Çeçenlərin adəti.
Tank batalyonumuza sovet ordusunda texnikada real xidmət görmüş könüllüləri götürürdük. Ancaq dərhal döyüşdə texnika etibar etmirdik- müəyyən vaxt(2 həftə- 1 ay) həm əsgərin hazırlığını yoxlayırdıq, həm o, döyüş haqqında təcrübəli yoldaşlarının söhbətlərinə qulaq asırdı, suallar verirdi, nəzəri təcrübə toplayırdı. Bu, müəyyən müddət belə sürürdü, sonra isə yeni gəlmişlərdən daha hazırlıqlı tankçını, PDM-çini təcrübəli ekipajların tərkibində mövqe döyüşlərində sınayırdıq. Bunu da yaxşı keçəndən sonra yeni gəlmiş könüllüyə ixtisası üzrə təcrübəli ekipajın tərkibində daimi döyüş yeri verirdik. Əsgərlər daha da məhsuliyətli olsunlar deyə, mən "döyüşə buraxılış" adlı sənəd ixtira eləmişdim və bunu sənədləşməyə əlavə etmişdim. Bu xüsusi buraxılışsız heç kəs tanka minib döyüşə gedə bilməzdi.
Bir müddət sonra, gördüm ki, "döyüşə buraxılış" almaq, əsgər üçün güclü stimula və bir rəmzə döndü. Bunu görüncə, "döyüşə buraxılışın" hazırlıq funksiyasını saxlamaqla, ondan məhrum edilməsini inzibati cəza kimi tətbiq etməyə başladım. Ciddi intizam pozuntusu törədən əsgərə “Növbəti döyüşdə(yaxud növbəti iki döyüşdə) iştirak etməkdən məhrum edirəm!” elan edirdim. O zaman şəraitində könüllü üçün bu, ən təsiredici və real cəza idi. Döyüşdə iştirakdan məhrum edilmiş əsgər səs-küy qoparırdı, “mən könüllü gəlmişəm vətənimi qorumağa, sən kimsən məni döyüşə buraxmayasan?! Sən komandirsən, komandirliyini elə, günahım var, başqa cəza ver, döyüşə buraxmamağa ixtiyarın yoxdu!” və s. Bağışlasaydım, elə bil həyat bağışlayırdım, halbuki, ölümə gedirdi.
Müharibədən sonralar bir yerdə oxudum ki, çeçenlərdə adət var- teyp böyükləri yığışıb pis əmələ yol vermiş çeçeni müharibələrdə iştirak hüquqndan məhrum edirdilər. Çeçen üçün bundan böyük cəza və şərəfini itirmək yox imiş ...
ÇEÇENLƏRİN ADƏTİ
Şərəfli yolun anları.
Автор
Сообщение
-
- ополченец
- Сообщения: 96
- Зарегистрирован: 03 сен 2013, 03:38
-
Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз
Вернуться в «Veteranların Xatirələri»
Перейти
- QAZİLƏR
- ↳ İstifadə qaydaları
- ↳ TARIX
- ↳ Yaxın Tariximiz
- ↳ Uzaq Tarix
- ↳ Şərəfimiz-Milli Qəhrəmanlar
- ↳ Hərbi Hazırlıq
- ↳ Qoşun növləri
- ↳ HHQ
- ↳ HMQ
- ↳ Quru Qoşunları
- ↳ HDQ
- ↳ Zirehli Tank Qoşunları
- ↳ Artilleriya
- ↳ Güc strukturları qoşunları
- ↳ Hərbi sahədəki digər xəbər və yeniliklər
- ↳ Veteranların Xatirələri
- ↳ Döyüş dostlarımı axtarıram.
- ↳ Qazilərlə müsahibələrimiz
- ↳ Analitik təhlil və tədqiqatlar
- ↳ Oxu Zalı
- Общий раздел
- ↳ ПРАВИЛА ФОРУМА
- ↳ Нагорный Карабах
- ↳ Виды и рода войск
- ↳ Пехота
- ↳ БТТ
- ↳ ВВС
- ↳ ПВО
- ↳ ВМФ
- ↳ Артиллерия
- ↳ Войска силовых структур
- ↳ МЧС
- ↳ ГПС
- ↳ Читальный зал
- ↳ Военно Политическая Обстановка
- ↳ Боевая подготовка
- ↳ Террористические организации мира
- ↳ Школа выживания.
- ↳ Военная история
- ↳ Военная История Азербайджана.
- ↳ История карательных органов мира
- ↳ Военные СМИ
- ↳ АНАЛИТИКА
- ↳ Конфликты в мире
- ↳ Экономика
- ↳ Экономика Азербайджана
- ↳ Мировая экономика
- ↳ Армии стран мира
- ↳ Азербайджанская армия
- ↳ Политика
- ↳ Примечательные политики
- ↳ Геополитика
- ↳ Азербайджанская политика
- ↳ Политика в мире
- Модераторская рота
- ДНОТ
- ↳ Тактически-оперативно-стратегический флуд
- ↳ МОП, шушпанцеры и всякие Кулибины
- ↳ Сообщество форумчан
- ↳ Особый Отдел
- ↳ Поздравления
- ↳ Военные игры
- ↳ Спорт
- ↳ футбол
- ↳ чемпионат Азербайджана
- ↳ мировой футбол
- ↳ остальные виды спорта