Страница 1 из 3

TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 30 июл 2017, 01:41
smersh70
[youtube]

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 05 янв 2018, 23:03
smersh70
Изображение
Tank əleyhinə Raket Kompleksi “Spayk”
Bu tip TƏRK- İsrail coxfunksiyalı tank əleyhinə raket sistemlərindən biridir ki, “Rafael” şirkəti tərəfindən istehsal olunur. Adından başqa bu tip komplekslər fortifikasiya tikililəri,mühəndis qurğuları,vacib hava hücumundan müdafiə və digər kompleksləri və dəniz üstü obyektlərin məhfi ücün də istifadə edilir.1 raketin qiyməti(buraxıcı kompleks daxil deyil) 133 min dollardır.Spayk ailəsi müstəqil tuşlama sistemi ilə SQ –lərin bir cox sahələrində istifadə ücün nəzərdə tutulmuşdur. Kompleks həm yer,həm zirehli texnika və helikopterlərdə qurulma imkanına malikdir. RAFAEL Israel Armament Development Authority şirkəti bu tip raketləri “Javelin” raketlərindən fərqli olaraq tam müstəqil funksiya ilə təmin etmişdir. Belə ki özütuşlanan başlıq hədəfi nişanlama qurğusundan aldığı məlumata əsasən,kənar müdaxilə olmadan ucaraq,istənilən yer və maneəli traektoriyaları kecərək,hədəfi həm öndən həm də yuxarıdan “asılma” halında vura bilir.Kompleks soyudulmayan infraqırmızı özütuşlanan döyüş başlığı ilə təmin edildiyinə baxmayaraq,zəruri “tanıtma” tuşlanması vacibdir.Kompleks 4 növdə mhazırlanmışdır:
Mini SPİKE-kicik mənzilli(1500 m )raket olaraq ,piyadalar tərəfindən istifadə edilir.Cəkisi 12 kq(raket-4 kq)
SPİKE-SR- yüngül daşınan və 800 m uzaqlığa uca bilən,şəhər daxilində istifadə ücün nəzərdə tutulmuşdur.
SPİKE –MR (GİL) raketin orta mənzilli (200-2500 m) modeli. Əsasən xüsusi təyinatlılar ücün nəzərdə tulub.Cəkisi 26 kq.
SPİKE-LR- uzaqmənzilli(4000m) raket olaraq həm piyadalar həm də zirehli maşınlar tərəfindən istifadə olunur. Cəkisi 26 kq.
SPİKE –ER-(NT Dendy,ND-D) ağır uzaqmənzilli raket olaraq zirehli maşınlarda və helikopterlərdə qurulur. (8000m) Cəkisi 33 kq.
SPİKE-NLOS- 25 km radiusunda fəaliyyət göstərən və görünüşdən uzaqda olan hədəfləri vura bilən raket. Bu tip komplekslər ücün əlavə koordinasiya və tuşlama vasitələri tələb olunur.Cəkisi 71 kq.
Bundan əlavə SPİKE komplekslərinin başqa üstünlükləri də vardır:
-Buraxıldıqdan sonra hədəfi secmək və operatorun komandası ilə hədəfi daha vacib hədəflə dəyişmək:
-Real vaxtda hədəf haqqında kəşfiyyat məlumatı əldə etmək və onu saniyələr ərzində tanımaq:
-Atıldıqdan sonra özütuşlanan başlıq vasitəsi ilə hədəfi tutmaq və bağlı yerlərdən atəş acılması:
-uzaq məsafədə tam dəqiq hədəfi tutma funksiyası,
-Özünkülərə atəş acmaqdan qorunması.
Bir cox ölkələrin istifadəsində yer alır,bunlar : Azərbaycan,Almaniya,İsrail,İspaniya,İtaliya,Kolumbiya,Latviya,Hiderland,Peru,Polşa,Rumıniya,Sinqapur,Sloveniya,Finlandiya,Fransa,Çili,və Ekvadordur.
Abuzər Əbilov(Legion)
Изображение

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 23 янв 2018, 00:53
smersh70
"Skif"-Ukrayna və Belarus birgə istehsalı olan TƏR(tank əleyhinə raket) Kompleksidir. Tip:TƏİR(tank əleyhinə idarə olunan raket).Statusu: hazırda istehsal və istifadə olunur.Əsas istifadəçiləri:Ukr.Belarus, Azərbaycan, Əlcəzair, Gürcüstan.Əsas texniki xarakteristikası: Atış uzaqlığı:5000 m. Zirehi dəlməsi :800 mm MD(müdafiə dinamikası) Hədəfə dəymə nisbiliyi: 0.70-0.85.Kalibr:130 mm. Atış qurğusunun çəkisi:28 kq.Raketin start çəkisi:16kq.Konteynerin raketlə birgə çəkisi:29.5 kq.Yonləndirmə cihazının (ПН-С) çəkisi:16 kq.Məsafədən idarəetmə pultunun çəkisi:12kq. Konteynerin uzunluğu: 1360 mm. Maksimal uzaqlığa uçma müddəti:23 Gündüz hədəfi tapması məsafəsi-uzaqligi 7000 m. Atış məsafəsi(uzaqlığı):- Gunduz : 100-5000 m. Gecə:100-3000m. Yönləndirmə sistemi: Yarimavtomat (lazer şüası ilə).İstifadə temperatur diapazonu: -40...+60 Selsi.
Akif Kazımov (Legion)
Изображение
► Показать

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 08 июн 2018, 10:23
smersh70
Изображение
Spike-LR tank əleyhinə idarəolunan raket kompleksi sürətli manevr edərək istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün təyin edilib. Avtomobilin üzərindəki raketburaxma qurğusu universal, idarəedilən, gecə və gündüz döyüş fəaliyyətlərinin aparılması üçün silah sistemidir. Bu qurğu qabaqcıl texnologiyalı atəşə nəzarət sistemindən ibarət olub uzaq məsafələrə dəqiq atəş açır və şəxsi heyətin qorunmasını təmin edir.

Изображение
SPİKE-ER tank əleyhinə idarəolunan raket kompleksi istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub. Bu komplekslə yüngül çöl-müdafiə qurğularına səmərəli atəş açmaq, kəşfiyyat xarakterli fəaliyyətlər yerinə yetirmək və yerüstü müşahidə məntəqələrindən müşahidə edilməyən hədəfləri məhv etmək mümkündür.

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 12 июн 2018, 17:49
smersh70
Raket bölmələri praktiki atışlar keçirib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.
Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.
Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
[youtube]

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 10 ноя 2019, 07:39
smersh70

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 27 фев 2020, 21:43
smersh70
smersh70 писал(а):
05 янв 2018, 23:03
Tank əleyhinə Raket Kompleksi “Spayk”
Bu tip TƏRK- İsrail coxfunksiyalı tank əleyhinə raket sistemlərindən biridir ki, “Rafael” şirkəti tərəfindən istehsal olunur.

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 26 авг 2020, 02:23
smersh70
Ara bir belədə uçur :mrgreen:
Sonra urus deyir bizim silahları alın :)

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 06 окт 2020, 01:25
smersh70

Re: TANK ƏLEYHİNƏ RAKET KOMPLEKSLƏRİ

Добавлено: 29 ноя 2020, 01:05
smersh70
Spayklarımızın heyətləri atəş zamanı
Изображение
► Показать