Tank əleyhinə Raket Kompleksi “Spayk”
Bu tip TƏRK- İsrail coxfunksiyalı tank əleyhinə raket sistemlərindən biridir ki, “Rafael” şirkəti tərəfindən istehsal olunur. Adından başqa bu tip komplekslər fortifikasiya tikililəri,mühəndis qurğuları,vacib hava hücumundan müdafiə və digər kompleksləri və dəniz üstü obyektlərin məhfi ücün də istifadə edilir.1 raketin qiyməti(buraxıcı kompleks daxil deyil) 133 min dollardır.Spayk ailəsi müstəqil tuşlama sistemi ilə SQ –lərin bir cox sahələrində istifadə ücün nəzərdə tutulmuşdur. Kompleks həm yer,həm zirehli texnika və helikopterlərdə qurulma imkanına malikdir. RAFAEL Israel Armament Development Authority şirkəti bu tip raketləri “Javelin” raketlərindən fərqli olaraq tam müstəqil funksiya ilə təmin etmişdir. Belə ki özütuşlanan başlıq hədəfi nişanlama qurğusundan aldığı məlumata əsasən,kənar müdaxilə olmadan ucaraq,istənilən yer və maneəli traektoriyaları kecərək,hədəfi həm öndən həm də yuxarıdan “asılma” halında vura bilir.Kompleks soyudulmayan infraqırmızı özütuşlanan döyüş başlığı ilə təmin edildiyinə baxmayaraq,zəruri “tanıtma” tuşlanması vacibdir.Kompleks 4 növdə mhazırlanmışdır:
Mini SPİKE-kicik mənzilli(1500 m )raket olaraq ,piyadalar tərəfindən istifadə edilir.Cəkisi 12 kq(raket-4 kq)
SPİKE-SR- yüngül daşınan və 800 m uzaqlığa uca bilən,şəhər daxilində istifadə ücün nəzərdə tutulmuşdur.
SPİKE –MR (GİL) raketin orta mənzilli (200-2500 m) modeli. Əsasən xüsusi təyinatlılar ücün nəzərdə tulub.Cəkisi 26 kq.
SPİKE-LR- uzaqmənzilli(4000m) raket olaraq həm piyadalar həm də zirehli maşınlar tərəfindən istifadə olunur. Cəkisi 26 kq.
SPİKE –ER-(NT Dendy,ND-D) ağır uzaqmənzilli raket olaraq zirehli maşınlarda və helikopterlərdə qurulur. (8000m) Cəkisi 33 kq.
SPİKE-NLOS- 25 km radiusunda fəaliyyət göstərən və görünüşdən uzaqda olan hədəfləri vura bilən raket. Bu tip komplekslər ücün əlavə koordinasiya və tuşlama vasitələri tələb olunur.Cəkisi 71 kq.
Bundan əlavə SPİKE komplekslərinin başqa üstünlükləri də vardır:
-Buraxıldıqdan sonra hədəfi secmək və operatorun komandası ilə hədəfi daha vacib hədəflə dəyişmək:
-Real vaxtda hədəf haqqında kəşfiyyat məlumatı əldə etmək və onu saniyələr ərzində tanımaq:
-Atıldıqdan sonra özütuşlanan başlıq vasitəsi ilə hədəfi tutmaq və bağlı yerlərdən atəş acılması:
-uzaq məsafədə tam dəqiq hədəfi tutma funksiyası,
-Özünkülərə atəş acmaqdan qorunması.
Bir cox ölkələrin istifadəsində yer alır,bunlar : Azərbaycan,Almaniya,İsrail,İspaniya,İtaliya,Kolumbiya,Latviya,Hiderland,Peru,Polşa,Rumıniya,Sinqapur,Sloveniya,Finlandiya,Fransa,Çili,və Ekvadordur.
Abuzər Əbilov(Legion)