Hərb Analitikası -rublikası.
Son günlər Rus və erməni yuzerlərinin yazılarını incələyəndə ,burada vurulan PUA ların düşməsinə böyük sevinc və fərəh hissi gözdən qaçmır. Bu zaman sevinənlərin hərbi anlamdan savadsızlığı, və sadəcə uşaq oyunundakı kimi " vurdumm" anlayışı kinayə doğurur. Hərbi mütəxəssislər isə PUA ların düşməsini sadə qarşılayırlar. Çünki ,müasir hərb elminə görə PUA -lar insansız uşuç və döyüş aparatı olaraq,məhz döyüş səmasında vurularkən,insan itgisinin qarşılanması üçün nəzərdə tutulmiuşdur.
Bundan əlavə hələ 2018 ci illərdə döyüş anlamında " Qeyri ənənəvi üsullar" haqda yazanda bunları nəzərdə tutmuşdum ki, HAL HAZIRKİ DÖVR ƏVVƏLKİ MÜHARİBƏLƏR VƏ YENİ MÜHARİBƏ TAKTİKALARINDAN LAZIMİ MƏQAMLARI GÖTÜRƏRƏK ,HİBRİDLƏŞDİRİLƏRƏK- YENİ QEYRİ ƏNƏNƏVİ ÜSULLAR ORTAYA GƏTİRƏCƏKDİR.
Postsovet məkanında ilkin olaraq gəzən sursat anlamında Azərbaycan 2016 cı ilin Qarabağ savaşının aprel davamında İsrail dövlətinin istehsalı olan vasitələrə əl atdı . Bu zaman düşmənin böyük sayda texnikası və canlı qüvvəsi məhf edildi.
Hal hazırki dönəmdə isə Türkiyə dövləti özünün istehsalı olan zərbə PUA-larından Suriyada "Bahar qalxanı" əməliyyatında istifadə edir.
Hal hazırki konfliktdə PUA-ların istifadəsini analiz etdikdə bir neçə aspekt ortalığa çıxmaqdadır:
-Əyər yaxşı eşalonlaşmış HHM qoşunlarına maliksəsnsə ,bu zaman PUA hücumunu 100 faiz də olmasa 96 faiz qarşılaya biləcəksən.
-Əyər HHM qoşunların lazımi səviyyədə deyilsə,mütləq olaraq PUA-lara qarşı minusda qalacaq və bunun nəticəsi kimi yüksək dəqiqlikli sursatlar onsuzda zəif olan HHM qurğularını tamam məhf edəcəkdir.
PUA ların aktiv istifadəsi bu yaxud digər konflikt ocaqlarında olan ənənəvi HHM –in yeni yanaşma üçün çox sadə və gücsüz olduğunu ortaya qioydu. Bu zaman Rusiyanın iddia etdiyi və hələ də öz təsdiqini dəqiq tapmayan xüsusi PUA salıcı texnikası olan “Avtobaza” və bu kimi qurğular da artıq PUA larla bacara bilmir. Çünki bu qurğular əsasən GPS siqnalları ilə idarə olunan PUA lar üçün nəzərdə tutulmuşdur. Hal hazırki dövrdə isə müxtəlif kodlaşdırılmış radiosiqnallarla və onlayn rejimdə operatorlarla idarə olunan bu uçuş aparatlarının kodlarının “sındırılmasına” müəyyən vaxt tələb olunur. Bu zaman isə onlar öz işlərini bitirərək bazalarına qayıdırlar. İllər əvvəl İranda ABŞ –ın PUA sının da məhz “avtobaza” kompleksi ilə düşürüldüyünün iddia olunmasına baxmayaraq,sonda PUA nın özünün idarəetmə platasında nasazlığın olması və özünün düşməsi məlum oldu.
Lakin bir məqam da var ki, hal hazırda bu yöndə irəlləyən Türkiyənin,bu hərb gedişinin sonrasını fikirləşməsi vacibdir. Bildiyimiz kimi uzun illər ərazisinin HHM-ni NATO ya həvalə edən Türkiyənin təkmil HHM qoşunları zəifdir. Burada yaxın ildə Rusiyadan alınmış S tipli HHM kompleksinə də inam yoxdur.
Dünya savaş arenasında vəziyyət gözlənilmədən dəyişir və mənim fikrimə görə Türkiyə NATO və digərlərinəı inamı ilə bərabər, milli HHM komplekslərinin istehsalına da başlamalıdır. Savaş texnologiyaları arenasında “ASELSAN” kimi nəhəngin məhz Türkiyə üçün unikal olan HHM sistemlərinin hazırlaya biləcəyinə şübhə ola bilməz. Hər halda ehtiyatlı olmaq ziyan gətirməz.
Tanrı Türkü Qorusun.
Abuzər Əbilov(Legion)