Страница 1 из 7

HDQ

Добавлено: 20 ноя 2014, 03:37
smersh70

Re: HDQ

Добавлено: 20 ноя 2014, 14:36
mirotvores70
Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Hərbi Dəniz Qüvvәləri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə noyabrın 13-də başlamış birgə əməliyyat-taktiki təlimlər başa çatıb.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıblar və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvəffəqiyyətlə icra ediblər. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb.İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib, Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.
Üçüncü mərhələdə isə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin dəstəyi ilə düşmən gəmilərinin və terror-diversiya qruplarının məhv edilməsi üzrə təlim-döyüş tapşırıqları yerinə yetirilib. Təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub. Aktiv faza zamanı terrorçular tərəfindən ələ keçirilən bazanın məhv edilməsi, suüstü gəminin və heyət üzvlərinin azad edilməsi, boru kəmərinin monitorinqi, terrorçular tərəfindən ələ keçirilən neft özülünün azad edilməsi, Xəzər dənizinin əməliyyat zonasına daxil olan düşmən gəmilərinin məhv edilməsi kimi tapşırıqlar icra edilib.

Re: HDQ

Добавлено: 05 авг 2016, 15:59
smersh70
ИзображениеИзображениеИзображение
Azərbaycan HDQ-nin heyəti “Dəniz Kuboku”nun ilk günü 60 balla ikinci oldu

Rusiyada “Ordu-2016” beynəlxalq yarışları çərçivəsində “Dəniz Kuboku”nun avqustun 3-də keçirilmiş birinci mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) heyəti uğurla çıxış edib.

“AzeriDefence”nin yarışın saytına istinadən verdiyi məlumata görə, birinci mərhələdə Azərbaycan HDQ-nin gəmiləri hava hədəflərinə atışlardan 40 bal toplayaraq qrup üzrə birinci, Qazaxıstan 35 balla ikinci, Rusiya isə 30 balla üçüncü olub.

Kiçik ölçülü hədəflərə atışda isə 40 balla Qazaxıstan birinci, 20 balla Azərbaycan ikinci, 15 balla Rusiya üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə ilk çıxışda Azərbaycan HDQ 60 balla qrup üzrə ikinci yerdədir.

Re: HDQ

Добавлено: 08 окт 2017, 16:00
smersh70
Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub

Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib. Gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.
İlk olaraq İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən” raket katerini ziyarət ediblər.
Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Re: HDQ

Добавлено: 28 окт 2017, 18:14
smersh70
Изображение
Изображение
Изображение
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.
NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.
Qeyd edək ki, ilk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən həyata keçirilib və bu Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Re: HDQ

Добавлено: 03 авг 2018, 23:49
smersh70
Baza gözəldi,amma gəmilər nənəm yaşdadı :?

Re: HDQ

Добавлено: 09 авг 2018, 00:28
smersh70

Re: HDQ

Добавлено: 29 сен 2018, 01:15
smersh70



Re: HDQ

Добавлено: 15 ноя 2018, 00:35
smersh70
KQHO çərçivəsində HHQ və HDQ taktiki müdaxilələr üzrə fəaliyyətləri icra ediblər - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının (KQHO) planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.

[youtube][/youtube]

Re: HDQ

Добавлено: 27 июн 2019, 00:59
smersh70
Gözəllər,Təbrik edirik!! :clap:
Изображение