Воспоминания ветеранов

Автор
Сообщение
system
Новобранец
Сообщения: 37
Зарегистрирован: 15 авг 2013, 10:59

Благодарил (а): 1 раз
Поблагодарили: 2 раза

Re: Воспоминания ветеранов

#61 Сообщение system » 31 авг 2013, 11:59

http://etatist.com/xeber/8348-srdar-hmi ... aqlad.html" onclick="window.open(this.href);return false;

Sərdar Həmidov Kəlbəcərin işğal səbəbini açıqladı

Oxunub : 4721 Tarix : 20-08-2013, 12:01
"Ağdərə alındıqdan sonra, hətta Mühəndis İstehkam Bölüyünün belə buraxılmadığı, ərazilərə - Kəlbəcər yolunun açılmasından sonra, Kəlbəcərə getmək mənə nəsib oldu"
Sərdar bəylə müsahibəyə bir həftə öncə qərar verib xeyli sual hazırlamışdım. Qısa zaman içində, onun haqqında deyilən, yazılan nə varsa hamısından çıxarışlar edib, suallarıma güc qatırdım. Çünki, bu mənim birinci müsahibəm olacaqdı. Həm də Azərbaycanın müharibə boyu yeganə işğal edilə bilməyən, Tərtər rayonu icra hakimiyyətinin başçısı Tərtər batalyonunun komandiri ilə. Bu müsahibədə xeyli məsələni özüm üçün də aydınlaşdırmaq istəyirdim. Rəhbərliyə deyib, zəng elədim razılaşdıq. Xeyli məsələlərdən danışdıq, Müharibədən, 4 iyun qiyamına, Elçibəydən Heydər Əliyev hakimiyyətinə qədər, həbsindən, onu həbs olunduğu zamanlarda müdafiə etməyənlərə qədər..

Etatist.com-un müsahibi Qarabağ müharibəsi zamanı, ətraf rayonlar sırasında işğal edilə bilməyən Tərtər rayonunun sabiq icra başçısı Tərtər batalyonunun komandiri Sərdar Həmidovdur.

- Sərdar bəy, 1992-ci il may ayının 15-də baş verən hakimiyyət çevrilişindən öncə siz artıq Tərtərdə hər şeyi öz nəzarətinizə götürmüşdünüz. Hadisələr necə baş vermişdi?
- Elan olunmamış müharibə başlayandan Tərtərdə vəziyyət çox ağır idi. Mən o vaxt Rayon İstehlak Cəmiyyətinin sədri idim. 150 il qabaq salınmış, ermənilərlərin ən böyük yaşayış məntəqələrindən biri Mərquşavan kəndi ilə Tərtərin arası 2 kilometrdir. Ağır vəziyyət idi, Tərtəri ermənilər tez-tez "Qrad"la vururdu - Kristal-1, kristal-2 ilə. İcra başçısının qonşusunun evini "Qrad"la vurmuşdular, iki nəfər həlak olmuşdu. May ayının 12-də Rayon Sovetinin sessiyasında iştirak edirdik, rayon icra hakimiyyətinin başçısına dedim ki, sənin buranı qorumaq fikrin var yoxsa yoxdur?
O da dedi ki, qoruya bilmirəm, bacarırsan gəl qoru. Dedim əhalini səfərbər etmək lazımdır. Elə bugündən etibarən məsuliyyəti öz üzərimə götürdüm. Camaat Respublika rayonları sırasında birinci dəfə Tərtərdə, tribuna deyilən yerə toplanmışdı. Fərman yox idi, amma icra başçısının səlahiyyətini icra edirdim. Ayaz Mütəllibov hələ hakimiyyətdə idi. Mən rayona faktiki rəhbərlik edəndən sonra, ermənilər 17 kilometrə qədər geri oturdular. Artıq, "Qrad" qurğuları Tərtəri vura bilmirdi - məsafə buna imkan vermirdi. Tərtərdə mitinq keçirilən zaman orda çıxış edib, camaatı əmin etdim ki, rayonu tərk etmək lazım deyil. Buna qədər elə bir vəziyyət yaranmışdı ki, camaat rayondan qaçmaq üçün Tərtər körpüsünün üstündə biri-birini əzirdi. İnsanlar da artıq müdafiə prosesində rayon rəhbərliyinin mövqeyini görüb mənə inanmağa başladı.

- Mayın 15-dən neçə gün əvvəl rayonda nəzarət sizin əlinizdə idi artıq?
- Rayonda üç 3 ay idi ki, gərginlik hökm sürürdü. Mən, nəzarəti aprel ayından nəzarətə almışdım. Bundan sonra da bir sıra əməliyatlar keçirdik. Hələ hakimiyyət dəyişikliyi olmamışdan 10 gün qabaq Tərtərdə vəziyyət sakitləşmişdi. Vəziyyət tam nəzarətimdə idi. Hakimiyyət dəyişdikdən sonra, həm də Ərazi Müdafiə Komitəsinin sədri oldum. Hər həftənin 6-cı günü, lazım olarsa hər gün, polis, prokuror, məhkəmə, hərbi polis hamısı ilə iclas keçirirdim.

"Yerli özünü müdafiə batalyonlarının, rəsmi şəxsləri vecinə almadığı bir dövr idi"

- Bu iclaslar nəyə xidmət edirdi?
- İdarə etmənin güclənməsinə. Sizə bir şey danışım: Bir dəfə bizə yuxarıdan göstəriş gəldi ki, Uzundərədə "Qrad" qurğuları var, ordan gedib hərbi sursat götürək. Mən özüm də getdim. Polkovnik Elxan Orucov da orda idi. Elxan dedi ki, Qatır Məmməd vermir hərbi sursatı. Təsəvvürünüzə gətirirsiniz, yerli özünü müdafiə batalyonlarının, rəsmi şəxsləri vecinə almadığı bir dövr idi. Yaxınlaşdım ona dedim ki, mən filankəsəm sursatı aparmağa gəlmişəm. Ordakı sursat da cəbhə bölgəsi boyunca bölünmüşdü. Biz də ərazimizə düşən sursatı aparmaq istəyirdik. Bu silahlar Sovetdən qalmışdı. Dedi "mən Ağdamın sursatını heç kimə verə bilmərəm". Dedim ay kişi, bu Ağdamın sursatı deyil, bu sovet hökumətinin sursatıdır. Ağdamın zavodu var? Razı olmadı. Bir də yaxınlaşdım dedim ki, "məni tanıdın"? Bu sənin işin deyil ki, silahı verməyəsən. Tərtər Azərbaycanın rayonu deyil?- deyirsən Ağdamın silahını heç kimə verə bilmərəm. Daha o biri mərhələni demirəm... Silah sursatı aldıq, yığdıq maşına. Çox qəribə bir vəziyyət var idi.

Ağdərənin böyük qəsəbələrindən biri, Mərquşavan kəndi düşməndən azad edildi. Hardasa 16-17 kilometr içəri girdik. Getdik Kəlbəcər yolundan Tərtər su ambarına ayrılıb gedən yola çatdıq - Ağdərənin 5-6 kilometrliyinə. Orda yüksəkliklər var, mən onların hamısını əzbər bilirəm - 420, 525, 701, 708. Heç polkovniklər onu belə göstərə bilməz. Mən orda o qədər olmuşam ki, hamısını əzbər bilirəm.

- Marağa əməliyyatında iştirak etmisinizmi?
- Müharibənin birinci alovlanan yerlərindən biri Marağa olub. Müharibə elə bir şeydir ki, sağın, solun, alırsan düşmən məcbur olur qaçır. Ermənilər də qaçmışdılar. Elə vaxt olurdu ki, mülki əhali məndən qabaq girirdi kəndə - taxta filan aparmağa. Mən azadlıq verirdim. O, əməliyyatların hamısına rəhbərlik etmişəm.

"Briqada komandiri könüllülərdən qorxurdu"

- Elçibəy hakimiyyətə gəldikdən sonra təmas xəttində olan Azərbaycan Silahlı Qüvvələri üç istiqamətdən Qarabağa hücuma keçdi. Ancaq, yalnız Ağdərə istiqamətində nailiyyət əldə olundu bunun səbəbi nə idi?
- Bəli, üç istiqamət - Biri Ağdam istiqaməti idi, biri Tərtər istiqaməti, biri də Fizuli istiqaməti idi. O biri istiqamətlərdə niyə uğursuzluq oldu, bu biraz çətin sualdı. Mən bildiyim qədəri ilə həm icra başçılarında zəiflik var idi, həm də könüllüləri hərbiyə tabe edən rəhbər yox idi. Briqada komandiri könüllülərdən qorxurdu. Heç bir söz deyə bilmirdi. Onlar da gedirdilər 5-6 güllə atıb qayıdırdılar ki, "müharibədən gəlirik". Elə bil idarəyə, işə gedib axşam qayıdırdılar geriyə. Getdikləri yerdə qalmalı idilər, müharibənin strategiyası bunu tələb edir. Səhər açılmamış artileriya qurub bir də irəli getməlidilər.

Şəxsən, Tərtər batalyonun komandiri, Tərtər rayonu icra hakimiyyətinin başçısı olaraq, mən döyüş əməliyatlarında iştirak edirdim. Ağdərə işğaldan azad ediləndə, orda idim, şəhərə də əsgərlərimizlə, döyüşçülərlə birlikdə girmişdik. Hətta, Ağdərənin icra hakimiyyətinin binasının qarşısında maşını saxlayıb, Azərbaycan bayrağını verdim sürücüyə dedim "ordan erməni bayrağını çıxar bizim bayrağı tax ora". O da getdi erməni bayrağını tulladı, bayrağımızı vurdu ora. Ondan sonra əsgərlər bayrağı görüb lap ürəkləndilər. Əsgər rəhbərini yanından görməlidir. Ermənilər də təşvişdə idi, qaçırdı. Ağdərə alınandan sonra orada ilk toyu mən etmişəm. Bütün xərcini özüm çəkdim. Səhv etmirəmsə 1992-ci ilin oktyabr ayında. Elədim ki, görsünlər ki, erməni uzun müddət bura qayıdası deyil. Burda yaşayalar, qaçmasınlar. Camaat orda toy elədi, əməlli-başlı yaşayırdılar. Sonra o biri istiqamətlərdə döyüş alınmadığı üçün qorxulu oldu. Orda Mehmani yüksəkliyi var. O yüksəklik alındı.

"Könüllülər, müharibədən başı çıxan, yüksəklikləri tanıyan hərbçilərə tabe olmurdular"

- O biri əməliyyatların uğursuzluğunun səbəbi nə idi?
- Rayonlara yerləşdirilən könüllülərdə yetəri qədər silah var idi. Könüllülər, müharibədən başı çıxan, yüksəklikləri tanıyan hərbçilərə tabe olmurdular. Birlik yox idi. Ona görə də irəliləyə bilmədilər. Briqada komandirləri qorxurdular. Ağdamda briqada komandiri Elxan Orucov, Tərtərdə Nəcməddin Sadıqov, Kəlbəcərdə rəhmətlik Zaur Rzayev. Müharibənin ağır vəziyyətində komandanlığı dəyişmək olmazdı. Məsələn, Zaur Rzayev Kəlbəcər tərəfdən yaxşı hərəkətlər elədi. Kəlbəcər yolu işğal altında olan zaman da heç işğal edilə bilmədi. Ancaq Ağdərə bizim nəzarətimizdə ola-ola - silah sursatı, təması olan bir rayon işğal edildi. Çünki, komandanlığı anidən dəyişdilər. Yerinə Qənizadəni qoydular. Hansı ki, Şuşa gedəndə orda olub, Xocalı qırğınında Şuşada olub. Həmin Qənizadəni gətirdilər qoydular ora.

"Qənizadə və Elbrus Orucov harda olurdusa o torpaq "yanırdı""

- Nəcməddin Sadıqovla dostluğunuz olduğu halda Tərtərdən bir çox generalları o cümlədən Elbrus Orucovu qovmusunuz...
- Nəcməddin Sadıqovla mənim dostluğum müharibə dostluğu olub. Mən 1992-ci ilin iyun ayında tanımışam onu. Başqa mənim onunla heç bir dostluğum olmayıb. Qənizadə və Elbrus Orucov harda olurdusa o torpaq yanırdı. Bəli, mən onu qovmuşam. Onlar harda olubsa ora yoxdu.

Bir hadisə danışım: Ermənilər əks hücumu zamanı, Mərquşavanı vururdular onda dedi ki (Elbruz Orucov- red.),"armiyanı çerez pol çasa budut zdes". O, orda panika yaradırdı. Mən də saldım otağa, ağzın bağladım - hardasa 1993-cü ilin axırı idi. Ermənilər geri oturdulandan sonra qapını açdım. Nəcməddin ləyaqətli zabit idi, güclü, döyüşən, enerjili idi. Amma fərdi adamlardan, azərbaycanlılardan qorxurdu, könüllülərdən qorxurdu, ondan da qorunurdu. Həmin o adamları döyüşdən çıxartdım. Çünki döyüş vaxtdı mal çıxarırdılar, döyüşü unudurdular. Hətta 1992-ci ilin iyun ayında əllərindən silahı aldım dedim çıxın gedin. Bir dəfə döyüşdə toyuq fermasına çatanda bəziləri toyuqları qoltuğuna vurub çıxıb getmişdilər. Aparırdılar ətraf rayonlara satmağa nədisə bilmirəm... Amma Nəcməddin döyüşən idi, sadəcə şöhrətpərəst idi. Məni də həbs elədilər, ondan sonra Nəcməddin qorxusundan mənə salam verə bilməzdi ki... Nəcməddin Dərbəndli idi. Mən onların evində də olmuşam, elə o vaxt Dərbənd məscidinə bir milyon ianə də vermişəm.

- Elburus Orucov Heydər Əliyevə şikayət vermişdi...
- O şikayət vermişdi ki Sərdar məni vurub. Heydər Əliyev də dedi ki, "niyə döymüsən Elburusu?". Mən də dedim ki "mən onu döyməmişəm. Siz Tərtər su anbarının açılışına 1972-ci ildə gələndən Mərquşavan kəndini yaxşı tanıyırsız. Mərquşavan, kəndinin taxıl zavodunun idarəsi ruslarda idi. Gəlib orda camaata deyir ki, "armiyanı çerez pol çasa budut zdes". Mən də bunu saldım otağa, ağzını bağladım, sonra açdım, bir pivə də verdim içdi”. Bu da (Heydər Əliyev- red.) gülümsədi, susdu. Orda Heydər Əliyev məni müdafiə etdi, amma nə dediyi tam yadımda deyil, unutmuşam.

"Kəlbəcər çox havayı getdi"

- Kəlbəcərin işğalı ilə, Cəbhə hökumətinin çöküşü başladı. Kəlbəcərin işğalı ilə bağlı bilgiləriniz maraqlı olar. Bildiyim qədəri ilə siz Ağdərə alındıqdan sonra Kəlbəcərə gedən birinci şəxs olmusunuz.
- Kəlbəcər yolu açılanda Qorxmazlı yüksəkliyi alındı. Bu 1462-ci yüksəklik, Tərtər Kəlbəcər yolu üzərindəki ən böyük yüksəklikdir. Həmin yüksəklik ətrafında çox ağır, döyüşlər gedirdi. Qorxmazlı kəndinin ətrafında əvvəllər yunanların yaşadığı kənd var idi, sovet hökumətindən də qabaq, daş kömür ixrac edirdilər. Ordan keçəndə sonradan general-mayor rütbəsinə yüksələn Belarusiya əsilli Vasiakla görüşdüm. Mənə dedi ki, döyüşlər gedir, indi sən getmə başqası getsin. Dedim bağrım partlayır, özüm gedəcəm, atamın qəbrini ziyarət etmək istəyirəm. Oturdum maşına İlhama (sürücü- red.) dedim sür. Getdik ki, körpünü partladıblar. Aşağıda Tərtər çayının üstündə asma körpü var idi. Ordan getdik.

Bununla da Ağdərə alındıqdan sonra, hətta Mühəndis İstehkam Bölüyünün belə buraxılmadığı, ərazilərə - Kəlbəcər yolunun açılmasından sonra, Kəlbəcərə getmək mənə nəsib oldu. Daha sonra İsgəndər Həmidov gəldi, kəlbəcərlilərə də müraciət olundu ki, səfərbərlik elan olunub, sərhəddə durun, iləri getmək lazım deyil. Yol açılıb, bu yol ilə də Kəlbəcərə silah daşınır. Bilmirəm, başa düşmədilər ya nə isə, Kəlbəcər çox havayı getdi. Çünki, bayaqdan mühasirədə olan Kəlbəcər yerində idi, amma yol açıldı silah gedir, tank gedir, texnika, əsgər getdiyi halda işğal edildi. Bilirsən müharibə görməmiş insanlar idi, 1992-ci ilə kimi - 20-30 il ərzində adamlar mal-qarasını satıb hamısı övladını əsgərlikdən saxladırdı, icazə vermirdi əsgərliyə getsin. Demək olar ki, azərbaycanlı əsgərliyə getmirdi. Hamısı əsgərlikdən qalırdı, eləcə də kəlbəcərlilər.

"Bir mayor qaçırdı, əlində də "PK" pulemyotu"

Kəlbəcərə işğal təhlükəsi yaranandada Nəcməddin Sadıqovla ora getmişdim. "Hava limanı" deyilən yer var, orda bir mayor qaçırdı, əlində də "PK" pulemyotu. Qışqırır ki, "bizi satıblar". Bunu saxladım, dözmədim buna bir sillə vurdum. Dedim "hökumətin pulemyotu sənin əlində, silah əlində mülkü əhalini qoyub qaçırsan özü də çığırırsan ki, "bizi satıblar". Sən bu camaatı satıb qaçırsan, ay alçaq, gəl görüm səni kim satıb?!" Bu hadisənin ardını danışmıram ama orda onu saldım təpiyin altında döydüm. Az qala öldürürdüm. O gərək düşünə ki, erməni gələr camaatı qırar, mən dayanmalıyam.

İndi hər il Kəlbəcərin işğalının il dönümündə, bəzi öyrədilmiş adamlar deyirlər ki, "Zaur Rzayev bizi satdı". Zaur Rzayev Kəlbəcər briqadasının komandiri idi. Talışdı, lənkəranlı idi. Rusdan qalma general idi, ağıllı adam idi. Zaur Rzayevi dəyişəndə Kəlbəcərin bir kəndi də getməmişdi, yol da işləyirdi. Zaur Rzayevin Kəlbəcər yolunun açılmasında da xidməti oldu. O vaxt hətta ona dedim ki, "cənab general mənə kömək et Kəlbəcər yolu açılsın, sənə bir maşın bağışlayım". Maşını da alıb qoymuşdum Tərtərdə. O, yol açılanda Kəlbəcərdə mitinqdə maşının açarını verdim, dedim "qoy cibinə, maşın Tərtərdə İcra Hakimiyyətinin həyətindədir gedəndə götürərsən". Zaur da maşını götürdü, çıxdı getdi. Sonra ölməmişdən qabaq qarşılaşdıq - Günəşlidə yaşayırdı. O vaxt dedi ki, "yaxşı ki, bu maşını mənə bağışladın, piyada qalmadım". Qənizadə də Kəlbəcərin müdafiəsini təşkil edə bilmədi, o boyda rayon alındı, özü də indi hardasa işləyir və kef edir. Heç olmasa bir cəza da almadı ki, bu Kəlbəcər hardadı, nə də kəlbəcərli demir ki, Qənizadə cəzasını alsın.

- Atəşkəs məsələsini Yevlaxda birinci dəfə siz qaldırmışdınız. Qarabağ və ətraf rayonlarının icra başçılarının toplantısında...
- O, toplantıda çıxış edən Qarabağın həmsərhəd rayonları və eləcə də Qarabağın icra başçılarının hamısı hələ çıxış edib deyirdilər ki, vuracağıq, dağıdacağıq...

"Heç Ağdamı qoruya bilmədilər ki, erməni ordan silah daşıya bilməsin"
Sərdar Həmidov Kəlbəcərin işğal səbəbini açıqladı
- Neçəndi il idi ?
- 1993-cü il idi, hardasa iyul-avqust ayları. Mən söz aldım Rəsul Quliyevə dedim ki, "Yaxşı olar ki, Heydər Əliyev öz nüfuzunuzdan isdifadə edib atəşkəsə nail olsun. Bunlara inanmayın. Bunlar indiyə kimi nə etdi ki? Yalandan vuracağıq, uçuracağıq, dağıdacağıq deyirlər. Bu müharibə bircə Tərtərdə olmayıb ki. Müharibə Füzulidən tutmuş Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər bunların hamısında olub. Siz elə bilirsiniz Qarabağı erməninin almağı asan idi? Erməni silahı Sırxavəndin içindən keçirib gətirirdi (Sırxavənd Ağdamın kəndidir- red.). Heç Ağdamı qoruya bilmədilər ki, erməni ordan silah daşıya bilməsin. Dedim atəşkəsə nail olmaq lazımdı, bunlar yenidən harda müharibə etmək istəyir? Boş-boş danışırlar". O da etiraz etmədi. Yəqin ki, gerçək vəziyyətdən xəbəri var idi, çıxışımdan razı qalmışdı.

- Sərdar bəy Tərtər istiqamətindən 2000 kv km ərazi düşmən tapdağından azad edilmişdi. Ermənilər bundan sonra təşvişə düşdüklərini, müxtəlif mətbuat orqanlarında yazıblar. Ermənilərin sülh istədiyi də deyilirdi. Doğrudurmu bunlar?
- Bəli. Ermənistanın bundan əvvəlki prezidenti Robert Köçəryan o zamanlar Qarabağ döyüşlərinə ermənilər tərəfindən komandanlıq edirdi. O, bir dəfə rabitə ilə əlaqəyə girib, sülh istəyirdi. Mən də dedim ki, mən balaca adamam bunu Respublikanın rəhbərliyi ilə danışmaq lazımdır.

- Köçəryan özü danışdı sizlə?

"Media yanımda ona görə yox idi ki, hamısına pul verirdilər"
Sərdar bəylə müsahibəyə bir həftə öncə qərar verib xeyli sual hazırlamışdım. Qısa zaman içində, onun haqqında deyilən, yazılan nə varsa hamısından çıxarışlar edib, suallarıma güc qatırdım. Çünki, bu mənim birinci müsahibəm olacaqdı. Həm də Azərbaycanın müharibə boyu yeganə işğal edilə bilməyən, Tərtər rayonu icra hakimiyyətinin başçısı Tərtər batalyonunun komandiri ilə. Bu müsahibədə xeyli məsələni özüm üçün də aydınlaşdırmaq istəyirdim. Rəhbərliyə deyib, zəng elədim razılaşdıq. Xeyli məsələlərdən danışdıq, Müharibədən, 4 iyun qiyamına, Elçibəydən Heydər Əliyev hakimiyyətinə qədər, həbsindən, onu həbs olunduğu zamanlarda müdafiə etməyənlərə qədər...

Etatist.com Qarabağ müharibəsi zamanı, ətraf rayonlar sırasında işğal edilə bilməyən Tərtər rayonunun sabiq icra başçısı Tərtər batalyonunun komandiri Sərdar Həmidovla müsahibənin ikinci hissəsini təqdim edir:



- Köçəryan özü danışdı sizinlə?
- Bəli. Tərtər istiqamətində gedən döyüşlər onların inancını qırmışdı. Eyni zamanda bizim əhalidədə böyük ruh yüksəkliyi yaratmışdı. Xankəndinin ətrafına dislokasiya olunmuşduq. Bilirsiniz bu nədir? - Bu artıq qələbənin bir addımlığı deməkdir. Ancaq, təəsüf ki, bizim əməyimizə layiqli qiymət verilmədi. Amma incimirəm də. Mən vətənimə, xalqıma xidmət etmişəm. Lazım olsa yenə, edəcəm.

"OMON-çular Füzulini qoyub gəliblər ki, qələbə var burda, özlərini göstərsinlər"

Bilirsiniz, müharibəyə qarət üçün gələnlərin sayı da az deyildi. Elə əsgərlər var idi, mağazaları yağmalayırdı. Ağdərə azad olunandan sonra OMON-çular Füzulini qoyub gəliblər ki, qələbə var burda, özlərini göstərsinlər. Guya bunlar dağıdıb düşmənləri. Ağdərədə mis açarlar var idi. Televiziaya baxırdım bir də gördüm ki, OMON-da tanıdığım adam açarlardan birini götürüb, gəlib prezident aparatına Elçibəyə verir ki, bu Ağdərənin simvolik açarıdır. Ağdarənin qapısı var ki, simvolik açarı olsun. Çox gülməlidi. Bunlar bir güllə atmadan gəlmişdilər Ağdərəyə. Bizim millət də elə bilir ki, onlar vuruşub. Vuruşmayıblar heç vuruşmağın da nə olduğunu bilmirlər. Şuşada oldular, indi Şuşa yoxdu. Şuşada "Qrad" qurğusu var idi, Rəhim Qaziyev də orda idi. Xocalını da qıranda, "Qrad" var idi. İyirmi dörd kilometr vurur. Tam vurmasa da Xocalını vura bilərdilər ki, erməni dayansın. Amma bir dəfə də atəş açmadılar. Atəş açmırdılar düşməni dayandırmağa. Rəhim Qazıyev elə bildi ki, müharibə bitib, keçdi dövlət yıxmağa. Onu da o vaxt işdən çıxardılar ki, özləri artıq yıxılırdı, o, özü də buna razılıq verdi.

"Qarabağı ya başa düşməyərək, ya da başa düşərək satqınlıq nəticəsində veriblər"

- Sərdar Həmidov məğlub ölkənin, bütün cəbhə boyu işğal edilməyən tək rayonunun komandiri, icra başçısı olub. Tərtər işğal ediləcəyi təqdirdə hansı addımı atardınız? Nəyi gözə almışdınız?
- Sual həm gözəl sualdı, həm də çətin sualdı. Başda müdafiə naziri olmaq şərti ilə hamı deyirdi ki, Şuşa getsə başıma bir güllə vuracam. Bu çox sarsaq bir sözdü. Sən niyə öz başına bir güllə vurursan ki? O başına vurduğun gülləni vur düşmənə, düşmən də sənə otuz güllə vursun. Sən bir gülləyə bir düşmən öldürdün, düşmən otuz gülləyə səni öldürəcək. Bu olar qəhrəmanlıq.

İkinci tərəfi odur ki, Tərtər Ərazi Müdafiəsi Komitəsinin sədri olmuşam. Mənim üçün böyük xoşbəxtlikdir ki, ümumilikdə Azərbaycanın bir hissəsi qorunub - xırda da olsa. Bu uğura görə özümü xoşbəxt hiss edirəm, tərtərlilərə də təşəkkür edirəm ki, mənə inanıb heç biri yurd yuvasını qoyub qaçmayıb. Hətta elə söhbətlər olub ki - "Sərdar Həmidov ölümdən qorxmayıbsa biz niyə qorxmalıyıq". Bununla bərabər Tərtərdə silaha sarılanlar, Tərtərə gəlib əlində silah bizə qoşulanların hamısına, Tərtər döyüşlərində iştirak edən Tərtərlilərin hamısına bildirirəm ki, böyük cəsarətlə oranın qorunmasında həm vuruşanlar həm də arxada onlara su verənlər çox ciddi çox qorxulu əziyyətlər çəkib. Amma bunun hamısına baxmayaraq heç kəs orda panika yaratmayıb. Bizim evin işiğı yananda bizim küçədə hamının işığı yanırdı. Onda mən qürur duyurdum ki, camaatımız ürəklidir. Ona görə də rəhbərliyə gələndə də Tərtərin qorunmasını arzu edib gəlmişəm ki, Allah kömək etdi. Dağlıq Qarabağın daxilində, onu sərhəddində olan rayonlar işğal edilib. Halbuki o rayonların elələri var idi ki, Dağlıq Qarabağ tərəfdən 6 briqada döyüşçüsü var idi. Bir biriqadada 3 min əsgər olub, bütünlükdə 18 min əsgər edir. Bizim 18 min yox 38 min əsgərimiz olub. O 38 min əsgərin aşağısı 25 mini dövlət sərhəd qoşunlarında xidmət etmiş 30 yaşlı, 35 yaşlı, 42 yaşlı sovet hökumətinin ordusunda xidmət edən adamlar idi. O adamlar qorumalı idi, amma qorumadı. Bu gün də deyirəm - Qarabağı ya başa düşməyərək, ya da başa düşərək satqınlıq nəticəsində veriblər. Yiyəsizlik, sahibsizlik həmişə qorxu yaradır. Tərtər rayonunda bir nəfərdən başqa itkin düşən heç kim olmayıb. Tərtərdə şəhid olanların hamısı tapılıb necə lazımdı evinə göndərilib. Yasına da lazım olan çay, un, düyü hər şey verilib. Bir əsgər şəhid olmuşdu dustaqlarla birlikdə gəlmişdi onun adına küçə vermişdik - adı Əli idi.

"Mənə deyəndə ki, sən Eldar Həsənova suiqəsd hazırlamısan, mənə çox gülməli gəldi"

- Sizi niyə həbs etdilər?
- Atəşkəsdən 45 gün sonra 1994-ci ildə işdən azad olunmuşam, 1997-də də həbs olunmuşam. Mən, Eldar Həsənovun baş prokuror olduğu zamanda, haqsız olaraq həbs edilmişəm. Həm də onun özünə suiqəsdə təqsirli bilinmişəm. Mənə deyəndə ki, sən Eldar Həsənova suiqəsd hazırlamısan, mənə çox gülməli gəldi. Çünki, ona süiqəsd hazırlamaq nə lazım idi ki? Bizim qohumluq əlaqələrimiz var idi, gedərdim evlərinə başına bir güllə vurardım. Ya da bir yerdə çay içəndə vurardım. Bu nə hazırlıq imiş ki, belə mən bilmirəm və burda motiv yoxdur. Mən prokurorluq işçisi deyiləm, Eldar Həsənovla bizim heç bir düşmənçiliyimiz yoxdur. Eldar Həsənovun anasına elçi gələndə bir kəlmə ilə mənim atam vermişdi. Eldar Həsənovun bibisi, demək olar ki, mənim atamın bibisi qızıdı. Bunları başa düşə bilmirəm ki, bunun motivi nədi. Bu gündə oturub çox fikirləşirəm özümə sual verirəm ki, mən Eldar Həsənovu niyə öldürməliydim ki? Eldar Həsənovun bacısını mənim əmim oğlu alıb.

Əsrin əvvəlində Kürdoğlu Məhəmməd olub Dağlıq Qarabağın umudlu kəndindən. Anası Kolanı qızı, atası da Kəlbəcərin Qaraçanlı kəndindən olub. Əslində heç biri kürd olmayıb, amma insanlar, Kəlbəcərliyə, Laçınlıya həmişə "kürd" deyib. Bir gün - XI Ordunun əsgərləri gələn vaxt, gəlir görür ki, anası ağlıyır. Soruşur ki, niyə ağlıyırsan. Anası deyir "yüzbaşı erməni gəldi, vergi pulu isdədi, pul yox idi, məni döydü". Məhəmməd də gözləmir, gedir yüzbaşını çağırıb vurur. Gəlir anasına deyir ki, "ay ana yüzbaşı ölüb, camaat yasa gedir, sən niyə getmirsən?". Anası bilir ki, Məhəmməd yüzbaşını öldürüb. Sonra Məhəmmədi tuturlar. XI Ordunun əsgərləri gəlib onun oğlunu da anasını da güllələyirlər. Oğlunun adı da Yunus olur.

Sonra Məhmməd Şuşa türməsindən qaçır, onun ailəsini məhv edən adamların tayfasından 38 ada güllələyir. Araşdırırlar ki, Məhəmməd türmədən necə qaçıb, tapa bilmirlər. Gəlir o hala düşür ki, NKVD-də Ələkbər Abdullayev olur, Mircəfər Bağırov onu çağırır yanına deyir ki, "bu Məhəmməd kimdi ki, onu tuta bilmirsiz?". Abdullayev də hər şeyi olduğu kimi danışır. Bağırov ona deyir ki, Məhəmmədlə işiniz olmasın. Elə edin ki, daxili işlər nazirinin xəbəri olmasın. Məhəmmədi də tapın bu məktubu verin ona. Məhəmmədi tapırlar, o da Mircəfər Bağırova cavab yazır ki, "mən hökumətin düşməni deyiləm, amma bu tayfadan olan adamlar mənim qardaşımı, oğlumu, anamı öldürdü". Ondan sonra Bağırov Abdullayevə deyir ki, nə qədər ki, sən Kəlbəcərdəsən hökumət əsgərləri, hökumət polisləri Məhəmmədi vurmasınlar, özü bilər nə edir.

"Məni şəxsən Eldar Həsənovun özü tutmaq istəyib"

- Həbsinizin səbəbkarı Eldar Həsənov idi, ya yuxarıların göstərişi idi?
- Azərbaycan rəhbərliyinin xəbəri yox idi. Əgər olsaydı müharibəni bəhanə edib tutardılar. Deyərdilər silah, patron itib. Yox, əgər qardaşıma görə öldürmək istəmişəmsə, mən o qədər səhv edən adam deyiləm. Hakimiyyətə gələndə Eldar Həsənov qardaşımın müavini idi. Əslində bilmirəm ki, nə üçün mən onu öldürmək istəməli imişəm. Nəyə görə mən həbs olunmalı idim? Heç adam öldürənə 10 il vermirlər. Həbsdə də xəstələndim. Balaca bir qəlpə var idi bədənimdə. Onu müalicə etmək əvəzinə, vaxtını keçirdilər xəstəxanaya gec getdim. Sonra xəstəxanaya getdim onlar da sağalda bilmədilər. Hələ necə dözdüm, diri qaldım, bilmirəm.

Əgər məni tutmaq fikri olsaydı hakimiyyətin qiyamda iştirak edənlərin birini üzümə qoyardılar həbs etdirərdilər. Məni şəxsən Eldar Həsənovun özü tutmaq istəyib. Üzümə durmağa adam da tapa bilməyib. Yalandan da sual olunanda guya rəhbərliyə görə bunu öldürmək isdəyiblər. O, hara getsə dinc oturmur. Rumıniyada səfir olanda orda bir oyun çıxartdı, bir konsert verdi.

"Eldar Həsənov o qədər bu oyunu oynayıb ki..."

Mən istəyərəm ki, hakimiyyətin hörməti yüksək olsun, amma mən bir əlimlə ən azı 20 erməni öldürmüşəm, özü də əli millətimizin qanına batmış erməni. Sual verilir ki, ay səfir Eldar Həsənov, siz də biz olan tərəfdənsiz, qohumluğumuz da var, erməniyə bir güllə atmadınız, Tərtər tərəfdə qırılan erməni 1905-də qırılmamışdı. Yolun sağı, solu leş idi. Baxmayaraq ki, qırılan düşmən idi, adam onu görüb əsəbləşirdi. Leş leşin üzərində idi. Ağdərə olmuşdu şəhər. Bunun öhdəsindən gələn Sərdar Həmidovun günahı nə idi? Yalandan mənim üzümə durdun, 10 il mənə iş verdirdin? Günahım nə idi? Mən sənin əleyhinə bir yazı yazmamışam, sənə bir sillə vurmamışam. Adi bir misal deyim, Eldar Həsənov o qədər bu oyunu oynayıb ki... Respublika Prokurorluğuna OMON hücum edib, baş prokuror Əli Ömərov döyülüb, müavinlər Xanlar Vəliyev, bütün işçilər döyülüb, amma Eldar Həsənova bir çırtma da vurmayıblar. Sonra da prezidentin fərmanı ilə bütün döyülənlər işdən götürülüb, Eldar Həsənov baş prokuror olub. Görün, hər şeyi nə qədər gözəl oynayır. Rəhmətlik Rövşənlə Eldar bir-birlərinə "əmi oğlu" deyirdilər. Bəlkə də o dəvət etmişdi ki, gəlin bunları döyün öldürün. Eldar hər zaman belə işlərlə məşğul olub.

"Media yanımda ona görə yox idi ki, hamısına pul verirdilər"

- Niyə sizin müdafiəniz, istər media sahəsində istər hüquq müdafiəçiləri səviyyəsində bu qədər zəif idi?
- Media yanımda ona görə yox idi ki, hamısına pul verirdilər. Mətbuatda bir qrup var, dörd beş nəfərdən ibarət. Əgər bu düzgün, Elçibəylə hakimiyyətə gələn mediadırsa yazardı. Lap mən düşmən də olsam, qeyrətlərin qoysunlar qabaqlarına baxsınlar, görsünlər mən kim olmuşam. Bütün müharibə ərzində iki il maşında yatmışam, rahat yuxu üzü görməmişəm. Tərtərə girsəydi erməni, Yevlaxa qədər alacaqdı. Qazax Naxçıvanın vəziyyətinə düşəcəkdi. Bunu bugünkü rəhbərlik də bilir, qabaqkı rəhbərlik də, Nəcməddin Sadıqov da bilir, Əbiyev də bilir, Moskvadakı Məmmədrəfi də, həmin o başı kiçik uğurdan gicəllənən Qazıyev də bilir.

"Qiyam yatırmağı Azərbaycan milli hakimiyyəti, bir gün Azərbaycan ordusunda işləməyən, bir gün Azərbaycan polisində işləməyən, prokurorluğunda işləməyən, qəfildən Azərbaycana gələn İsa Sadıqovun rəhbərliyinə tapşırdı"

- 4 iyun qiyamı zamanı rayonu tərk etməyən, Surət Hüseynovun qiyamına boyun əyməyən yeganə başçıda siz oldunuz...
- 4 iyun qiyamından bir həftə qabaq mənə bu qiyamda iştirak etmək təklif edilib. Mən qəbul etmədim və dedim ki, bura gələn olsa məhv olacaq. Yuxarı da məlumat verdim ki, qiyam hazırlanır. Amma məni dinləyən olmadı. Qiyamı təklifini mən tutulan vaxtı etsəydilər yenə razılaşmazdım.

Bütün icra başçıları qəbul etdi. Mən dedim ki, "Mən Bakıdakı hökuməti tanıyıram". Surəti də Rəhim yoldan çıxardı. Surət hərbi ilə əlaqəsi olmayan adam idi, amma qabaq canfəşanlığı çox idi. Əvvəllər könüllülərə maddi kömək edirdi, sonra Rəhim korpus yaratdı, "konsert verdi". İndi elə şeylər var ki, adama çox gülməli gəlir: Surət gilin qiyamı. Qiyamı yatırmağı Azərbaycan milli hakimiyyəti, bir gün Azərbaycan ordusunda işləməyən, bir gün Azərbaycan polisində işləməyən, prokurorluğunda işləməyən, qəfildən Azərbaycana gələn İsa Sadıqovun rəhbərliyinə tapşırdı. Gedib girdi Surətin yanına rusca deyib ki, "imenim zakona vı arestovanı". Surət də bir sillə vurur buna, atır haupvaxta, qalanını da həbs etdirir. Bir Fəhmin qaçmışdı. Sən belə qəhrəman əsgər idin, o vaxt gəlib döyüşərdin. Bir biriqada da götürüb, gəlib göstərərdin igidliyini, cəsarətini. İki il ikinci dünya müharibəsindən güclü müharibə gedib. İkinci dünya müharibəsində karabinlə vuruşurdular, sonra 16 güllə tutan bir silah çıxdı - "Kalaşnikov" - onunla vuruşurdular. "Qrad-1", "Qrad-2" atırdı, qırıcı MİQ-lər. O vaxt niyə gəlib vurşmurdun? Sovet hökuməti dağılanda bizə düşən silah Ermənistana düşən silahdan 4 dəfə çox idi. Vəzifəpərəstlər, satqınlar imkan vermədi, yoxsa torpaqlarımızın bir qarışı da işğal edilə bilməzdi. Hamı deyirdi rus döyüşür. Mən də hər zaman çıxışlarımda deyirdim ki, hərbi formada bir rus meyidi kim gətirib çıxarsa ona 10 min dollar verəcəm. Yox idi axı gətirsinlər, gərək ola ki, gətirsinlər. Ruslar gəldi Çeçenistanda müharibə etdi, 5-10 rus öldü, Rusiyada mitinq etdilər ki, "mənim uşağımın Çeçenistanda nə işi var?". Yadınızda deyil bu? Rus ana deyil? Soruşacaq ki, mənim oğlum niyə gedib Azərbaycana? Ayrı vaxtı avtovağzalda rusla mübahisə edirlər, amma müharibədə rus adı çəkiləndə qorxa-qorxa vətən məhv oldu getdi. Eldar Həsənov qardaşlarına bir batalyon verərdi də, yalandan Sərdarın üzünə durub tutdurmaqdansa.

Qiyamı yatırtmaq heç nə idi. Qiyamı yatırmağı gərək Tərtər batalyonuna tapşırardılar, gedib qiyamı yatırardım. Beş-altı kolxozçu götürüb, gedib yatırdacaqdım. Qiyam edənləri tanıyırdım da kimdi. Fəhmin qiyam yatırandı? O qiyamı Tərtər yatırtmalı idi. O söz rəhmətlik Elçibəyə deyilib, amma onun ətrafı qoymadı o işləyə. Orda cavan, ipə-sapa yatmaz adamlar var idi, imkan vermədilər.

"Görən mən nə etmişdim ki on il aldım?"

- İndi həyatınızdan razısız?
- Ona görə həyatımdan razıyam ki, yüz il sonra nəvələrim də, uşaqlarım da onların dostları da deyəcək ki, bizim içimizdən bir nəfərin atası Qarabağ müharibəsi görüb, o müharibədən də qalibiyyətlə çıxıb. Narazılığım da odur ki, görən mən nə etmişdim ki on il aldım? On il sonra da nə özüm nə övladım, nə övladımın dostları bir iş tapıb, işləyə bilmirlər. Ona görə narazıyam. Başqa nə lazımdır, kim acından ölüb? Çörək istəyib yemək ayıb deyil, lap birinə demək olar ki, mənə də çörək ver. Gedib oğurluq edəsi deyilik ki? Bal yeyən ilə pendir-çörək yeyənin arasında fərq yoxdur. Qəbrə gedəndə heç kimdən soruşmurlar ki, "sən bura nə yeyib gəlmisən?"

"Bunu Nəcməddin Sadıqov da inkar edə bilməz"

- Qarabağ müharibəsi zamanı iştirak etdiyiniz, hansı əməliyyat yadınızdadır? Onu danışmanızı istəyərəm..
- Ermənilər geri qayıdanda, Ağdamın Şotlandlı kəndini aldılar. Şotlandlı ilə bizim Qapanlı kəndi bitişikdir. Bərdə ilə Yevlaxın arasında rabitəyə çıxıb dedilər ki, ermənilər qapanlıya girib. Qayıtdım gəldim Qapanlıdan Qarağacı kəndinə dönən yerdə taxıl anbarı var. Bunu Nəcməddin Sadıqov da, o vaxtkı polislər də - heç kəs inkar edə bilməz. Gəldim anbarın qapısını açdım ki, anbar doludur adamla - əsgər, polis. Orda ona qışqırdım, buna qışqırdım, dedim "gəlib girmisiz bura bu da taxtadandı. Bunu yandırsalar hamınız qırılacaqsınız". Vasiak var idi, Nəcməddin idi bunları qatdım qabağıma gəldim Qapanlıya. Getdik oturduq bir mağazanın qabağında, erməni də topla, "Qrat"la, pulemyotla vura-vura gəlir. Bizim batalyonu çağırdım rabitə ilə. Dedim kanalın üstü ilə "urra" deyə-deyə Mənquşavandan gəlin Poladlıya tərəf.

Sonralar bir erməni var idi, o deyir ki, bu "urra" səsi bizi vahimiyə saldı ki, görən bu qoşun hardan gəlir. Vurduq erməniləri Qapanlıdan da çıxardıq, Şotlandlıdan da çıxardıq. Şotlandlının şərab zavodunun müdiri var idi, tapdım gətirdim dedim, dedim camaatınızı yığın. O da dedi yaxşı, sonra yoxa çıxdı. Şotlandlı qaldı yiyəsiz, amma Qapanlını götürdük, Şotlandlının da bir hissəsini. Ordan erməni girsə gəlib çıxacıydı dörd yola. İndi qiymət verən yoxdur. Qiymət verən Ağdam dörd yolun görsə, Ağdamdan gəlib Tərtərin sərhəddinə girəndə baxar görər ki, orda 40 minə qədər adam yaşayır, hamı ticarətlə məşğuldur. Bu Sərdar Həmidovun əməyi deyil? Bu kimin əməyidir? Vətənini qoyub qaçanların? Yoxsa Ağdamın icra başçısının?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#62 Сообщение smersh70 » 17 май 2014, 12:46

Телеканал ANS представил очередной сюжет об оккупированном районе, который начинается словами погибшего Национального Героя Чингиза Мустафаева:

«Сегодня 16 мая, час дня. В Лачине никого не осталось, хотя на территорию района не упало ни одного артиллерийского снаряда».

В сюжете говорится об отступлении войск национальной армии из Лачина, когда горстка славных сыновей Азербайджана, а также группа местных жителей, не отступили и сражались за район, пока не пали смертью храбрых.

Представляем данный сюжет, где основной вопрос звучит так: «Кто отдал войскам приказ об отступлении?»
http://www.youtube.com/watch?feature=player_detailpage&v=kR0ov3wWJDo
http://www.youtube.com/watch?feature=pl ... R0ov3wWJDo" onclick="window.open(this.href);return false;

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 13 раз

Re: Воспоминания ветеранов

#63 Сообщение revolution » 18 май 2014, 00:41

есть большая разница между армией и группами военных по интересам,которые представлены на видео.Для справки-Кабмин за неделю до падения Лачина принял решение эвакуировать все объекты из Лачина.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#64 Сообщение smersh70 » 18 май 2014, 01:41

revolution писал(а):Для справки-Кабмин за неделю до падения Лачина принял решение эвакуировать все объекты из Лачина.
и правильно сделал...правда обьекты -недвижимое,его нельзя эвакуировать..эвакуировать можно заводы,фабрики ,ценности...Теперь вам пример---в 41 году из Москвыеще до начала битвы под москвой эвакуировали все ценности,Ленина,Калинина,Президиум ВС СССР,дипкорпус,нет говоря о заводах....
вы можете пример привести Кировский завод---но он был в блокаде,его не могли эвакуировать....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#65 Сообщение smersh70 » 18 май 2014, 03:42

http://www.youtube.com/watch?v=1ThKZtipK6U
http://www.youtube.com/watch?v=1ThKZtipK6U" onclick="window.open(this.href);return false;
а его и поляничко так охаивали фронтисты :roll:

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Воспоминания ветеранов

#66 Сообщение mirotvores70 » 18 май 2014, 13:16

smersh70 писал(а):http://www.youtube.com/watch?v=1ThKZtipK6U
http://www.youtube.com/watch?v=1ThKZtipK6U" onclick="window.open(this.href);return false;
а его и поляничко так охаивали фронтисты :roll:
Жаль что много нюансов между сказанной и делом не всегда сходяться
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#67 Сообщение smersh70 » 18 май 2014, 13:40

mirotvores70 писал(а):между сказанной и делом не всегда сходяться
факт остается фактом-во времена поляничко наш флаг развевался на обкомом области--дороги контролировались,хотя и обстреливались,все наши жители жили в своих нас.пунктах..границу охраняла советская армия-худо бедно,но охраняла.Понятно что Поляничко был человеком центра,но наши интересы и интересы центра совпадали....муталлибов дурак,что не использовал его потенциал после августа 91 года....надо было оставить его в республике и дать какуюто должность.....

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Воспоминания ветеранов

#68 Сообщение Одиссей » 18 май 2014, 13:42

Сейчас он может сказать все что угодно. Надо всех судить по делам, а не по языку. Скажу честно, не знаю, что он сделал. Судя по тому, как Карабах у армян, значить он тоже несет ответственность за это преступление.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#69 Сообщение smersh70 » 18 май 2014, 14:21

Одиссей писал(а):Судя по тому, как Карабах у армян, значить он тоже несет ответственность за это преступление.
онто причем..карабах оттяпали после него ;) виноваты все мы,вместе....он был генералом во времена СССР и на момент 31 декабря 1991 года отлично выполнял свои функции.след.органы Азербайджана могли приехать в любой район,безопасность он обеспечивал.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: Воспоминания ветеранов

#70 Сообщение smersh70 » 27 июн 2014, 01:01

Изображение
Легендарный «Гюрза»: Я помогал им в Карабахе, но говорить о тех операциях я не имею права

«Если человек стреляет в меня, то это враг».

Oxu.Az со ссылкой на Vesti.Az, представляет публикацию из серии интервью с бывшими партийными, государственными, военными и общественными деятелями Советского Союза, которые в той или иной мере имели отношение к событиям в новейшей истории Азербайджана с 1988 по 1994 годы, а также с военнослужащими Советской армии и Внутренних войск МВД СССР, проходившими в те годы службу на территории Азербайджана.

Собеседник – личность воистину легендарная. Алексей Викторович Ефентьев — советский и российский офицер, выполнявший боевые задачи в Афганистане, Азербайджане, Чечне и Косово. Подполковник запаса. В Чечне командовал разведротой, которую прозвали «бешеной». Позывной Ефентьева в Чечне – «Гюрза» - был хорошо известен не только в мятежной республике, но и во всей России. Говорят, что именно Алексей Викторович был прототипом «Гюрзы» в фильме Александра Невзорова «Чистилище». За личное мужество при успешном выполнении задач, он трижды представлялся к званию Героя России, но так и не был награждён.

- Алексей Викторович, после службы в Каспийской флотилии Военно-морского флота СССР, Вы поступили в Бакинское высшее общевойсковое командное училище. Чем был обусловлен Ваш выбор, ведь в то время в СССР были и другие именитые военные вузы?

- Как Вы правильно отметили, я служил в Каспийской флотилии, и меня в какой-то мере очаровал город Баку. Он сейчас прекрасный, а раньше был очень интересным и красивым городом, эдакая смесь Востока и Запада. Мне очень нравились люди, жившие в Баку. Знаете, для меня очень важны человеческие отношения. В этом смысле Баку меня очень привлекал, и этим же был обусловлен мой выбор. Кроме того, в Баку проживал мой очень близкий друг детства.

- Насколько известно, Вы добровольно попросились служить в Афганистане, а после вывода войск, оказались в Азербайджане, где уже вовсю полыхал пожар в Нагорном Карабахе. Многие бывшие советские офицеры в интервью Vesti.Az признавались, что в Карабахе им пришлось непросто – в Афганистане они знали, где свой, а где чужой. А тут приходится стоять между двумя воюющими «братскими» народами, не зная, что делать. Вам не приходилось сталкиваться с подобным чувством?

- Нет, не приходилось. К местному населению я отношусь как к мирному населению, которое нужно защищать. Если человек стреляет в меня, то это враг. По большому счету, еще во время учебы в Баку, я сдружился со многими азербайджанцами, с которыми дружу до сих пор. Я поддерживаю отношения со своими бывшими однокашниками, с командиром взвода в училище – Джафаровым. Я приезжал несколько лет назад в Баку специально для того, чтобы увидеться с ним. Он до сих пор действующий офицер Вооруженных Сил Азербайджана.

Дело в том, что в советские времена около 70% учащихся и преподавательского состава в Бакинском высшем общевойсковом командном училище составляли азербайджанцы. Я хорошо знал обычаи и нравы азербайджанцев. И поэтому считал, что народ, который заслуживает уважения, нужно охранять.

Я служил в разведке, тем более, специального назначения, у нас была очень хорошая подготовка. Кроме того, мои товарищи, те, с кем я рядом жил, помогали мне ориентироваться в некоторых непростых ситуациях.

- Какие задачи ставились перед вашим подразделением?

- Прежде всего, хочу напомнить, что человек я был военный. Посему, задачи, которые ставило перед нами командование, даже в мирное время считаются секретными. И говорить о них даже сейчас, спустя столько лет, я не имею права. Скажу лишь, что перед нами не ставились задачи на уничтожение мирного населения. В основном, перед нами ставились задачи по ликвидации блокирующих элементов, деблокация населенных пунктов и, в крайнем случае – ответ на огонь по нам. Кроме того, мы принимали участие в обеспечении безопасности при вывозе семей военнослужащих и гражданского населения из числа армян на военные аэродромы или в аэропорт.

Я до сих пор тепло отношусь именно к азербайджанцам. Как бы не было это обидно другим национальностям. Еще раз повторяю – у меня было очень много друзей-азербайджанцев, поэтому я помогал им и в Карабахе, в частности, в Лачине, когда у вас только-только зарождалась своя армия. Я прекрасно понимал, кто и как сталкивал между собой азербайджанцев и армян. Больше я сказать ничего не могу.

- Вы прославились во время войны в Чечне. Скажите, в наши дни, когда встречаетесь с чеченцами, они не проявляют враждебность в отношении Вас?

- Нет, не проявляют. Тут точно такая же ситуация, как с азербайджанцами и армянами – когда они встречаются в России, то стараются не враждовать, так как по большому счету здесь им нечего делить.

Чеченцы прекрасно понимают, что я был военнослужащим. Если я бы отказался выполнять приказ, то меня ждал бы трибунал. Кроме того, никакой ненависти к чеченскому народу я не испытывал. И никогда не воевал с мирным населением.

- И последний вопрос. Сегодня, 26 июня, в Азербайджане отмечают День Вооруженных сил. Вы имели возможность наблюдать за становлением Азербайджанской Армии в начале 90-х годов. Как Вы, профессиональный военный, оцениваете нынешний потенциал Азербайджанской Армии?

- Когда несколько лет назад я приехал в Азербайджан, я увидел, что у вас прекрасно готовят военные кадры. Хорошо помню, что в начале 90-х годов азербайджанские военные думали, по образцу вооруженных сил какой страны им строить свою армию – турецкой или иранской. А вы пошли своим путем.

Во время поездки в Азербайджан я увидел офицера, у которого глаза буквально блестели. А это очень важно. Хочу привести пример Франции перед Второй Мировой войной. Тогда девушкам было стыдно встречаться с офицерами, не говоря уж о том, чтобы выйти за военного замуж. То есть, никакого уважения к институту армии. Поэтому Германии удалось всего за две недели полностью разгромить Францию.

В Азербайджане я наблюдаю совсем другую ситуацию. Президент Азербайджана уделяет огромное внимание Вооруженным силам, регулярно закупается современное вооружение и техника, военные обеспечиваются жильем – все это ведет к повышению боеготовности армии. Хочу пожелать Азербайджанской Армии успехов в боевой подготовке.

Ответить

Вернуться в «Военная История Азербайджана.»