Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qərar

Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qərar

#1 Сообщение Одиссей » 14 янв 2014, 00:44

 ! Сообщение из: Одиссей
Müdafiə nazirindən mühüm qərar
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq
18:34 12-01-2014:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək.

Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.

Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение


Kolleqalar, bəs sizin fikriniz nədir? Ağlabatan ideyadır?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 344 раза

Re: Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qə

#2 Сообщение mirotvores70 » 15 янв 2014, 16:42

Oqızlarla bağlı ən əla fikirdir.Dərimi soyaram-ancaq ora təlimatcı gedərəm.Mütləq :character-oldtimer: :character-oldtimer:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qə

#3 Сообщение Одиссей » 16 янв 2014, 04:16

mirotvores70 писал(а):Oqızlarla bağlı ən əla fikirdir.Dərimi soyaram-ancaq ora təlimatcı gedərəm.Mütləq :character-oldtimer: :character-oldtimer:
Bu boyda zırıltı tema qaldı, sən o maskaları nə tez gördün?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 344 раза

Re: Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qə

#4 Сообщение mirotvores70 » 16 янв 2014, 11:54

Одиссей писал(а):
mirotvores70 писал(а):Oqızlarla bağlı ən əla fikirdir.Dərimi soyaram-ancaq ora təlimatcı gedərəm.Mütləq :character-oldtimer: :character-oldtimer:
Bu boyda zırıltı tema qaldı, sən o maskaları nə tez gördün?
Tema haqqında yazacam-amma temanın gözü elə onardu dəə :D
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 344 раза

Re: Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qə

#5 Сообщение mirotvores70 » 18 янв 2014, 11:43

106 əsgər evə göndərildi – Xəstəlik tapılıb
“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir”.


“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlı deyib. Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən V. Dərgahlı bildirb ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir: “Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır.

Xatırladaq ki, “Doktorina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: “84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir”.

2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub: “İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır”.

Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

http://www.qafqazinfo.az/news_detail.php?id=73574" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Müdafiə nazirindən əskər hərbi xidməti haqqında mühüm qə

#6 Сообщение Одиссей » 19 янв 2014, 19:56

mirotvores70 писал(а):106 əsgər evə göndərildi – Xəstəlik tapılıb
“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir”.


“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlı deyib. Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən V. Dərgahlı bildirb ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir: “Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır.

Xatırladaq ki, “Doktorina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: “84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir”.

2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub: “İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır”.

Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

http://www.qafqazinfo.az/news_detail.php?id=73574" onclick="window.open(this.href);return false;
Dövlətə vurulan ziyanı kim ödəyəcək? Hərbi həkim komissiyalarında prokuror təhqiqatı başlayıbmı?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Yeni nazirin 3 aylıq işinə analitik yekun

#7 Сообщение Одиссей » 28 янв 2014, 02:53

Daşdəmir Əliyev, ehtiyatda olan polkovnik-leytenant,
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranları” İctimai Birliyinin sədri

Əbiyevdən Həsənova nə miras qaldı?

Zakir Həsənova Səfər Əbiyevdən çox ağır miras qalmışdır. Orduda korrupsiya, rüşvətxorluq geniş yayılıb. Rusiyadan, Ukraynadan və digər MDB dövlətlərdən bu günün tələblərinə cavab verməyən silah-sursatın, texnikaların və Ordunun təminatına zəruri olan əşya-əmlakın və ərzaq məhsullarının alınması üzrə gizli tenderlər, Ordunun maddi-texniki təminatında yol verilən qüsurlar, təmir-tikinti işlərində yol verilən yeyintilər, hərbi kadrların təyinatında yol verilən yerlibazlıq və qohumluq əlaqələri, zabitlərin attestasiya sisteminin alt-üst edilməsi, zabitlərin vəzifələrə bilik-bacarıqlarına görə yox, korrupsiya hallarına və ya kimlərinsə xahişləri əsasındsa təyin olunmaları, kadr hazırlığında yol verilən ədalətsizliklər, Ordunun kadr siyasətini bərbad vəziyyətə salmışdır. Bir çox vicdanlı, yüksək rütbəli zabitlər öz narazılığını açıq-aşkar bildirdiyinə görə işdən azad edildilər. Müdafiə Nazirliyi sistemində qohumbazlıq, yerlibazlıq normal hərbi xidməti iflic etdi. Səfər Əbiyev 1995-ci ilin fevralında nazir təyin olunandan sonra döyüş keçmiş bir çox zabitlərin vəzifələri kiçildildi, bir çoxlarının əsəbləri “əbiyev məngənəsinə” tab gətirmədi və məcburiyyət qarşısında qalaraq həyatının sevimli işindən ayrıldılar.
Fikrimcə, əvvəlki nazirdən qalan problemləri aradan qaldırılması üçün uzun müddət lazımdır.

Yeni müdafiə naziri vəzifəyə gəldikdən sonra hansı işləri görüb?

Bir sıra işlər artıq görülüb. İlk öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin səlahiyyətlərinin artırılmasına dair səsləndirilən fikirlərə münasibət bildirərək qeyd edirəm ki, bəlli olan budur ki, 20 ilə yaxın müddətdə davam edən Müdafiə Naziri və SQ Baş Qərargah rəisinin çəkişmələrinə son qoyulub. Onların birgə işgüzar mühitdə işlərini qurmaları təqdirə layiqdir.
Görülən tədbirlər aşağıdakılardır:
-Paytaxtda və digər rayon mərkəzlərində yerləşən Sovetlər dönəmindən qalan hərbi hissələr kimi tanınan və Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərinə aid olan, korrupsiya-rüşvətxorluq mənbəyi olan bir neçə hərbi hissə ləğv edilmiş və bir neçəsinin yerləri dəyişilmişdir. Hesab edirəm ki, həm əməliyyat baxımından, həm də ümumi mühütün sağlamlaşdırılması naminə vaxtında qəbul edilmiş düzgün qərarlardır.
- Müdafiə Nazirliyi tərəfindən Baş Qərargah rəisinin səlahiyyətlərinin artırılması reallaşdırılıbdır. Baş Qərargah rəisi polkovnik-leytenant rütbəsinə qədər kadrların yerlərini dəyişə bilər və hərbi rütbələr verə bilər.
- Eyni zamanda Müdafiə Nazirliyi tərəfindən Korpus komandirlərinin əllərindən alınmış səlahiyyətləri qaytarılmışdır. Belə ki, artıq onlar kapitan rütbələrinə qədər qədər kadrların yerlərini dəyişə bilər və hərbi rütbələr verə bilər.
-Müddətdən artıq hərbi qulluqçuların hazırlanması mexanizmi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzindən çıxarılaraq Korpus Komandirlərinə həvalə olunmuşdur. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ünvanlanan elan artıq öz əksini mətbuatda tapıb.
NATO standartlarına uyğun olaraq 2007-2008-ci illərdə yaradılmış və birbaşa Müdafiə nazirinə tabe olan Müdafiə Nazirliyinin Təchizat Baş Idarəsi indiyə qədər komplektləşdirilməmişdi. Başlıca vəzifəsi ordunu hər tərəfli təmin etmək üçün tenderlər keçirmək, bütün alqı-satqı müqavilələrini bağlamaq və s. olan bu idarənin komplektləşdirilməsində məqsəd əvvələr maddi texniki təminat sistemində yol verilən nöqsanların aradan qaldırılması və tenderlərin şəffaflıq məsələlərinin təmin edilməsidir. Bundan başqa Müdafiə Naziri Maddi Texniki Təminat Baş İdarəsinə hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması

Qardaş Türkiyə ilə cəmi 11 km sərhəddi olan, qalan sərhədlərinin düşmən Ermənistan və onun dostu olan qonşu İranla sərhədi olan və blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, fikrimcə, cəsarətli addımdır.

Silahlı Qüvvələrdə mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması

Müdafiə Nazirinin apardığı islahatlar nəticəsində MN-nin mərkəzi aparatı, tədris müəsislərində və hərbi hissələrdə, kollektivllərdə mənəvi iqlim sağlamlaşmağa başlamışdır. Artıq Azərbaycan əsgərinə və zabitinə münasibət dəyişmişdir. Azərbaycan əsgərinin döyüşçü kimi formalaşması tapşırığı gündəmdədir. Ordu sıralarına çağırılan hər bir gənc orduya böyük inamla getməlidir, övladını orduya yola salan hər bir valideyn onun sağ-salamat qayıtmasına əmin olmalıdır. Ordu bizim qürur mənbəyimiz, ümid yerimizdir. Azərbaycan əsgəri həri xidmət dövründə yüksək hərbi biliklərə yiyələnməli, fiziki hazırlığını artırmalı və özünü döyüşçü kimi yetişdirməlidir. Ordumuzda baş vermiş neqativ hallar aradan qaldırılmalıdır, onlar Azərbaycan Silahlı Qüvvələrinin imicinə xələl gətirir. İstər orduda intihar hadisələri, istərsə də qeyri-hərbi münasibətlər və zorakılıq hadisələri olsun, Milli Orduya və onun rəhbərliyinə müsbət divident gətirmir. Vətəndaş övladını öz ordusuna, dolayısı ilə dövlətinə əmanət edir. Burada dövlətin də vəzifəsi bu övladına sahiblənərək, onun sağ-salamat ailəsinə dönməsini təmin etməkdir. Bu baxımdan da Hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji mühit yaradılması vacibdir.

Bu istiqamətdə bir sıra tədbirlər görülüb:

- Müdafiə Naziri dəfələrlə ayrı-ayrı bölgələrdə Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantılar keçirib. Toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.
-Hərbi kolletivlərdə mənəvi -psixoloji vəziyyəti sağlamlaşdırmaq və xidməti mühiti stabilləşdirmək, maddi-texniki təminatı yaxşılaşdırmaq üçün, xoşa gəlməz halların qarşısını almaq məqsədi ilə 1 yanvar 2014-cü il tarixindən hərbi hissələrin ştatında dəyişilik edilərək komandirlərin tərbiyəvi işlər və maddi təminat üzrə müavinləri vəzifələri yenidən fəaliyyətə başlamışdır. Bəziləri bunu NATO standartlarından kənarlaşma kimi qiymətləndirsələr də hesab edirəm ki, peşəkar orduya keçid dövrü ərəfəsində bu addım vaxtında atılıb.
- Yanvarın ilk günlərindən bu günə kimi Müdafiə Nazirliyinin hərbi hissələrinə 500 nəfərdən artıq mülkü şəxs müxtəlif vəzifələrə qəbul olunub. Bu məlumata görə, böyük əksəriyyəti qadınlar olan həmin işçilər aşbaz, təmizlikçi, camaşırxanalarda paltar yuyan və digər vəzifələri üzrə çalışacaqlar. Eyni zamanda hərbi hissələrə sürücü və digər vəzifələrə 25 yaşına çatmamış peşəkar gənclərin qəbuluna da başlanılıb. Xatırladaq ki, bu ilin əvvəlində Z.Həsənov hərbi hissələrdə mülki vəzifələrin sayının artırılacağını bəyan edib.
-Müdafiə Nazirinin etimad telefonunun yaradılması hərbi qulluqçular onlarının valideynləri və Müdafiə Naziri arasında etimad körpüsü rolunu oynayacaq və xoşagəlməz hadisələrin qarşısını alacaq bir addımdır.
-Müdafiə Naziri və SQ-in Baş Qərargah rəisi tərəfindən hərbi rütbələri uzun müddət geciktirilən və ədalətsiz olaraq korrupsiya və özbaşınalıq faktları ilə üzləşən çoxsaylı zabitlərimiz layiq olduğu vəzifələrə təyin olunublar.
-20 ildən çox hərbi xidmət keçmiş hərbi qulluqçular arasında ədalətli araşdırma aparılaraq Əbiyevin “şərəfsiz” zabitlərinin də adları əlavə edilmişdir. Mənzil növbəsində qeydiyyata alınmada və mənzillərin paylanmasında xoşagəlməz hallara yol verilməməsi üçün tədbirlər görülüb.
-Hərbi tədris müəsisələrinin hərbi qulluqçularının vəzifə maaşlarına yeni, yüksək əmsalların tətbiq edilməsi prosesinə başlanılıb. Bunun sayəsində hərbi tədris müəsisələrinin hərbi qulluqçularının vəzifə maaşları tutduğu vəzifədən və hərbi rütbəsindən asılı olaraq 120-200 manat arasında dəyişilməsi gözlənilir.
-Hərbi tədris müəsisələrində əsas vəzifə – Vətəni müdafiə edəcək layiqli kadrların hazırlanması gündəmə gətirlmişdir. Əlləri korrupsiya çirkabı ilə bulaşmışların kənarlaşdırılması və haqlarında araşdırmaların aparılması davam etdirilir.
-Qoşun növlərinin, korpusların və hərbi hissələrin maliyyə və maddi-texniki təchizat sahələrində yoxlamalar aparılaraq nöqsanlar araşdırılır.

Əlbəttə Azərbaycanın, xüsusilə müharibə şəraitini nəzərə alsaq, peşəkar ordunun formalaşması çox vacibdir. Ən azından müqaviləli sistemə, peşəkar orduya keçid üçün bütün imkanların mövcud olduğunu düşünürəm. Rəsmilər tərəfindən bu mövzuda verilən açıqlamalarda Azərbaycanın müharibə şəraitində olması və büdcənin bu sistemə keçməyə imkan vermədiyi qeyd olunur. Gürcustan təcrübəsi göstərir ki, ərazisində döyüş əməliyyatları aparılan dövlətdə də belə islahatların aparılması mümkündür. Müqaviləli ordu sistemini seçən ölkələr paralel olaraq ehtiyat qüvvələrin hazırlıq prosesini gücləndirirlər. Bundan əlavə, daha əvvəl də qeyd etdiyim kimi, artıq zaman meydan müharibəsi zamanı deyil, hərbi texnikanın öz sözünü dediyi zamandır. Bu hərbi texnikaya yiyələnən bir müqaviləli əsgər, 10 mükəlləfiyyətli əsgərə bərabərdir. O ki, qaldı büdcəyə, 2014-cü il üçün Azərbaycanın müdafiə xərclərinin 4 milyarddan çox olduğunu nəzərə alsaq, bu vəsaitin çox az faizi hesabına müqaviləli sistemə keçmək mümkündür. Bu, həm ordunun peşəkarlığına, həm də orduda insan hüquq və azadlıqlarının yenidən nəzərdən keçirilməsinə, eləcə də orduda şəffaflığa müsbət təsirini göstərəcəkdir.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Yeni nazirin 3 aylıq işinə analitik yekun

#8 Сообщение Одиссей » 28 янв 2014, 02:57

Başqa hərbi analitikimiz Üzeyir Cəfərov bu fikirlərlə razı deyil. Bu fikirlərə qarşı bu yaxınlarda əsaslandırılmış etirazını bildirəcəyinə söz verib. Onu da burada dərc edəcəyəm.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

azik
партизан
Сообщения: 661
Зарегистрирован: 28 янв 2012, 21:17

Благодарил (а): 112 раз
Поблагодарили: 67 раз

Re: Yeni nazirin 3 aylıq işinə analitik yekun

#9 Сообщение azik » 28 янв 2014, 15:07

Одиссей писал(а):Başqa hərbi analitikimiz Üzeyir Cəfərov bu fikirlərlə razı deyil. Bu fikirlərə qarşı bu yaxınlarda əsaslandırılmış etirazını bildirəcəyinə söz verib. Onu da burada dərc edəcəyəm.
Üzeyir qoy qetsimn öz "mahnılarını" oxusun .Onun təngid yazilari bezdiricidi ,heç imkan vermir ki qoy nazir biraz işləsin və onnan sonra başdasın nəsə yazmaga....

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 519 раз

Re: Yeni nazirin 3 aylıq işinə analitik yekun

#10 Сообщение Одиссей » 29 янв 2014, 02:00

Начальник главной инспекции МО, национальный герой Фахраддин Джабраилов: «Армия готова к широкомасштабной войне»
28 января, 2014 13:46


Изображение
Национальный герой Азербайджана полковник Фахраддин Джабраилов, недавно назначенный на должность начальника главной инспекции Министерства обороны, сразу попросил нас не спрашивать, за какие заслуги он был удостоен высшей государственной награды: «Это будет нескромно». А на все остальные вопросы отвечал охотно и, как нам кажется, компетентно. Интересный собеседник, потомственный военный, человек, страстно любящий свою профессию.



– Беседуя с вами, нельзя не затронуть карабахскую тему. Вы как человек военный, наверное, за силовое решение конфликта?

– Естественно, я как человек военный стою на позиции военного решения конфликта и силового освобождения оккупированных территорий. Конечно, хотелось бы, чтобы проблема была решена бескровно. Чтобы не гибли наши молодые люди. Но с другой стороны, переговоры под эгидой Минской группы ОБСЕ, а я непосредственно работал с ней, обеспечивая проведение мониторингов, не приблизили урегулирование конфликта ни на йоту. Если хотите, то сугубо мое мнение состоит в том, что нам, рано или поздно, придется отвоевывать земли.

– А армия готова к широкомасштабной войне?

kv1
Переговоры под эгидой Минской группы ОБСЕ, а я непосредственно работал с ней, обеспечивая проведение мониторингов, не приблизили урегулирование конфликта ни на йоту.
kv1
– Да, безусловно. Я как военный человек изнутри знаю, какое внимание уделяет Вооруженным силам Верховный главнокомандующий. Не вдаваясь в подробности, скажу, что идет ускоренными темпами техническое переоснащение армии. Вы знаете, какой у нас военный бюджет. Словом, делается все необходимое для того, чтобы азербайджанская армия отвечала всем требованиям ведения современной войны. Да, конечно, есть еще человеческий фактор. Необходимы стойкость солдат и офицеров, серьезная идеологическая работа с молодежью, и эта работа идет.

– Кстати, а молодежь охотно идет служить?

– Ну вы знаете, у нас уже не стоит вопрос уклонения от службы, а тем более дезертирства.

– Извините, но принято считать, что у военных, как правило, ограничен кругозор. Бытует такое мнение, что греха таить. А вы интересуетесь политикой?

– Да, вы правы, почему-то принято считать, что офицеры ограничены в своем пространстве. Может быть, отчасти это так. Но только отчасти. Современный офицер помимо круга своих функциональных обязанностей должен интересоваться политикой, и я не исключение. Офицерам закон запрещает вступать в политические партии, но как гражданин страны я должен быть в курсе происходящих событий. А насчет интеллекта азербайджанских офицеров, то я готов с вами поспорить. Я знаю массу офицеров, которые интересуются наукой, любят театр, живопись, литературу, изучают историю.

– Скажите, у вас не вызывают ностальгию советские времена. К примеру, те годы, когда вы служили в Группе советских войск в ГДР?

kv1
А насчет интеллекта азербайджанских офицеров, то я готов с вами поспорить.
kv1
– Честно говоря, нет. Мы были в советской армии представителями, скажем так, нерусской нации, и нас было немного. Хотя в свое время по инициативе Гейдара Алиева с огромным трудом была открыта школа имени Нахчыванского, и количество офицеров из числа азербайджанцев в советской армии выросло. А сегодня мы служим в независимом Азербайджане, и это главное наше достижение. Но я не говорю, что в СССР не было плюсов. Мы получили в советское время военное образование – прекрасная военная школа, одна из лучших в мире. Советский ВПК был сильнейшим в мире, нам довелось учиться работать с лучшими образцами вооружений. Но с другой стороны, в советской армии было такое зло, как неуставные взаимоотношения. Я должен признать, что частично так называемая дедовщина есть и у нас, но мы с ней боремся, хотя это сложный процесс. Кроме того, СССР был мощнейшим государством, и его граждане были спокойны за завтрашний день. Но сегодня мы наблюдаем большую созидательную работу в независимом Азербайджане. Экономика растет, опять-таки армия укрепляется. Я в качестве офицера объездил полмира, что было немыслимо в советский период. А ведь контакты с коллегами из-за рубежа не только расширяют твой багаж знаний, но и приносят моральное удовольствие.

kv1
У меня уже внуки, и я очень хотел бы, чтобы они жили в мире.
kv1
– Какие качества вы цените в людях больше всего?

– Так сразу и не ответишь. Наверное, все же честность. Так бывает, что человек, которому ты доверился, мягко говоря, тебя подвел. Для мужчины, конечно, мужество, а для военнослужащего, безусловно, стойкость. Вот видите, мы снова вернулись к стойкости. Я видел в Карабахе примеры высшей отваги и героизма, когда солдат защищал сослуживца собой от вражеской пули. Как человек военный cкажу так – у нас неразрешенный конфликт, и наша главная задача сегодня в консолидации общества, а не в разобщенности. Понимаете, я военнослужащий и пока еще в строю. Меня очень задевает факт оккупации азербайджанских земель. Знаете, у меня уже внуки, и я очень хотел бы, чтобы они жили в мире. Чтобы карабахский конфликт не довлел над ними.

НАМИК ИБРАГИМОВ

Bakupost.az
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»