CƏBHƏ XƏBƏRLƏRİ

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 410 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#11 Сообщение mirotvores70 » 12 ноя 2014, 17:28

Azərbaycan Ermənistan vertolyotunu vurdu - KİV

Müdafiə Nazirliyi rəsmi məlumat yayacaq.

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo saytı məlumat yayıb.

Sayt məlumatı cəbhə bölgəsindən əldə etdiyini yazır.

Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Oxu.Az-a açıqlamasında yayılan məlumatı nə təsdiq, nə də təkzib edib.

Polkovnik Dərgahlının sözlərinə görə, məsələ ilə bağlı rəsmi məlumat yaxın vaxtlarda Müdafiə Nazirliyinin saytında yerləşdiriləcək.

Məlumat yenilənəcək.

ps:Ermənilər təsdiq etdi uje
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#12 Сообщение smersh70 » 12 ноя 2014, 20:17

Изображение
Изображение
Изображение
Аzərbaycan səmasında erməni işğalçı qüvvələrə məxsus “Mİ-24” hərbi vertolyotun vurulmasının düşmən tərəf təsdiqləndiyi barədə məlumat vermişdik. Hadisə nəticəsində üç erməni hərbçisinin həlak olduğu bildirilir.

Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, ölənlərdən biri – Sergey Saakyan mayor imiş. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan faktı “görünməmiş presedent” adlandırıb və Azərbaycanı hədələyib. “Bunun nəticəsi Azərbaycan tərəfi üçün çox ağrılı olacaq”, - deyə o, bildirib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#13 Сообщение smersh70 » 12 ноя 2014, 20:20

Изображение
Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#14 Сообщение smersh70 » 12 ноя 2014, 20:25

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#15 Сообщение smersh70 » 13 ноя 2014, 01:27


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#16 Сообщение smersh70 » 13 ноя 2014, 03:02

" onclick="window.open(this.href);return false;
другой ракурс

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#17 Сообщение smersh70 » 14 ноя 2014, 18:49


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#18 Сообщение smersh70 » 18 ноя 2014, 02:12

Изображение
Doğrudanmı, hərbi vertolyotu vurmaq bu qədər asandır? “Vur, komandir, vur!”, komandir tətiyi çəkdi və - Alliluya!- 22 milyon dollarlıq maşın daha yoxdur. Elə bu? Yox, əlbəttə. Belə olsa, dünyanın heç bir ordusu hərbi vertolyotdan isifadə etməzdi.
Müasir dövrdə istənilən hərbi vertolyot Raketdən Aktiv Müdafiə Sistemilə təchiz olunub. Bu sistem olmadan hərbi vertolyotu missiyaya göndərmək on milyonlarla dolları çölə atmaq, ekipajı isə qurbanlığa yollamaq kimi bir şeydir. Çünki onu hədəfi izləyən bir raketlə çox asanlıqla vuracaqlar. Yeri gəlmişkən, belə raketlərin qiyməti haradasa 100 min dollardır.
Raketdən Aktiv Müdafiə Sistemilə təchis olunanda Mİ-24 vertolyotunun `İqla` raketilə vurulmaq ehtimalı 50/50-yə olur. Bu sistem vertolyota yaxınlaşan raketi avtomatik qeydə alır və onu müxtəlif yollarla (lazer, istilik aldatmacası və s.) hədəfdən yayındırır. Kənardan baxanda bu, belə görünür ki, sanki vertolyotdan ətrafa iri qığılcımlar səpələnir. Əslində həmin qığılcımlar raketin nişanlanma sistemini çaşdırmaq üçündür.
Erməni vertolyotunun vurulma anı əks olunan videoda biz görürük ki, onun Raketdən Aktiv Müdafiə Sistemi işə düşməyib! Bu, necə ola bilər?! Raketdən Aktiv Müdafiə Sistemilə təchiz olunmamış vertolyotu cəbhə xəttinə missiyaya göndərmək sadəcə olaraq, absurddur. Ermənilərin bu sistemi qurmağa pulu çatmayıb? İnandırıcı deyil. Çünki əvvəla, 1999-cu ildən sonra bütün `Mİ-24`lər bu sistemlə hazır şəkildə komplektləşdirilir. İkincisi isə, həmin vertolyotları ermənilərə verən Rusiyada çox yaxşı Raketdən Aktiv Müdafiə Sistemləri istehsal olunur. Məsələn, Rusiyanın 4 il əvvəl Parisdə hərbi sərgidə nümayiş etdirdiyi “President-S” sistemini göstərmək olar. Bu sistem xüsusilə `İqla` raketlərini böyük zəmanətlə hədəfdən yayındırır. Bundan başqa, rusların “Klen”, Ukraynanın “Adros” sistemləri də kifayət qədər məşhur, effektiv və ən əsası, əlçatandır.
Niyə bunlardan biri erməni vertolyotunda qurulmamışda və o, bizim mövqelərin üstünə tamamilə `çılpaq` gəlirdi? Üstəlik, bunu üç dəfə təkrarlayıb. Bəlkə də vertolyotda həmin sistem olub, amma bilərəkdən əvvəlcədən sıradan çıxarılıb? Niyə?..
Məncə, cavab birdir: Vurulmaq üçün. Əgər raketdən aktiv müdafiəsi olmayan vertolyotu düşmən mövqelərinə göndərirsənsə, bunun ayrı izahı yoxdur. Ermənilər özləri vertolyotlarının vurulmasını istəyiblər. Yəqin ki, bu, yüksək səviyyədə cızılmış bir plan olub və hərbi maşının ekipajı ölümə getdiklərini özləri də bilməyibər.
Öz vertolyotunu qurban verməkdə məqsədlər bir neçə ola bilər.
Bir qədər əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistana gəlmişdi. İstisna deyil ki, Ermənistan Rusiyadan yeni silahlar, o cümlədən də vertolyotlar almaq istəyir. Rusiya da Avrasiya İttifaqına cəlb etdiyi Ermənistanla durmadan hərbi büdcəsini artıran Azərbaycan arasında balansın qorunmasında maraqlıdır. Bunu yəqin, Yerevan özü də şərt kimi qoyur.
Rəsmi Bakı heç bir xarici təsirə baxmadan, Ordumuzu gücləndirməkdə davam edir. Bu halda ona ən yaxşı təsir yolu Ermənistana yeni silahlar verməkdir. Azərbaycanın erməni vertolyotunu vurması bunun üçün əla bəhanə ola bilər.
Digər tərəfdən, prezidentlərin bir qədər əvvəl baş tutan Paris görüşü göstərdi ki, danışıqlar prosesi artıq tamamilə dalana dirənib. Bunun məsuliyyətini daşıyan Ermənistan diqqəti özündən yayındırmaq üçün Kəlbəcər girovlarının `məhkəməsini` həmin günə təyin etdi. Amma Azərbaycan tərəfindən güclü informasiya hücumu ilə qarşılaşdı. Yəni planı tam alınmadı. İkinci bir təxribatın təşkili lazım idi ki, danışıqların irəli getməməsinin günahkarı kimi ermənilər yox, məhz Azərbaycan görünsün. Özünün vertolyotunu Azərbaycan mövqelərinə soxaraq, onun vurulmasına nail olmaq bu məqsədlə əla işə yarayardı. İndi Sərkisyan deyə bilər ki, “Onlar bizim vertolyotu vururlar, biz onlarla nə danışaq?!”
Üçüncüsü isə, ümumiyətlə, erməni vertolyotunun vurulmasından istifadə edərək, ermənilər dünya miqyasında Azərbaycana qarşı güclü ideoloji və informasiya hücumuna başlayacaqlar. Daha dəqiqi, dərhal başladılar və artıq hiss olunur ki, bu hücuma əvvəlcədən hazırlaşıblar.
Bir məqam da var: ermənilər yaxın vaxtlarda Xankəndi aeroportunu açmağa hazırlaşırlarsa, bu hadisədən qabaq Azərbaycana bu cür irimiqyaslı informasiya hücumu onlar üçün göydəndüşmədir.
Yəni hansı tərəfdən baxsaq da, vertolyotun vurulmasının əslində bir erməni oyunu olduğunu düşünməyə əsas var. Onlar sanki, daha böyük hədəflər uğrunda bir piyadanı qurban veriblər.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147437
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11103 раза
Поблагодарили: 16131 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#19 Сообщение smersh70 » 20 ноя 2014, 17:19

Изображение

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 410 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#20 Сообщение mirotvores70 » 22 ноя 2014, 16:59

Ermənistandakı raket atışı Qarabağdakı kimi təqdim olunub, Ermənistanda keçirilmiş hərbi təlimlərin video və foto görüntüləri saxtalaşdırılaraq yayımlanıb
Bakı. Rəşad Süleymanov – APA. Ermənilər “Birlik-2014” hərbi təlimləri zamanı Ermənistanda icra olunan əməliyyatları Qarabağda keçirilmiş əməliyyat kimi təqdim ediblər. Eyni zamanda Ermənistan Respublikasının ərazisində döyüş növbətçiliyi aparan S-300 zenit-raket batareyasını Qarabağa gətiriblər.
APA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, ermənilərin mətbuatda və sosial şəbəkələrdə təqdim etdikləri bəzi təlim fotoları Azərbaycanın işğal olunmuş ərazilərindəki təlim epizodlarında deyil, Ermənistan Respublikasının ərazisindəki poliqonlarda çəkilib. Ermənilər bu görüntüləri Qarabağda keçirilən təlimlərdə icra olunmuş fəaliyyətlər adı ilə ictimaiyyətə təqdim etməklə, Qarabağ əhalisində ruh düşkünlüyünü aradan qaldırmaq və Azərbaycan tərəfinə psixoloji təsir göstərmək niyyəti güdüblər.
Eyni zamanda bu foto və video kadrların müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilməsi, o cümlədən fotoşop və montaj edilərək yayılması da şübhə doğurmur.
Noyabrın 12-də Ağdam rayonu üzərində Ermənistan HHQ-nə məxsus Mi-24 döyüş helikopterinin vurulmasından sonra, ermənilər Qarabağdakı təlimdə 9K33 “Osa” (SA-8 Gecko) zenit raket komplekslərindən atış həyata keçirilməsini əks etdirən fotolar yayımlayıblar. Ermənilər atışın Qarabağda həyata keçirildiyini qeyd etsələr də, konkret hansı ərazidə olduğunu göstərməyiblər.
Ermənilərin təlimin sonrakı günlərində yayımladıqları videolardan isə həmin atışın Ermənistanın Qeqarkunik vilayətində, Göyçə gölü sahilində həyata keçirildiyi aydınlaşıb.
Azərbaycan hərbi mənbələrindən əldə olunmuş məlumata görə, işğal altındakı ərazilərdə hər hansı bir raket buraxılışı olmayıb. Ermənilərin Qarabağda yerləşdirdikləri “Osa” və 2K11 “Kruq” (SA-4 Ganef) zenit-raket kompleksləri təlimdə yalnız əraziyə çıxmaqla kifayətləniblər.
Təlimlər zamanı ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə (Xankəndi yaxınlığına) gətirdikləri bir S-300 zenit-raket batareyası (6 buraxıcı maşın) yerləşdirmələri görüntülərdə əksini tapıb. Hərbçilərin sözlərinə görə, Qarabağda ermənilərin S-300 kompleksi mövcud olmayıb. Yalnız döyüş əməliyyatları zamanı Ermənistandan gəlib yerləşmələri üçün onlara Xankəndi yaxınlığında ayrılmış post yeri var. Görüntülərdə yer alan S-300-lər Qarabağ ermənilərinə dəstək nümayişi üçün təlim zamanı Ermənistanın Gorus rayonundan gətirilməsi və ya kadrların elə oradaca çəkilməsi ehtimalı var.
Təlimlərdə Qarabağdakı separatçıların istifadəsindəki 82 mm çaplı 2B9 “Vasilyok” avtomatik minaatanları da diqqət çəkib. Əvvəlki illərdə keçirilən təlimlərdə Qarabağdakı erməni birləşmələrinin silahlanmasında “Vasilyok” minaatanının olmasını əks etdirən heç bir görüntüyə rast gəlinməyib. 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin APA-ya verdikləri məlumata görə, qeyd olunan dövrdə ermənilər tərəfindən iki dəfə bu minaatandan istifadə faktı qeydə alınıb. Erməni silahlı dəstələrinin əlində olan 2 ədəd “Vasilyok”dan biri Ağdam rayonunun Orta Güneypəyə kəndi yaxınlığında Daxili Qoşunların, digəri isə Çıldıran yüksəkliyi yaxınlığında Milli Ordunun əsgərləri tərəfindən qənimət götürülüb. Son təlimdə yer alan minaatanların Qarabağdakı hərbi birləşmələrin inventarına təlim ləvazimatı kimi daxil olduğunu güman etmək olar.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»