Birinci Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

Hərbi Hava Qüvvələri

Модератор: Nazim Bayram

Ответить
Автор
Сообщение
Аватара пользователя
shooter
партизан
Сообщения: 119
Зарегистрирован: 13 фев 2012, 04:08

Благодарил (а): 25 раз
Поблагодарили: 13 раз

Birinci Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

#1 Сообщение shooter » 19 дек 2014, 22:30

Hərbi aviasiyanın Qarabağ döyüşlərində istifadə olunması yeni məsələ deyil. Xüsusi maraq doğuran hərbi vertolyotların deyil, məhz mövzumuza uyğun olaraq hərbi qırıcıların istifadəsi tarixidir. Hərbi aviasiyanın Qarabağ döyüşlərinin ilk mərhələlərində istifadəsi, əsas etibarilə Azərbaycanın Milli Qəhramanı Vahid Qurbanovun adı ilə bağlıdır. Bu şəxsin xatirəsini yaddaşmızda canlandıraraq onun barəsində qısa olaraq desək mövzuya uyğun olardı. Qurbanov Vahid Baxtiyar oğlu (1967-1992) Borisoqlebskiy adına aviasiya məktəbini bitirib, baş leytenant rütbəsi aldığı bir zaman 1992-ci ilin aprel ayının 8-də Sitalçayda yerləşən 80-cı hüçüm avia-alayının havalimanından, böyük cəsarət nümayiş etdirərək Su-25 qırıcı təyyarəsini qaçırtmışdı. O, iki nəfər azərbaycanlının: təyyarə texniki, leytenant Məmmədovun və aviamexanik gizir Qulievin yardımı ilə qırıcı təyyarəni uçüş vəziyyətinə gətirmiş və qaçırtdığı təyyarəni Yevlaxda yerləşən mülkü hava limanına endirmişdir. Sonralar məhz buradan Qarabağ döyüşlərində iştirak etmək üçün uçuşlar edib. Qurbanov müvəffəqiyyətlə Martuni, Əskəran rayonlarında, həmçinin Verinşen və Ay Paris istiqamətlərində hüçumlar edərək erməni silahlı qüvvələrinə böyük itkilər yetirib.

Ümumiyyətlə, hərbi qırıcı təyyarələrin silahlı qüvvələrin döyüş uğurunda iştirakı baxımından yeri əvvəzedilməzdir, bu faktdır və onun fakt olmasını Qarabağ döyüşlərinin ilk mərhələsində məhz Vahid Qurbanovun tərəfindən idarə edilən Su-25 tipli qırıcı təyyarənin göstərdiyi nailiyyətlər təsdiq edir. Sözügedən Miq-29 tipli qırıcı təyyarələrlə müqayisə etmək üçün Su-25 tipli qırıcı təyyarənin barəsində məlumat almaq və Vaqif Qurbanovun bu təyyarənin vasitəsi ilə göstərdiyi misilsiz qəhramanlığı işıqlandırmaq üçün tarixə bir nəzər salmaq yerinə düşərdi. Məlumat üçün deyək ki, Vaqif Qurbanovun Su-25 tipli qırıcı təyyarəni qaçırtdığı zaman, Rusiya hərbi komandanlığı tərəfindən Gürçüstanın Vazian məntəqəsində yerləşən 982-ci hərbi hava limanında yerləşən iki Miq-23 tipli təyyarəyə əmr verilmişdir ki, Vahid Qurbanovun idarə etdiyi Su-25-i məhv etsinlər. Nədənsə o təyyarələr bunu etmədi və ya edə bilmədi və 8 may 1992-çi ildən etibarən Su-25 müntəzəm olaraq Qarabağda yerləşən erməni silahlı qüvvələrinə divan tuturdu. O zaman əsas hədəf Xankəndi, onun ətrafında yerləşən və erməni silahlı qüvvələrinin yerləşdiyi ehtimal olunan ərazilər olub. Su-25 tam öz gücünü göstəməkdə idi – iki gün ərzində, 8-9 may 1992-çi ildə Vahid Qurbanovun idarə etdiyi Su-25 qırıcı təyyarəsi erməni silahlı qüvvələrinə böyük itki vurdu. Həmin gün ermənilər Şuşa qalasını almağa can atırdılar.

Şuşa Xankəndi şəhərindən 11 km aralıqda yüksəklikdə yerləşməsi və alınmaz olması sayəsində bizim silahlı qüvvələrə «Alazan» və «Qrad» tipli qurğulardan məharətlə istifadə etmə üstünlüynünü verirdi. Bu isə ermənilərin məğlub olması demək idi.

Qurbanovun idarə etdiyi təyyarə ilə erməni vertolyotu vurulmuşdu. May ayının 9-u Yak-40 sərnişin təyyarəsini silah daşınma üçün istifadə edildiyi üçün Xankəndidən uçdüğü zaman vurulmuşdu. Həmin ilin may ayında aviasiyamız tam gücü ilə fəaliyyət göstərirdi: erməni silahlı qüvvələrinin dəqiq və ehtimal olunan yerləri məhv edilirdi. Məsələn, mayın 10-da bizim vertolyotlar və Su-25 qırıcısı ilə Xankəndində yerləşən hədəflərə və o cümlədən, hava limanına hücüm edildi. Həmçinin Qarov və Krasni kəndlərində hərbi obyektlər məhv edildi. Mayın 12-si Su-25 vertolyotların koməyi ilə Şoş, Verinşen, Ay Paris və Xramort kəndlərində yerləşən erməni silahlı qüvvələrinə olmazın dağ çəkdi. Mayın 19-u Martuni rayonunda yerləşən Artek və Zaqli kəndlərində yerləşən erməni silahlı qüvvələrinə mərmi atəşi endirdi. Həmin gün bizim dörd vertolyotumuz keçmiş Şaumyan rayonunda yerləşən Manaşid və Verişon kəndlərində yerləşən erməni silahlı qüvvələrinə zərbə endirdi.

Bizim aviasiyada Mi-24 tipli hərbi vertolyotlarının yeri böyük olub: onlar həm yerli sakinlərə komək edib və həm hərbi əməliyyatlarda istifadə edilib. Məlum olduğu kimi, vertolyot pilotları əksəriyyəti Əfqanıstan döyüşlərini görmüş hərbçilər olub. Həmçinin Su-25 tipli təyyarənin quru qoşunlara danılmaz koməyi olub və bu təyyarənin ilk anlarda tək olmasına baxmayaraq, erməni silahlı qüvvələri həddən artıq itkilər verdi.

Qurbanovun qəhrəmanlıqları 1992-nin iyun ayında da davam etmişdir. İyunun 12-də bizim ordu hücüma keçir. Və bu an erməni hərbi qüüvələrinə məxsus olan 3 ədəd Mi-24 tipli hərbi vertolyot Qubadlı rayonunda yerləşən Azərbaycan kəndlərini atəş tutur. Qurbanov dərhal həmin üç vertolyotun ikisini vuraraq sıradan çıxarır və vertolyot heyəti məcbur olaraq endikləri vaxt əsir götürülür. İyun ayının 13-də Vahid Qurbanov Azərbaycan torpağını yağı düşməndən təmizləmək üçün növbəti dəfə havaya qalxdıqda, mənfur ermənilər tərəfindən vurulur və şəhid olur…

Изображение

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: Birinci Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

#2 Сообщение mirotvores70 » 20 дек 2014, 22:13

Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: Birinci Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

#3 Сообщение mirotvores70 » 20 дек 2014, 22:30

Изображение
22 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.
Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «HHQ»