Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yaradıb

Tank və Zirehli Texnika

Модератор: Nazim Bayram

Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#11 Сообщение Одиссей » 01 дек 2014, 21:08

mirotvores70 писал(а):Odissey əmioğlu-hərbi maşın "şadlıq evi" yaxud "işıldayan fasad" deyil ki, millətə göstərəsən- o da qutuda xiyar görmüş uşaq kimi tullanıb düşsün və papaloqu olmayan inkişafdan danışsın. Hərbi maşın konsepsiyadır-özüdə ciddi konsepsiyadır. Yəni BRDM-ə şifoner qapısı qoyub,onu "Azərbaycan mühəndislərinin kəşfi kimi" təqdim edib,bununcün dövlətdən filan qədər qonorar da qopartmaq olar-lakin tutaq ki,lap ağıllı bir mühəndis tapıldı(şəxsən mən şübhə edirəm ki,beləsini yaxın buraxan olsun) və o bu cür maşının nümunəsini yaratdı. Ehtiyat hissələrini xırdalamıram-bunu sifariş də etmək olar. Yaxşı bu zavod bundan 3000 ədəd buraxdı qısa zamnda-bəs sonra? Zavodu bağlamaq və işciləri Kürdəmirə yemiş becərməyəmi göndərmək?
Maşın gərəkdir ki,öz konsepsiyasına görə coxşaxəli olsun. Yəni məsələn "Super Maz"-lar kimi.Bu maşını artillerita daşımaq ücün,şəxsi heyət daşımaq ücün və hətta platformasına qurğular qoymaq ücün də istifadə etmək olar. Lakin ən başlıca nailiyyət-bu maşınları xalq təsərüfatında,kənd təsərrüfatında da istifadə etmək olar. Bax bu cür maşın prototipi lazımdır bizə. Daha avtoservis jesytanşikinin BRDM ə barmaq eləməsindən əmələ gələn üstü borulu fayton yox.
Əlbəttə ki, elə olmalıdır. Dünyada heç bir ölkədə tək döyüş maşını buraxan müəssisə yoxdur. Hərbi texnika ilə yanaşı yük maşını, kənd təsərrüfatı texnikası, çay gəmiləri, yol təmiri texnikası, avtomobil üçün su çənləri, yanacaq çənləri, daş və qum daşımaq üçün kuzovlar, ekskovatorların və skreperlərin ehtiyat hissələrini, avtokranlar, liftlər, tikinti üçün stasionar kranlar istehsal edirlər.
Həm də mən yazdım axı, 3000 döyüş maşınının 7-10 faizi 3 ildən sonra həmişə cari təmirdə olacaq. Deməli, ən azı ildə 210 maşın kapital təmirdə, bir 300 maşın da cari təmirdə olacaqlar. Bu işi quran olsa, alınar hər şey.
Çamalın qurduğu sistem çox da düzgün deyil. Hər bir istehsalı HSN-nə yığmaq düzgün də deyil, mümkün də. Yalnız döyüş sursatları, atıçı silah istehsalını onları əlində saxlamaq lazımdır. Qalan şeyləri isə kooperasiya əsasında müəssisələr arasında tender vasitəsilə paylamaq lazımdır. Belə olan halda yalnız ordu üçün işləyən müəssisələr açmağa lüzum olmayacaq. Müdafiyə sənayesi komitəsi ştatlarında layihəçi mühəndislər, texnoloqlar saxlayacaq ki, onlar ölkənin müəssisələrinin texniki səviyyəsinin yararlılığını müəyyən edəndən sonra, öz layihələrinin istehsalını onlarda yerləşdirəcəklər. Şassini bir zavodda, kuzovu digər zavodda, elektrik və elektron avadanlıqlarını bir zavodda, silahı bir zavodda.
Bununla da dövlət pulu yalnız hərbi sənayeyə ayıraraq göyə sovurmaz, bütün ölkənin sənayesinə ayırar, onun inkşafına təkan verər və onun ümumi inkşafı üçün calışar.
Bu müəssisələr mülki avadanlıq istehsal etməklə, əhalinin də tələblərini ödəyərlər. İmportu əvəz edib, dövlətin ondan asılılığını qismən aradan qaldırarlar. Dövlətin ticarət balansını müsbətləşdirərlər ki, bu da inkşaf etmiş dövlətləri müəyyən etməyin əsas kriteriyalarından biridir. Loru dildə desək, qazandızımız dövlətin sərhədlərindən kənara çıxmayaraq, öz cibimizdə qalacaq. Gəlirimiz çıxarımızdan çox olarsa, pulqabımız da tədricən şişəcək.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Shahmuradov
Новобранец
Сообщения: 17
Зарегистрирован: 20 окт 2013, 22:17

Благодарил (а): 1 раз
Поблагодарили: 4 раза

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#12 Сообщение Shahmuradov » 02 дек 2014, 12:33

bu masinlarin temiri,yeniden istismara yararli veziyyete getirilmesi heqiqetende alqisa layiq islerdi,umud ediremki sadece maket kimi birin modersaziya etmiyibler,bu masinlarin en zeif xususiyyeti onlarin zirehidir,bunlarin zirehi mohkemlendirilmemish ustune qoylan pul havaya sovrulmush puldur

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 349 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#13 Сообщение mirotvores70 » 02 дек 2014, 12:43

Shahmuradov писал(а):bu masinlarin temiri,yeniden istismara yararli veziyyete getirilmesi heqiqetende alqisa layiq islerdi,umud ediremki sadece maket kimi birin modersaziya etmiyibler,bu masinlarin en zeif xususiyyeti onlarin zirehidir,bunlarin zirehi mohkemlendirilmemish ustune qoylan pul havaya sovrulmush puldur
Tofiq qardaşım-bu maşınlar Hərbi Sənayenin məhsulu olsa belə-professional baxımdan yumşaq desək uğurlu alınmayıb. Yuxarıda Odissey"döyüş maşınına Fatı xalanın pəncərəsində olan kondinsonerdən" yazdı. Bu hələ dərdin bir parasıdır. Bəs axı bu maşınların təyinatı? Belə uğurla "Moskvic" maşınlarını da əlinə gələn top-tüfəngi pərcimləyib "nailiyyət "qazanmaq olar. Bəli mən anlayıram ki, HH -lərdə coxlu BRDM-lər qalıb Sovetlərdən. Onları hansısa bir üsulla modernləşdirmək lazımdır. Lakin "Şifoner "qapılı belə üzdəniraqlar yox. Bu maşınlara gözəl təyinat tapmaq olardı. Bunlardan "Səhra tibb evakuasiya" maşını,yaxud kompakt müasir rabitə avadanlığı quraşdırmaqla "rabitə komanda qərərgah" maşını,yaxud da müəyyən texnologiya qurulmaqla PUA-ların idarəetmə maşınları yaratmaq olardı. Buna görə onun üstünə əlinə gələn top-tüfəng quraşdırmaq lazım deyildi. Tureldə idarə olunan atəş modulu qoymaq kifayət edərdi.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

БОЗГУРД
Новобранец
Сообщения: 4
Зарегистрирован: 10 ноя 2014, 18:39

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#14 Сообщение БОЗГУРД » 02 дек 2014, 15:19

Nazim bəyin dediyinə görə,
böyründəki kanistr marşda yanacaq üçün istifadə olunur, döyüş tapşırığına çıxanda kanistr oradan ya götürülməli ya içinə su doldurmalıdılar, yəqin ki (başqa texnikada belədi).
Marş zamanı gözlənilmədən yandırıcı patrondan sürpriz göndərsələr alışacaq. Bu lap BMP-lərdə arxa qapıların boşluğundakı yanacaq baklara oxşadı. Lap güllə atmasınlar, xırdaca qəza zamanı çıxan qığılcım da öz işini görəcək.

Yaşayış binalarda gördüyümüz arxada qoyulan kondisioner son nöqtəsini vurdu :naughty: :naughty: :naughty:
________________

Ümidvaram fırlanma anı mühərrikdən aparıcı vallara "avtomat" sürət qutulu ilə ötürülmür.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 349 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#15 Сообщение mirotvores70 » 02 дек 2014, 18:12

Dostum Rəşad Süleymanov mənə dedi ki, bu maşın ADEX sərgisində yenilənmiş halda təqdim olunub. Maşının zirüh və minadan qorunması gücləndirilib. Lakin mənə yenə də bu maşının təyinatı qaranlıq qaldı. Əyər bu hücum maşınıdırsa,bu Vallah hücum maşınına(PDM) bənzəmir,cünki ən azından onun piyada döyüşcü aparması əmsalı məncə azdır(səhf edə bilərəm-cün maşının ici mənə naməlumdur).Yox əyər öz əvvəlkı dərisini saxlayıbsa(BRDM) -bu maşında idarə olunmayan raket qurğusundan,kicikcaplı topdan və qumbaraatanlardan başqa hansı kəşfiyyat və "aşkaretmə qurğuları" qoyulub?
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

azik
партизан
Сообщения: 821
Зарегистрирован: 28 янв 2012, 21:17

Благодарил (а): 191 раз
Поблагодарили: 217 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#16 Сообщение azik » 02 дек 2014, 23:51

mirotvores70 писал(а):Dostum Rəşad Süleymanov mənə dedi ki, bu maşın ADEX sərgisində yenilənmiş halda təqdim olunub. Maşının zirüh və minadan qorunması gücləndirilib. Lakin mənə yenə də bu maşının təyinatı qaranlıq qaldı. Əyər bu hücum maşınıdırsa,bu Vallah hücum maşınına(PDM) bənzəmir,cünki ən azından onun piyada döyüşcü aparması əmsalı məncə azdır(səhf edə bilərəm-cün maşının ici mənə naməlumdur).Yox əyər öz əvvəlkı dərisini saxlayıbsa(BRDM) -bu maşında idarə olunmayan raket qurğusundan,kicikcaplı topdan və qumbaraatanlardan başqa hansı kəşfiyyat və "aşkaretmə qurğuları" qoyulub?
Bizdə ən azı iki BRDM taborı var və onlardan ən azı mudaviyədə istifadə eləmək olar yada rezervdə ikinci eşalonda rus demişcə (на всякий случай) .Tullamıyaq onları!!

Shahmuradov
Новобранец
Сообщения: 17
Зарегистрирован: 20 окт 2013, 22:17

Благодарил (а): 1 раз
Поблагодарили: 4 раза

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#17 Сообщение Shahmuradov » 03 дек 2014, 00:10

Abuzer bey siz dediyiniz basqa bir seydir
Eger bundan meqsed doyush masini kimi istifade etmekdirse,menim dediyim meqam esasdir
İlk novbede zirehi mohkemlendirilmelidir,yoxsa buna pul qoymaq havaya sovrulmjsh puldur,bir masinki 12,7 kalibr gulle desik desik edirse ondan ne masin olacaq axi?Turklerin Cobrasi minaya davamlidir,zirehide mohkemdir,buna o qeder pul qoydugumuzu ondan alsaq daha yaxsi olar

azik
партизан
Сообщения: 821
Зарегистрирован: 28 янв 2012, 21:17

Благодарил (а): 191 раз
Поблагодарили: 217 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#18 Сообщение azik » 03 дек 2014, 00:43

Shahmuradov писал(а):Abuzer bey siz dediyiniz basqa bir seydir
Eger bundan meqsed doyush masini kimi istifade etmekdirse,menim dediyim meqam esasdir
İlk novbede zirehi mohkemlendirilmelidir,yoxsa buna pul qoymaq havaya sovrulmjsh puldur,bir masinki 12,7 kalibr gulle desik desik edirse ondan ne masin olacaq axi?Turklerin Cobrasi minaya davamlidir,zirehide mohkemdir,buna o qeder pul qoydugumuzu ondan alsaq daha yaxsi olar
Bax;r bizimkiler ne qeder buna pul qoyur//

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#19 Сообщение Одиссей » 03 дек 2014, 03:34

БОЗГУРД писал(а):Nazim bəyin dediyinə görə,
böyründəki kanistr marşda yanacaq üçün istifadə olunur, döyüş tapşırığına çıxanda kanistr oradan ya götürülməli ya içinə su doldurmalıdılar, yəqin ki (başqa texnikada belədi).
Marş zamanı gözlənilmədən yandırıcı patrondan sürpriz göndərsələr alışacaq. Bu lap BMP-lərdə arxa qapıların boşluğundakı yanacaq baklara oxşadı. Lap güllə atmasınlar, xırdaca qəza zamanı çıxan qığılcım da öz işini görəcək.

Yaşayış binalarda gördüyümüz arxada qoyulan kondisioner son nöqtəsini vurdu :naughty: :naughty: :naughty:
________________

Ümidvaram fırlanma anı mühərrikdən aparıcı vallara "avtomat" sürət qutulu ilə ötürülmür.
Gardaşım, əgər maraqlıdırsa, açırsan "Quru qoşunlarının döyüş nizamnaməsini" və oradan "motoatıcı rota(batalyon) marşda" bölməsini oxuyursan. Hər şey aydın yazılıb. Marş və kəşfiyyat yürüşü tam başqa şeylərdir.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 349 раз

Re: Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yara

#20 Сообщение mirotvores70 » 03 дек 2014, 20:04

Shahmuradov писал(а):Abuzer bey siz dediyiniz basqa bir seydir
Eger bundan meqsed doyush masini kimi istifade etmekdirse,menim dediyim meqam esasdir
İlk novbede zirehi mohkemlendirilmelidir,yoxsa buna pul qoymaq havaya sovrulmjsh puldur,bir masinki 12,7 kalibr gulle desik desik edirse ondan ne masin olacaq axi?Turklerin Cobrasi minaya davamlidir,zirehide mohkemdir,buna o qeder pul qoydugumuzu ondan alsaq daha yaxsi olar
Tofiq-əsas məqam burada bu maşının vəzifəsi və onun təyinatıdır. Vallahi mən buna bu sifətdə bir təyinat yaraşdıra bilmədim. Maşın naməlum bir anormal varlıq kimi durub. Dostumuz Rəşad Süleymanov deyir ki,sərgidə tam başqa sifətdə bunu təqdim ediblər. Yəni zirehi möhkəmləndirib və minalara qarşı təhlükəsizliyi artıb.
Mən inanıram ki belə ola bilər-cünki Azərbaycanın bü cür təcrübəsi vat. Matador və Marauderlər bizdə yığılır. Və yəni bu qabaqcıl texnologiyadan istifadə edə bilərlər.
Amma ki yenə də ortada "təyinat" qalır. Əyər bu kəşfiyyat maşınıdırsa,ona o idarə olunmayan raket qurğusunun durbası artıqdır. Kəşfiyyat maşını uzun zaman döyüş aparmaq və yaxud düşmənə davamlı surətdə zərbə vurmaq ücün nəzərdə tutulmayıb. Bundansa ona idarə olunan tank əleyhinə raket qoyulsa idi daha yaxşı olardı. Kəşfiyyat zamanı düşmən tankı ilə rastlaşsa-hec olmasa onu vurub aradan cıxa bilsin. Piyada ücün isə quraşdırılmış 23 mm lik qoşalaşdırılmış QŞ-topundan da istifadə etmək olar. Bu silah hec də NURS(idarə olunmayan raket qurğusu)-dan az qorxulu silah deyil.
Yenə qayıdaq təyinat məsələsinə.
Mənim fikrimə görə bu maşınlardan daha cox :
-PUA -ı idarəetmə maşınları,
-Rabitə və komanda qərərgah maşınları,
-artilleriya kəşfiyyat maşınları,
-radiokəşfiyyat və karlama(глушения) maşınları ,
-təxliyyə sanitar maşınları kimi istifadə etmək daha səmərəli olardı.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Zirehli Tank Qoşunları»