NƏZİR DAŞI

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

NƏZİR DAŞI

#1 Сообщение Nazim Bayram » 24 ноя 2014, 22:14

Ağdərənin Qızıl Qaya(Aryutunaqomer, Arqomer) kəndi uğrunda 28 avqust 92-ci ildə baş vermiş döyüş, səhər 6-dan 19.30-a qədər davam etmişdi.
Kənddəki 116 erməni silahlısı məhv edilmiş, o cümlədən erməni komandiri Aşot Qulyan(Oskolka). Düşmənin xeyli silah-sursat, döyüş və nəqliyat texnikası, o cümlədən işlək mühərriklə atılmış saz tank ələ keçirilmişdi.
Əməliyatı 123 saylı alayın 1-ci batalyonu aparırdı(komandir Şəhid Xosrov Əhmədov). 701-ci briqadanın artilleriyası(kom. p-k Əliyev) və zenit qurğusu(kom. F.Hüseynəliyev) atəş dəstəyi verirdilər.
600 nəfərlik batalyondan bu döyüşdə ölən olmadı, cəmi 4 nəfər yaralı olmuşdu.
Axşam düşdüyünə görə Arqomerə daxil olmuş bölmələrimizi geri çağırdıq. Kəndin daxili mühasirəsi qayda üzrə komendant rotasına tapşırıldı. Rota komandiri baş l-nt Elçin Çaybasarlı kəndi daxildən etibarlı halqaya aldı və səhər tezdən kəndi “zaçistka”ya hazırladı. Bir balaca səs yaxud hərəkətə oxşar bir şey olan yerə dərhal bir qumbaraatan, arxasıyca iki PK işləyirdi və dayanıb yenə dinləyirdilər. Bu zaman başqa heç kəs atmırdı ki, bilinsin ki, atan düşməndi.
Qalan batalyon düşmənə qarşı yeni mövqelərində idi. Axşam üstü qərargahda komandirlərlə sona çatmış döyüşü və Verin Orataqa sabahkı hücumun son hazırlıqlarını müzakirə etdik və komandirlər qayıtdılar bölmələrinin yanına.
Mən qərargahda postlarla əlaqə saxlayırdım, bu zaman otağa Qədeş ləqəbli 40 yaşlı könüllü əsgər daxil oldu. Qədeşin adı İlhamdı, Bakıdan, 7-ci xrebtovıdandı. İlham bir xeyli könüllü dəstələrdə döyüşmüşdü, sonda isə bizim alayda qalmışdı. Bütün döyüşlərdə Qədeş irəlidə gedirdi və dağlarda əsil erməni ovçusu idi.
Qədeş məndən kəndə qetməyə icazə istədi. (Qədeş həm də qızıl axtaran idi. Düşündüm ki, minaaxtaranla yenə erməni evləri ətrafında xəzinə axtarmaq üçün kəndə girmək istəyir.)
Dedim,
- Qədeş, axşamdı, get dincəl, sonra gedərsən, hələ “zaçistka” olmayıb.
- Yarımsaatlıq girib- çıxıram,- Qədeş əl çəkmirdi.
- yox. sənə görə Çaybasırlıya “yarımsaat atma” deyə bilmərəm, bəlkə erməni də həmin vaxt podvaldan çıxdı.
- yaxşı də, lazımdı mənə...
- özün bil, Çaybasırlının gülləsinə tuş gələcəksən.
Qədeş bir söz demədən, getdi. Düşündüm ki, dincəlməyə gedib, ancaq bir qədər sonra qayıtdı. O, pulla dolu ciblərini, pencəyinin yaxasını və papağının içini mənə göstərdi.
- Qədeş, deyəsən axır ki, xəzinə tapdın?
Qədeş danışdı ki, döyüş vaxtı kəndə ilk girənlərdən olmuşdu. O, kəndin ortasında bir qayalıq dağ görüb və dağ buna bizim pirləri xatırladıb(həmin qayalı dağa görə kəndin az. adı Qızıl Qayadı). O da tez bu qayaların altına bir orta ölçülərdə daş qoyub, çıxarıb cibindən o vaxtın rus pullarından qoyub bu daşın üstünə, onun da üstünə bir daş qoyub, çəkilib kolluğa, kəndə daxil olan bizimkiləri gözləyib. Döyüşçülərimiz, silahları atəşə hazır, ora bura baxa baxa qayaya yaxınlaşanda, Qədeş də arxadan onlara qoşulub, sanki o da buraya indi ilk dəfədi gəlir və “alə, uşaqlar, nəzir daşı!”, deyib, bu döyüşdən sağ qurtarmasına nəzir dediyini “xatırlayıb” və cibindən pul çıxarıb, qoyub həmin daşın üstünə. Uşaqların da, əlbəttə ki, çoxusu nəzir demişdilər. Birinci “yığımdan” sonra Qədeşin “yadına düşüb” ki, “alə, Əbili məhlə uşağım da nəzir demişdi, yuxarıdadı, bura gələ bilməyəcək” və onun da yerinə “nəzir qoyub”. Buna baxıb uşaqlarda bura gələ bilməyən dostlarının əvəzinə nəzir qoyublar. İndi isə Qədeş gedib həmin pulları ordan götürmüşdü.
Dedim, "Qədeş, Allahdan qorxmursan? Demirsən ki, sabah da döyüşdəyəm, bir güllə gəlib tutar alnımın ortasından?" Qədeş, məndən 15 yaş böyük idi və hərdən təklikdə özünü məhlədəki kimi aparırdı. O güldü, “buna bax də ... bu da mənim komandirim! Bunların ağlına gəlməyib, sən ki, komandirsən! Erməninin kəndinin ortasında müsəlmanın nəzir daşı neyniyir, alə?!”
Sonradan uşaqlar də başa düşmüşdülər Qədeşin kələyini, ancaq hamı bunu gülüşlə qarşılamışdı.

Ответить

Вернуться в «Veteranların Xatirələri»