Qazimiz Cəlilabad rayonunda anadan olub hal hazırda Cəlilabad rayonunda yaşayır.
Evlidir 1 qız övladı var.Səhəti ilə bağlı işləyə bilmir.
Qazimizlə həmsöhbət olan adminimiz və qazimizin dialoqu:
- Aprel Döyüşlərində döyüşməkdən ,Xüsusi Təyinatlı olmaqdan peşmansan?
- Bu peşəni seçməkdə,döyüşməkdə heç vaxt peşman olmamışam.İstəyərək Xüsusi Təyinatlı Qüvvələrdə Xüsusi Təyinatlı olmuşam.
- Azərbaycanı Vətəni sevməyə dəyərmi? Sağlamlığından keçdiyinə görə peşmansanmı?
- Bu vətəni sevməsəydim əsla getməzdim döyüşlərə.Biz vətənə canımız fəda deyib kəlimeyi şəhadətimizi gətirib döyüşə girənlərdənik.Torpaq uğrunda ölən varsa Vətəndir.
- Gənclərə bir qazi kimi bir döyüşçü kimi nə sözün var?
- Gənclərə sözüm əsla amma əsla ucuz qəhrəmanlıqlar etməməlidirlər.Ölməyi yox öldürməyi düşünməlidilər. Gənclərimizi dindirəndə demək olar hamısı gedərəm ölərəm deyir "Ölərəm" YOX! "Öldürərəm" deməlidilər.
Sonda Qazimizdən nəyə ehdiyacı olduğunu soruşduq cavab olaraq...
- "Bizi unutmayın yaddan çıxarmayın" deyə cavab verdi.
" Mən Xüsusi Təyinatlı Qüvvələrin MAHHXQ Qazi Təhməzov Vasif Valeh oğlu.
Biz aprelin ikisində artıq talış yüksəkliklərinin çoxunu azad etmişdik 2dən 3 nə keçən gecə azad etdiyimiz yüksəkliyi düşməndən qoruyub növbəti gün gələcək olan dost bölmələrə təhfil verməyi gözləyirdik. Ətrafımızdakı bir çox post və yüksəkliklər azad edildiyindən düşmən elə zənn edirdi ki artıq biz arxayınlaşıb rahat orada oturmuşuq.Aprelin 2 dən 3 nə keçən gecə düşmən azad etdiyimiz yüksəkliyi geri qaytarmaq niyyəti ilə bizə basqın hazırladı.Böyük qüvvə ilə ətrafımızı sarmağa başladılar amma bir şeydən xəbərləri yox idiki biz onları görürk. Uyğun zamanı gözləyib onlar bizə basqın etməmiş biz onlara basqın etdik və düşmən elə döyüşün başladığı ilk dəqiqədə çox sayda itki verərək geri çəkilib mövqelənməyə başladılar bizdə olan ruh yüksəkliyi o qədər çox idi o qədər arxayın idik ki özümüzə heç qorxmadan düşməni başını soxduğu yerdən çıxartmağa imkan vermirdik.Düşmən yüksəkliyi ələ keçirdə bilməyəcəyini anlayıb daha çox qüvvə çağırdı və üzərimizə gəlməyə başladılar artilleriya və minamiyotla artıq üzərimizə mərmi yağdırırdı bir bir düşmənə atəş açıb məhv edirdim nişan alarkən ağzım həmişə açıq olur və birdən ağzımın içərsindən başıma bir udar dəydi dilimin üzərinə dişimin qırıqları töküldü yaralanmanın dərəcəsini bilmədiyimnən dər hal yoldaşlarımı xəbərdar etmək üçün vuruldum deyə qışqırdım əlimnən üzümü yoxladım mənə aydın oldu ki atılan mərmi 5.45 mm lik olub dişimə dəyərək istiqamətini dəyişib yanağımnan çıxıb kamandir mənim sağ tərəfimdəydi onu buda gördü təsdiqlədi...(Bütün bunlar bir neçə 10 saniyə içərsində oldu )
Yenidən döyüşə başlamışdım ki kamandirlə mənim arama (bizim aramızdakı məsafə 2- 3 m idi) bir mərmi düşür bundan mənim heç xəbərim belə olmadı sadəcə səngərin divarına çırpılıb yerə düşdüm nə nəfəs alırdım nə eşidirdim nə tərpənə bilirdim sadəcə görürdüm.Başımda kaskım bədənimdə bronjilet olduğundan qəlpələr mənim sağ buduma və qoluma, üzümün sağ yanağımdan, sağ qulağımdan dəymişdi (Birdə məni ən çox qoruyan sağ tərəfimdə bıçağım oldu o olmasaydı bəlkə indi sağ deyildim çünki qəlpələrin çoxu bıçağa dəymişdi) Öldüyümü zənn etdim ama birdən səs uğultuyla geri qayıtdı dərindən nəfəs aldım və birbaşa ayağa qalxdım atəş açmaq istədim tətiyə basdığım an mərminin səsindən silah əlimdən çıxdı başımı tutub yerə yıxıldım özümü itirdim durub səngər boyu yıxıla dura qaçmağa başladım məni görən döyüş yoldaşım məni tutdu hara gedirsən dur yara içindəsən otur yaralarını bağlayım dedi mənsə yox sən davam elə o biri yüksəklikdəki yoldaşlar kömək edər deyib getməyə çalışırdım bu məni buraxmadı qıçımı qolumu üzümü sarıdı və atəş mövqeyindən kənarlaşdırdı oturdum o yanımdan gedən kimi qalxmağ istədim qalxa bilmədim sağ tərəfim tutmurdu artıq silahı sol əlimə keçirdib arxanın boş olduğunu gördüm sürünərək mövqeləndim arxanı qorumağa başladım gecə görüşilə sol gözümlə baxırdım ama ağ işıq var görüntü yox idi, birdə sağ gözümlə baxdım anladım ki sol gözümdə zədələnib bir müddətdən sonra uzaqdan səngərin içərisi ilə 4 nəfərin yaxınlaşdığını gördüm İstədim atəş açam dayandım təkrar baxdım seçə bilmirdim çox qaranlıq idi gecə görüşdə o qədərdə yaxşı göstərmirdi öz yoldaşlarımız olar deyə gözlədim silahımda lülə altı qumbara atanda var idi qumbara atanın tətiyini tutub dayandım düşmən olsalar onları yanımdaca vuracağdım bir neçə metirliyimə çatandan sonra bizimkilər olduğunu gördüm əlimi tətikdən çəkdim bunlar mənə çatan kimi dördüdə silahını mənə doğrultdu sonra gördülər düşmən deyiləm və yaralıyam dərhal biri məni yoxladı və burda niyə təksən dedi digər üçünə yolu göstərdim getdi biri mənlə qaldı az sonra öz yoldaşım yanıma gəldi bu digəridə getdi...
Döyüş səhər saat 5 idi hələdə davam edirdi.Başımı qaldırıb səngərdən aşağı baxanda ətraf erməni leşdəri ilə dolu idi 100 yaxın erməni leşi yerə sərilmişdi.Birdə gördüm kamandir ağır vəziyyətdədi gətirirlər çoxlu qan itirmişdi hər iki qıçından ayağına kimi 100 dən çox qəlpə dəymişdi.Bir nəfər kamandiri bir nəfərdə məni qaldırıb təxliyyə etməyə başladılar bir neçə addımnan sonra fikir verdim ki kamandiri apara bilmir özüm yeriyə bilərəm dedim digər yoldaşada kamandiri daşısın dedim.Bir az yeridikdən sonra artıq ağrı yox idi özüm gedirdim.Minalanmış sahədən keçmək lazım idi axtarıb gəldiyim yeri tapdım və öndə getməyə başladım minalanmış sahə boyunca öndə getdim ki əgər Mina olarsa digər yoldaşlara bir şey olmasın kamandiri çıxartsınlar."O" ərazi dağlıq olduğundan iki yoldaş onsuzda yorğun olan hallarıyla kamandiri artıq ağır-ağır daşıyırdılar. Kamandir özündən getmişdi hava tamam aydınlanmışdı və mən öndə dost bölmələri görürdüm digər yoldaşlara nisbətən cəld gedib öndəkilərə çatdım və həkimimizin orda olduğunu gördüm şəhit çıxardırdılar,həkim məni görcək üzərimə qaçdı mənsə mən yox arxada qrupun kamandiri var ağır vəziyyətdədi dedim ora qaç həkim dedim.Təxliyyə qruplarıda artıq çatmışdı kamandiri götürdülər mənsə özüm getdim. Artıq öz tərəfimizə çıxanda dərhal əynimdəkiləri çıxardıb silahlarımı təhfil alıb sanitarkaya qoydular məni sanitarkada özümnən getmişəm artıq heçnədən xəbərim olmadı...Bir gündən sonra Gəncədə qospitalda ayıldım.2 gün Gəncədə qaldıqdan sonra Bakıya 1 aylıq müalicəyə göndərdilər, 1 aydan sonra evə buraxıldım hal hazırda pensiya alıram səhətimlə bağlı işləyə bilmirəm. "