İKİ DOST

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

İKİ DOST

#1 Сообщение Nazim Bayram » 25 ноя 2014, 03:43

93-cü ilin martında Yalçın və Məmmədin bölməsi Ağdərənin Lülləsaz(Akop-Kamari)kəndi ətrafında müdafiə mövqeyində idi.
20 mart gecə ermənilərin təxribat qrupu kəndə daxil olub bizimkilərə arxadan zərbə endirmişdi.
Bölmə komandiri Namiq Məlikov bölməsi ağır vəziyyətə düşdüyünə görə, çəkilməyi əmr edir, özü isə qalıb əsgərlərinin çəkilmələrinə atəş dəstəyi verir. Namiq orada Şəhid olur və cəsədi qalır düşmənin nəzarət etdiyi ərazidə.
Yalçın və dostu Məmməd komandirlərinin meyitini Lülləsaz kəndindən çıxarmaq qərarına gəlirlər. Cəsur döyüşçülərimiz kəndə girəndən sonra ermənilər onları pusquya salmışdılar.
Yalçın və Məmməd mühasirədə döyüş aparır, sursatları bitdikdə isə iki dost qucaqlaşıb son qumbara ilə özlərini partlatmışdılar.
Cəsədlərini təxminən bir həftə sonra, "Qurtuluş" Lülləsaza əkshücum edib, azad edəndən sonra götürmək mümkün olmuşdu.
İbrahimov Yalchin Sefer oglu 1992-ci ilin martında "Qurtuluş" batalyonuna könüllü döyüşçü kimi gəlmişdi. Batalyonda ona “Matros” ləqəbi vermişdilər. Naxçıvandan idi. “Qurtuluş” batalyonun komandiri Milli Qəhraman Şahin Tağıyev xatırlayır ki, “Yalçın bir çox döyüşlərdə iştirak etmişdi, çox igid oğlan idi.”
Təəsüf ki, Gəncədən olan Məmməd haqqında əlavə məlumat əldə edə bilmədim.

Ответить

Вернуться в «Veteranların Xatirələri»