Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 24 сен 2017, 01:00

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 3 сообщения ] 
Автор Сообщение
 Заголовок сообщения: TANKLAR
СообщениеДобавлено: 20 май 2017, 01:09 
В сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 64118
Изображение
Belarusun “Beltexeksport” şirkəti, “140 nömrəli zavod” və “Pelenq” ASC-nin birgə modernizə etdiyi T-72BME tankı MİLEX-2017 Beynəlxalq silah və hərbi texnika sərgisində təqdim olunacaq.

Bu barədə “AzeriDefence” Belarus Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Komitənin məlumatında qeyd olunur ki, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılıb. Tank ən son yeniliklərə uyğun olaraq modernizə olunub.

Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılıb. Daha güclü müəhərrik hesabına hərəkət qabiliyyəti yüksəldilib. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilib, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilib.

Tankda aşağıdakı yeniliklər tətbiq edilib:

ESSA-72U kompleks idarə sistemi qurulub. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Hansı ki kompleks günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir.
Tənzimçilər (küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri) dəsti quraşdırılıb. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır.
İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunub.
Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulub.
Tank 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunub.
Tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya quraşdırılıb.
Sürücü mexanik bölməsi müasir infra-qırmızı kameraya sahib olub.
Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generator sahibdir.


Вернуться к началу
 Заголовок сообщения: Re: TANKLAR
СообщениеДобавлено: 20 май 2017, 01:10 
В сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 64118
Изображение
İsrail ordusunun zirehli tank korpusu üçün hazırlanması nəzərdə tutulan “Carmel” tankının ilk dizaynı təqdim olunub.

Bu barədə “AzeriDefence” “İsraelDefense” saytına istinadən məlumat verib.

Yeni tankın zirehli platforması yüngül, daha çevik, fəaliyyəti daha sadə nəzərdə tutulub. Həmçinin sıx yerlərdən hərəkətinin təmin olunması əvvəlkinə nisbətən asanlaşdırılıb. “Carmel”in ekipajı iki nəfərdən ibarətdir. Tankın daxilində qurulan sistem vasitəsilə idarəçilər naviqasiya, uzaq hədəfləri aşkar etmə, müstəqil atəş açmaq və.s imkanlardan istifadə edə biləcəklər.

Tankın platforması müasir müdafiə sistemi ilə qorunacaq. Yeni platforma düşmənin tank və raket qurğularını tam məhv etmə qabiliyyətinə malik olması ilə fərqlənəcək.


Вернуться к началу
 Заголовок сообщения: Re: TANKLAR
СообщениеДобавлено: 20 май 2017, 01:11 
В сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 64118
Изображение
Xarkov Zirehli Tank Zavodu T-80 (“uçan tank”) tankının növbəti partiyasını orduya təqdim etmək üçün hazırlayıb.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdim olunan T-80 tankının mühərriki yenilənib, elektron avadanlığı, idarəetmə sistemləri, eləcə də tankın ekipaj üzvlərinin təhlükəsizliyi daha da gücləndirilib. “Uçan tank” adlandırılan T-80 tankı 1250 at gücündə mühəəriklə təchiz edilib.
Təkmilləşdirilmiş texnika 70 km/saata qədər sürət yığa bilir.
https://youtu.be/iA-RhLfZEWo


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 3 сообщения ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB