GƏNCƏ ÜSYANI.1920-сi il....

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 169712
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#11 Сообщение smersh70 » 29 сен 2024, 05:41

Bunu maa 20 il bundan qabaq bir bakılı, onun qohumu danışmışdır

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 169712
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#12 Сообщение smersh70 » 26 май 2025, 22:55

GƏNCƏ ÜSYANI- 100 YAŞINDA

(8000 bolşevik məhv edilmişdi)

Bolşevik işğalına qarşı 1920-ci il mayın 24-də başlayan və iyunun 4-dək davam edən Gəncə üsyanından 100 il ötür.
Gəncə milli ruhu bəsləyən şəhər.

Əvvəl millətin müdafiəsi üçün «Difai» təşkilatı yaranmışdı… Birinci Dünya Müharibəsi dövründə «Gəncə Milli Komitəsi» qurulmuşdu. 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdikdə, Nəsib bəy Yusifbəylinin «Ədəmi-Mərkəziyyət» partiyası yaranmışdı. Sonralar bu partiya Müsavatla birləşdi. Maraqlıdır ki, ümumi proqram kimi Nəsib bəyin partiyasının proqramı qəbul olunmuşdu.
Polkovnik Cahangir Kazımbəy də xatirələrində qeyd edir ki, üsyanın başlıca səbəbi azərbaycanlıların xarakterindən qaynaqlanırdı. Haqsızlıqlara dözüm onlara yad olduğundan onlar öz etirazlarını ucaltdılar. Konkret desək, Qızıl Ordu Gəncəyə girərkən, Azərbaycan ordusunun hissələrini tərksilah etməyə başladı. Həm də bunu alçaldıcı şərtlərlə etdi… Cahangir bəy yazır ki, gələn ordu tör-töküntüdən ibarət idi və onlar soyğunçuluqla məşğul olur, xalqı alçaldırdılar. Ona görə də, situasiyanı öyrənib bu qərara gəldik ki, dirəniş göstərsək, üsyan etsək, bu hakimiyyəti yıxa bilərik.

O dövrdə Gəncədə çox nüfuzlu adamlar var idi. Sarı Ələkbər, Qaçaq Qəmbər, Qaçaq Məmmədqasım… Onlar bu qərara gəldilər ki, üsyana başlasınlar. Cahangir Kazımbəylinin rəhbərliyi ilə 3-cü Gəncə Alayından başlayan üsyana həm qaçaqların dəstəsi, həm də bütün xalq qatıldı. Cahangir bəy özü də yazır ki, xalq sanki haqsızlığa qarşı siqnal gözləyirdi. Üsyan başlayan kimi kim necə bacarırsa silahlanıb üsyançılara qoşuldu.
Mayın 24-25-i bütün mövqelər üsyançıların əlində idi. Onlar yaxşı müdafiə olunurdular. Azərbaycanın nizami ordusu da Gəncədə idi. Mayın 25-də üsyançılar Qızıl ordunun kazarmalarını mühasirəyə aldılar və əsir götürdülər. Sonradan bolşeviklər Yelenedorf (Göygöl) tərəfdən hücuma keçdilər və həmin hücumların da qarşısı alındı. Şəhərdə ağsaqqallardan və ordu komandanlığından ibarət bir şura da yaranmışdı. Amma hamı bilirdi ki, üsyançılara qarşı əks-əməliyyat olacaq.
Onlar şəhəri amansız top atəşinə tutmağa başladılar. Üsyanın süqutu bundan sonra aydın oldu. Bundan əvvəl—mayın 28-də üsyançılar Azərbaycanın istiqlal bayramını qeyd etdilər. Şəhər mühasirədə olsa da, həmin il 28 May Gəncədə böyük coşqu ilə keçirilib. Amma Qızıl ordu qüvvələri güclənirdi. Zirehli qatar artıq Gəncə stansiyasına girmişdi. Mayın 28-dən sonra hücumlar genişləndi. Mayın 31-dən iyunun 1-nə keçən gecə şiddətli hücumlar oldu. İyunun 2-dən vağzal tərəfdən zirehli qatarlardan atəş açmağa başladılar.
Üsyançılar iyunun 2-dən 4-dək mühasirəni yarıb adamları xilas etmək üçün çalışırdılar. Nəhayət, iyunun 4-də mühasirə yarıldı və camaatın bir hissəsi həm Gəncəçay, həm də Quşqaraçay tərəfdən çıxmağa başladılar və ətraf kəndlərdə gizləndilər. Üsyanın təşkilatçılarından olan Cahangir bəy də yazır ki, ayın 4-də mən alayı buraxdım və qalan hissələrlə həlqəni yarıb çıxmağa müvəffəq oldum.
Gəncəlilər bu şərəfli yolda 12 min şəhid verdi. Bəzi məlumatlara görə, bolşeviklər tərəfdən 8 min adam məhv edilib.
Danışırdılar ki, şəhərdə başıpapaqlı kimi görsələr öldürürdülər. Alim Firudin bəy Köçərli, eləcə də Gəncəli maarifçi Mirzə Abbas Abbaszadə öz evinin qarşısında öldürüldü. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovli ilə birlikdə 79 nəfər yüksəkçinli zabit qətlə yetirildi.

Qeyd: Fotodakı şəxslər:

1. Polkovnik Baba Behbud
2. General leytenant Səməd Rəfibəyli
3. Polkovnik Məmməd Rzayevdir.

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 169712
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 14520 раз
Поблагодарили: 18070 раз

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#13 Сообщение smersh70 » 04 янв 2026, 01:28

"Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi(1920-ci il). Bakıdan gələn zirehli qatar stansiyanı ələ keçirtdi.Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin müsəlman hissəsində qanı su yerinə axıtdılar.
Mayın otuz birində XI Ordu şəhərə (Gəncəyə) girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütün küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu. Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar.
Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar. Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. 1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı."
Изображение
🎞Azərbaycan Cümhuriyyətinin zabiti, Sovet işğalına qarşı Gəncə üsyanının iştirakçısı və şəhidi Danyal bəy Həllacovun qızı Leyla xanımın 1985-ci ildə araşdırmaçı Şəmistan Nəzirliyə verdiyi müsahibədən.

Ответить

Вернуться в «TARIX»