İSGƏNDƏR AZNAUROVUN ÖLÜMÜNDƏN 20 İL ÖTDÜ
Добавлено: 17 апр 2013, 18:23
18 Aprel Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhid olmasından 20 il ötür. Bu münasibətlə Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə şəhidin ailə üzvləri, qohumları, Axıska Türk Cəmiyyətinin nümayəndələri, döyüş yoldaşları və KİV nümayəndələri iştirak edirdilər. İsgəndər Aznaurovun, o cümlədən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra döyüş yoldaşları müsahibə verərək, İsgəndərin döyüş səhnəsindən, qəhrəmanlığından danışdılar. Axıska Türk Cəmiyyətinin sədri də çıxış edərək, bir Axıskalı kimi İsgəndərlə fəxr etdiklərini bildirdi. 1 saat davam edən tədbir şəhidlərin ruhuna fatihə oxunması ilə başa çatdı.
Milliyətcə Axiska türklərindən olan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kəndində dünyaya gəlmişdir. 1989-cü ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axiskalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana ana vətən deyib gəlmiş və Şəmkirin Kür qəsəbəsində məskunlaşmışdılar. İsgəndər 1992-ci ilin mart ayında Milli Orduya könüllü olaraq getmişdir. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Tezliklə topçuluq məharəti, döyüş zamanı təşkilatçılıq bacarığı ilə İsgəndər hər kəsin sevimlisinə çevrildi. Tez bir zaman ərzində igidliyi ilə, şucaəti ilə tanındı.
18 aprel 1993-cü ildə Aznaurov İsgəndər döyüşdə qəhrəmancasına həlak oldu. Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsində misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhramanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.
Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı orta məktəb İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə “İsgəndər” adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büsdü ucaldılıb, Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və ön cəbhədə salınmış “İsgəndər postu” hələ də düşmən üçün bir səddir. İsgəndərin istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.
ALLAH RƏHMƏT ELƏSİN…