Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Aragorn

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#21 Сообщение Aragorn » 14 сен 2012, 21:18

http://az.apa.az" onclick="window.open(this.href);return false;

“Bizim Türkiyə ilə minaatan, eləcə də digər döyüş sursatları, artilleriya qurğularının istehsalı layihələrimiz davam edir. Bu layihələrin həyata keçirilməsinə 2013-cü ildən başlanacaq”.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir Pakistanla da müdafiə sənayesi üzrə birgə layihələrinin olduğunu xatırladaraq, bu yöndə əməkdaşlığı inkişaf etdirdiklərini açıqlayıb: “İşlər davam edir. Biz hərbi dəniz donanması üçün də istehsal planlaşdırırıq. Azərbaycan özünü hərbi sursatlarla, atıcı silahlarla, mühəndis texnikası ilə təmin edə bilər. Amma tank istehsalı iqtisadi baxımdan əlverişli deyil. Yaxşı olar ki, bunu xaricdən əldə edək”.

Y. Camalov MSN tərəfindən 700-ə yaxın avadanlıq istehsal olunduğunu, nazirliyin 40 ölkə ilə əməkdaşlıq etdiyini deyib.
Изображение

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#22 Сообщение Ifti » 15 сен 2012, 01:58

Bakının işğaldan azad olunmasından 94 il ötür
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını erməni-bolşevik işğalından azad edib

http://anspress.com/index.php?a=2&lng=az&nid=168288" onclick="window.open(this.href);return false;

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 94 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#23 Сообщение Ifti » 15 сен 2012, 09:21

15 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Mərzili və Cəvahirli kəndləri yaxınlığında; Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#24 Сообщение Ifti » 18 сен 2012, 15:26

17 sentyabr 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; Noyemberyan rayonunun Voskevan kəndlərində və Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#25 Сообщение Ifti » 18 сен 2012, 15:27

18 sentyabr 2012 il

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#26 Сообщение Ifti » 18 сен 2012, 16:23

Pakistan 700 kilometr uzaqlığa malik Hatf-VII (Babur) balistik raketinin atış testini keçirib. Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat verib.
Testlər uğurlu keçib və Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Yüksək dəqiqliyə malik, quruda və dənizdəki hədəfləri vurmaq üçün nəzərdə tutulmuş Babur sinfli raketlər həm adi, həm də nüvə döyüş başlıqlarını daşıya bilir.

http://azeridefence.com/news.php?id=7663" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#27 Сообщение Ifti » 18 сен 2012, 16:24

Azərbaycan son 5 ildə CAR-la ən sıx hərbi-texniki əməkdaşlıq edən ölkələrdən olub. Bu barədə “AzeriDefence.com” saytı eksklüziv olaraq CAR-ın Adi Silahlara Milli Nəzarət Komitəsinə (NCACC) istinadən məlumat verib.
Komitənin təqdim etdiyi məlumatlara görə, Azərbaycan 2007-2011-ci illərdə CAR-dan müxtəlif silah sistemləri və hərbi texnika satın alıb. Hərbi texnikanın bir qisminin Azərbaycanda istehsalına lisenziya verilib. Bundan başqa, CAR-ın müdafiə sektorunda fəaliyyət göstərən bir neçə firması Azərbaycan Silahlı Qüvvələrinin modernizasiya proqramlarında iştirak edir.
Hesabatda qeyd olunub ki, Azərbaycanın sifarişi üzrə 2007-ci ildə bu ölkəyə helikopterlər üçün 10 ədəd VECTOR silah sisteminin satışına icazə verilib. 2009-2010-cu illərdə çatdırılması gerçəkləşdirilmiş bu sistemlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24G helikopterlərində qurulub.
Bundan başqa, Azərbaycana 2009-cu ildə 25 ədəd MATADOR və 25 ədəd MARAUDER tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin satışına icazə verilib. Bu nəqliyyat vasitələri 2009-2011-ci illərdə Azərbaycanın müvafiq qurumu ilə əməkdaşlıq çərçivəsində Bakıda istehsal edilərək sifarişçiyə çatdırılıb. Azərbaycan 2011-ci ildə əlavə olaraq 30 ədəd MARAUDER və 30 ədəd MATADOR tipli nəqliyyat vasitəsini sifariş verib. Hazırda həmin sifariş üzrə Azərbaycanla birgə istehsal prosesi davam edir.

http://azeridefence.com/news.php?id=7658" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#28 Сообщение Ifti » 18 сен 2012, 16:25

Sentyabrın 17-də müdafiə sənayesi naziri Yavər Camalov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüşdə nazir Y. Camalov Azərbaycan ilə İraq arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

http://azeridefence.com/news.php?id=7659" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#29 Сообщение Ifti » 18 сен 2012, 16:26

Sentyabrın 19-dan 23-dək davam edəcək sərgidə Paramount Group tarixində ən böyük nümayişini reallaşdırmağı planlaşdırır. Bu sərgidə daha bir yeni məhsulunu tanıdacağını bildirən şirkət yeni məhsulun nə olduğunu hələlik açıqlamayıb.
“Son iki ildə Paramount Group önəmli ticari böyümə yaşadı. Yaxın Şərq, Cənubi Afrika və Cənubi Asiya kimi sürətlə böyüyən bazarlara daxil oldu. Aviasiya, elektronik sistemlə və ərazi sistemləri ilə yanaşı sülhyaratma və daxili təhlükəsizlik sahələrində yeni, çeşidli texnologiyalar təqdim etdi”, -deyə şirkətin məlumatında bildirilib.
Şirkət AAD-2012 sərgisində minaya qarşı qorumalı, düz gövdəli MBOMBE döyüş maşınını, MARAUDER tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, AHRLAC adlı yüngül təyyarəni və s. nümayiş etdirəcək.

http://azeridefence.com/news.php?id=7655" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#30 Сообщение Ifti » 18 сен 2012, 17:20

bilmirəm, bu sayt kimindir, amma ordudan yazırlar, maraqlıdır
http://strengthofturk.wordpress.com/" onclick="window.open(this.href);return false;

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»