Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#221 Сообщение smersh70 » 20 май 2017, 02:23

smersh70 писал(а): Gözəl müraciət etdi

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#222 Сообщение smersh70 » 22 май 2017, 23:08


Изображение
Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır.

Вunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-də Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.
L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi “Caucasus Eagle” təlimləri keçiriləcək.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#223 Сообщение smersh70 » 29 май 2017, 00:25


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#224 Сообщение smersh70 » 01 июн 2017, 00:22

– Cənab general, aprel döyüşlərindən bir il ötdü. Hazırda cəbhə xəttində vəziyyət necədir?

-Sualınıza 2016-cı ilin aprel döyüşlərinin baş vermə ərəfəsində cəbhə xəttindəki əməliyyat şəraitinə nəzər salmaqla başlamaq məncə daha məqsədəuyğun olardı. Müdafiə Nazirliyinin məlumatlarının təhlili göstərir ki, həmin dövrədək cəbhədə müxtəlif vaxtlarda yaşanan gərginlik dönəmlərini nəzərə almasaq təmas xəttində atəşkəs gündə 15-20 dəfə pozulurdu. Ancaq 2016-ci ilin fevral ayından ermənilər atəşkəsi durmadan pozmağa başladılar və cəbhəyə əlavə qüvvələrin dislokasiyası, diversiya cəhdlərinin çoxalması ilə müşahidə olunmağa başladı. Artıq atəşkəsin pozulmasında iri çaplı atıcı silahlardan, minaatanlarda, toplardan istifadə olunmağa başladı. Daha sonra yaşayış məntəqələrimiz atəşə tutuldu. Çalışırdılar ki, əhalinin gözünü qorxudub, evlərindən didərgin salsınlar. Bu yolla psixoloji təsir göstərməyə başlayırdılar. Bütün bu təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu iki istiqamətdə əks həmlə zərbəsi endirdi. Qarşı tərəfə cavab həmləsi yalnız bölmələr vasitəsilə edildi. Bu döyüş zamanı nə birlikdən, nə də birləşmələrdən istifadə olunmadı. Yəni, sadə dillə desək, ön xəttə olan bəzi birləşmələrin bir neçəsinə tapşırıq verildi ki, ermənilərin bir neçə strateji obyektləri və yüksəkliklər alınıb, onlar susdurulsun. Baxmayaraq ki, bu döyüşlərdə xırda bölmələrimiz iştirak etmişdi ancaq böyük uğurlara imza atıldı. İlk anda sarsılan düşmən qüvvələri arasında panika başlandı. Döyüşlərdən bir qədər sonra Ermənistanın müdafiə naziri, nazir müavinləri, əlaqədar xidmət rəisləri vəzifələrindən azad edildilər. Çünki həmin şəxslərə aprel savaşı ilə bağlı nə qədər sual verilsə də, heş bir suala cavab verə bilməyiblər. Bu suallardan da biri o olub ki, bu neçə il ərzində cəbhədə yaradılmış müdafiə istehkam xətti necə oldu ki, Azərbaycan Silahı Qüvvələrinin bir neçə bölmələri tərəfindən belə rahatlıqla keçildi? Hər bir hərbçi də bilir ki, strateji yüksəkliklər güclü qorunduğu kimi müdafiə istehkam xətti də keçilməz bir qala olmalıdır. Həm cənub, həm də mərkəzi istiqamətdə yerləşən zirvələr elə həmin andaca alındı. Deməli o biri müdafiə xəttləri də belə asan şəkildə yarıla bilərdi.

2017-ci ilin əvvəlindən yenidən cəbhədə aktivləşmə, “havaların istiləşməsi” müşahidə olunur. Yenidən ermənilər gün ərzində atəşkəsi 100-120 dəfə pozurlar. Aprel döyüşlərindən sonra erməni tərəfindən “bizdə elə silah var ki, Azərbaycanı susdura bilərik. Bizdə elə silah var ki, bununla Azərbaycanı sarsıda bilərik. Bizdə elə silah var ki, onunla Gəncəni, Mingəçeviri, Bakını vura bilərik” kimi təhdidlər səsləndirilməkdədir. Sözsüz ki, bu kimi çıxışlara Azərbaycan real şəkildə silahlını nümayiş etdirməklə cavab verdi. Sadəcə bir faktı qeyd edim ki, aldığımız hava hücumundan müdafiə sistemlərini, bir neçə pilotsuz uçuş aparatı və digər texniklarımızı nümayiş etdirməklə onların xəyallarında mifoloji şəkildə təsəvvür etdikləri texnikalara sahib olduğumuzu göstərdik. Cəbhədə üstünlük hazırda Azərbaycan Ordusunun aktivindədir.
Изображение
– Son aylar artan gərginlikləri nəzərə alsaq, cəbhə xəttində hərbi əməliyyatların başlanma ehtimalı varmı?

– Ermənilər apreldən sonra elə qorxuya düşüblər ki, hər an döyüş başlanma təhlükəsi altında yaşayırlar. “Osa” zenit-raket kompleksinin məhv edilməsinə gəlincə, bu kompleks uzaq mənzilli raket sinfinə daxil olmasa ön xətdə durmur. Ordumuz “Osa” zenit raketini vurmaqla sübut etdi ki, ermənilərin dərinlikdə olan silah texnikasını məhv etmək imkanına malikdir. Ermənilər nəzərə almalıdırlar ki, onların bütün silah texnikası bizim nəzarətimiz altındadır və vurulmağa hazırdır. Ona görə Müdafiə Nazirliyi bir daha bəyan etdi ki, sizin daha dərinlikdə olan texniklarınızı vurmağa qadirik. Onlardan fərqli olaraq biz demirik ki, biz filan silah və texnika ilə belə edəcəyik. Onların bir sualına Azərbaycan tərəfi konkret şəkildə cavab verir. Konkret hədəfləri məhv etməklə real göstərilir ki, biz bu gücə sahibik.

Demişəm yenə də deyirəm müharibə hər an başlaya bilər. Ola bilsin Ali Baş Komandan bununla bağlı axşam qərar versin, ola bilsin səhər. Çünki aprel savaşından sonra ermənilərin daha da sərt susdurulmasının vaxtı gəlib çatıb. Əgər aprel döyüşlərindən sonra bunlar yaşayış məntəqələrini boşaldırdılarsa, fərz edin bizim bir birləşmənin hücumu nəticəsində nələr baş verə bilər. Ondan sonra nəinki cəbhəyanı ərazilərdə, heç Xankəndin də bir nəfər belə qalmaz. Əgərə bu gün müharibə başlasa, ölkə prezidentinin dediyi kimi digər dövlətlər müharibə başlamasına imkan versələr, “xorvat” variantı tətbiq etməklə qısa zamanda əraziləri işğaldan azad edə bilərik. Bizə uzun müddətli vaxt lazım deyil. Xorvat variantı tətbiq olunsa, yəni heç kim bu mübarizəyə müdaxilə etməsə, problem tamamilə aradan qaldırılmış olar. Hamı bilir ki, bu mübarizə kimlə kim arasındadır. Onu Azərbaycan özü sübut edəcək.

Bilirsiniz, bölmənin hücumu başqadır, birləşmənin tapşırıqları fəqlidir. Birləşmənin tapşırığı 500 metrlikdəki strateji məntəqəni götürmək deyil. Birləşmənin günün tapşırığı, yaxın tapışırıq, ikinci günün tapşırığı və.s. var. Bu 1-2 kilometrlə ölçülmür. Normativləri demək istəmirəm.

Dağlıq yerlərdə bütün dünya taktikasında da belədir, ancaq xırda bölmələr hücuma keçir. Yəni biz bu bölmələrlə yüksəklikləri tuta bilərik. Qarabağın aşağı yaşayış məntəqələri, Xankəndinə qədər ərazidə bizim bölmələr daha sürətlə tapşırıqlarını icra edəcəklər. Söz yox. Misal üçün Azərbaycan Silahlı Qüvvələrinin açıq şəkildə desək 20 taboru, hansı ki bu heç birləşmə belə deyil, hərəkətə keçsə guya Ermənistan bu birləşmənin qarşısını ala biləcək? Bu vaxtı onlarda çox böyük xaos yaranacaq. Ehtiyat rezervlərini bura gətirmək düşüncəsində belə olan adam olmayacaq. Üç bölmənin həmləsi zamanı rabitə, kəşfiyyat xidməti bu cür biabırçı vəziyyət düşürsə, 20 taborun hücumu nəticəsində nələr yaranacağını özünüz düşünün.

– Ermənilərin ən çox cəbhənin Füzuli, Ağdam, Xocavənd istiqamətindən təxribat xarakterli hərəkətlərinin səbəbi nədir?

– Bizim ordunun həmin istiqamətlərdə müdafiəsi zəif deyil. Həmin istiqamətlərdə ermənilər yüksəkliklərdədir. Əsas postları məhz orada yerləşir. Bizimkilər isə aranda. Sözsüz ki, taktiki cəhətdən müəyyən bir qoşun bölmələrini, zirehli texnikasını yığıb gizlincə gətimək onlar üçün rahatdır. Dağların təpələrin arxasındadırlar. Bu amillərə görə onların müşahidə etmək imkanları rahat və yüksəkdir. Onların hər hansı hücum və ya bu tipli əməliyyatlarında bizim ön xəttə yerləşən ehtiyat qüvvələrimiz ehtimal olunan zərbə istiqamətinə çıxdıqda onlar bunu yüksəklikdən müşahidə edə bilirlər. Azərbaycan Ordusunun cənub və aran bölgəsində olan bölmələri onların hər hansı bir gözlənilməz şəkildə düşündükləri həmləsini həmin dəqiqədə almaq qabiliyyətinə malikdir. Arbaycanın silah arsenalından yer alan müasir kəşfiyyat vasitələri, silah texnika, hərbi hissələrin özlərində olan raket və artilleriyalarla anındaca cavab zərbəsi endirə bilər. Heç bir silahın adını çəkib onun texnikası haqqında məlumat vermək istəmirəm. Onsuz onlar Azərbaycanın ən yeni üsir silah və texnikya sahib olduqları çox yaxşı bilir və görüblər.

– Ötən ay Azərbaycan-Türkiyə hərbiçilərinin birgə keçirdiyi təlimlərin ordumuz üçün müsbət tərəfləri nələrdir? Sizcə bu tipli təlimlərin ardı olacaqmı?

– Bu kimi təlimlərin ardı olacaq. Çünki Türkiyə NATO və eləcə də dünya ölkələri arasında ən mükəmməl, yüksək səviyyədə nizam intizama malik olan ordulardan biridir. Bəlkədə ən önəmlisidir. Bizim hərbi kadrlarımızın kifayət qədər olmasına baxmayaraq, ordumuz çox gəncdir. Sözsüz ki, onlardan götürüləsi çox təcrübə var. Bununla yanaşı bizim ordudan da onlar təcrübə götürə bilərlər. Çünki bizim peşəkar kadrlarımız, zabitlərimiz var. Burda demək olmaz ki, ancaq biz türk hərbiçilərdən nəsə öyrənirik yox, onlarda bizim bəzi təcrübələrdən faydalanırlar. Birgə təlimlərində önəmli cəhəti odur ki, biri – birindən təcrübə öyrənirlər.

– Rusiya Şimali Qafqaza, Cənubi Osetiyaya silah tədarükü edir. Ən yeni modernizə edilmiş silahları Qafqaza toplayır. Bunun region və Azərbaycan üçün təhlükəsi varmı?

– Siyasi baxımdan deyə bilmərəm, ancaq hərbi tərəfdən ən yaxın mütəffiq dost ölkələr belə sərhəddə qoşun birlikləri yaradırsa, sözsüz ki, burada bizi də narahat edən məsələlər olacaq. Biz bilir ki, ruslar silahları modernizə edir, yeni silahlar alırlar. Bu məsələlər həm siyasi yolla, həm də nazirlərin birgə danışığı əsasında həll oluna bilər. Yəni öyrənilə bilər ki, silah və texnikanın regiona yığılmasının məqsədi nədir, bunun arxasında nə kimi planlar həyata keçiriləcək. Amma buna baxmayaraq, belə stiuasiya yarananda biz ehtiyatı əldən verməməliyik. Misal üçün 1918-ci ildə Azərbaycanın bir neçə bölməsi Xankəndini və Şuşanı işğaldan azad etmişdi. O zaman rus imperiyasının qoşunları həm şimal, həm Xəzər dənizi vasitəsilə, Bakı və Azərbaycan ərazilərinə hücuma keçdikdə, o vaxt Hərbi Nazirliyin Qarabağ zonasından qoşunları çıxarıb sərhəddə gücləndirmək və müdafiə etmək imkanı olmadı.

– Rusiya Ermənistanı silahlandırılması ilə məşğul olur. Hətta ucuz qiymətlərlə ƏDV olmadan onlara silah satır. Azərbaycanla Ermənistan arasında münaqişə gərginləşib müharibə həddinə çatarsa, Rusiya-Ermənistan “qardaş”lığı bu münaqişəyə necə təsir göstərəcək? Birbaşa rus bölmələrinin bu müharibədə iştirakı mümkündürmü?

– KTMT-nın heç bir qoşununun Qarabağa gələsi gözlənilən deyil. Şəxsən buna inanmıram. Müharibə olsa da, yenə Ermənistan xarici dövlətlərə, əsasəndə Rusiyaya yalvaracaq ki, müharibəni dayandırsın. Dəlil olaraq aprel döyüşlərini göstərə bilərik. Necə yalvarıb, müharibəni dayandırdılar. Ermənistanla Rusiyanın quru sərhəddi yoxdur. Təyyarə ilə nə qədər mərmi silah gətirəcəksən? Rusiya buna girişməz. Bundan başqa Azərbaycan Rusiyanın strateji dostu və əməkdaşıdır. Biz Rusiyadan da silahlar alırıq. Burda maraq məsələsi var.

Ermənilər çox şey deyə bilər ki, müharibə başlayan kimi onlara Rusiyadan kömək gələ bilər və s.. Bunların hamısı boş sözlərdir.

– Azərbaycanla İran arasında hərbi strateji əməkdaşlıq hansı səviyyədir? Bu əməkdaşlıq sizi qane edirmi?

– Azərbaycanla İran arasında hərbi əlaqələr mövcuddur. Müəyyən məsələlərdə əməkdaşlıq edirik. Bizim nə qədər vətəndaşlarımız orada yaşayır. Bizim tariximizdə, mədəniyyətimizdə onlarında böyük rolu var. İranla əməkdaşlığımız davam etməlidir.

– Cənab prezident çıxışlarında dəfələrlə bəyan edib ki, Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Tezis var. Bu torpaqlar yaxın tarixdə Azərrbaycandan qoparılıb Ermənistana verilib. Erməni hərbi ekspertləri də çıxışlarında bunu dəfələrlə vurğulayıblar ki, Qarabağ torpaqlarından sonra Azərbaycan Zəngəzur, Göyçə, İrəvana iddia edəcək?

– Hərbi cəhətdən deyə bilərəm ki, Azərbaycan tarixi torpaqlarını geri almağı günü bu gün bacarar. Ancaq siyasi tərəfdən heç nə deyə bilmərəm. Hərbçi kimdir? Hərbçi siyasətçinin davamçısıdır. Qərbi Azərbaycan torpaqlarının alınması Azərbaycan Ordusu üçün heç bir problem deyil. Həm Zəngəzur, həm Göyçə mahalı, həm də İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Bu gün 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin dövlət sərhədini bərpa eləmək hərbi cəhətdən problem deyil. Biz bunu da hər zaman öz məqsədimiz və tarixi missiyamız olaraq göz önündə saxlamalıyıq.

– Erməni generallar hər dəfə açıqlamalarında Azərbaycanı təhdid edirlər ki, Mingəçeviri vurarıq, Bakını vurarıq və.s. Amma İrəvan da Azərbaycanın sərhədindən çox uzaq deyil.

– İrəvanı vurmaq üçün texniki imkanlarımız var. Ancaq yaddan çıxarmaq lazım deyil ki, İrəvan qədim Azərbaycan torpağıdır. Naxçıvan Ordusundan onların paytaxtına məsafə elədə uzaq deyil. Götürüb xəritəni baxa bilərlər. Düşünsünlər ki, Azərbaycanın hansı silahları var və bizlə onlar arasında məsafə nə qədərdir. Göstərilənlərin vurulma məsafəsini hesablasınlar bəlkə onda ağılları başlarına gələr. Prezident Naxçıvana səfər edən zaman oradakı silah və texnikanın hamısı Ali Baş komandana göstərildi. Ordumuz bu texnikalarla Bakını vurmaqla hədələyən general Tadevosyanı və digərlərini öz evinin içində vura bilər. Yəqin o belə sərsəm bəyanatları verəndə ekstaz vəziyyətində olub.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#225 Сообщение smersh70 » 04 июн 2017, 23:29


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#226 Сообщение smersh70 » 25 июн 2017, 15:17


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#227 Сообщение smersh70 » 03 июл 2017, 23:03


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#228 Сообщение smersh70 » 21 июл 2017, 01:37


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#229 Сообщение smersh70 » 07 сен 2017, 22:02

Azərbaycan İsraildən avtomatik minaatan alır

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır.

Bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib.
Изображение
“Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib.

“Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#230 Сообщение smersh70 » 21 сен 2017, 12:49

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»