"Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#11 Сообщение Oberleytenant » 28 май 2013, 03:33

Ona gore de, esgerlik anlayışı insanlarda qorxu yaradir.

Damba
партизан
Сообщения: 362
Зарегистрирован: 15 окт 2012, 20:12

Благодарил (а): 111 раз
Поблагодарили: 111 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#12 Сообщение Damba » 29 май 2013, 13:11

Oberleytenant писал(а):Ona gore de, esgerlik anlayışı insanlarda qorxu yaradir.
Qorxu hamıda olur amma qeyrət hamıda olmur.

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 430
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 140 раз
Поблагодарили: 73 раза

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#13 Сообщение SAPAND » 13 июл 2013, 23:33

Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş

Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş

İyulun 1-dən hərbi çağırış başlayıb. Artıq 10 gündür Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində gənclər müayinə olunur, həqiqi hərbi xidmətə göndərilirlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, SHXÇDX yarananda ona olan ümidlər artıq puç olub. General Arzu Rəhimovun rəhbərlik etdiyi qurum vərəmli və psixi xəstələri orduya göndərir.
“Hürriyyət” qəzeti yazır ki, müayinədən keçən kasıb övladlarında xəstəlik tapıldığı halda buna göz yumulur, onlar xəstə olmayan varlı övladlarının əvəzinə hərbi xidmətə göndərilirlər.
Qəzet iyulun 1-dən 10-na kimi hərbi xidmətə göndərilən və vərəm aşkarlanıb geri qaytarılan gənc əsgərlərin siyahısını da təqdim edib:
1. Məmmədov Tural Habil oğlu 03.07.2013 SHXÇDX- nin Qobustan şöbəsi
2. Əzizov Nəcməddin Cəfərəddin oğlu 03.07.2013 SHXÇDX-nin Bərdə şöbəsi
3. Tağıyev Ceyhun Çingiz oğlu 03.07.2013 SHXÇDX- nin Nəsimi şöbəsi
4. Bədirov Vüsal Şabil oğlu 03.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
5. Atakişiyev Əsgər Asif oğlu 04.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
6. İdrisov İlham Yusif oğlu 05.07.2013 SHXÇDX-nin Ağsu şöbəsi
7. Yusifov Şahvələd Mərdan 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
8. Tağıyev Elgün Vüqar oğlu 05.07.2013 SHXÇDX-nin Salyan şöbəsi
9. Qasımzadə Natiq Qabil oğlu 05.07.2013 SHXÇDX- nin Sumqayıt şöbəsi
10. Əsədov Nicat Bayram oğlu 05.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
11. Əliyev Şamil Yadigar oğlu 05.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
12. Qurbanov Cəlal Akif oğlu 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
13. Əmrahov İbrahim Sahib oğlu 06.07.2013 SHXÇDX-nin Zərdab şöbəsi
14. Muradov Əfqan Nazim oğlu 04.07.2013 SHXÇDX- nin Qazax şöbəsi
15. Budaqov Anar Arif oğlu 06.07.2013 SHXÇDX-nin Ağstafa şöbəsi
16. Mahmudov Təbriz Həmid oğlu 06.07.2013 SHXÇDX- nin Xaçmaz şöbəsi
17. Məmmədov İlqar Gülağa oğlu 06.07.2013 SHXÇDX- nin Sabunçu şöbəsi
18. Mehdiyev Fikrət Mənsur oğlu 07.07.2013 SHXÇDX- nin Ağdaş şöbəsi
19. Əliyev Orxan Ramiz oğlu 09.07.2013 SHXÇDX-nin Binəqədi şöbəsi
20. Şıxəliyev Samir Xudaşükür oğlu 09.07.2013 SHXÇDX-nin Lerik şöbəsi
21. Həsənov Röyal Fazil oğlu 09.07.2013 SHXÇDX-nin Ağdaş şöbəsi
22. Mehdiyev Mehman Şahin oğlu 09.07.2013 SHXÇDX- nin Kəlbəcər şöbəsi
23. Əliyev Şamil Yadigar oğlu 09.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
24. Mikayılov Rasim Bədir oğlu 03.07.2013 SHXÇDX- nin Bərdə şöbəsi
25. Qəmbərov Orxan Məhərrəm oğlu 03.07.2013 SHXÇDX-nin Ucar şöbəsi
26. Eminov Ceyhun Emin oğlu 03.07.2013 SHXÇDX-nin Şamaxı şöbəsi
27. Quliyev Rədxan Mirzə oğlu 03.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
28. Zeynalov Ceyhun Malik oğlu 03.07.2013 SHXÇDX- nin Kəpəz şöbəsi
29. Ağazadə Çingiz Ələsgər oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi
30. İsgəndərov Nofəl Nəzər oğlu 04.07.2013 SHXÇDX- nin Göygöl şöbəsi
31. Məmmədov Bayram Yaşar oğlu 04.07.2013 SHXÇDX-nin Qazax şöbəsi
32. Orucov Seymur Ramiz oğlu 04.07.2013 SHXÇDX- nin Daşkəsən şöbəsi
33. Məmmədov Kərim Eldəniz oğlu 04.07.2013 SHXÇDX-nin Balakən şöbəsi
34. Əliyev Sirab Bayraməli oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi.
Qəzet dəqiq bilgilərə əsaslanıb yazır: “İyulun 1-dən başlayan çağırış prosesindən gənc əsgərlər kütləvi halda geri göndərilir. Bir az da dəqiq desək, yeni gedən əsgərlər Silahlı Qüvvələr və digər silahlı birləşmələrdə yoxlanılarkən onlarda xəstəliklər aşkar olunur, lakin… Məlumatlara görə, gənc əsgərlər qaydalara uyğun olaraq hərbi hissələrdə ilk növbədə rentgendən keçirilir, müayinə edilir. Flüoqrafiq müayinə zamanı isə gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb və onlarda əsasən sağ və ya sol ağciyərin yuxarı, yaxud da aşağı payının ocaqlı vərəmi tapılıb. Nəzərə alınsa ki, hərbi xidmətdə əsgərlər kazarma şəraitində yaşayır, yeməkxana şəraitində qidalanır, onda bir aktiv vərəm xəstəsinin total şəkildə əsgərləri virusa yoluxdura biləcəyi qaçılmazdır.
Maraqlıdır, əgər Silahlı Qüvvələrdə və digər silahlı birləşmələrdə əsgər hərbi hissəyə gələn kimi onun vərəm olduğu dərhal müəyyənləşdirilə bilirsə, onda Səfərbərlik Xidməti hara baxır? Axı hərbi xidmətə gəlməzdən əvvəl hər bir çağırışçı dəfələrlə tibbi komissiyadan keçirilir. Əslində gənc əsgərlərin yoxlanılması hərbi hissələrin deyil, SHXÇDX-nin işidir. Görəsən, nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?»
Məqalədə 34 geri qaytarılan əsgərdən savayı 64 əsgərin də başqa xəstəliklərə görə geri qaytarılmasından söhbət açılır. Qeyd olunur ki, həmin 64 gənc əsgər əsasən əsgərliyə gələn kimi özlərini doğrayan, bədəninə müxtəlif xəsarətlər yetirən pisixi xəstələr və səhhətində digər problemlər olanlardır.
:think:
http://www.teref.info/?p=13938" onclick="window.open(this.href);return false;
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#14 Сообщение mirotvores70 » 13 июл 2013, 23:47

Görəsən, nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?»
Rəhbərliyin poqonları alınıb, özlərini Qobustan türməsinə basana qədər!
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
Herbi jurnalist
Новобранец
Сообщения: 10
Зарегистрирован: 22 сен 2013, 16:01
Откуда: Bakı

Благодарил (а): 13 раз
Поблагодарили: 1 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#15 Сообщение Herbi jurnalist » 23 сен 2013, 05:13

Qızları əsgər aparsaydılar bu qədər problem yaranmazdı, bizim millət oğulu çox sevir axı..
я смею все, что можно человеку, кто смеет больше, тот не человек

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#16 Сообщение smersh70 » 22 июл 2014, 14:51

Изображение
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

A.Əmrahın sözlərinə görə, bir müddət əvvəl cəbhə bölgəsində, səngərdə ümumi yuxu arteriyasının tam qopmasıyla zədələnən əsgər hərbi ambulans helikopteri ilə təcili olaraq hospitala çatdırılıb. Burada aparılmış uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olunub. Əsgər 1 ay sonra evinə yola salınıb: «Bu çox ciddi əməliyyat oldu. Riskli olmasına rəğmən öhdəsindən uğurla gəldik. Yaralı əsgərin çənəsindən qəlpə dəyərək arteriyasının böyük qismini qırmışdı. Onun ayağından vena damarından götürərək bərpa elədik».

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#17 Сообщение smersh70 » 06 авг 2014, 16:35

Изображение
205 çağırışçı “neqodnı” çıxaraq geri döndü

“Azərbaycan müharibə şəraitindədir”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi xidmətə çağırılanların dərinləşdirilmiş müayinəyə cəlb olunması və hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçının geri qaytarılması nəticəsində, çağırışçıların ilkin tibbi müayinəsində yol verilmiş səhvlərə görə tərxis olunanların sayı cari ilin 6 ayında 38 faizə qədər azalıb. Hazırda gənc əsgərlərin arasında xəstələrin seçilməsi davam etdirilir.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində bildirib.

N.Əliyevin sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi həkim kontingenti qarşısında əsas tövsiyə və tələbi ondan ibarətdir ki, sırada dayanan hərbi qulluqçu sağlam olmalıdır. Əgər hərbi çağırışçıda patologiya aşkar edilibsə, ona orduya tam yararlılığı sübut edilənə qədər hərbi xidmətdən möhlət hüququ verilməlidir:

“Bu məqsədlə ordu birliklərində gənc əsgərlərin təkrar tibbi müayinədən keçirilməsi tərəfimizdən təmin edilir. Hər bir əsgər müasir flüoqrafiya aparatından, bundan əlavə elektrokardioqrafiya və ultrasəs müayinəsindən keçir. Terapevt, cərrah, psixo-nevroloq, stomatoloq, laborant, rentgenoloq və s. ixtisaslar üzrə həkim heyəti gənc əsgərin hərbi xidmətə yararlığına əmin olduqdan sonra həmin əsgər ordumuzda hərbi xidmətə qəbul edilir”.

İdarə rəisi qeyd edib ki, burada əsas yalnız sağlam gənclərin Azərbaycan Ordusunda xidmətini təmin etməkdir:

“Azərbaycan müharibə şəraitindədir və düşmənlə təmas xəttində yerləşən hərbi bölmələrin şəxsi heyəti ağır coğrafi iqlim şəraitində döyüş tapşırıqlarını icra edir. Məhz belə şərait yalnız sağlam və mənəvi-psixoloji baxımdan hazırlıqlı əsgərlərin hərbi xidmətə cəlb edilməsini sövq edir”.(Trend)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#18 Сообщение smersh70 » 14 мар 2017, 23:15

getməyəni də belə edərlər :lol:

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#19 Сообщение mirotvores70 » 15 мар 2017, 12:24

smersh70 писал(а):getməyəni də belə edərlər :lol:
pis günə qoydular eeee :D :mrgreen: :lol: :lol:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#20 Сообщение smersh70 » 17 янв 2018, 11:46

belə xidmət etməyə nə var :)

Ответить

Вернуться в «Hərbi Hazırlıq»