Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 17 ноя 2018, 13:44

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 7 сообщений ] 
Автор Сообщение
 Заголовок сообщения: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 27 ноя 2014, 18:32 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
Изображение
Yeni nəsil taktiki ZRK-ni yalnız bir xüsusiyyət xarakterizə edir. Hədəfə qarşı raket atəşi döyüş mövqeylərində yönəldici və müşaiyyət radarı olmadan həyata keçirilir.
Kəşfiyyat radarı və hədəf üçün atəş verilənlərini hazırlayan radar raketin döyüş mövqeyindən 15-20 rm aralı yerləşdirilə bilər. Radar və raketlər arasında topogeodezik uzlaşmanı naviqasiya qurğuları və komputer həyata keçirir. Raketin hədəflə təxmini görüş nöqtəsini də hesablayır. Və o nöqtəyə qədər raket radiokomandalar ilə deyil, inersial naviqasiya sistemi ilə idarə olunur. Ora çatandan sonra isə raketin bortunda olan radiolokator təyarəni axtarıb tapır, müşayətə götürür və vurur. Eyni zamanda da kimanda məntəqəsinə hesabat göndərir. Bunun üstün cəhəti odur ki, təyyarə raketin ona atıldığını öz radarı ilə müəyyən edə bilmir. Son anda xəbəri olur və raket əleyhinə manevrə vaxtı qalmır.

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 28 ноя 2014, 02:53 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
Изображение
Изображение

SLAMRAAM Zenit-raket kompleksinin atəş qurğusu. Bu sistem mən yazdığım şərtlərə uyğundur.

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 28 ноя 2014, 03:05 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
İsrailin Spayder ZRK-si. Bu da deyilən şərtləri ödəyir

Изображение

Изображение

Изображение
Изображение
Изображение
Изображение

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 29 ноя 2014, 03:23 
Не в сети
партизан

Зарегистрирован: 29 янв 2012, 02:14
Сообщения: 4029
Heç bir soruşan olmadı ki, aya(!), şunların kaçısa bizlerde olmalıdır! Deməli biz hətta ən güclü aviasiyası olan qonşularımızın bizim havadan müdafiə sistemimizi dəf edib tapdalaması cəhdindən müəyyən qədər azadıq. Tam da azad ola bilərik, əgər bunların sayı bir qədər çox olsa. Təxminən 6-9 kompleks bizim hava hüdudlarımızı dəf olunma qorxusu olmadan qorumağa qadirdir.
Müqayisə üşün deyim ki, təkçə Bakı şəhərinin müdafiəsi üçün 9 S-75 və S-125 kompleksləri lazımdır ki, hansıların ki hər birinin(!) ştatlarında təxminən 15-17 zabit və 120 əskər olur.
Yuxarıda göstərilən müasir sistemlərdə döyüşmək üçün 2-3 zabit və 15-20 əskər kifayətdir.
Daha bu müqayisədə hansı sistemlərin və nə sahədə üstünlüklərini məntiqə istinad edib incəliklərinə qədər xırdalamayacağam. Bunu sizin öhdənizə buraxıram.

_________________
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)


Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 11 ноя 2015, 18:33 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 72647



Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 27 июн 2018, 01:18 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 72647
Bizdə Israilin PVO-PRO sistemlərinə QALXAN deyirlər yeni alınan sistem Barak-8ER di.Güclü sistemdir Asterdən daha uzağı vurur 150 km.Azeri Defence nin 22/12/2016 da yazılmış məqaləsin oxuyun...

Azərbaycanın “Barak-8” zenit-raket kompleksi – “Dəmir Qübbə”nin əsası

Rəşad SÜLEYMANOV

Azərbaycan Silahlı Qüvvələrinin 5 il əvvəl sifariş verdiyi “İldırım”, başqa sözlə orijinal adı “Barak-8” olan uzun mənzilli zenit-raket kompleksləri nəhayət bu gün nümayiş olundu. Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına daxil olan “Barak-8” ZRK-lərlə atışın video görüntülərini yaymaqla bu ZRK-lərin döyüş növbətçiliyinə daxil olduğunu təsdiqlədi.

Bu gün Azərbaycanın hava hücumundan müdafiəsi demək olar ki pilləli şəkildə müasir HHM sistemləri hesabına tam bağlanır. HHQ-nin silahlanmasına uzun mənzilli S-300 PMU-2 “Favorit” (Rusiya), “Buk-MB” (Belarus), orta mənzilli S-125 “Peçora TM-2” (sovet istehsalı/modernizə edilmiş), “Osa-AKM” (sovet istehsalı/modernizə edilmiş), “Spider” (İsrail), qısa mənzilli “Kruq”, “Strela” və digər ZRK-lər daxildir. Son illərdə HHM-nin gücləndirilməsi və yeni ZRK-lər və radiolokasiya stansiyaları ilə təchiz edilməsi istiqamətində bir sıra qərb ölkələri ilə danışıqlar aparılmış, bu kontekstdə İsraildən yeni radarlar və haqqında söhbət açdığımız “Barak-8” ZRK-lər satın alınmışdır. SİPRİ mərkəzinin məlumatına görə, Azərbaycan İsraildən bir divizion “Barak-8” ZRK (9 buraxıcı qurğu) əldə edib.

HHQ-nin komandanı, general-leytenant Ramiz Tahirov 2016-cı ilin fevral ayında “Azeri Defence” jurnalına müsahibəsində qərb standartlarına uyğun istehsal edilmiş “Barak-8” ZRK-lərin Azərbaycanın HHM sisteminə kommutasiyası ilə bağlı problemin olmadığını qeyd etmişdi.

“Dəmir Qübbə”nin əsası

Bu günkü məlumatı kənardan hansısa yeni zenit-raket kompleksinin satın alınması kimi düşünmək məncə düzgün olmazdı. Burada xüsusilə bir məqamı vurğulamaq lazımdır ki, adıçəkilən ZRK iki aydır mediada müzakirə olunan – Azərbaycanın satın almaq istədiyi “Dəmiz Qübbə” (İron Dome) kompleksinin əsas elementidir. Onu da qeyd edək ki, İsrail versiyasında “Dəmir Qübbə” əsasən 122 və 155 mm-lik “yer-yer” tipli raketlərə qarşı tətbiq edildiyi halda, Azərbaycanın əldə edəcəyi sistem bunun əksinə – hava hücumundan müdafiə üçün nəzərdə tutulur. Yəni düşmənin “Qrad” və bu tip raketlərinə qarşı deyil, operativ-taktiki raketlərinə və hava vasitələrinə qarşı.



“Barak-8” və texniki-taktiki göstəriciləri

İvrit dilində “ildırım” mənasını verən “Barak” ZRK İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK “Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.
Изображение
“Barak-8” ZRK-nin atış mənzili 90 km, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).

Zenit-raket kompleksinin istehsalçısı İsrailin “Rafael” şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan “Israel Aerospace Industries (IAI)” holdinqinə daxil olan “Elta Systems” (radarları istehsal edir) tərəfindən istehsal olunur. Bəzi sifarişlərdə kompleksə “Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 “Gren Pine” radarı daxil edilib.

“Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.
Изображение


Вернуться к началу
 Заголовок сообщения: Re: Yeni nəsil Zenit Raket Kompleksləri.
СообщениеДобавлено: 02 ноя 2018, 21:32 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 72647
https://youtu.be/4HXP11QsDkw


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 7 сообщений ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB