Yeni nəsil Zenit Raket Kompleksləri.
Добавлено: 19 апр 2014, 21:43
Raketlər reaktiv qüvvənin təsiri ilə müəyyən trayektoriya üzrə uçan idarəolunan və idarəolunmayan aparatlardır. Raketlərin əsas tərkib elementləri: gövdə, mühərrik qurğusu, idarəetmə aparatı, döyüş hissəsi, sabitləşdirmə və idarəetmə orqanlarıdır. Müasir raketlərin döyüş hissəsinin atımı nüvə, adi partlayıcı, yandırıcı və ya zəhərləyici, həmçinin xəstəliktörədən bioloji mikroblu maddələr olur.
Raketlərin əsas döyüş xüsusiyyətləri, təsir məsafəsi, üçüş sürəti və yüksəkliyi, döyüş atımlarının dağıdıcı qüvvəsi, yüksək dəqiqliyi, döyüş tətbiqinin universallığı, trayektoriyalarda manevrlilik, yüksək döyüş hazırlığı dərəcəsi, fəaliyyətinin etibarlılığıdır. Raketlər həm də nüvə və istilik-nüvə atımlarının hədəfə çatdırılmasının əsas vasitələridir.
Raketlər aşağıdakı əsas əlamətlərinə görə bölünür:
1. Buraxılma qurğusunun yerləşdirilməsinə və hədəflərin (obyektlərin) olduğu yerə görə - “yer-yer”, “yer-hava”, “hava-yer”, “hava-hava”, “hava-gəmi”, “gəmi-hava”, “gəmi-yer”, “gəmi-gəmi”;
2. Forma və konstruktiv xüsusiyyətlərinə görə - ballistik və qanadlı;
3. İdarə edilməsi prinsipinə görə - idarəolunan və idarəolunmayan;
4. Operativ-taktiki təyinatına görə - taktiki, operativ-taktiki və strateji;
5. Uzaqlıq fəaliyyətinə görə - yaxın, orta və uzaqmənzilli;
Raket kompleksi raketin buraxılması, uçuşunun idarə olunması və digər tapşırıqları yerinə yetirmək üçün bir-birinə funksional bağlı sistemlərin məcmusudur. Raket kompleksi özündə raketləri və yerüstü avadanlıqları birləşdirir. Təyinatına görə raket kompleksi döyüş(taktiki, taktiki-operativ, strateji, zenit, tank əleyhinə, qayıq əleyhinə və s.), tədqiqi, təlim və yerləşməsinə görə isə yerüstü (stasionar, hərəkət edən), gəmi (sualtı, suüstü), təyyarə (vertolyot) növlərinə ayrılır. Stasionar raket kompleksi açıq, yarımörtülü və şaxtada (yer altında), hərəkətedən-köçürülən, daşınılan, özü hərəkətedən və dəmiryol ilə daşınan olur. Raket kompleksinin vasitələri və tərkibi onun təyinatından, tətbiq şəraitindən və raketin konstruksiya xüsusiyyətlərindən asılıdır.
Raket silahı nədir? Raket silahı zərbə vasitəsini hədəfə raketlə çatdıran silahdır və quruda, dənizdə və havadakı hədəfləri məhv etmək və zərbə endirmək üçün nəzərdə tutulmuş idarəolunan və idarəolunmayan raketlər, işəsalma qurğusu, nəqliyyat vasitələri, yardımçı avadanlıqların və müxtəlif raket komplekslərinin məcmusudur.
1921- ci ildə barıt raketlərinin hazırlanması üzrə laboratoriya təşkil edildi. N. İ. Tixomirovun rəhbərliyi altında qazodinamik laboratoriyada hazırlanan və tüstüsüz barıtla işləyən ilk raket 1928-ci ildə buraxıldı. II dünya müharibəsindən sonra raket silahının yeni nümunələri daha intensiv yaradılmağa başlandı, dünyada ilk qitələrarası ballistik raketlərin hazırlanması işi davam etdirildi. 60-cı illərdə SSRİ-də, ABŞ-da, B. Britaniyada, Fransada, daha sonra isə Çində müxtəlif təyinatlı raket kompleksləri işlənib hazırlandı və silahlı qüvvələrə daxil edildi. Raketin buraxıldığı və hədəfin yerləşdiyi yerdən asılı olaraq, raketlər aşağıdakı siniflərə bölünür:
“yer-yer”, yer-hava”, ”yer-gəmi”, “hava-yer”, ”hava-hava”, ”hava-gəmi”, “gəmi-yer”, ”gəmi-gəmi”, ”gəmi-hava”.
Birinci 3 sinif üçün ümumi cəhət onların buraxıcı qurğularının yerdə yerləşməsidir. “Yer-yer” sinfindən olanlar qoyulmuş tapşırığın xarakterinə və təsir məsafəsinə görə geniş yayılmış raketlərdir. Bunlara yerdə bazalaşmış strateji raketlər, yerüstü hədəflərə zərbə endirmək üçün quru qoşunlarının operativ-taktiki və taktiki raketləri daxildir. “Yer-hava” (zenit) sinfindən olan raketlər hava hədəfləri ilə mübarizə üçün nəzərdə tutulub. “Yer-gəmi” sinfindən olan raketlərdən dəniz hədəflərinə qarşı mübarizə üçün istifadə edilir, sahil raket bölmələrinin və hissələrinin silahları sırasına daxildir. Sonrakı 3 sinifdən olanlar aviasiya raketləridir. Onlardan ən güclüsü, “hava-yer” sinfinə daxildir. Müxtəlif yerüstü hədəflərə zərbə endirmək üçün təyyarələr və vertolyotlar onlarla silahlanır. “Hava-hava” sinfindən olanlar hava döyüşü raketləridir. Onlar təyyarələri, vertolyotları və digər uçan aparatları məhv etmək üçün ttbiq olunur. “Hava-gəmi” sinfindən olan raketlərlə dəniz hədəflərini məhv etmək üçün bir qayda olaraq, raketdaşıyıcı dəniz aviasiyasının təyyarələri silahlanır. Axırıncı 3 sinif gəmilərin və sualtı qayıqların raketlərini birləşdirir. “Gəmi-yer” sinfinə daxil olan raketlər düşmən arxasında olan hədəflərə və sahil obyektlərinə zərbə endirmək üçün tətbiq olunur. “Gəmi-hava” sinfinə daxil olan raketlər gəmilərin zenit raketləridir. Quruluşuna görə onlar bəzən “yer-hava” raketlərinə yaxın olur. “Gəmi-gəmi” sinfindən olan raketlər dəniz döyüş silahıdır, sahil obyektlərinə zərbə endirmək üçün də tətbiq oluna bilər.
Yerinə yetirilən tapşırıqların xarakterinə görə raket silahı strateji, operativ-taktiki və taktiki raketlərə bölünür. Strateji raketlər düşmənin mühüm strateji obyektlərinə zərbə endirmək üçün nəzərdə tutulub. Rusiyada strateji raketləri strateji təyinatlı raket qoşunlarında və HDD-da, ABŞ-da və Fransada HHQ-də və HDQ-də olur. Operativ-taktiki və taktiki vəzifəsinə, quruluşuna və döyüş tətbiqi üsullarına görə raket silahlarının bir çox ümumi cəhəti vardır. Raket silahı müvafiq olaraq düşmənin operativ və taktiki dərinliyində olan hədəflərə: nüvə hücumu vasitələrinə, qoşunların böyük qruplaşmasına, komanda məntəqələrinə, aerodromlara, dəmiryol qovşaqlarına, təchizat stansiyalarına, müxtəlif hərbi-texniki obyektlərinə və canlı qüvvəyə zərbə endirmək, mina maneələrinin qoyulması və digər tapşırıqların yerinə yetirilməsi zamanı zərbə vurmaq üçün nəzərdə tutulub. Taktiki (operativ-taktiki) raketlərin maksimal uçuş məsafəsi 1000 km-dən çox deyil. Operativ-taktiki raket silahı quru qoşunlarında, aviasiya və HDD-da olur. Raketlər yerdə hərəkət edən buraxıcı qurğudan, bombardmançı və qırıcı təyyarələrdən, vertolyotlardan, sualtı qayıqlardan və gəmilərdən buraxılır.
GÜNEL MƏMMƏDOVA