Dövlət Təhlükəsizlık Xidməti

Din,MTN,FHN,SQ və başqa

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Dövlət Təhlükəsizlık Xidməti

#1 Сообщение smersh70 » 16 дек 2015, 21:27

Prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzində iki qurum - Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev ANS-in “Nəzər Nöqtəsi”ndə yeni xidmətlərin prespektivliyi ilə bağlı bir çox mətləblərə aydınlıq gətirib.

– Arif müəllim, hazırda cəmiyyətdə belə bir rəy formalışıb ki, Milli Təhlükəsizlik Nazirliyi məhz ona görə ləğv olundu ki, ictimaiyyətin artıq bu quruma olan etibarı zədələnib. Ona görə belə bir addım atıldı?

- Xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən 14 dekabr 2015-ci il tarixli fərmanına əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. İki müstəqil xüsusi xidmət orqanın yaradılması haqqında fərman, əlbəttə ki, çox müdrük və mütərəqqi bir addımdır. Bu, eyni zamanda müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır. Həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxmasıdır.

– Bəs niyə məhz bu məqamda bu addım atıldı?

– Kəşfiyyat və əks kəşfiyyat təminatına cavabdeh qurumların müstəqil dövlət strukturları qismində fəaliyyət göstərməsi dünya dövlətlərin təcrübəsində geniş yayılıb. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Avropa ölkələri, hətta MDB dövlətlərin təcrübəsinə nəzər salsaq həmin ölkələrin də təhlükəsizlik və xüsusi xidmət orqanlarının məhz bu xidmət formatında fəaliyyət göstərdiyini şahidi olarıq.
https://youtu.be/rfAbyWlx2ZU
https://youtu.be/rfAbyWlx2ZU" onclick="window.open(this.href);return false;
https://youtu.be/D69erA-9wUQ
https://youtu.be/D69erA-9wUQ" onclick="window.open(this.href);return false;

illərlə eynu mahnı oxuyur..Bəs sən görmürdün Nazirlikdə nə işlər gedir...hara baxırdın.... :whistle: :whistle:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#2 Сообщение smersh70 » 16 дек 2015, 21:28

MTN-nin iki xüsusi xidmət orqanına bölünməsi cəmiyyətdə birmənalı qarşılanmadı.

Bəziləri bunu düzgün addım, bəziləri isə gecikmiş addım hesab etdilər.

MTN-nin kəşfiyyat və əks kəşfiyyata ayrılması barədə verilmiş qərarı MTN-nin keçmiş əməkdaşı İlham İsmayıl Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

"Ad şərtidir. Nazirlik qoyan da var, xidmət qoyan da var. ABŞ-da xarici kəşfiyyatın adı Mərkəzi Kəşfiyyat İdarəsi gedir, daxili kəşfiyyat Federal Təhqiqat Bürosu gedir. Kəşfiyyat orqanı Rusiyada xidmətdir. Vaxtı ilə Dövlət Təhlükəsizlik Komitəsi olub, sonradan nazirlik olub və.s.
Изображение
Burada əsas məsələ ad yox, orqanın təhlükəsizliklə məşğul olmasıdır. Xidmət elə böyük ola bilər ki, nazirlik statusundan da böyük olar. Əsas odur ki, kəşfiyyat və əks-kəşfiyyat ayrılıb. Əksər dövlətlərdə olduğu kimi kəşfiyyata müstəqillik verilib. Bizdə demək olar ki, heç vaxt bu qurumlar ayrı olmamışdır. Bizdə kəşfiyyat və əks-kəşfiyyat həmişə bir yerdə olub. Lap elə 1920-ci ildən bəri. Azərbaycanın coğrafi mövqeyi, əməliyyat şəraiti, ətrafımız, qonşular, torpaqlarımızın işğalı onu tələb edir ki, kəşfiyyat müstəqil olsun. Müstəqil mənbələrdən kəşfiyyat xəbərləri gəlsin. Ən əsası isə peşəkar kadrlar yetişsin. Artıq kəşfiyyatdan əks-kəşfiyyata keçid olmayacaq. Peşəkar kəşfiyyatçılar yetişəcək. Bunun üçün Akademiyanın fəalıiyyətinə və oradakı tədris sisteminə də lazımi dəyişikliklər ediləcək. Hesab edirəm ki, xüsusi xidmət orqanlarında keçirilən bu struktur dəyişiklikləri uğurlu bir addım və düzgün verilmiş qərardır.

Düşünürəm ki, Akademiyanı iki yerə bölməyə ehtiyac qalmayacaq. Akademiyanın nəzdində ola bilsin bir kurs və ya fakultə yaradılsın. Bu qərardan sonra keçmiş MTN-də qarşıdurma deyilən bir şey olmayacaq. Əksinə kəşfiyyatla əks-kəşfiyyat çox vaxt işlərini koordinasiyalı şəkildə görəcəklər. Kəşfiyyatla əks-kəşfiyyatın ayrılması xüsusi xidmət orqanlarının işini daha effektli edəcək.

Bildiyimiz kimi son prosseslərdən sonra Eldar Mahmudov və onun dəstəsinə görə MTN-ə qarşı cəmiyyətdə bir "allergiya" yaranmışdı. Ona görə də, adı və strukturu dəyişməkdə çox düzgün addım atıblar.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#3 Сообщение smersh70 » 21 янв 2016, 13:21

Изображение
Yeni yaradılan Dövlət Təhülükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.
Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb. Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#4 Сообщение smersh70 » 05 фев 2016, 17:17

Изображение
Bakı şəhərinin bütün rayonlarında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarələri formalaşdırılıb.

"Report" bildirir ki, DTX-nın 12 rayonunun hər birində idarələri yaradılıb, idarələrdə müvafiq qaydada kadr təyinatları olub. Təyin edilmiş şəxslərdən bəzilərinin adları da açıqlanıb. Belə ki, Nizami Rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Yusif Mirzəyev təyin edilib, müavini isə Şahin Həsənov olub.

Xətai Rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Vahid Tağıyev təyin edilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#5 Сообщение smersh70 » 29 мар 2016, 18:58

ekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. Goal.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündü işdən azad olunub.

Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər. Olimpiya çempionunun hazırkı iş yeri gözlənilməz olsa da, maraqlı tarixçəsi var...

Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi. (avtosfer)
Изображение
Изображение
Bəs mağazalar..axı burdada olmaz bizneslə məşqul olmaq :shock:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#6 Сообщение smersh70 » 08 май 2017, 04:17


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#7 Сообщение smersh70 » 30 май 2017, 12:40

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.

APA-nın məlumatına görə, DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.

DTX-dən təyinat xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#8 Сообщение smersh70 » 03 июн 2017, 19:44

yunun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.

İnzibati binaya baxış zamanı qeyd olunub ki, iki mərtəbədən ibarət olan binada xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, iş otaqları müvafiq avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Təlim mərkəzində lazımi idman avadanlıqları və dəstləri ilə təmin olunmuş 2 idman zalı və yardımçı otaqlar istifadəyə verilib.

Həyətdə də abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#9 Сообщение smersh70 » 27 дек 2018, 01:10

Azərbaycana qarşı casusluq edən keçmiş vəzifəli şəxslər- Həbs edildilər

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanmış, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilib zərərsizləşdirilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsi ilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb.

Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.
Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 78331
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1289 раз
Поблагодарили: 1061 раз

Re: Dövlət Təhlükəsizlık Xidməti

#10 Сообщение smersh70 » 25 мар 2019, 22:26


Ответить

Вернуться в «Güc strukturları qoşunları»