Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 13 дек 2018, 22:43

Часовой пояс: UTC+05:00

Начать новую тему  Ответить на тему  [ 9 сообщений ] 
Автор Сообщение
 Заголовок сообщения: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 28 ноя 2014, 17:44 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2959
Откуда: Баку
Daşınan Zenit-Raket Kompleksi (DZRK) nədir və ya biz düşmən vertalyotunu nə ilə vurduq
Qarabağ və Əfqanıstan müharibəsi veteranı, ehtiyatda olan kapitan, hərbi ekspert Tərlan Eyvazovun araşdırmasını təqdim edir!
Son düşmən helikopterinin vurulması olayı ilə əlaqədar döyüşçü dostlarımız İqla və bu tipli silahlarla bağlı maraqlı mülahizələr irəli sürür, təhlillər verirlər. Əfqanıstanda xidmət etdiyim üçün o vaxtlar mücahidlərin SO -na qarşı istifadə etdiyi «Stinqer» raketləri barədə söz mülahizələrimi oxucularla bölüşmək istərdim.
Изображение
STİNQER, tam adı-FİM-S2 STİNQER, PZRK (Perenasnoy Zenit-Raketnoy Kompleks, Son düşmən helikopterinin vurulması olayı ilə əlaqədar döyüşçü dostlarımız İqla və bu tipli silahlarla bağlı maraqlı mülahizələr irəli sürür, təhlillər verirlər. Əfqanıstanda xidmət etdiyim üçün o vaxtlar mücahidlərin SO -na qarşı istifadə etdiyi «Stinqer» raketləri barədəsöz mülahizələrimi oxucularla bölüşmək istərdim.
STİNQER, tam adı-FİM-S2 STİNQER, PZRK (Perenasnoy Zenit-Raketnoy Kompleks, Daşınan Zenit-Raket Kompleksi) tipli siah olub, Zemlya-Vozdux raketləri ilə təhciz edilmişdir.1981-ci ildən ABŞ ordusunun silahlanmasına daxildir.
Изображение
Uzunluğu 1,52 sm, çəkisi təxminən 10 kq olduğu üçün bir və ya iki nəfər tərəfindən rahat idarə olunur.Məlum olduğu kimi 1985-ci ilə qədər sovet hərbi uçan maşınları Əfqanıstan səmasında şəksiz amirlik edirdilər.Mücahidlərin ən çox ehtiyat etdikləri sovet hərbi helikopterləri onlara çox ziyan vururdu. Məhz 1985-ci ildə silahlı əfqan müxalifətinə kömək edən ABŞ hərbi təlimatçılarının israrlı tələbləri nəticəsində konqres bu raketlərin mücahidlərə verilməsinə icazə verdi.Bu silah o dövr üçün bahalı qiymətə, 80 min dollara idi.Ona görə də tələb belə idi ki,onu istifadə edən mücahid üç stinqerə ən azı bir döyüş uşağını məhv etməlidir. Və buna görə həmin şəxs 3 milyon əfqani pul mükafatı alırdı.Əks halda həmin yaraqlı edam edilirdi. Bu səbəbdən də atıcılar risqə gedərək üç stinqeri uçan obyektəvə tərəf yönləndirb onaları müxtəlif bucaqlar altında əyərək atəş açırdılar.Məhz bu halda atəşin hədəfə dəymə əmsalı çox böyük olurdu.
Изображение
Stinqerlər 180-3800 m., bəzən isə 4800 metrə qədər məsafəni vura bilirdi.Əsasən istiyə yönləndiyi, həmçinin onun kodu təbii ki sovetlərə naməlum olduğu üçün sovet, həmçinin əfqan ordusunun aviasiyasına olduqca böyük ziyan verirdi.Bu illər ərzində sovet aviasiyası 114 təyyarə, 332 vertalyot itirmişdi. Əfqan ordusu isə müvafiq olaraq 120 təyyarə, 169 vertalyotun döyüş itkisinə məruz qalmışıdı.Təbii ki, bütün bu itkilərin mütləq əksəriyyəti ABŞ stinqerlərinin payına düşürdü.Sovet kəşfiyyatı (əsasən QRU) bu stinqerlərin birini əldə edib onun haqqında bilgi almağa çox səy etdi.Amma bu çox çətin idi.Çünki mücahidlər bu silahı göz bəbyi kimi qoruyurdular. ( Bu haqda həm ABŞ-da, həm də Rusiyada bədii və sənədlli filmlər çəkilb) Ən nəhayət sovet kontingentinin orda olduğu son müddətlərdə kəşfiyyatçlar bu raketin salamat nümunəsini əldə edə bildilər.Lakin onun əleyhinə hər hansı bir müdafiə sisteminin düzəldilməsinə isə zaman qalmadı.Həm SSRİ, həm də Sovet Ordusu ləgv edilərək tarixin arxivinə getdi…

Tərlan Eyvazov

ehtiyatda olan zabit.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı.

Вложения:
1017759_400996333385611_8304831432371743208_n.jpg
1017759_400996333385611_8304831432371743208_n.jpg [ 102.33 КБ | 4395 просмотров ]

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.
Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 28 ноя 2014, 19:42 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2959
Откуда: Баку
Qazimiz Tərlan Eyvazov-"Stinger" haqda ətraflı olaraq yazdı.
Mən isə Sizə yaxın tariximizdə döyüşcümüz ,manqa komandiri İlkin Muradov tərəfindən hansı Daşınan Zeniit Raket kompleksindən istifadə edildiyi haqda və bu silahın TTX(TAKTİKİ- TEXNİKİ XASSƏLƏRİ )haqqında məlumat verməyə calışacam.
Изображение
Noyabrın 12-si saat 13:45-də Ağdamın Kəngərli kəndi yaxınlığında ermənilərin hərbi vertolyotu vuruldu. Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus, Rusiya istehsalı olan Mi-24 tipli iki helikopter Azərbaycan səmasına soxulub döyüş uçuşu keçirirmiş və ordumuzun döyüşcüsü tərəfindən,Sovet istehsalı olan "İqla"(iynə) DZRK ilə vurularaq salınmışdı. Vertolyot(helikopter) ön xəttin yaxınlığına düşərək partlamış və 3 pilot həlak olmuşdu.
Изображение

DZRK "İQLA" 9K38( NATO -qeydiyyatına görə SA-18 Grouse) düşmənin alcaqdan ucan hava hədəflərinin,qarşılama və qovub catma kursunda,aldadıcı istilik istifadəsi zamanı-məhf etmək ücün nəzərdə tutulmuşdur. Silahlanmaya 1983-cü ildə qəbul olunub.
Silah buraxıldığı zamandan Covet ordusunun 1994-cü ildən isə 30 ölkənin,habelə Bolqarıstan, Bosniya və Hersoqovina, Vyetnam, Serbiya, Sloveniya, Xorvat, Cernoqoriya, Polşa, Almaniya, Finlandiya, Hindistan, İrak, Malayziya, Sinqapur, Suriya, Canubi Koreya, Braziliya və Meksikanın silahlı qüvvələrində istifadə olunmağa başladı. Azərvaycanda bu tip DZRK-lar Birinci Qarabağ savaşı zamanı meydana gəldi və ordumuzun apardığı savaşlarda istifadə olunmağa başladı.
Изображение

Silah bu hissələrdən ibarətdir:
Изображение
-Raket 9М39 , 9П39 tipli buraxıcı boruda;
- 9Б238 yer tipli cərəyan mənbəyi;
-Buraxıcı mexanizm 9П516-1, qoşulmuş yer tipli 1Л14-1"özünkü-özgə" modulu ilə

DZRK Yaradıcıları "İqla" -nı "Strela"(OX) -dan təkmil olması ücün qarşılarında bu məqsədi qoydular:
-Özü idarəolunan istilik başlığının -təyyarə və vertolyotlardan atılan "istiliktutucu raketlərdən və radiolokasiyon maneələrdəm maksimum qorumaq;
-ZRK-nın hədəfə dəydiyi zaman onun daha da effektiv məhf edilməsi;
-Bu Zrk-nin mənsub olduğu dövlətin ucan obyektlərinin tanınması(öz ucan obyektlərini vurmaması ücün)
Изображение

Raketin döyüş başlığında fuqas tipli partlayıcı quraşdırılıb.Bu başlıq həm hədəfin yaxınlığında həm də ona toxunduqda partlaya bilir. Bundan əlavə isə burada ikinci partladıcı da mövcuddur ki,yaxın məsafələrdə hədəf vurulduqda.bu partladıcı aparıcı mühərrikdə olan alışan maddəni də detonasiya edərək partladır və bununla da partlayış gücünü iki dəfə artıra bilir.
Raketlər avtonom olaraq istifadə edilir. Bundan əlavə bu raketləri bir cox şassilərdə olan ZRK-larda da istifadə etmək olur ki, bu zaman raketlərin hədəfə yönəldilməsi,qüllə modulları vasitəsi ilə tuşlayıcı operatorlar tərəfindən həyata kecirilir.
Haşiyə: Ağdam zonasında vurulan vertolyot yaxın məsafədə olduğundan,raketdə "ikili" partlayış əmələ gəlmiş(raketin aparıcı mühərrikindəki yanacaq da detonasiya etmiş) bu zaman partlayışın gücündən düşmən vertolyotu tam olaraq dağılmış və ərazidə yanaraq məhf olmuşdur.
Изображение

Atıcılıq və artilleriya silahları üzrə mütəxəssis ,ehtiyatda olan zabit
Abuzər Əbilov.

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 29 ноя 2014, 02:14 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4028
Dostlar, mən çox yerdə görmüşəm belə düzgün olmayan adlanmanı. Başqa zenit-raket kompleksləri betonla yerə tikilmir ki! Onlar da daşınır. Bu yəqin ki ruslardan kor-koranə tərcümə yolu ilə əmələ gəlmiş hərbi termindir. Lakin onlarda "perenosnoy" və "herevoznoy" sözlərinin mənası başqadır. "Perenosnoy" sözü əldə, çiyində, kürəydə daşınan mənasını verir.
Ona görə də bu raket kompleksləri düzgün olaraq əldə(çiyində) daşınan zenit-raket kompleksləri" tərcümə olunmalıdır. ƏDZRK və ya ÇDZRK.

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 02 дек 2014, 15:29 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2959
Откуда: Баку
Одиссей писал(а):

Belə götürəndə mən voobşe bu terminlərin tərcümə olunmasının əleyhinəyəm. Onda gərək pulemyot əvəzinə"gülləatan" yazaq

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 03 дек 2014, 03:40 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4028
mirotvores70 писал(а):
Одиссей писал(а):
Dostlar, mən çox yerdə görmüşəm belə düzgün olmayan adlanmanı. Başqa zenit-raket kompleksləri betonla yerə tikilmir ki! Onlar da daşınır. Bu yəqin ki ruslardan kor-koranə tərcümə yolu ilə əmələ gəlmiş hərbi termindir. Lakin onlarda "perenosnoy" və "herevoznoy" sözlərinin mənası başqadır. "Perenosnoy" sözü əldə, çiyində, kürəydə daşınan mənasını verir.
Ona görə də bu raket kompleksləri düzgün olaraq əldə(çiyində) daşınan zenit-raket kompleksləri" tərcümə olunmalıdır. ƏDZRK və ya ÇDZRK.

Belə götürəndə mən voobşe bu terminlərin tərcümə olunmasının əleyhinəyəm. Onda gərək pulemyot əvəzinə"gülləatan" yazaq

Hə nə olar: gülləsaçan. Və yaxud birinci kəşf edənin adlandırdığı cür: metrolyoz

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 04 дек 2014, 14:46 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2959
Откуда: Баку
Цитата:
Hə nə olar: gülləsaçan. Və yaxud birinci kəşf edənin adlandırdığı cür: metrolyoz

Hə yox bir mənnəbilim nə.Məncə terminləri dəyişmək cətinlik yaradır :character-oldtimer:

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 04 апр 2015, 16:11 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 73435

Naxçıvanın hava məkanı etibarlı müdafiə olunur

Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir.
Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində OSA 1T zenit-raket komplekslərindən real sınaq atışları icra olunub.
Atışlarda Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun yüksəklikdə, çətin dağlıq şəraitdə aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib.

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 08 окт 2018, 23:22 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 73435
Изображение
► Показать

Вернуться к началу
 Заголовок сообщения: Re: Daşınan Zenit Raket kompleksləri
СообщениеДобавлено: 18 окт 2018, 16:55 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 73435
https://youtu.be/Ktc_3UU2kWM

Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 9 сообщений ] 

Часовой пояс: UTC+05:00

Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость

Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
cron
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB