ÇEÇENLƏRİN ADƏTİ

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

ÇEÇENLƏRİN ADƏTİ

#1 Сообщение Nazim Bayram » 24 ноя 2014, 22:50

Çeçenlərin adəti.
Tank batalyonumuza sovet ordusunda texnikada real xidmət görmüş könüllüləri götürürdük. Ancaq dərhal döyüşdə texnika etibar etmirdik- müəyyən vaxt(2 həftə- 1 ay) həm əsgərin hazırlığını yoxlayırdıq, həm o, döyüş haqqında təcrübəli yoldaşlarının söhbətlərinə qulaq asırdı, suallar verirdi, nəzəri təcrübə toplayırdı. Bu, müəyyən müddət belə sürürdü, sonra isə yeni gəlmişlərdən daha hazırlıqlı tankçını, PDM-çini təcrübəli ekipajların tərkibində mövqe döyüşlərində sınayırdıq. Bunu da yaxşı keçəndən sonra yeni gəlmiş könüllüyə ixtisası üzrə təcrübəli ekipajın tərkibində daimi döyüş yeri verirdik. Əsgərlər daha da məhsuliyətli olsunlar deyə, mən "döyüşə buraxılış" adlı sənəd ixtira eləmişdim və bunu sənədləşməyə əlavə etmişdim. Bu xüsusi buraxılışsız heç kəs tanka minib döyüşə gedə bilməzdi.
Bir müddət sonra, gördüm ki, "döyüşə buraxılış" almaq, əsgər üçün güclü stimula və bir rəmzə döndü. Bunu görüncə, "döyüşə buraxılışın" hazırlıq funksiyasını saxlamaqla, ondan məhrum edilməsini inzibati cəza kimi tətbiq etməyə başladım. Ciddi intizam pozuntusu törədən əsgərə “Növbəti döyüşdə(yaxud növbəti iki döyüşdə) iştirak etməkdən məhrum edirəm!” elan edirdim. O zaman şəraitində könüllü üçün bu, ən təsiredici və real cəza idi. Döyüşdə iştirakdan məhrum edilmiş əsgər səs-küy qoparırdı, “mən könüllü gəlmişəm vətənimi qorumağa, sən kimsən məni döyüşə buraxmayasan?! Sən komandirsən, komandirliyini elə, günahım var, başqa cəza ver, döyüşə buraxmamağa ixtiyarın yoxdu!” və s. Bağışlasaydım, elə bil həyat bağışlayırdım, halbuki, ölümə gedirdi.
Müharibədən sonralar bir yerdə oxudum ki, çeçenlərdə adət var- teyp böyükləri yığışıb pis əmələ yol vermiş çeçeni müharibələrdə iştirak hüquqndan məhrum edirdilər. Çeçen üçün bundan böyük cəza və şərəfini itirmək yox imiş ...

Ответить

Вернуться в «Veteranların Xatirələri»