Xüsusi təyinatlılar(Komando)

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Xüsusi təyinatlılar(Komando)

#1 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:55

Изображение
Изображение
Изображение
Изображение


İkinci Dünya Müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı Qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Изображение
1994-cü ildə atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb və rəsmi məlumatlara görə, artıq Azərbaycanın istənilən şəraitdə, hətta cəbhə xəttinin bir neçə yüz kilometr dərinliyində döyüş, diversiya əməliyyatları apara bilən hərbi qüvvələri mövcuddur.
Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#2 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:56

Изображение
«Hər əsgər komando ola bilməz»
Bu araşdırmamızda dünyanın bir sıra ölkələrində ordu xüsusi təyinatlılarının hazırlanmasından söhbət açmağa çalışacağıq. Hansı ki, digər qurumların – təhlükəsizlik və polis qüvvələrinin anoloji birliklərindən fərqli olaraq bu xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Onlar bilavasitə çətin şəraitlərdə, ölkə sərhədləri daxili və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Ordu xüsusi təyinatlıları əsasən müddətli və kontrakt əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Türkiyənin xüsusi təyinatlı məktəblərində belə bir fikir səsləndirilir: «Hər oğul əsgər ola bilər. Amma hər əsgər kommando ola bilməz».
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#3 Сообщение mirotvores70 » 18 ноя 2014, 15:59

Изображение
Изображение
Изображение
Изображение
Изображение

Türk komandosunun «cəhənnəm həftəsi»
Dünyanın ən bacarıqlı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdir. Seçimin ilk mərhələsində komandolar boş bir adaya götürülür. Üzərlərində paltardan savayı heç nə olmayan əsgərlər 6 km məsafəni bir saata qət etmək tapşırığı qoyulur. Komandolar gedəndən 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandolar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimləri izləyən jurnalistlərin yazdığına görə, çox zaman silahsız komandolar həmin köpəkləri yalın əllə və dişləri ilə həmin parçalamalı olurlar.
Seçimin sonrakı mərhələsində komandolar dənizin ortasına aparılır və suya buraxılırlar. Onların bir saat sonra başqa bir qayıqla aparılacağı bildirilir. Amma qayıq 3 saat sonra gəlir. Qayıq onların yanında dayanmadan keçir. Komandolar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər daha 3 saat suda gözləməlidirlər. SAS-SAT komandoları su altında əməliyyatlar aparmaq üçün ən müasir silahlarla təchiz olunublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, SAS-SAT komandoları Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında, onlara kursların keçirilməsində yaxından iştirak edirlər. Bəzi məlumatlara görə, hər il təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayın onlarladır.
Komandolar kursun sonunda «cəhənnəm həftəsi» deyilən sınaqdan da keçməli olurlar. Əsgərə bir bıçaq verərək kimsəsiz meşəyə buraxırlar. Əsgərlər bir həftə ərzində kimsəsiz meşədə ilan və qurbağaları yeməklə yaşamalı olur. Sonuncu təlimlərin ən ağır mərhələsi sayılır.
Komandoların komandosu
Türkiyə Silahlı Qüvvələrinin «Bordo berelilər» adlanan məşhur xüsusi təyinatlıları da mövcuddur. Türkiyədə təhsil almış Azərbaycan hərbçilərinin «komandoların komandosu» adlandırdıqları «Bordo berelilər» digər komando birliklərindən hazırlıqları, təlim və bacarıqları ilə fərqlənirlər. Bu komando birlikləri tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimləri alırlar. «Bordo berelilər»in adı Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən qorunur.
Kurslarda «bordo bereli» olmaq istəyən namizədlərə hərbi təlimlər, əlbəyaxa döyüş, uzaqdan kəşfiyyat, düşmən arxasına keçmə, tanıma, həyatda qalma, qaçış, atəş hazırlığı, psixoloji hazırlıq, paraşüt, amfibiya, qeyri-nizami döyüş və s. aşılanır. İxtisasartırma kurslarında isə onlara istehkam, ilkin yardım, partlayıcıların və minaların zərərsizləşdirilməsi, yüngül və ağır silahların öyrədilməsi, kəşfiyyat və s. öyrədilir. Xaricdə isə onlar əsasən reyncer, hava desant, mülki işlər, ictimaiyyətlə əlaqələr, psixoloji hazırlıq və s. kursların iştirakçısı olurlar. «Bordo berelilər»in hamısı yaxşı paraşütçü sayılır, həmçinin müxtəlif xarici dillərdə mükəmməl danışmağı bacarırlar.
Qeyd edək ki, müxtəlif dövrlərdə xüsusi təyinatlı qüvvələr arasında keçirilən yarışmalarda türk «Bordo berelilər»i «Amor» və «Delta Forçe»dən üstün nəticələr nümayiş etdiriblər. Almaniya, Fransa və s. Avropa dövlətlərinin xüsusi təyinatlıları «Bordo berelilər»in təlim məşqlərinin 30%-ə qədərini keçirlər. Türkiyə «Bordo berelilər»i 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlı Qüvvələri çempionatında 26 ölkənin xüsusi təyinatlıları arasında birinci yerə çıxıb. «K.loca» adlı qıfılı «Delta Forçe»də daxil olmaqla əksər ölkələrin xüsusi təyinatlıları 10,13 saniyəyə açdıqları halda, «Bordo berelilər» bunu 7 saniyəyə açaraq dünya rekordunu özlərində saxlayıblar.
«Bordo berelilər»in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə «məni vurun!» desə bunu sözsüz yerinə yetirirlər.
PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: «Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandodur. Qaçıb canınızı qurtarın!
Əgər sizi gördüyü zaman ortadan qeyd olmuşsa və ətraf səssizsə bilin ki o, «Bordo bereli»dir. Narahat olmayın o, sizi tapacaq».
Türkiyə ordu xüsusi təyinatlıları Foçada və Eğirdir Dağ Komando Məktəbində təlim alırlar. Təlimlərin 90%-i çətin şəraitdə və 60%-i gecə şəraitində keçirilir.
Türkiyə komandolarının əməliyyat zamanı daşıdığı yükün çəkisi 40 kq-dan çoxdur. Bunun 30 kq-nı yatacaq, yemək və sursat, 10-kq-nı isə silahları təşkil edir. NATO standartlarında hər biri ən azı 40 kq yük daşyıan komando saatda 4 km məsafə qət etdiyi halda, türk komandoları 7 km məsafə hərəkət edir. Türk komandosunun gündəlik qidalanma rasionu 5 min kilokaloridir. Şəxsi heyəti 27 nəfərdən ibarət olan bir komando tağımı gün ərzində 30-40 kq yüklə orta hesabla 30 km məsafə qət edə bilir.
Türk Silahlı Qüvvələrində komando birlikləri G3, G41, HK33, M16 tüfəngləri, Browning, Colt, Astra tapançaları, HK MP5 tapança pulemyotu, M4A1 Carabine, M4A1 Commando, karabinləri, Kanasa, Accuray qumbaraları, Mc.Millan snayperi, 60 mm çaplı Komando minaatanı, RPQ-7 qumbaraatanı, PKMS, HK23, MG-3, M-60 pulemyotları, SAW, M240 yüngül pulemyotlar, Browning ağır pulemyotları və 40 mm-lik qumbaraatanlarla təchiz olunur.
Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrə görə, lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, «Nikon» əl durbini, işarə tapançası, duman şaşkaları, əl radiostansiyaları, GPS və s. istifadə edirlər.
Əfsanəvi reyncerlər
ABŞ Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin - reyncerlərin hazırlığını FM-7-85 «Kiçik reyncer qruplarının əməliyyatları» səhra nizamnaməsi istiqamətləndirir. Reyncerlər Corciya ştatında yerləşən Fort-Benninq hərbi bazasında 72 günlük ağır imtahanlardan, fiziki və psixoloji sınaqlardan keçməli olurlar.
Reyncer hazırlıq kursunun əsas mərhələsi 338 saatdır. Bu mərhələdə reyncerliyə namizədlərə nəzəri və praktiki biliklər aşılanır, həmçinin taktika, düşmən arxasında əməliyyatlar, topoqrafiya, paraşüt-desant hazırlığı, rabitə vasitələri ilə işləmə, şəxsi silahlar, yerli və xarici ölkələrin istehsalı olan silah və döyüş texnikaları barədə məlumatlar verilir. Bu müddətdə reyncerlərə xəritə üzərində oriyentirləri təyin etmək, artilleriya atəşini istiqamətləndirmək və s. öyrədilir.
Reyncerlərə bundan əlavə 309 təlim saatı həcmində dağ hazırlığı keçirlər. Onlar bu tədris saatlarını əsasən dağlıq ərazilərdə, dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə əməliyyatlar aparma, silah və texnikalarla davranış əməliyyatlarına həsr edirlər.
Təlimlərin 376 saatlıq üçüncü mərhələsi taktiki əməliyyatlara və müasir döyüşlərə həsr olunur. Şəxsi heyət bu zaman düşmənin müxtəlif qrupları ilə döyüşlər, raket və nüvə hücumları və bu zaman görüləcək işlər, düşmənin ehtiyat qüvvələri və obyektlərinin ələ keçirilməsi taktikalarını mənimsəyirlər. Bu mərhələdə reyncerlərə təcrübəli mütəxəssislər təlimlər verilir.
ABŞ-da reyncer kursunun iştirakçıları gün ərzində 20 kq yüklə 90 dəqiqəyə 10 km məsafəni qət etməlidirlər.
Reyncerlərin qida rasionunu xüsusi hazırlanmış və 3 min kilokalori enerjiyə malik MRE (Meals Ready to Eat) yeməyi təşkil edir.
Müqayisə üçün bildirək ki, ABŞ-da reyncer hazırlığı üzrə təməl kurs 72 gün çəkdiyi halda Türkiyədədə bu 155 gündür. Reyncerlər türklərdən fərqli olaraq su təlimləri, alpinistçilik, qış şəraitində və şiddətli soyuqda təlimlər keçmirlər. Qeyd edək ki, türk komandoları həmçinin, əlavə 9 həftəlik xüsusi kurs da keçirlər ki, bu da reyncerlərin hazırlıq proqramında yoxdur.
Gürcüstan xüsusi təyinatlıları
Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasıın şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri,
DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var.
Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir.
Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir.Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. Hazırlıqları keçirlər.operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir. Hər üç tabor fasiləsiz döyüş növbətçiliyində olur. Bu taborların şəxsi heyəti dincəldikdə, məzuniyyətə və ya icazə alıb harasa getdikdə belə ekiprovkada və silahları ilə buraxılırlar.
Gürcü xüsusi təyinatlılarının bazaları aşağıdakılardır.
Xüsusi Əməliyyatlar Qrupu Tiflis yaxınlığındakı Vaşlidcvari də yerləşir. Baza qərargah, kazarma, təlim korpusu, idman kompleksi, geyim və silah anbarı, qapalı atəş kompleksi, poliqon, vertolyot meydançasından ibarətdir. Qrupun silahlanmasında 5,45 mm AK-74, AKS-74 və AKS-74U, 7,62 mm çaplı AK-47, AKM və AKMS, 5,56 mm çaplı ABŞ istehsalı olan COLT M-16 avtomatının A1 (model 699) və A2 (model 711, model 733 «Commando»), COLT M-4 karabini, 5,56 mm çaplı İsrail istehsalı olan Tavor TAR-21, 9 mm çaplı AS «Val» xüsusi avtomatı, 7,62 mm SVD snayper tüfəngi (SSRİ), 7,2 mm M24 snayperi (ABŞ), 9 mm-lik «Vintorez» snayperi, 12,7 mm çaplı M-93 Black Arrow/Falcon/OM-50 Nemesis snayper tüfəngi, PM, PB, PSS tapançaları, NRS-2 xüsusi bıçaqları, 9 mm çaplı Ingram MAC M10 və M11 tapança pulemyotu, 9 mm çaplı Heckler&Koch MR-5A1 (Almaniya) tapança pulemyotu, 5,45 mm çaplı RPK-74, 7,62 mm RPK əl pulemyotu, 5,56 mm çaplı FN Minimi / M249 (Belçika-ABŞ), 7,62 mm FN MAG / M240, 12,7 mm çaplı Browning M2HB və M2HQCB, 12,7 mm çaplı NSV-12,7 «Utyos», 7,62 mm çaplı PK pulemyotları, 40 mm çaplı QP-25, 40 mm çaplı M203 (M203PI) lüləaltı qumbaraatan, 30 mm AQS-17 avtomatik qumbaraatanı, 66 mm M72 / LAW72 (ABŞ-İngiltərə-Türkiyə birgə istehsalı) birdəfəlik qumbaraatan, 84 mm AT4 / M136 (İsveç - ABŞ) tank əleyhinə birdəfəlik qumbaraatan, 83 mm Mark 153 (Mk.153) SMAW reaktiv qumbaraatanı, 73 mm çaplı tank əleyhinə birdəfəlik reaktiv RPQ-22 (Bolqarıstan) qumbaraatanı, RPQ-18, tank əleyhinə RPQ-7 qumbaraatanı, 60 mm M224 (ABŞ), 81 mm L-16 / M252 (İngiltərə-ABŞ) minaatanları; 9K111«Faqot» və 9K113 «Konkurs» tank əleyhinə idarəolunan raketlər, «İqla» və «Strela» daşınan zenit sistemləri, NATO ölkələrinin ordularında istifadə olunan peyk və GPS rabitə sistemləri, gecəgörmə cihazları, ABŞ istehsalı olan HMMWV M998 – HUMMER hərbi maşınları, İngiltərə istehsalı olan Land Rover Defender 90 və Land Rover Defender 110, Yaponiya istehsalı olan oyota Land Cruiser hərbi maşınları, motodeltoplan və s. daxildir.
Xüsusi əməliyyatlar qrupu ölkə daxilində və digər ölkələrin ərazilərində düşmən hədəflərinə qarşı əməliyyatlar keçirmək, diversiyalar yaratmaq məqsədi ilə təşkil olunur. Gürcüstanın ordu xüsusi təyinatlılarının hazırlanmasında ABŞ Müdafiə Nazirliyindən göndərilmiş 60 təlimatçı məşğul olub. Bu işlər üçün 2 illik «Öyrət və təchiz et!» (GTEP) proqrammı çərçivəsində ABŞ rəsmi Tiflisə 64 mln. ABŞ dolları civarında maddi yardımlar ayırıb, həmçinin texniki köməkliklər göstərilib. Qrupun zabit heyəti Milli Müdafiə Akademiyasını, kapral (çavuş) heyəti isə Krsaniki təlim mərkəzində hazırlanıblar. Qrupun şəxsi heyəti ABŞ-ın Fort-Breqq xüsusi qoşunların təlim mərkəzi, Fort-Benniqdəki Reyncerlərin təlim briqadası, Green Eyes - 10-th Special Operations Group (10-cu göy beretlər qrupu), Dəniz piyadaları korpusu (USMC) «Military Professional Resources Inc.» şirkətinin təlim mərkəzi, İngiltərənin xüsusi aviadesant xidməti (SAS), Türkiyənin «Kommandos», Baş Qərargahın xüsusi təyinatlıları və dağ atıcı briqadalarında təlimlər, ixtisasartırma kursları keçiblər.
Gürcüstan xüsusi təyinatlıları təlim kursunda topqorafiya, taktika, kəşfiyyat, düşmənin arxasında diversiya əməliyyamtları, partizan döyüşləri, həmçinin paraşütlə tullanma, fiziki hazırlıq və tibbi yardım, müxtəlif atıcı silahlardan atəş açmaq, mina zərərsizləşdirmə, sualtı əməliyyatlar, xarici dil və s. Keçirlər.
ikinci mərhələdə isə onlara fərdi hazırlıq yoxlanılır.
Gürcü xüsusi təyinatlıları kurs ərzində müxtəlif fiziki və psixoloji sınadan keçirlər, Gün ərzində xüsusi təyinatlılar 32 kq yüklə 10 km məsafəyə qaçır, kursun yekununda isə onlar bu yüklə 30 km məsafəyə qaçaraq imtahan verməlidirlər.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

FalconFighter
Новобранец
Сообщения: 1
Зарегистрирован: 09 дек 2014, 20:28

Благодарил (а): 1 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#4 Сообщение FalconFighter » 09 дек 2014, 20:34

Azərbaycan Xüsusi Təyinatlılar şərti olaraq bu hissələrə bölünürlər:
-Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılar (Turan,Yarasa,Kobra və s.)
-Hərbi-dəniz qüvvələrinin 641saylı Dəniz Əməliyyatları Dəstəsi (NavySEALs)
-Daxili Qoşunların hərbi hissələr üzrə xüsusi təyinatlıları. (Pələng,Vaşaq,Kobra,Bəbir,Gürzə və s.)
-Daxili işlər nazirliyi Xüsusi təyinatlı polis dəstələri.
-Milli Ordu Kəşfiyyat-Diversiya Dəstələri (hərbi hissə üzərinə)
-Milli təhlükəsizlik Nazirliyi "Qartal" xüsusi təyinatlıları.
-Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölükləri
:violence-sniperdark:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#5 Сообщение smersh70 » 25 май 2016, 01:56

Şəhid Kəşfiyyat komandiri polkovnik.Vüqar Yusifov.
Изображение
Vüqarın sonuncu döyüşü aprel ayının 4-də Tər-tər rayonu Talış yüksəkliyində olmuşdur. Kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçmiş, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv etməklə postdu götürmüşdür. Bu an təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlamış, tabeliyindəkilərə mövqelənmə barədə göstəriş vermişdir. Nəticədə düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər irəlləmişdilər. Bu an düşmənin maskalanmış tankı önə çıxmış kəşfiyyatçılarımıza atəş açmışdır. Nəticədə ürəyi vətən-torpaq ücün döyünən iki cəsur komandir polkovnik Yusifov Vüqar və polkovnik-leytenant Raquf Orucov şəhid olmuşlar.

Düşmən tez bir zamanda xüsusi təyinatlıları və rezerv qüvvələri döyüşə cəlb etmiş, itirdiyi mövqeləri qaytarmaq məqsədilə əks hücuma kecmişdir. Nəticədə qeyri-bərabər qüvvələr balansı yaranmış, ancaq cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrup son nəfəsədək döyüşəcəklərinə and içmiş, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra yağı tankını partlatmış, 50 nəfərlik xüsusi təyyinatlı erməni əsgərini məhv etmişdir. Bununla da postları yağılardan təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazmışlar. Cəsur komandirin başçılıq etdiyi bu əməliyyatlarda ümumilikdə düşmənin 100-ə yaxın yaraqlısı məhv edilmişdir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#6 Сообщение smersh70 » 28 июн 2016, 02:50

Murad Mirzəyev, Elnur Əliyev, Samit İmanov, Raquf Orucov, Dilsuz Qarayev, Bəxtiyar Hüseynov, Nicat İsgəndərov, Sarvan Mehrəliyev...

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların bu il aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, Birinci Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan Ordusunu qalib orduya çevirə bildilər. Elə öz adlarını da Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.

... Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur. Hər birinin məzarı bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilib. Aprel şəhidləri arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, sözün əsl mənasında qəhrəman idi! Raqub Orucovun düşmən arxasında uğurla həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar var ki, bunlar Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir əməliyyatlardan sayılır. Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Raquf Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və ı"İgidliyə görə" medallarına layiq görülüb. Şəhidlik zirvəsinə yüksəldikdən sonra isə...

Aprel döyüşlərində şəhid olmuş bu qəhrəman kəşfiyyatçı-zabitin məzarını təkcə qərənfillər deyil, həm də müxtəlif illərdə komandiri olmuş əsgərlərinin məktubları ilə al-əlvandır. Sumqayıtdakı Şəhidlər xiyabanında uyuyan polkovnik-leytenant Raquf Orucovun məzarının üstü həmişə məktublarla doludur. Bu məktubların əksəriyyəti keçmişdə şəhid polkovnikin əsgəri olmuş gənclər tərəfindən yazılıb. Düz 3 aydır mətbuatda, sosial şəbəkələrdə hər kəs şəhid komandirin şücaətindən, qəhrəmanlığından danışır. Cəmi 42 il ömür sürməsinə baxmayaraq, həyat və döyüş yolu o qədər zəngin, keşməkeşli və nüminəvi olub ki, Raquf Orucov haqqında danışılan xatirələr, dildən-dilə gəzən qəhrəmanlıq hekayətləri bitib-tükənmək bilmir.
Изображение
Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Cəmi 1 il Rusiyada xidmət edikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib və dərhal Azərbaycana qayıtmaq barədə qərar qəbul edib. Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq Ağdam rayonundakı özünümüdafiə batalyonuna yazılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb.

Sıravi döyüşçüdən peşəkar kəşfiyyatçıyadək

Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. Qardaşı Zabil deyir ki, Raquf 1996-cı ildə Murovdakı "N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Oruçov olub: "Kəşfiyyat bölüyünün komandiri kimi bu işin əsas ağırlığı Raqubun üzərinə düşürdü. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilmişdi”.

Şəhid polkovnikin komandiri olmuş Rasim Fərşidov həmin məşhur əməliyyat barədə daha məlumatlıdır: "1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması, videoçəkiliş üçün kəşfiyyat qrupuna həmin əraziyə getmək barədə əmr verilmişdi. İki qrup müəyyənləşdirdik. Bir qrupda bölük komandiri kimi Raqufun, digərində isə tağım komandirinin dəstəsini seçdim. Özümü də bu iki qrupa zəruri yardım məqsədilə köməkçi dəstə kimi yazdım. Hazırlaşıb yola çıxdıq və axşama yaxın təmas xəttindəki ən son posta çatanda tağım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini o tərəfə keçməliyik. Amma tağım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik və qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirəcək. Onun 6 nəfərdən ibarət kəşfiyyat dəstəsi videokamera ilə yola düşdü. Qrup üzvləri Ömər aşırımından Yanşağa qədər uzaq bir məsafə getməli idilər. Lazım olan məntəqəyə çatanda əlaqə saxlayıb apardıqları müşahidələr barədə məlumat verirdi. Bildirdi ki, erməni əsgərləri səhər düzülüşünə dayanıblar, onları çəkirəm. Bir qədər sonra, təxminən səhər saat 8 radələrində yenidən əlaqə saxladıq, dedi ki, düşmən məni görür, nə etməli olduğumu bilmirəm. Çünki bir tərəf açıqlıqdır, yerimi dəyişsəm təhlükə bir qədər də artacaq. Soruşdum ki, qərarın nədir? Dedi ki, qərar qəbul edirəm ki, geri qayıdaq. Dedim geri qayıdın, Allah eləməmiş, bir hadisə baş versə mənə xəbər elə ki, buradan sizə dəstək verə bilək. Səhər saat 10-da onunla belə bir qərar qəbul etdik. Axşam saat təxminən 7 radələri idi, məlum oldu ki, Raqufgil gəlib düşmənin arxasında aşağıda mövqe tutublar, amma yuxarıda ermənilərin postu yerləşdiyindən hərəkət edə bilmirdilər. Qrupun bütün heyəti erməni postundan aşağıda dərənin içində qaldı. Biz də endik dərəyə ki, onlara kömək edək, çünki yükləri vardı deyə yuxarı qalxmaq çətin idi. Bu ərazi elə bir yer idi ki, yalnız kəndirlər vasitəsilə dərənin dibindən yuxarı qalxmaq olardı. Bu cür çətinliklərə baxmayaraq, biz o əməliyyatı da uğurla başa vurduq. Raquf Orucov qayıdıb gələndə bütün briqda sevincindən özünə yer tapa bilmirdi. Axı, igid kəşfiyyatçılarımız salamat qayıtmış, lazım olan məlumatları da toplayıb gətirmişdilər”.
Изображение
Sərt aşırımlı dağlar arasından Kəlbəcərə doğru...

Ehtiyatda olan kapitan Rasim Fərşidov şəhid polkovnikin dillərdə dastan olan daha bir qəhrəmanlıq nümunəsi barədə danışır. Onun sözlərinə görə, 1995-ci ildə Ermənistan ordusunun Murovdağ istiqamətində əsir götürdüyü 7 Azərbaycan əsgərinin azad edilməsi üzrə əməliyyatın uğurla başa çatmasının da əsas səbəbkarı məhz igid polkovnik-leytenant Raquf Orucov idi: "Bu hadisə 1995-ci ilin oktyabrında olmuşdu. O vaxt Raquf kiçik leytenant rütbəsində idi. Murov o qədər sərt yerdir ki, orada duman olanda iki-üç metrli məsafəni belə, görmək olmur. Ona görə də bizim 7 əsgərimiz yuxarı posta yemək və yanacaq aparan zaman dumanda azaraq gedib ermənilərin postuna girmişdi. Müdafiə Nazirliyindən göstəriş gəlmişdi ki, həmin əsgərlər təcili erməni əsirləri ilə dəyişdirilməlidir. Amma onları dəyişmək üçün Azərbaycanda erməni əsirləri yox idi. Bu səbəbdən ermənilərdən əsir götürmək üçün Raquf Orucovun başçılığı ilə qrup düşmənin nəzarətində olan ərazilərə kəşfiyyata göndərilmişdi. Budəfəki tapşırıq son dərəcə çətin və məsuliyyətli idi. Çünki ermənilərin nəzarətində olan ərazilərdə kəşfiyyat aparmaq və düşmənin canlı qüvvəsini ələ keçirib diri vəziyyətdə gətirmək xüsusilə riskli və əksər hallarda mümkün olmayan işdir. Çətinlik həm də onda idi ki, belə əməliyyatlarda iştirakçıların sayı adətən, ən azı 5-6 nəfərdən az olmur. Kəşfiyyat qrupu silah-sursatla yanaşı, özünə ərzaq ehtiyatı da götürməlidir. Bu da əlavə yük deməkdir. Bu yükü götürüb kəşfiyyat əməliyyatını həyata keçirmək, düşmənin dayaq məntəqəsindən tağım məntəqəsinə ərzaq, silah və ya yanacaq aparan əsgərlərinin bütün hərəkətlərini izləmək, onlara yaxınlaşmaq üçün zaman müəyyən etmək çox mürəkkəb iş idi...”

Nəhayət, "Murov qartalı” ləqəbi ilə tanınan Raquf Orucovun komandanlığı altında 6 nəfərlik kəşfiyyat qrupu müəyyən edilmiş marşrut üzrə hərəkət edərək Kəlbəcərdəki qızıl mədənlərinə yaxınlaşıb burada müşahidələr aparır. Bu zaman onlar mədəndə işləyən ermənilərin xüsusi təyinatlılar tərəfindən qorunduğunun, hətta xüsusi təlim görmüş itlərin də təhlükəsizlik tədbirlərinə cəlb edildiyinin şahidi olmuşdular (Kəşfiyyat qrupu Zod qızıl yatağında müşahidə apararkən burada gördüklərinin fotoşəkillərini də çəkmişdi – E.S.). Raquf Orucovun kəşfiyyat qrupu bir qədər də irəli getdikdən sonra aşağıdakı yamacda mülki geyimdə olan ermənilərin kənd təsərrüfatı işləri ilə məşğul olduqlarını müşahidə edir. Kəşfiyyatçılarımız bir qədər gözləyirlər, axşam qaranlıq düşənə yaxın ermənilərin əksəriyyəti ərazini tərk etsələr də, 3 nəfər mülki geyimli kişi hələ də işləyirdi. Bu zaman Raquf Orucov bir qədər də ermənilərə yaxınlaşaraq otla yüklənmiş "Zil” markalı avtomaşının arxasına keçərək əli ilə kabinədə tək oturmuş erməninin ağzını qapayır. Dərhal kəşfiyyat qrupunun üzvlərinə "İrəli!” işarəsini verir, hərbçilərimizin gözlənilməz gəlişindən qorxuya düşən digər iki mülki geyimli erməniyə isə "səsinizi çıxarsanız gülələyəcəyik” deyir. Vəziyyətin nə yerdə olduğunu anlayan ermənilər heç bir müqavimət göstərmədən təslim olurlar. Raquf Orucovun başçılıq etdiyi Azərbaycan kəşfiyyat qrupunun üzvləri dərhal 3 ermənini də özləri ilə götürərək geriyə - Azərbaycan Ordusunun nəzarətində olan əraziyə doğru qayıdırlar. Artıq kəşfiyyatçılarımız bu əməliyyatı uğurla həyata keçirdiklərinə əmin idilər. Hətta o dərəcədə əmin idilər ki, özləri ilə götürdükləri ermənilərin əl-qolunu bağlamağa belə ehtiyac duymurlar. Əksinə, əli-qolu açıq bu zavallı ermənilər daha rahat şəkildə yola davam edə bilirdilər...
Изображение
Belə vəziyyətdə daşlı-kəsəkli dağlar aşıb dərələr keçməklə təxminən 150 kilometrlik yolu geri qayıtmaq son dərəcə yorğun və aç-susuz olan kəşfiyyat qrupunun üzvləri üçün nə qədər çətin olsa da, onlar böyük dözüm və rəşadət göstərərək bu işin öhdəsindən gələ bilirlər. Nəhayət, igid kəşfiyyatçılarımız özləri ilə gətirdikləri 3 erməni ilə birlikdə kəşfiyyat marşrutu üzrə nəzərdə tutulmuş məntəqəyə çatdıqdan sonra artıq təhlükənin sovuşduğunu nəzərə alaraq burada bir qədər dincəlmək qərarına gəlirlər. Komandir Orucov dağın zirvəsində post qurub kəşfiyyat qrupunun üzvlərindən 2 nəfəri xidmətə təhkim etdikdən sonra digər əsgərlərə dincəlmək üçün bir saat vaxt ayırır. Çünki artıq yerimək, irəli getmək mümkün deyildi, yorğunluq və aclıq kəşfiyyat qrupunun üzvlərini taqətdən salmışdı. Bu səbəbdən Raquf Orucov bir qədər dincəlmək üçün göstəriş verir. Amma məsuliyyət, nigarançılıq, nəm və daş-kəsəkli torpağın üzərində uzanmış komandirin az da olsa dincəlməyə, burada dayanmağa hövsələsi çatmır və "yola davam" deyərək dəstəsi ilə birgə irəliləyir...

Komandanlığın əmri əsasında verilmiş əməliyyat tapşırığını uğurlu yerinə yetirərək girov götürdükləri 3 ermənini də xidmət etdikləri briqadaya gətirən ilə Raquf Orucov və onun kəşfiyyatçı əsgərləri burada əsl qəhrəman kimi qarsılanır. Çünki bu, həqiqətən də Qarabağ müharibəsində uğurla həyata keçirilən ən nadir əməliyyatlardan biri hesab olunurdu. Məhz bu uğurlu əməliyyat nəticəsində düşmənə əsir düşmüş 7 Azərbaycan əsgəri tezliklə və çox asanlıqla azad edildi. Həmçinin Raquf Orucovun çox çətin və son dərəcə riskli olan bu əməliyyatın öhdəsindən uğurla gəlməsi Azərbaycan Silahlı Qüvvələrinə düşmənin gücü və mövqeləri barədə daha dəqiq, zəngin və xüsusi hərbi əhəmiyyətli məlumatlar qazandırmışdı.

"Bilsəydim ki, atam şəhid olacaq..."

Həyat yoldaşı Sevinc xanım bildirir ki, Raquf Orucov hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirmiş. Belə ki, orta məktəbi bitirən kimi Kamil və Feyruz adlı sinif yoldaşları (hazırda Kamil və Feyruz da polkovnik hərbi rütbəsi daşıyır – E.S.) ilə birlikdə sənədlərini hərbi məktəbə veriblər. Kamillə Feyruz hərbi məktəbə daxil olsalar da, Raquf Orucovun bu arzusu baş tutmamışdı. Ona görə də 1993-cü ildə hələ Ağdamın işğalından əvvəl Ali Hərbi Məktəbə daxil oldu. İki ildən sonra, 1995-ci ilin ortalarında kiçik leytenant rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb: "Raquf hərbçi idi, həmişə cəbhənin ən qaynar nöqtələrində xidmət edib, kəşfiyyatçı kimi tez-tez düşmən arxasına keçirdi. Ona görə də biz həmişə onun ölümünə hazır olmuşuq. Nə qədər ağır olsa da, bu dərdi çəkəcəyik...”
Изображение
Şəhid polkovnikin oğlu Aqşin Orucov atası ilə sonuncu görüşünün Novruz bayramına təsadüf etdiyini xatırlayır: "Bayram günü dostlarla həyətdə idim. Bilsəydim ki, atam şəhid olacaq, yanında bir dəqiqə belə ayrılmazdım. Atam həmin gün evə bir neçə saatlıq gəlmişdi. Mən evə gələndə o, artıq gedirdi. Atamla sonuncu dəfə qapıdan çıxanda görüşdüm. Bu, sonuncu görüşümüz oldu. Atamın sonuncu fotosu da əmim uşaqları ilə qapının önündə çəkilib. Ondan sonra çıxıb getdi...”

Raquf Orucov da daxil olmaqla aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin hər biri qəhrəmandır! Düz 23 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənin təkcə beynəlxalq hüquq normaları və siyasətdə deyil, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycandan nə qədər zəif və gücsüz olduğunu məhz onlar sübut etdilər. İndü təkcə işğalçı Ermənistan yox, bütün dünya dövlətləri, o cümlədən Qarabağ savaşı üzərindən özünün çirkin siyasətini, niyyətini reallaşdırmaq istəyən qüvvələr də anladılar və şahidi oldular ki, Azərbaycan Ordusu heç də məğlub ordu deyil! Əksinə, hər an öz torpaqlarımızı yağı düşmən tapdağından təmizləmək qüdrətindədir./Kordinat.az/

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#7 Сообщение smersh70 » 05 авг 2016, 23:17


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#8 Сообщение smersh70 » 22 окт 2016, 23:22

Müsahibim Aprel döyüşlərində iştirak edən Xüsusi Təyinatlı Kəşfiyyatçımızdır.
Məxfiçiliyə görə müsahibimizin ad və soyadını qeyd etmirik.

- Hərbiyə maraq sizdə nə vaxtdan yarandı?

- Hərbiyə marağım məndə uşaqlıq illərindən var idi. Hər bir vətənpərvər Azərbaycan övladı kimi mənim də qəlbimdə daim xalqıma və millətimi sevgi ta uşaqlıqdan formalaşmışdı. Torpaqlarımızın iyirmi faizinin erməni işğalı altında olması, mənfur erməni dığalarının tarix boyu xalqımızın başına gətirdikləri müsübətləri oxuyanda və biləndə düşmənə qarşı qəlbimdə nifrət daha da çoxalırdı. Zaman keçdi böyüdüm və hərbi xidmətə çağrıldım. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına qoşuldum. Əsgər kimi ordu sıralarında bir il xidmət etdim. bu müddətdə hərb işini daha yaxından öyrəndim və hərbiçi olmağıma qərar verdim. Xususi gizirlik məktəbini bitirdim və Xususi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı vəzifəsində xidmət etməyə başladım.

- İlk iştirak etdiyiniz əməliyyat yadınızdadırmı? İstərdim həmin vaxtlardan danışaq.

- Bildiyimiz kimi düşmən hər zaman təxribata əl atır, mövqeylərimizə hücum edir. Təbii ki, bizim də onlara cavabımız daha sərt olur. Əvvəllər mühafizə qruplarının tərkibində idim. Sonralar hücumlara da qoşuldum. 2014-cü ilin avqustunda düşmən mütamadi olaraq postlarımıza hücum etməyə başladı. Hərbi maşınımızı pusquya saldılar. Həmin vaxt 8 əsgərimiz şəhid oldu. Bu gördüyüm ağır döyüşlərdən idi. Demək olar ki, ilk iştirak etdiyim əməliyyat idi. Biz həmin hücuma cavab verib, düşmənin xeyli canlı qüvvəsini məhv etdik.

- 2015-ci ilin yanvar ayında Tərtər istiqamətində belə bir qanlı döyüş baş verdi. Səhər saatları idi. Ermənilər var gücləri ilə mövqelərimizə hücum etdilər. Həmin vaxt bir kəşfiyyatçı giziririmiz sinəsindən vuruldu. Ona tibbi yardım etsək də həyatını xilas edə bilmədik. Güllə onun aorta damarını kəsmişdi. Bunlar Aprel döyüşlərinə qədər iştirak etdiyim böyük əməliyyatlar idi.

-Xüsusi Təyinatlının döyüş yolunu aprelsiz təsəvvür etmək mümkün deyil. Nə baş verdi həmin gün?

- Artıq aprelin 1-i idi. Gecə saat 03 radələrində qanlı döyüşlər başladı. Mənə mühafizəni təşkil etmək tapşırılmışdı. Bizim digər kəşfiyyat bataleonumuz Tərtərin işğalda olan Talış kəndinə getdi. Onlar 3 erməni postunu gizli yolla keçib, kəndin içərisinə girmişdilər. Hardasa 40 nəfərə yaxın kəşfiyyatçımız orada idi. Bizə xəbər gəldi ki, onlar mühasirəyə alınıb. Təcili kömək lazımdır. Biz mövqeyimizdən meşəyə gəldik. Çayı keçib Talış kəndi istiqamətinə irəlilədik. Qarşıda ermənin 3 postu yerləşirdi. Bizim digər kəşfiyyat qrupumuz isə ermənilərin arxa tərəfinə keçmişdi. Düşmən də bundan xəbər tutduğu üçün onları məhv etmək üçün hərəkətə keçmişdi. Biz onları mühasirədən çıxarmaq üçün 3 erməni postunu almalı və möhkəmlənməli idik.
- Mən döyüşçü yoldaşlarımla 1-ci posta hücum etdik. 5-10 dəqiqə qanlı döyüş getdikdən sonra posta girməyə müvəffəq olduq. bir neçə erməni əsgərinin leşi səngərdə uzanmışdı. biz oların tam məhv olduğuna əmin olmaq üçün başlarından təkrar atəş açdıq və postun içərisinə doğru irəlləməyə başladıq. Posta daxil olduq və muafizəni təşkil edib yerləşdik. Posta olan erməni əsgərlərinin yarısı silahlarını atıb qaçmışdılar. Qaçmayanlar isə artıq leş idilər. Orada erməni əsgərlərinin siqaretləri, güllələri, silahları qalmışdı.Postdan qaçan erməni əsgərləri təpənin arxasında meşəlikdə gizlənmişdilər və oradan bizi müşahidə edirdilər. Komandanlığa məlumat verdikdən sonra yerimizdə möhkəmlənməyə başladıq.
Изображение
- Həmin vaxt sizinlə paralel cəbhədə döyüşən dostlarınızdan xəbəriniz olurdumu?

- Bizimlə paralel cəbhədə digər kəşfiyyat qrupularımız əməliyyat keçirirdi. Onlar arasında güclü döyüş gedirdi. Biz onları görürdük. Düşmən başını itirmişdi. Düşmən əsgərlərin çoxu silahı atıb qaçırdı. Gecədən səhərə kimi qanlı döyüşlər getdi. Səhər açılanda ətrafdaki mənzərə dəhşət idi. Erməni əsgərlərinin meyitləri hər yana səpələnmişdir. Təxminən 80-a qədər erməni meyiti var idi. 3 postdan ikisi artıq bizdə idi. Postları alanda yaralımız olsa da, şəhid vermədik.

-post bizdə oldu. Düşmənin sonrakı addımı nə oldu?

- Düşmən geri çəkilmişdi. Bu taktiki gediş idi. Gözlənilmədən ermənilər biz yerləşdiyimiz postları tank atəşinə tutdular. Biz bilirdik ki, onlar postlara hücum edəcəklər. Belə də oldu. aprelin 3-ü səhər açılanda olar artıq gecədən tədbirlərini görmüşdülər. snayperləri arxa mövqeylərdə yerləşdirmişdilər. Tanklar isə bizi hədəfləmiş və intensiz atəşə tuturdular. Ermənilərin xüsusi təyinatlıları itirdikləri postlara hücumları başladı. Onların irəliləməsinə həmin tank yol açırdı. Erməni tankı bizim ələ keçirdiyimiz postları vururdu. Tankın atəşi ilə blendaj dağıldı. Tankın atəşi nəticəsində erməni piyadaları bizim üstümüzə irəliləyirdi. Komandanlıq əmr etdi ki, postu tərk etməyin. Bizə əlavə kömək lazım idi. Bu vaxt köməyə Milli Qəhrəman Murad Mirzəyevin komandirliyi altında, Gizir Tural Qurbanov, Baş leytenant Elnur İsgəndərov, gizir Pəncəli Teymurov, gizir Mirsalam Cəfərov, Milli Qəhrəman mayor Samid İmanov və digərləri köməyə gəldilər. Orada Polikovnik leytenant Murad Mirzəyev döyüşçülərə əmr etdi ki, sona qədər heç kim postu tərk etməsin. Onlar son nəfəslərinə qədər döyüşdülər. Postda da şəhid oldular. Erməni artıq bizim aldığımız iki postu ələ keçirdi. Murad Mirzəyevin, Pəncəli Teymurovun və digər kəşfiyyatçılarımızın meyitlərini onlar götürdülər. Bu döyüşdə düşmən də xeyli itki verdi. Onların arasında xüsusi təyinatlı zabitlər və çavuşlar daha çox idi.

- Bəs sizinlə eyni zamanda 3-cü posta hücum edən kəşfiyyatçılarımızdan xəbəriniz oldumu?

- Onlar erməni postlarına 20 metr qalmış minaya düşdülər. Şəhid gizirimiz Seymur Baxışov mühəndis istehkamçı (minaaxtaran) idi. O birinci minaya düşdü. Bundan sonra arxada gələn digər hərbçilərimiz də ətrafa dağıldıqda mina partlayışı nəticəsində şəhid olanlarımız və yaralananlarımız oldu. Həmin dəstədə gizir Seymur Baxışov, gizir Sərxan Bayramov, leytenant Elvin Namazov, gizir Toğrul Fərəczadə, gizir Şahin Cavadzadə, gizir Teymur Qasımov, gizir Bəxtiyar Hüseynov mina partlayışı nəticəsində şəhid oldular. Orada Elvin Namazovun bədəni parçalanmışdı. O iki dəfə minaya düşdüyü üçün daha çox yara almışdı. Onlardan şəhid olanlar oldu, qalan yaralılar isə dost bölmələrimiz tərəfindən xilas edildi.

- Sizin sonraki aqibətiniz necə oldu?

- Erməni tankı postu vurduqdan sonra biz ordan çıxmaq məcburiyyətində qaldıq. Sürətlə irəlliyərək meşəyə girdik və müqaviməti oradan davam etdirməyə başladıq. Ermənilər yüksək mövqedə oturduqları üçün bizi rahat vura bilirdilər. Meşənin son hissəsinə qədər gəldik. Artıq erməni bizim yerimizi bilmişdi. Meşənin içini müxtəlib silahlardan atəşə tutdular. Hərbçilərimizdən biri ayağından yaralanmışdı. Həmin vaxt Milli Qəhrəman Samid İmanov yaralı idi. Əlində qumbara tutmuşdu ki, əsir düşsə özünü partlatsın. Biz əvvəl meşəyə girəndə özünü partlatmaq istəyirdi. Biz onu bu fikirindən çəkindirdik və ona tibbi yardım göstərdik. Ancaq zabit qüruru onu rahat buraxmadı. Bizə əmr etdi ki, onu yaralı şəkildə qoyub, köməyə əlavə qüvvələr çağıraq. Əmrindən çıxa bilməzdik. Biz geriyə, çaya tərəf gəldik. Həmin vaxt erməni fasiləsiz şəkildə bizi güllə boran edirdi. arxada dost bölmələrimiz kömək üçün qarşımıza çıxdı. Biz onlara mayor Samid İmanovun yerləşdiyi yeri göstərdik. özümüz isə fiziki cəhətdən əldən düşdüyümüz üçün bir qədər arxaya çəkildik. Dost bölmələrimiz mayor Samid İmanovun yanına çatanda arıq O, aldığı güllə yarasından dünyasını dəyişmişdir. Qeyd edim ki, mayor Samid İmanov iki ayağından güllə yarası alaraq ağır yaralanmışdır.

- Qeyd etdiniz ki, kəşfiyyatçılarımız Talış kəndinə girmişdilər. Mühasirəyə düşmüşdülər. Onların sonraki taleyi necə oldu?

- Bəli, biz ora gələndə mühasirəyə düşən yoldaşlarımızı qurtarmağa gəlmişdik. Orda olan kəşfiyyaçılarımızın fərdi hazırlığı və əzimkarlığı nəticəsində, həmçinin bizim güclü dəstəyimiz nəticəsində, 2 şəhid( Gizir Dilsuz Qareyev və gizir Elimdar Səfərov) və bir neçə yaralı olmaq şərti ilə düşmən mühasirəsi yarıldı və mühasirədən sızaraq kəşfiyyatçılarımız xilas olmağa müvəffəq oldular. Həmin şəhidlərin cəsədlərindən düşmən əlinə keçən olmadı, digər kəşfiyyatçılarımız onların cəsədini döyüş meydanından çıxartmağı bacardılar. Onların xidmətləri çox böyük olub. Hesab edirəm ki, Milli Qəhrəman adına layiq olan şəhidlərdən biri də onlardır.

- Aprel bizə nə verdi və bizdən nəyi aldı?

-Aprel döyüşləri bir daha ordumuzun güc və bacarığını düşmənə subut etdi və düşmən bildi ki, onun qarşısında keçən əsrin sonlarındayı kimi pərəkəndə ordu yox, daha güclü, daha hazırlıqlı və muasir silah və təhcizatla təmin olunmuş bir ordu dayanıb. Düzdür itkilərimiz oldu, əlbətdə ki, muharibədə itki olması qaçılmazdır, qanla verilən torpağ qanlada alınmalıdır. lakin bu bizim döyüş ruhumuzu heç vaxt söndürə bilməz. Əksinə döyüş təcürbəmiz bir qədər də artdı, düşmənin mənfi və müsbət cəhətlərinin bir daha özümüzdə təhlit etdik və gələcək döyüşlərdə daha uğurlu qələbələrə nail olmaq üçün bizə bir növ öz gücümüzü xatırlatdı.

- Kəşfiyyatçının şəxsi həyatı olurmu?

-Əlbətdə ki, kəşfiyyatçı da bir ananın övladıdır. Onun da daxili aləmi, öz arzu və planları var. Lakin əminliklə deyə bilərəm ki, əsil kəşfiyyatçının birinci növbədə düşündüyü şey onun vətəni, sonra isə ailəsi və digər şeylərdir.

- Şəhid hərbçilərin içərisində yaxın dostunuz var idimi?

-Kimliyindən aslı olmuyaraq biz kəşfiyyatçılar hər zaman bir birmimizə dost və qardaş olmuşuq.

- Şəhid olan yoldaşlarınızdan sizə vəsiyyət edəni oldumu?

-Xeyir belə bir hadisə ilə qarşılaşmadım. Sizin verdiyiniz sual ancaq filimlərdə olur. Çünki döyüş elə bir hisdir ki, orda insan döyüşdən başqa heç bir şey fikirləşə bilmir.

-Son sualımı ünvanlayıram, qurabağa və ilan yemisinizmi?

-Gülür...
Bəli yemişəm. Qurbağa və İlan kəşfiyyatçının ən ləziz yeməyidir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Xüsusi təyinatlılar(Komando)

#9 Сообщение smersh70 » 08 ноя 2016, 17:26

Изображение
Изображение
Изображение
Изображение

baron8201
Новобранец
Сообщения: 22
Зарегистрирован: 07 ноя 2016, 12:33

Re: Xüsusi təyinatlılar(Komando)

#10 Сообщение baron8201 » 09 ноя 2016, 09:56


Ответить

Вернуться в «Quru Qoşunları»