Forum istifadəçilərinin təhlilləri.

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Forum istifadəçilərinin təhlilləri.

#11 Сообщение mirotvores70 » 06 окт 2013, 14:26

Baaa,yaralı yerimə toxundunuz kii.YAZAJAM-özüdə bir yekə məqalə. :character-oldtimer:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Forum istifadəçilərinin təhlilləri.

#12 Сообщение mirotvores70 » 16 фев 2014, 23:45

ИзображениеMilli adət ənənə dediniz? Caşmadınız ki? Məncə milli adət ənənə cuşkalıq və kəntoşluqdur.Niyə.Həə indi mən bir-bir deyim,Siz də qulağınızı asın.
Milli adət ənənənin birincisi Allah subaylarınıza qısmət eləsin toy adətləridir ki,cuşkalığımız qalıb tarixdı.İndi biz axı kəntoş deyilik ay BROLAR.
İndi isə dəb başqadı at brat
-İndi Bəy səhər yuxudan durub özünü verir dəlləyə,qapıda hamamı olsa belə bəy hamamına "prestij"-ə gedib əməlli pul xərcləyir(görən o zadları evdə yumaq olmazmı"prestijsiz"?)
-Dədəsinin "moskvicində" böyüyən gədə ,dədəsinə 40 manata bir qəstum almadan,gedib 600 manata bir tısbağa ,qapıları göyə acılan "bentli" sifariş edir və mütləq bu araba ilə şəxsən gəlin qapısına qovzamaq qərarına gəlir.
-Dəllək ağrın aldığım,bunun təpəsinə o "jele" deyilən ,insan zadına oxşaq şeydən dabanbasma yaxaraq,bunun sacından bir kepqa yapır,gədə boynuna "babuşqa" belinə"deduşqa" bağlayıb ,"Tarkan" saqqalına bir əl cəkir. Yəni bu "dindar uşaqdu".
_Növbə catır gül salonuna.Nəbilim bir aftafaya oxşar,uşaq qarşoğuna oxşar bir cələng düzəldib verirlər buna "qaleri" mağazasında 150 manata-hansı ki Xanəhməd dayının eşşəyi o gülü yeməz.Geydirmə olsuğu ücün.
-Vaxt vədə tamam olur.Manıslar gəlir,videocakən bundan bir 10 luq qoparır,arvadlar tozanaq qaldırıb həyətdə oynayır,bəy cıxıb oturur bu tozanaqda öz "qabrioletinə",yol alır gəlinxanım gilə.Yolda o ki var zir zibil yapışır bunun "jeleli " təpəsinə-əmma "məhəbbət yolu daşlı kəsəkli olur",maşının altın yola sürtə-sürtə gəlib catır doqqaza)
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Forum istifadəçilərinin təhlilləri.

#13 Сообщение mirotvores70 » 17 фев 2014, 00:15

Bu dəfə vaqeə qız yəni gəlinxanım gildə olur.
-Qız səhər xoruz banlamamışdan özünü verir dəlləkxanaya.Aristoqradlar -uruskoyazışnılar demişkən"parıxmaxıra".Təpəsini boyalatdırıb,sifətini şkaturkalayıb,yaxşıca yağlı boya ilə laklayandan sonra kecir kipriyinə mil svarkalatmağa.Kipriyin şiferliyəndən sonra,dırnaqlarına "caduğgərlərin "dırnağından yapışdırıb(bu dırnaqdan xaş cıxmır aaa),əlinə dirsəyə qədər əcaib bir naxış cəkdirib,sinəsi göbəyinə qədər acıq,ətəyi yerlə şürünən gəlinniyini güclə də olsa taxır əyninə.Hələ laqonda ilə qoltuqların şlifovka eləməyi yaddan cıxarmır.
-Evə gəlib,başlayır bəy oğlanımızı gözləməyə.
-Bəli manıslar dappadurupnan daxil olurlar evə.Qöz üzünə qırcıvadan örtük basır(əşşi abırrıdı dana),bəyin qardaşı gəlib belin bağlayanda,36 dəfə ərə getmiş "məsləhət verənlər" qərar cıxardır ki,3 dəfə acıb bağlasın,hələ üstəlik o qırmızı lenti də qızın ayaqları altından kecirsin.Qardaş bədbaxt qalır bu yekə şeylər ağzına kecə-kecə nətəər bunu eləsin.Əlqərəz edir,3-cü dəfədə gədə karıxıb lenti dartır,qız dalı üsyə guppultu ilə dəyir yerə.Nə başınızı ağrıdım,axır gədə tər qanla bu missiyanə aşırır. Növbə catır lampaya.Qızxın dədəsi əlindən tutub,sürüyür qızı,pərvanə kimi nöyüt lampasının başına. Arada təyi dəyir,lampa kəlləmayallaq olur,alışır.Arvadlar həşir salır,kişilər Fovqəladədən tez vedrəni tökür lapanın təpəsinə və manısların fəryadı altında qız evdən cıxır. Sinəsindəki zadları göz oxşayan gəlinxanımı ,elə bu qiyafədə Quranın altından kecirdif vızqırdırlar bayıra.Həyətdə bir zavod cörəyini paralayıb tullayırlar dama.Dam şifeür olduğundan cörək düşür yerə.Həə deməli bu zadı bayırda qalan gəlin cörəkli olacaq. İnananın dədəsinin dalına it bağlayım.

Продолжения следует))))
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3831
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 524 раза

Forum istifadəçilərinin təhlilləri.

#14 Сообщение Одиссей » 17 фев 2014, 01:41

mirotvores70 писал(а):Bu dəfə vaqeə qız yəni gəlinxanım gildə olur.
-Qız səhər xoruz banlamamışdan özünü verir dəlləkxanaya.Aristoqradlar -uruskoyazışnılar demişkən"parıxmaxıra".Təpəsini boyalatdırıb,sifətini şkaturkalayıb,yaxşıca yağlı boya ilə laklayandan sonra kecir kipriyinə mil svarkalatmağa.Kipriyin şiferliyəndən sonra,dırnaqlarına "caduğgərlərin "dırnağından yapışdırıb(bu dırnaqdan xaş cıxmır aaa),əlinə dirsəyə qədər əcaib bir naxış cəkdirib,sinəsi göbəyinə qədər acıq,ətəyi yerlə şürünən gəlinniyini güclə də olsa taxır əyninə.Hələ laqonda ilə qoltuqların şlifovka eləməyi yaddan cıxarmır. Продолжения следует))))
Изображение
Бу нядю ала?!)))
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#15 Сообщение mirotvores70 » 23 ноя 2016, 00:12

"Rusiya pulu olmayan Ermənistana köhnə silahlarını sırıyır" — Hərbi ekspert

Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə, Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir.

Bunu ABŞ-ın “Bloomberg” agentliyi apardığı araşdırmaya əsasən yazıb.

Regionda silahlanma yarışı gedir. Ermənistan ”İsgəndər" raket kompleksləri, Azərbaycan da İsraildən “kamikadze” PUA-ları alıb. Bundan əlavə Azərbaycan Pakistanla yüksək texnoloji silah növlərinin alınmasına dair danışıqlar aparır. Silahlanma xüsusən də aprel döyüşlərindən sonra daha da artıb.

Son zamanlar Azərbaycan və Ermənistan tərəfi irimiqyaslı təlimlər də keçirdilər. Ermənistan prezidenti Sərkisyan verdiyi sonuncu müsahibəsində bildirib ki, onlar silahlanmada Azərbaycandan çox geridə qalırlar. Ümumiyyətlə bir çox ekspertlər bildirir ki, iki tərəf arasında hər an müharibə başlaya bilər.

Azərbaycan və Ermənistanın silahlanması barədə hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-a danışıb:

"Əlbəttə ki, "Sülh istəyirsənsə, savaşa hazır ol" prinsipinə əməl etməlisən. Qafqaz regionunda Ermənistanın öz qonşularına qarşı apardığı düşmənçilik siyasəti, onunla rəftarda güc nümayiş etdirməyə vadar edir. Heç gizlin deyil ki, Ermənistan regionda tək Azərbaycana yox, həm də Gürcüstana ərarazi iddiaları ilə çıxış edir. Bu baxımdan Azərbaycanın düşdüyü hal, onu savaş texnologiyası ilə zəngin və müasir olmağa məcbur edir. Bu zaman "bir addım öndə" prinsipi ilə hərəkət edən Azərbaycan dünyanın keyfiyyətli, dəqiq və son texnolojili silah istehsalçılarına üz tutmağa məcburdur.

Heç kimə gizli deyil ki, regionda silah inhisarını ələ almağa çalışan Rusiya heç də yuxarıda göstərilən keyfiyyətlərə malik deyil. Bunun üçün Azərbaycan da İsrail, Pakistan, Türkiyə, Ukrayna və sair kimi dövlətlərin hərbi sənayesinə müraciət edir. Bəzi müxalifyönümlü ekspertlər 22 milyard qarşısında orduda olan texnikanın bu məbləğə cavab vermədiyini vurğulayırlar. Lakin gəlin baxaq, birinci növbədə aprel döyüşlərinə qədər dünyanın son savaş texnikasına aid olan HAROP (HARPİ) zərbə PUA-larına Azərbaycanın da malik olduğunu heç kim bilmirdi. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan heç də hər zaman aldığı texnikanı açıq sərgiləmir. İkinci aspektdə alınan texnikanın "yalnız" olaraq hesablanmasıdır, yəni hərbi texnika avtomobil deyil ki, onu hansısa bir avtomobil servisində təmir etmək mümkün olsun. Belə ki hər texnika üçün əlavə olaraq ehtiyat hissələri, texniki xidmət materialları və təmir avadanlıqlarının alınması vacibdir. Hələ bura texnikaya qulluq edəcək personalın da təhsil və tədris xərcləri daxildir. Üçüncü aspektdə sursatlardır. Hamıya böyük müasir texnikalar, raket qurğuları, HHM kompleksləri qürur təsiri bağışlayır. Lakin bu texnikalar atəş vasitələrini, çörəkbişirən qurğular kimi istehsal etmir. Hər birinin sursatı ayrıca alınır. Bu da "ağıllı sursatlar" olduğu üçün çox böyük məbləğ tələb edir. Hərb elmindən məlumatı olan insanlar anlayır ki, hər silahın "ehtiyat döyüş sursatı" olmalıdır ki, bu da aparılacaq müharibənin proqnozlaşdırılacaq anlamında böyük sərfiyyatıdır. Belə sursatları savaş günü baxımında hesablasaq, bu 100 milyonlarla ölçülən bir rəqəmdir. Hələ bundan əlavə şəxsi heyətin təlimlərində, döyüş atışlarında sərf oluna biləcək sursatların da qiyməti vardır. Bundan əlavə Azərbaycan coğrafi baxımdan hər tərəfdən dost ölkələrlə sərhədlənməyib. Məhz İran və Rusiyanın ikili standartlarla münasibəti də ölkəni daha gücülü olmağa məcbur edir. Ermənistan isə bu savaş yarışmasında hər zaman geriləməyə məcburdur. Ölkənin tənəzzülə getdiyi və dünya iqtisadiyyatında tənəzzül olduğu dövrdə, Rus "dəmiri"nə təxmini 5 milyard yatırmaqdansa, qonşularla mehriban münasibət qurub, ərazi iddialarından əl çəkib regional iqtisadi projelərdə və müştərək iqtisadi proqramlarda iştirak etsəydi daha yaxşı olardı. Çünki Ermənistan özü də yaxşı bilir ki, stabil siyasi kursu olmadığından Rusiya heç zaman ona müasir və "ağıllı" silahlar bəxş etməyəcək.

Rusiyanın özündə də iqtisadi tənəzzül var, ona görə də "konservləşdirilmiş anbarlardakı" texnikanı "axşam bazarı" prinsipi ilə, Ermənistan kimi siyasi iradəsi olmayan dövlətlərə sırımaqdadır. "İskəndər" OTRK lar isə keçən dəfə dediyim kimi blefdir. Onu atan Ermənistanın həmin gün acınacaqlı sonu olacaq. Bundan əlavə də Azərbaycan artıq Ukraynanın, "İsgəndərlərə" dəyərli cavabı olan "Qrom-2" layihəsində iştirak edir. Yaxın günlərdə bunun da şahidi olacağıq".

http://www.olke.az/dunya-6/rusiya-pulu- ... pert-73311
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#16 Сообщение mirotvores70 » 23 ноя 2016, 00:13

"İskəndər"lərə qarşı Azərbaycanda daha müasir raket kompleksləri mövcuddur — Hərbi ekspert

Sərkisyan "İskəndər" raket kompleksinin Ermənistan ərazisində yerləşdirilməsinə münasibət bildirib.

Ermənistan prezidenti bildirib ki, "İskəndər" kompleksinin yerləşdirilməsi regionda stabilliyi saxlamaq üçün nəzərdə tutulub.

Bundan əlavə Sərkisyan deyib ki, bölgədə hərbi vəziyyəti balanslaşdırmaq üçün hansısa vasitədən istifadə etmək lazımdır. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən müasir silahlara yiyələnib. Bizim Azərbaycan kimi maliyyə imkanlarımız yoxdur. Amma vəziyyəti balanslaşdırmaq üçün yollar axtarırıq. Ümid edirəm ki, "İskəndər" raket kompleksi bu vəziyyətdə balans üçün yaxşı vasitədir.

Bu məsələlərə hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-a verdiyi açıqlamasında aydınlıq gətirib:

"Əvvəlcə deyim ki, bu Ermənistan prezidentinin birinci və axırıncı sərsəmləməsi deyil. Əgər Ermənistan adekvat dövlətdirsə və regionda stabil təhlükəsizliyə və iqtisadi inkişafa nail olmaq istəyirsə, bu zaman o, öz qonşuları ilə mehriban münasibət qurmalı və başqa dövlətlərə qarşı Rusiyanın dəstəyi ilə ərazi iddialarından əl cəkməlidir. İkincisinə qalanda Ermənistan özünün dediyinə baxmadan, bu gün Qafqaz regionunda müstəqilliyini və dövlət maraqlarını itirmiş yeganə dövlətdir ki, millli sərvətlərindən başqa, milli qürurunu da itirib. Bu dövlətin iqtisadiyyatından tutmuş, hərbi qüvvələrinə kimi, başqa dövlətin, yəni, Rusiyanın inhisarındadır. Bu baxımdan da Sərkisyanın çıxışı, Padşah yanında ucuz "vassal" siması kimi qiymətləndirilir.

"İskəndər" raket komplekslərinə qalanda isə, bunu şişirdib nüvə və digər dünya dağıdan silah növlərinə qaynaqlayaraq, ondan böyük bəla imici yaratmaq da lazım deyil. Əvvəla Ermənistana pay verilmiş bu raketlərdən istifadə məhduddur. Yəni bu silah məhz Ermənistan ərazisindən atılmalıdır ki, bu da məhz Ermənistanın münaqişə tərəfi olduğuna tam sübut olar. Başqa halda isə Ermənistan, münaqişədə özünün yox, Qarabağ ermənilərinin iştirakını və burada qurulmuş qondarma respublikanın münaqişə tərəfi olduğunu iddia edir. Məhz bu raketlərdən istifadə, Ermənistanı cox acınacaqlı hala sala bilər. Çünki atəş zamanı 1-2 yaxud bir neçə belə raket atılarsa, bu Azərbaycanın hansısa bir regionunda şəhərin hansısa bir hissəsində dağıntı və tələfatlara gətirib çıxarar və şəhəri yer üzündən silə bilməz. Lakin bunun cavabı cox acınacaqlı olar. Bu zaman artıq Azərbaycan əlində olan dağıdıcı həcmcə heç də kiçik olmayan raket kompleksləri vasitəsi ilə iki tərəfdən, Tovuz-Qazax və Naxçıvan tərəfdən Ermənistana zərbələr endirəcəkdir. Bu zaman artıq Rusiyanın da və hətta KTMT-nin də bu savaşa qatıla bilməyəcəyi labüddür. Çünki bildiyimiz kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir çox üzvlərinin Ermənistana münasibəti neqativdir və bu zaman Ermənistan savaş başlamış dövlət kimi qınanacaqdır. Bundan əlavə "İskəndər" kimi raketlərə əks olaraq Azərbaycanda artıq müasir komplekslər mövcuddur. Ermənistan istəsə də, istəməsə də silahlanma yarışında geriləməlidir. Çünki əsasən iqtisadi baxımdan Rusiyadan asılı olduğundan, bu zaman o ancaq Rusiya silahı almalı olacaqdır. Rusiya isə zaman-zaman müasir texnologiyada geriləməyə məcbur olmuş silahlarla bu dövləti təmin edəcək. Azərbaycanın isə aparıcı və ən müasir texnologiyalı silah istehsalçısı olan dövlətlərlə yaxşı əlaqələri var".

http://www.olke.az/siyaset-1/iskender-l ... pert-72877
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98614
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4908 раз
Поблагодарили: 6137 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#17 Сообщение smersh70 » 26 фев 2017, 16:12

Məni susdurmağa calışdınız. Susmadım,susmayacam da.
Bu gündən PA ya müraciət edəcəm.Cünki bu daha belə davam edə bilməz. Mənim kimi ciddi,ağlı başında olan,Dövlət sirrini qorumağı bacaran,hərbci kimi dəqiq informasiya yayan,düşmənin informasiyası ilə mübarizə aparan,daxili sabitliyə xələl gətirən məlumatlara yetərli,ayıq və sərt cavab verənlər az deyil.
Lakin bu parakəndə partizanlıq da yetərli deyil. Az öncə informasiya müharibəsi haqqında yazım və problemə baxışım,bir cox insan və vəzifəli şəxslərin müsbət rəyini qazansa belə,qalan hissənin xoşuna gəlmədi.
Barmaq silkələyənlər də oldu. Nəticə isə özünü göstərdi.
Bəli son iki günün reallığı cılpaqcasına göstərdi ki,bizdə informasiya müharibəsi sıfır dərəcədədir.
Kicik auditoriyaya hesablanan videolar,termal kamera cəkilişləri-yalnız kicik auditoriyada”hurrey,yaşşa,vur,əla,qeşşey” cığırtısından başqa hec nə deyil.
Düşmən tam olaraq özünün ən mənfur silahını”informasiya” silahını işə salaraq,icimizə 1000 lərlə yanlış məlumat soxuşdurdu və ölkə əhalisinə məlumat qarışıq şaiyə toxumunu səpdi. RAZM .İNFO saytının adicə Xətai Baxışova aid yazısı kicik bir nümunədir. Bu onu göstərdi ki,daxildə bulvar saytlarının buraxdığı “quşu”,xaricdə göydə tutanlar var. Və onların tutma qabliyyəti,bizim buraxma qabliyyətimizdən cox yüksəkdir. Mən dedim.
Mən hec.
Gözünüzdə avara,sarsaq,deyingən,özündən molla və sonda başına qapaz salına biləcək ola bilərəm-o zaman siz ağıllı,bacarıqlı,tədbirli və dahi olduğunuzu göstərin. İşə kecin. Dünən rəsmi məlumatda “itgilərimiz var” anlayışı nə idi?
Və bu frazadan bir coxu “ərazi”,bir coxu isə “ coxlu ölü və yaralı” anlamına gəldi.
Yəni mənə ağıl verənlər,məndən ağıllılar bu yanlışlığın nə qədər təhlükəli olduğuna varmadılıarmı?.
Bir də itgilərin sayı və kimliyi niyə bu qədər uzanmalı idi ki?
Sadəcə “bu saata qədər olan itgilərimiz:Filankəsov filankəs” deyə yazmaq olmazdımı.
O zonada xidmət kecənlərin 1000 lərlə nigaran,gözü yaşlı ,qəlbi qan ana və bacılarını düşündünüzmü? Düşündünüzmü ki ,bu “caydaq informasıyadan” biri 10,biri 50,biri 100 itgimiz var deyə şaiyə yarandı? Düşündünüzmü ki,bu günlərdə nəqqədər sarsaq informasiya və məlumat soxuşduruldu millətə.
Bəs deyirdiniz biz “informasiya müharibəsinə hazırıq”??
Bilirsinizmi cənablar ,mən sizə Erməni məlumat maşınını başa saldım.vəziyyətdən cıxış yolu göstərdim,NATO qoşunlarının bu sahədə apardığı işlər və “informasiya müharibəsi komandanlığının hissələri və iş prinsipləri “haqqında şəxsən sizin qızıli poqonlarınıza xatir tərcümə edib qoyaram.Amma kəndyoli bir nümunə də deyim sizə. Cox kicik bir məbləğə və resursa. 20-30 noutbuk alırsınız,illik internet xərcini ödəyirsiniz,5-3 manat da həvəslənmək ücün maaş ayırırsız və ciddi,ağıllı,ixtisaslı ehtiyatda olan zabitlərdən bir toplum yaradırsınız.
O zaman baxın,düşmənin anasını gündə 15 dəfə əks təbliğatnan doğdururlar ya yox.
Bu bizim dildə desək,ən sadə yoldur.
Daha böyük yolunu da yaxın gündə acıqlayacam.Amma bilirəm,alınan deyil. Bunun ücün icdən gələn bir yanğı,bir həvəs bir təpər olmalıdır. Eybi yox. Təkiflərim cox,real olaraq problemin cözülməsi haqda ciddi fikirlərim var. Siz qəbul etməyin. Dediyim kimi ,internet üzrə 3 nəfərdən geri qalsam belə,5 nəfərdən irəliyəm. President. Az saytını da yaxşı tanıyıram və PA elektron məktub göndərməyi də cox gözəl bacarıram. Edəcəm bunu.
Və cox gözəl bilirəm ki,bəzilərindən fərqli olaraq,orada mənə vaxt ayırıb,dinləyən və real nəticə cıxaran olacaq. Sizə isə can sağlığı.
P.S. xahiş edirəm real təklif olmasa məni hec yerə cağırmayın.Hec kimi vurqulamadım burada,inciməli də hec nə yoxdur.
Sadəcə hərdən insan gərək hec olmasa özü ücün təkrar eləsin: Vətən Sağ Olsun-o zaman icin titrdəsisə,deməli bizim adamsan.
Hörmətlə.admin hərbi xəbərlər p-k l-t Abuzər Əbilov

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98614
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4908 раз
Поблагодарили: 6137 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#18 Сообщение smersh70 » 05 апр 2017, 11:42

Sarqsyan, digər keçmiş sovet respublikalarında olduğu kimi, inzibati resursunun hesabına seçkiləri udaraq, hakimiyətdə qaldı. Erməni seçicisi azərbaycanlı seçicidən çox fərqlənmir. Qarabağın həlli məsələsi Sarqsyan partiyasının qələbəsində düşündüyümüz qədər rol oynamasa da, aydındır ki, münaqişənin nizamlanmasında ermənilərin 1998-ci ildən apardıqları siyasətdə dəyişiklik olmayacaq. Əksinə, proqnozlaşdırıldığı kimi, parlament sisteminə keçidlə Sarqsyan əlavə manevr imkanları qazandı.
Изображение
Regiondakı vəziyəti də nəzərə alsaq, Qarabağ məsələsinin istər sülh yolu, istər hərb yolu ilə həlli daha da çətinləşdi. Azərbaycan hakimiyətini Qarabağı həll etmədiyinə görə, əlbəttə, tənqid və ittiham etmək olar. Xüsusən, bu, kiminsə işinə yarayırsa. Ancaq səmimi olsaq, belə şəraitdə ən demokratik hakimiyət üçün Qarabağın həlli eyni ilə çətin olardı. Mövcud hakimiyəti müdafiə kimi anlaşılmasın. Hakimiyəti bir çox şeylərə görə haqlı tənqid etmək olar. Ancaq Qarabağa görə tənqid və ittihamlar aşkar demaqogiyadır. Kimsə desə ki, onun Qarabağ strategiyası var, ortaya qoysun. Ancaq burada erməniləri də nəzərə alsın. Bütün dünya ermənilərin arxasından çəkilsə belə(hansı ki, belə olmayacaq), erməni bir qarış torpağı döyüşsüz verməyəcək. Ona görə Qarabağ strategiyası mütləq özünə müharibə elementini daxil etməlidir. Qarabağın yalnız hərbi həlli var. Bu həlli bilən danışsın. Bilməyən, ağlaşla başımızı ağratmasın. Hakimiyətlə hesabın varsa, korrupsiyadan, səhiyədəki, təhsildəki biabırçılıqdan danış, aclıq və səfalətdən danış. Mən də qoşulum sənə. Hərbi həllin yoxdursa, Qarabağı siyasi şuar etmə. Qarabağ əvvəldən siyasi demaqogiya, populizm və hakimiyət ehtiraslarının qurbanı olmuşdu.

Назим Байрам

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98614
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4908 раз
Поблагодарили: 6137 раз

Forum istifadəçilərinin təhlilləri.

#19 Сообщение smersh70 » 20 мар 2020, 18:34

GuneyAz писал(а):
04 окт 2013, 22:29
-Azerbaycanlilar ne haqda dushunur ve hansi eneneler uzerinde dushunur?
Diqqetiniz uchun chox sag olun.
Ənənələrimiz daimidir,hətta FH vəzziyyəti olsa belə... :character-oldtimer:
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98614
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4908 раз
Поблагодарили: 6137 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#20 Сообщение smersh70 » 11 окт 2020, 01:34

Sağ ol,forumuzun yaradıcısı.. :clap:
------
Cəbhədən sizə məktub.

Yenə deyəcəksiniz ki,irad bildirib deyinir. Bəs mənim sizdən başqa dirəniş yerim varmı?. Niyə adamı sındırırsınız?. Noolub? Nə baş verib. Atəşkəsmi?.

Kimsə fikirləşibmi ki ,qüvvələrin dəyişilməsi vacibdir? Kimsə fikirləşibmi ki, aran Qarabağın istisində bu it iyi verən leşləri torpaqdan rədd eləmək lazımdır? Kimsə fikirləşibmi ki ,“teymurov pastasında” çimən ayaqları yumaq lazımdır? Kimsə fikirləşibmi ki, alınan ərazilərdə möhkəmlənmək lazımdır? Kimsə fikirləşibmi ki,üzərinə palçıq sürtülmüş maşınlarda palçıq iyi verən əsgər bir hamamlanmalıdır? Kimsə fikirləşibmi ki, ....... nə isə. UZAQDAN DAVA NƏ QƏDƏR ŞİRİNDİR İLAHİ. O Feyspoxunuz qırılsın, VPN iniz yansın. Bəsdirtin daha. İllər uzunu təhsil, səhiyyə, polis, kanalizasiya, kommunal, tikinti ekspertliyi etdiniz-danışmadıq. Heç olmasa hərb anlamını hərbə buraxın. Nəqqədər gücsüz zəlilsiniz ki, bu uzun günlərin qələbələrini 1 saata unutdunuz. Bəlkə elə düşündünüz ki ,Qarabağ 3- 5 günə “hurreylə” qayıdacaq gəlib oturacaq Bakının tarqovusunda və siz də südyanığı uşaqlar kimi cumacaqsınız onun süd vəzisinə? 1000 dəfə demişəm bu da 1001 . Bu müharibə hələ çəkəcək. Burada dayanmalar, durmalar da olacaq və bu mütləqdir.

Bu gün yeni gələnlərinm qabağında çıxış edən zabit sordu:"Kimin evdə problemi varsa,kim tək evladdısa, kim irəli getməkdən ehtiyatlanırsa -sola keçsin. Qalanları sağa." Sol boş qaldı. Lakin toplumun arasında adı çəkilən kateqoriyadan N qədər vardı. Heç kim qalmaq istəmədi. Hamı döyüş dedi. Bax budur mühəribənin müharibədəki üzü. Başqa üz isə zəlil qoca qarılar kimi sızıldamaq, feysbukda telnyaşkanı cırmaq, şərh ambrazuruna sinəsini dirəmək və sonda mövzu tankının üstünə əlində qumbara “za rodinu ,za Stalina” getmək.

Tüpürdüm bu feysbuka. Hərdən qəlbimə məlhəm dostlarım üçün girib, onlarla uzaqdan görüşəcəm. Məni söyə, böhtanlaya bilərsiniz. Hətta dostluğumu da tərk edə bilərsiniz. Lakin sizə baxıb hansısa qotur “atəşkəsə” sınmaq mənim seçimim deyil. Burda qalacam. Uzun müddət. Siz ağzınız gələni şərhdə yazıb sakit gedib evlad və nəvələrinizin yanında yatanda, mən burda nəvələrimin şəkli olan smartfonuma baxıb bu palçıqlı maşında yatacam.Amma sınmayacam.

Bilirsiniz niyə? Çünki bu müharibədə bir çoxu heç nə itirməyib. Emosiyalarından başqa. Mənsə özümü itirmişəm.... Onu axtarmağa mənə mane olan –düşmənimdir.

Bura yaxşıdır. Burda nə sızlayan, nə deyinən, nədə uzun uzadı “politoloqluq edən var” . Burda hər şey sadə və bəsitdir. Həyəcan verilir ,sən elə sadə bir anlamla dumanda yox olursan. Maşının tenti bağlanır, uzaqda partlayan mərmilərlə dolu bir arzu və istəyə doğru yola düşürsən.
Sərt yazdım. Bağışlamayın məni. Mən də sizi bağışlamıram....
Hələlik. Ya o dünyada, ya bu dünyada görüşəndə vaxt olsa bu “atəşkəsi “ yada salıb doyunca gülərik.
10.10. 2020 Füzuli.
Ehtiyatda olan zabit,"Legion" qrupun rəhbəri
— с Абузером Абиловым. :text-bravo:

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»