Skagen писал(а):ак сказал один врач- все жалуются на память и ни кто не жалуется на мозги. Так и Джавадов, ищет причины в ком-то, но только не в своей серой игре. Бегает по полю, носится , но совершенно бесполезно.
smersh70 писал(а):Ала,Вагиф не уходит,Вагиф покидает
для него главное не футбол,а главное-бабки
ахиреть,играл за 200 манатов
Tərlan Əhmədov: ""Vaqif Cavadovu komandaya xahişlə götürmüşdüm"
- Gedənlərdən söhbət düşmüşkən, əsas müzakirə Vaqif Cavadov ətrafındadır. Özü "Keşlə"dəki çıxışından heç də narazı olmadığını bildirir...
- Bu yaşında ehtiyatda oturması mənim üçün də xoş deyildi. İstərdim ki, oynasın. Əsas heyətə düşmə şansı çox az idi. Rəhbərliklə söhbətdə belə qərara gəldik ki, oynamaq şansı varsa, başqa klubda da çıxış edə bilər. Komandadan göndərilməsi səbəbsiz yerə deyil. Vaqif məndən əvvəl də az oynamışdı. Gənc deyil ki, şansının irəlidə olduğunu söyləyim. Ona görə də çox düşündükdən sonra "Gedib hardasa oynasa, daha yaxşı olar" qənaətinə gəldim. Mənim yanımda - ehtiyat oyunçular skamyasında oturması Vaqif üçün hələ tezdir. Bu nöqteyi-nəzərdən, Cavadovu yola salmışıq. Müqavilənin pozulması ilə bağlı maliyyə işlərinə qarışmıram. Sadəcə, rəhbərliyə təqdim etdiyim siyahıda onun da adını göstərmişdim ki, getsə, daha yaxşı olar.
- Vaqif Cavadov bildirib ki, iki il əvvəl məhz onu yaxından tanıdığınız üçün AZAL-a dəvət etmişdiniz və özü də komandaya kömək etmişdi...
- O vaxtlar 144 min manatlıq büdcəmiz var idi. Həmin büdcədən Vaqifə veriləcək əmək haqqım yox idi. Rəhbərlik məndən xahiş edəndə "Azərbaycan millisində oynayıb, qoy gəlsin. Amma verəcəyiniz pulunuz varsa, buyurun, verin" dedim. Elə oldu ki, 200 manata razılaşdılar və gəldi. Yəni, Cavadovu AZAL-a mən gətirməmişdim. Həm də biz Vaqifi götürəndə mövsümün ikinci yarısı başlamışdı. Bilmirəm ki, komandamıza nə dərəcədə kömək etdi. Hər halda, həmin mövsüm AZAL 8 komanda arasında sonuncu yeri tutdu. Yəni, köməklik başqa şeydir. Vaqifə uğurlar arzulayıram, yolu açıq, işi avand olsun. Gücü çatırsa, getsin hansısa kluba kömək etsin.
- Yəni, Cavadov AZAL-a xahişlə gəlmişdi?
- Rəhbərliyimizə deyilmişdi, onlar da mənə. Belə məsələlərə çox qarışmaq istəmirəm.