz hərbi paradlarda və təlimlərdə nümayiş olunur. Bu nəticələri əldə etmək üçün hansı işlərin həyata keçirilməsi çox vaxt hərbi sirr olaraq qalır. Müasir olimpiya oyunlarının yaradıcısı Pyer de Kuberdye dediyi kimi əsas görünən nəticədir, buna aparan yollar isə əsas deyil.

Əlbəttə, müəyyən məlumatları mən sizə verə bilərəm və hesab edirəm ki, bu kifayət edər.

Bildiyiniz kimi bütün sahələrdə ölkəmizdə inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın lider və dünyada ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir və “Dünya Rəqabətlik Hesabatına görə 148 dövlət arasında ilk 30 dövlət arasında olmuşdur.

Bunun müqabilində bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər təkcə son on il ərzində on dəfədən də çox artırılmış, ölkəmizin müdafiə potensialının güclənməsinə və ordumuzun, o cümlədən Hərbi Hava Qüvvələrinin maddi-texniki bazasının müasirləşməsinə imkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məlum fərman, sərəncam və tapşırıqlarına uyğun olaraq hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib, mənzil şəraitləri yaxşılaşdırılıb, əmək haqları qaldırılıb, orduda xidmət etmək hər bir Azərbaycan vətəndaşının şərəfli işinə çevrilib.

Son 24 ildə Hərbi Hava Qüvvələrində ardıcıl strateji və taktiki dəyişikliklər aparılıb. Ölkəmizin hava məkanının 24 saat fasiləsiz mühafizəsi təmin edilib, düşmənin hər hansı təcavüzü dərhal və qəti dəf olunub. Mən burada misallar çəkmək istəmirəm, onlar hamıya bəllidir. Bu nəticələrin əldə olunmasında bizim kadr potensialının güclənməsi, hərbi peşəkarlığın artırılması və vətənpərvərlik hissləri kimi amillər əhəmiyyətli rol oynayır. Hələ vaxtı ilə Ümummilli liderimiz Heydər Əliyevin tələbi və qayğısı nəticəsində milli hərbiçi kadrlarımızın sayı yetərincə artıb. Misal üçün deyə bilərəm ki, əgər 1992-1995-ci illərdə təkcə hərbi aviasiyamızın 70-80%-i qeyri-azərbaycan vətəndaşı idisə, hal-hazırda 100% bütün təyyarəçilərimiz, texnik, mexanik, şturman və digər mütəxəssislər Azərbaycan Respublikasının vətəndaşıdırlar. O ki qaldı sualınızın axırıncı məqaməna deyə bilərəm ki, Azərbaycan Hərbi Hava Qüvvələri dünyada qəbul edilmiş hərbi qurumlardan tutmuş bütün mötəbər təşkilatlarda tanınmış və əhəmiyyətli iz qoyub. Təkcə onu demək kifayətdir ki, son illər Hərbi Hava Qüvvələrinin nümayəndələri NATO-nun keçirdiyi 20-dən çox təlimlərdə layiqincə iştirak edib, bu qurumun 20-yə yaxın təlim kurslarında təlim keçib,15-dən artıq işçi görüşləri keçirib, saysız-hesabsız konfrans və seminarların iştirakçısı olublar.
Изображение

Azərbaycan müstəqillik qazandığı gündən hazırkı dövrədək HHQ daim inkişaf etməkdədir. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır. Onların döyüş hazırlıqlarının səviyyəsi təlimlərin nəticələrindən bəlli olur.

AD: – HHQ-nin bazalarında olarkən diqqətimizi çəkən məqamlardan biri də uçuş və texniki heyətin hamısının azərbaycanlı gənc zabitlər olması idi. Bu kadrların hazırlanması və peşəkarlığının artırılması istiqamətində HHQ-də görülən işlər, eləcə də HHQ-nin döyüş hazırlığı barədə məlumat verməyinizi xahiş edirik.

Ramiz TAHİROV: Azərbaycan Ali Təyyarəçilik Məktəbi 1998-ci ildən müasir standartlara uyğun tədris keçməklə gənc zabitləri hazırlamaqda davam etməkdədir. Bu gün HHQ-də yetəri qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Yuxarıda qeyd olunduğu kimi, gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının günü-gündən artmasına şərait yaradır.

AD: – Bu gün Azərbaycan HHQ-nin silahlanmasında hansı döyüş və təlim təyyarələri, helikopterləri və PUA-lar yer alır?

Ramiz TAHİROV: – Bu gün bizim silahlanmamızda əsasən Rusiya istehsalı olan Mi-17 tipli döyüş-nəqliyyat, Mi-35M, Mi-24 tipli gecə və gündüz tətbiqi mümkün olan döyüş helikopterləri, L-39 tipli təlim və Su-25, MiQ-29 tipli döyüş təyyarələri, hərbi sənayemizin istehsalı olan pilotsuz uçuş aparatlarımız (PUA) mövcuddur.

tahirov2AD: – HHQ-nin uçuş texnikaları parkında aparılan yenilənmə işləri barədə məlumat verməyinizi xahiş edirik. 2010-cu ildə Rusiyadan yeni zərbə və nəqliyyat helikopterləri alındı. Bu proses davam edirmi?

Ramiz Tahirov: – Qeyd edim ki, HHQ-nin uçuş texnikaları parklarında daim yenilənmə işləri aparılmaqdadır. Yenilənmə davamlı prosedir. Parklar müasir avadanlıqlarla təmin olunur. Zərbə və nəqliyyat helikopterlərinin alınması HHQ-nin tələbatına uyğun gələcəkdə də davam etdiriləcək.

AD: – Yeni döyüş təyyarələrinin alınması prosesi maraqlıdır. Bu yaxınlarda Pakistanın dövlət başçısı rəsmən Azərbaycana JF-17 “Thunder” təəyyarələrinin satışı üzərə bəzi anlaşmaların olduğunu ifadə edib. Bəzi məlumatlara görə, danışıqlar masasında Su-30SM təyyarələri də var. Bu nə dərəcədə doğrudur?

Ramiz TAHİROV: – Biz bütün dünyada olan yeni döyüş təyyarələri ilə maraqlanırıq. Hansı təyyarələrin alınacağı isə bizim edəcəyimiz seçimdən və təklif olunan təyyarənin imkanlarından asılı olacaq.

AD: – Türkiyə ilə hərbi-texniki əməkdaşlıq üzərində bir qədər geniş dayanmaq istərdik. Başlayaq kadrların hazırlanması və “TurAz Qartalı” təlimlərindən. Bu sahədə əməkdaşlığın mövcud səviyyəsini necə dəyərləndirirsiniz, yaxın perspektiv üçün əməkdaşlığın inkişaf istiqamətində nələr prioritet olacaq?

Ramiz TAHİROV: – Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olur. Azərbaycan hərbi pilotları qərb dövlətləri ilə hərbi təlimlərin keçirilməsinə hazırlıqlarını inkişaf etdirməkdədirlər. Eləcə də qardaş dövlətin pilotlarının bizim təyyarələrdən istifadə etməsi onların müxtəlif növ döyüş təyyarələrindən istifadə bacarığını və təcrübəsini artırır. Bu təlimlər bu gün davam edir və gələcəkdə də davam etdiriləcək.
Изображение
AD: – Bir neçə il əvvəl məlumatlar yayıldı ki, Azərbaycan Türkiyədən T-129 ATAK zərbə helikopterləri alır. Türkiyə səfəri çərçivəsində prezident cənab İlham Əliyevə və müdafiə naziri general-polkovnik cənab Zakir Həsənova adıçəkilən helikopter və Türkiyənin digər aviasiya sənayesi məhsulları nümayiş olundu. Yayılan bu xəbər nə dərəcədə doğru idi. Ümumiyyətlə silahlanmamızın yaxın proritetlərində bu helikopter varmı?

Ramiz TAHİROV: – Adıçəkilən helikopterlərdə olan bəzi yenilənmədən sonra bu haqda düşünmək və bunu həyata keçirmək bizim üçün prioritet məsələlərdən biridir. Helikopterlərdəki proqram təminatının türk dilində olması və onun bütün ehtiyat hissələrinin qardaş dövlət tərəfindən istehsal edilməsi bizim üçün daha əlverişlidir.

AD: – “TurAz Qartalı” təlimlərinin Yevlaxda keçirilməsi Azərbaycan HHQ-nin aerodromlarının NATO ölkələrində istifadə edilən müasir təyyarələrin enib-qalxmasına uyğunlaşdırılması, İLS sisteminin tətbiqini, aerodromların modernizasiyası zərurətini yaradır. Qeyd olunan istiqamətdə hansı işlər həyata keçirilir?

Ramiz TAHİROV: – Hazırda bizim bütün aerodromlarımızı müasir standartlara uyğunlaşdırılır və bu işlər gələcəkdə də davam etdiriləcək.

AD: – Bir neçə il əvvəl Sitalçay aerodromunun yenidən qurulacağı, daha sonra bu proyektin təxirə salındığı və türk şirkətlərinin iştirakı ilə yeni Pirsaat aerodromunun tikintisi layihəsi gündəmə gəlmişdi. Bu layihə hazırda hansı mərhələdədir?

Ramiz TAHİROV: – Onu deyə bilərəm ki, qeyd etdiyiniz layihə üzrə danışıqlar hələ də davam etməkdədir. Bütün tələb və təkliflər nəzərdən keçirildikdən sonra bu işlərə başlanacaq.

AD: – 2014-cü ilin yay aylarından etibarən HHQ-nin təyyarə və helikopterləri cəbhə xətti üzərində uçuşlar gerçəkləşdirir. Ermənilər isə işğal altındakı ərazilərə cəmləşdirdikləri hava hücumundan müdafiə vasitələrinin Azərbaycan aviasiyasının bütün uçuşlarını izlədiyini, gərəkən tədbirləri görəcəklərini bəyan edirlər. Həqiqətənmi ermənilər Qarabağda S-300 ZRK-ləri və güclü HHM sistemi mövcuddur?

Ramiz TAHİROV: – Biz daima öz hərbi təyyarə və helikopterlərimizi düşmənin hava hücümu vasitələrinə (HHV) qarşı müasir avadanlıqlarla təmin etməkdəyik. Belə ki, bizim təyyarə və helikopterlərimizdə özünüqoruma sistemləri quraşdırılıb. Bu proses axıcı bir prosesdir. Texnologiya yeniləndikcə, biz də öz tələblərimizə uyğun olaraq, işlərimizi davam etdiririk. Eyni zamanda hər bir dövlətin özünə məxsus hava sərhədlərinə nəzarət etmə sistemi mövcuddur. Azərbaycan pilotlar öz hava məkanımızda uçuşlar həyata keçirir və heç bir dövlətin hava sərhədlərinin pozulmasından söhbət belə gedə bilməz. Ona görə də Ermənistan hava hücumundan müdafiə qoşunlarının atacağı bu addım bir neçə dəfə düşünülməlidir. O ki, qaldı Ermənistanın Qarabağda yerləşdirdiyi hava hücumundan müdafiə vasitələrinə, onu deyə bilərəm ki, Qarabağda S-300 zenit-raket kompleksi mövcud deyil, həmin zenit-raket kompleksi Ermənistan ərazisindədir. Göstərilən sistemlər S-300PT və S-300PS 1984-cü ildə istehsal edilib. HHQ silahlanmasında olan S-300 PMU2 “Favorit” daha müasir zenit-raket sistemidir və 2011-ci ildə istehsal olunub.

AD: – Düşmənin adi və təlimlər zamanı HHQ-nin fəallığının (izləmə və vurma cihazlarının işə salınması) müqayisəvi müşahidə və təhlili olurmu?

Ramiz TAHİROV: – Azərbaycan Respublikasının hava məkanı daim nəzarət altındadır. Bunun üçün biz ən müasir texnologiyalardan istifadə etməkdəyik. Hava məkanımızda uçan bütün təyyarələr, helikopterlər və PUA-lar Hava Hücumundan Müdafiə qoşunlarımız tərəfindən izlənilir və müvafiq tədbirlər yerinə yetirilr.

AD: – Ermənistan HHQ-nin helikopteri 2014-cü ilin noyabrında Ağdam istiqamətində vurulandan sonra, Qarabağ cəbhəsində və dövlət sərhədində Ermənistan HHQ-nin təyyarə və helikopterlərinin hər hansı yaxın məsafədə uçuşları qeydə alınıbmı?

Ramiz TAHİROV: – 2014-cü ildən Qarabağda Ermənistan hərbi təyyarə və helikopterlərinin uçuşları qeydə alınmayıb. Ermənistandan Qarabağa yalnız bir ədəd mülki Mi-8 helikopteri uçur və bu uçuş daim nəzarətimiz altındadır.

AD: – 2015-ci ilin əvvəlıindən cəbhədə ermənilərin PUA-lardan geniş istifadə etmələri müahidə olunur. Xüsusilə də multikopter tipli kiçik və ucuz, amma ciddi təhdid doğuran PUA-lardan geniş istifadə edilir. Bu PUA-ların raketlərlə vurulması iqtisadi cəhətdən səmərəli olmadığından dünyada yeni anti-dron sistemlər yaradılır. Belə sistemlərin tətbiqi imkanları nəzərdən keçirilirmi?

Ramiz TAHİROV: – Bəli, 2015-ci ildə Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində PUA-dan intensiv istifadəyə başladılar. Amma bizim HHM qoşunları onların 4 ədəd “Krunk-25” və 1 ədəd X-55 döyüş PUA-nı məhv etdikdən sonra, Ermənistan Silahlı Qüvvələri ucuz, məişət tipli kvadrokopterləri istifadə etməyə başlayıb. Ancaq onları da quru qoşunları atıcı silahları ilə məhv edir. İqtisadi məsələlərə cavab olaraq bildirmək istərdim ki, döyüş PUA-ın qiyməti təxminən 300-400 min ABŞ dolları, zenit idarəolunan raketin qiyməti isə təxminən 100-200 min ABŞ dollarıdır.

AD: – Son aylar gündəmdə olan aktual məsələlərdən biri ermənilərə Rusiya tərəfindən Su-30 təyyarələri verilməsi haqqında aparılan müzakirələrdir. Azərbaycanın HHM qoşunlarının belə müasir döyüş sistemləri ile mübarizəyə qadirdirmi?

Ramiz TAHİROV: – Bizim yeni HHM sistemlərimiz mövcuddur. Onlar bütün növ təyyarələr, helikopterlər, habelə balistik raket və PUA-la mübarizə imkanlarına malikdirlər.

AD: – Cənab general-leytenant , bu yaxınlarda Ali Baş Komandanın iştirakı ilə HHQ-nin S-300 briqadasının bazasının açılışı oldu. Hava hücumundan müdafiə sistemlərimiz hava məkanımızın müdafiəsini hansı səviyyədə qarşılayır? Ermənistanın hərbi rəhbərliyi tez-tez hərbi əməliyyatlar başlayarsa, Səngəçal terminalına, Mingəçevir su anbarına “Scud” raketləri ilə zərbələrin endiriləcəyi təhdidlərini açıq şəkildə səsləndirirlər. Bu təhdidlər hər halda HHM sistemimizin üzərinə daha böyük məsuliyyətlər qoyur.

Ramiz TAHİROV: – Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan “Buk-MB”, S-300 PMU2 “Favorit” və xaricdə istehsal olunan digər müasir sistemlər bütün hava hücumu vasitələrini məhv etməyə qadirdirlər.

AD: – “Buk-MB” komplekrlərinin qadını qeyd etdiniz. Belarus rəsmilərinin məlumatına görə, “Buk”la yanaşı T-38 “Stilet” sisteminin satışı olub. Bu adıçəkilən ZRK-lərin HHM sistemimizdə yeri barədə fikirləriniz maraqlı olardı. Yeri gəlmişkən, soruşmaq istərdik, Belrausun “Tetraedr” firması ilə S-125 və “Osa” ZRK-lərin modernizasiyası proqramları tamamlandımı?

Ramiz TAHİROV: – “Buk-MB” zenit-raket sistemi müasir və etibarlı sistemdir. Biz onu dəfələrlə döyüş şəraitində yoxlamışıq. T-38 “Stilet” isə S-125 zenit-raket kompleksinin yeni bir modernizasiya variantıdır. Bizdə olan S-125-2TM “Peçora” zenit-raket kompleksi S-125 zenit-raket kompleksinin modernizasiya olunmuş variantlarından biridir. Modernizasiya işləri tamamlanəb və yuxarıda göstərilən sistem bizi tam qane edir. T-38 “Stilet”zenit-raket kompleksini almağa gəlincə, belə bir fikrimiz yoxdur. Qeyd etmək istəyirəm ki, S-125-2TM “Peçora” zenit-raket kompleksi ilə ötən il cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin PUA-ı tərəfimizdən məhv edilib.

AD: – Sirr deyilsə, döyüş vasitələrinin alınmasında hansı ölkələrə üstünlük verilir? Keçmiş sovet, ya xarici? Bilirik ki, sovet sistemləri hədəf kanallarının azlığına və raket yönəltmə radarının döyüş sıralarının mərkəzində yerləşməsinə görə döyüş-taktiki imkanları daha məhduddur. Həm də daha çox istismar heyətinə malikdir və bu baxımdan xarici analoqlarına uduzur. Bunlar planlaşmada nəzərə alınırmı?

Ramiz TAHİROV: – Biz döyüş vasitələrinin və hərbi texnikanın alınmasında üstünlüyü ən müasir sistemlərə veririk. Deyə bilərəm ki, bura Fransa, İspaniya, Türkiyə, Rusiya, Belarusiya, İsrail və digər ölkələr daxildirlər.

Ответить

Вернуться в «HHQ»