Xidmətdə Problemlər
- smersh70
- пулеметчик
- Сообщения: 169713
- Зарегистрирован: 29 июл 2013, 14:19
-
Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз
Re: Xidmətdə Problemlər
Кюль башыныза
- smersh70
- пулеметчик
- Сообщения: 169713
- Зарегистрирован: 29 июл 2013, 14:19
-
Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз
Re: Xidmətdə Problemlər

Baş Prokurorluq və Səfərbərlik Xidmətinin birgə məlumatı:
36 nəfər hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yararlı kimi qeydə alınıb.
26 nəfər praktiki sağlam və xidmətə yararlı olduğu halda hərbi xidmətə yararsız kimi qiymətləndirilib.
12 nəfər isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınıb.
Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib. Onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduqdan sonra barələrində toplanmış materiallar müvafiq idarəyə göndərilib.
Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.🩺 Ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində TƏBİB-ə prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.
- smersh70
- пулеметчик
- Сообщения: 169713
- Зарегистрирован: 29 июл 2013, 14:19
-
Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз
Re: Xidmətdə Problemlər
MN-dəki 143 milyonluq yeyintiyə görə keçirilən məhkəmədə Nəcməddin Sadıkovla bağlı bəzi detallar ortaya çıxıb:• 3 il ərzində keçirilən tədbirlərə 713 min manat pul xərclənib.
• “Ağ Çiçəyim” mağazalar şəbəkəsindən 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alınıb.
• 21 min manata 36 ədəd armudu stəkan (biri 583 manat) alınıb.
• 8 min manata 80 butulka (biri 100 manat) çaxır alınıb.
Şəxsi istifadə üçün alınan məhsulların pulu dövlət vəsaiti hesabına ödənilib.
- smersh70
- пулеметчик
- Сообщения: 169713
- Зарегистрирован: 29 июл 2013, 14:19
-
Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз
Re: Xidmətdə Problemlər
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov külli miqdarda mənimsəmədə təqsirləndirilib.Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb və 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (report)
- smersh70
- пулеметчик
- Сообщения: 169713
- Зарегистрирован: 29 июл 2013, 14:19
-
Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз
Re: Xidmətdə Problemlər

Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilməsi ilə bağlı faktı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. (MN)