Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yaradıb

Tank və Zirehli Texnika

Модератор: Nazim Bayram

Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yaradıb

#1 Сообщение Одиссей » 19 сен 2013, 22:31

Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yaradıblar - FOTO

Изображение
Изображение
Изображение
Изображение
Изображение


APA-nın məlumatına görə, BRDM-2 tipli kəşfiyyat-gözətçi maşınının şassisi üzərində hazırlanmış maşın həm xarici dizaynı, həm silahlanması, həm də performansı ilə BRDM maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

«Azərbaycan 10 il» sərgisində ilk eksperimental nümunəsi nümayişə çıxarılacaq maşın mühərrik, hərəkət və digər testləri tamamlayıb. Yaxın vaxtlarda maşının atış sınaqları keçiriləcək.

Mütəxəssislərin sözlərinə görə, maşının üzərindəki bəzi texnologiyaların xaricdən alınmasına baxmayaraq, ümumilikdə dizayn və yaradılma baxımından 100 faiz milli layihədir.

Yeni maşın öz sinfindəki xarici analoqlarından minaya, yanlarda partlayışlara və güllələrə qarşı yüksək qoruması ilə fərqlənir. Maşının ikiqat zirehi B-32 tipli zirehdələn güllələri belə keçirmir. Maşın minaya, partlayışlara və güllələrə qarşı qorumaya sahibdir.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarəolunan qüllə ilə silahlandırılıb. Bu qüllənin silahlanmasına 2 lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud (tüstü) qurğusu daxildir. Maşın həmçinin gecə və gündüz, hər cür hava şəraitində müşahidənin aparılması üçün görmə sistemlərinə malikdir. Maşının ön, arxa və yan və üst hissələrində görməni təmin edən kameralar yerləşdirilib, bu kameralardan qəbul edilən informasiyalar sürücü və komandirin gönündəki monitorlarda görünür.

Çəkisi 8152 kq təşkil edən kəşfiyyat-döyüş maşını 155 at gücünə malik (114 kVt) turbodizel mühərrikə, kombinə olunmuş hidropnevmatik transmissiyaya, beşpilləli, distansion ötürücü qutuya malikdir. Maşında 64 kubmetr/saniyə məhsuldarlığı olan, asılı olmayan fasiləsiz təminatlı kondisioner qurulub. Ümumi elektrik təminatı 7.8 kVt təşkil edən döyüş maşını 5 kVt gücə malik dizel generatoru ilə də təchiz olunub. Hamar yolda 110 km/saat, torpaq yolda 60-70 km/saat sürətlə hərəkət edə bilən maşının yanacaq tutumu 150 litr, bir çən yanacaqla birbaşa hərəkət uzaqlığı 800 km-dir.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#2 Сообщение Одиссей » 19 сен 2013, 23:47

Nə fikirləşirsiz? Yeri var bu kombinasiyanın?
Mənim fikrim:

1) QŞ-23 aviasiya topu piyada maşınında tam yersizdir.
2) S-8(S-5) kortəbii uçan raketlərdir. Loru dildə NURS. Bu raketin piyada maşınında yerləşdirilməsi, kustarçılıqdan xəbər verir
3) BAPO"İqlim" müəssisəsi olan ölkə, hərbi maşınına mülki kondisioner qoyub. Və məcburdur ki, ona qulluq etməkdən ötrü şifaner qapısı boyda qapı qoyub, korpusun konstruksiyasını zəiflətsinlər. Hətta əgər avtomobilin üstündə hava buraxmaq üçün deşiklər olsa belə, hərəkət zamanı kondisionerin normal funksiyası mümkün deyil.
4) Qabaq lyukun oval şəkildə olması hansı tələbatdan irəli gəlir? Dördkünc şüşə ümumi t`əyinatlı yollarda hərəkət zamanı sürucünün görüş dairəsini daha komfortlu edər və istehsal texnologiyasını asanlaşdırar. Dizaynı da daha "brutal" edər.
5) Arxa qapıların konstruksiyası onların güvənli fiksasiyasına şübhə yaradır. Onlar hərəkət zamanı "mahnı oxuyacaqlar".

Belə çıxır ki, orada hərbi mühəndislər yox, Yavərin qohum-əqrəbası konstruktorluq edir. Bu maşın lakmus kağızı kimi acənacaqlı sindromdan xəbər verir. Yəni ki, burada da bizim işaran ümidimizi söndürdülər və yerə çırpıb tapdaladılar.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 5 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#3 Сообщение revolution » 20 сен 2013, 00:28

bu analogu olmayan texnikadan djanimiz hacan gurtaracag?

Damba
партизан
Сообщения: 350
Зарегистрирован: 15 окт 2012, 20:12

Благодарил (а): 111 раз
Поблагодарили: 91 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#4 Сообщение Damba » 20 сен 2013, 09:23

Bu texnikaya görə mühəndisləri günahlandıranlar yanılırlar.Mən sizi əmin edirəm ki,məsələ belə olub:müəllimin biri müşavirədə cıxış edir:ayə,pratokola yaz,tanka ən yaxşi puşka qoyulsun,üstünə 2-3 dənə raket,içində kompyüterdə olsun kondisionerdə.Sizin 2-ay vaxtınız var.Sual yoxdusa gedin işləyin. Bundan sonra 6-7 dəfə təhqir və çığırtılarla dolu iclaslar və sonda,8-9 aydan sonra,al gəldi,MSN-nin dünyada analoqu olmayan BTRDMN.... və sairə.

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#5 Сообщение Одиссей » 30 ноя 2014, 14:19

Damba писал(а):Bu texnikaya görə mühəndisləri günahlandıranlar yanılırlar.Mən sizi əmin edirəm ki,məsələ belə olub:müəllimin biri müşavirədə cıxış edir:ayə,pratokola yaz,tanka ən yaxşi puşka qoyulsun,üstünə 2-3 dənə raket,içində kompyüterdə olsun kondisionerdə.Sizin 2-ay vaxtınız var.Sual yoxdusa gedin işləyin. Bundan sonra 6-7 dəfə təhqir və çığırtılarla dolu iclaslar və sonda,8-9 aydan sonra,al gəldi,MSN-nin dünyada analoqu olmayan BTRDMN.... və sairə.
100% ola bilər. Ən əvvəl o zavodun, konstruktor bürosunun, nazirliyin rəhbəri mühəndis olmalıdır, məllim yox. Məllim oldu, bu dövlətin evi yıxıldı.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 349 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#6 Сообщение mirotvores70 » 30 ноя 2014, 14:29

Одиссей писал(а):Nə fikirləşirsiz? Yeri var bu kombinasiyanın?
Mənim fikrim:

1) QŞ-23 aviasiya topu piyada maşınında tam yersizdir.
2) S-8(S-5) kortəbii uçan raketlərdir. Loru dildə NURS. Bu raketin piyada maşınında yerləşdirilməsi, kustarçılıqdan xəbər verir
3) BAPO"İqlim" müəssisəsi olan ölkə, hərbi maşınına mülki kondisioner qoyub. Və məcburdur ki, ona qulluq etməkdən ötrü şifaner qapısı boyda qapı qoyub, korpusun konstruksiyasını zəiflətsinlər. Hətta əgər avtomobilin üstündə hava buraxmaq üçün deşiklər olsa belə, hərəkət zamanı kondisionerin normal funksiyası mümkün deyil.
4) Qabaq lyukun oval şəkildə olması hansı tələbatdan irəli gəlir? Dördkünc şüşə ümumi t`əyinatlı yollarda hərəkət zamanı sürucünün görüş dairəsini daha komfortlu edər və istehsal texnologiyasını asanlaşdırar. Dizaynı da daha "brutal" edər.
5) Arxa qapıların konstruksiyası onların güvənli fiksasiyasına şübhə yaradır. Onlar hərəkət zamanı "mahnı oxuyacaqlar".

Belə çıxır ki, orada hərbi mühəndislər yox, Yavərin qohum-əqrəbası konstruktorluq edir. Bu maşın lakmus kağızı kimi acənacaqlı sindromdan xəbər verir. Yəni ki, burada da bizim işaran ümidimizi söndürdülər və yerə çırpıb tapdaladılar.
Siz Odissey bu maşının hansı məzhəbə qulluq edəcəyi barədə susdunuz.Bu nə maşındır,vəzifəsi nədir?
Mən anlayıram ki, Azərbaycan silahlı qüvvələrində BRDM tipli maşınlar var və onlar modernizə olunub təkmilləşməlidir.Lakin "Matador və Marauderlə bu maşınları yan-yana qoysaq,Qalonvagerlə,Xanəhməd əminin eşşəyi kimi bir səhnə ilə üzləşəcəyik.
BU maşınlara lazımsız silah pərcimləməkdənsə-bu maşınları modernizə edib-yaralıların təxliyyəsi ücün yararlı bir alətə cevirmək olardı.
Böyük modernizə də lazım deyil. Yararlı qapılar. və icəridə səyyar divara bərkidilmiş daşıyıcılar qoymaq-vəssalam. Qorunma ücün məncə Pulemyot modulu da qoymaq olardı.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#7 Сообщение Одиссей » 30 ноя 2014, 14:41

Matador və Marador yaxşıdır. Amma dövlətin piyadaları daşımaq üçün öz istehsalı olan maşını olmalıdır. Bu tank deyil ki onu dəmiryolu platformalarında, daymanlarda daşıyıb, motoresursunu qoruyasan. Bu piyadanın həm avtobusudur, həm döyüş maşınıdır, həm şəhərə gəzməyə gedən maşınıdır. Bunların resursları taksi maşını kimi sərf olunacaq.
Bizim orduya bütün piyada qoşunlarında xidmət edən əskərlərimizin ayağını yerdən götürmək üçün 3200 piyadaların döyüş maşını lazımdır. Nə qədər dözümlü olsalar da, mütəmadi olaraq bunların 7-10% remontda olacaq. Deməli bizə bu zəhrimarın zavodu lazımdır.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 349 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#8 Сообщение mirotvores70 » 30 ноя 2014, 16:49

Odissey əmioğlu-hərbi maşın "şadlıq evi" yaxud "işıldayan fasad" deyil ki, millətə göstərəsən- o da qutuda xiyar görmüş uşaq kimi tullanıb düşsün və papaloqu olmayan inkişafdan danışsın. Hərbi maşın konsepsiyadır-özüdə ciddi konsepsiyadır. Yəni BRDM-ə şifoner qapısı qoyub,onu "Azərbaycan mühəndislərinin kəşfi kimi" təqdim edib,bununcün dövlətdən filan qədər qonorar da qopartmaq olar-lakin tutaq ki,lap ağıllı bir mühəndis tapıldı(şəxsən mən şübhə edirəm ki,beləsini yaxın buraxan olsun) və o bu cür maşının nümunəsini yaratdı. Ehtiyat hissələrini xırdalamıram-bunu sifariş də etmək olar. Yaxşı bu zavod bundan 3000 ədəd buraxdı qısa zamnda-bəs sonra? Zavodu bağlamaq və işciləri Kürdəmirə yemiş becərməyəmi göndərmək?
Maşın gərəkdir ki,öz konsepsiyasına görə coxşaxəli olsun. Yəni məsələn "Super Maz"-lar kimi.Bu maşını artillerita daşımaq ücün,şəxsi heyət daşımaq ücün və hətta platformasına qurğular qoymaq ücün də istifadə etmək olar. Lakin ən başlıca nailiyyət-bu maşınları xalq təsərüfatında,kənd təsərrüfatında da istifadə etmək olar. Bax bu cür maşın prototipi lazımdır bizə. Daha avtoservis jesytanşikinin BRDM ə barmaq eləməsindən əmələ gələn üstü borulu fayton yox.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Damba
партизан
Сообщения: 350
Зарегистрирован: 15 окт 2012, 20:12

Благодарил (а): 111 раз
Поблагодарили: 91 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#9 Сообщение Damba » 30 ноя 2014, 18:48

Гянджя машынгайырма заводун веряк Джамалова,гой гурддалансын.Яввял ахыр бир шей чыхардаджах.Бир иши гёрмяк ючюн гяряк нядянся башлауасан.

Аватара пользователя
shooter
партизан
Сообщения: 116
Зарегистрирован: 13 фев 2012, 04:08

Благодарил (а): 25 раз
Поблагодарили: 13 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#10 Сообщение shooter » 30 ноя 2014, 21:53

Damba писал(а):Гянджя машынгайырма заводун веряк Джамалова,гой гурддалансын.Яввял ахыр бир шей чыхардаджах.Бир иши гёрмяк ючюн гяряк нядянся башлауасан.
Bəəli))) Əvvəl hərbi Sənaye Büdcəsinin yarısını Əbdülmanafın başında ispıtaniyadan kecirtmək-sonra isə nəsə bir drandulet düzəldib"bəh-bəh" ilə AZTV də nümayiş etdirmək.Əla tendensiyadır
:character-oldtimer:

Ответить

Вернуться в «Zirehli Tank Qoşunları»