"Hərbi Birlik".

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

"Hərbi Birlik".

#1 Сообщение Nazim Bayram » 18 окт 2013, 23:28

“Hərbi Birlik”.

Təəsüf ki, “Hərbi Birlik” haqqında cəmiyyətimizdə bilik çox azdır. Yaxın tariximizə baxsaq, görərik ki, bu “Birlik” vətənpərvər oğulların xalqımıza verdiyi unikal birləşmə təcrübəsi, tövhəsidir, qeyrət nümunəsidir.
1991-ci ilin oktyabırından ermənilər münaqişənin hərbi eskalasiyasına başladılar.
366-cı sovet-rus alayının texnika və silah-sursatından istifadə edərək(komandirlərin və şəxsi heyyətin yarısı erməni idi), hərbi dillə desək, ermənilər Qarabağda strateji hücum təşəbbüsünü tamamilə ələ keçirdilər.
1992-ci ilin aprelin sonlarına qədər erməni hərbi birləşmələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) azərbaycanlılar yaşayan yaşayış məntəqələrini və keçmiş DQMV-nin ərazisini, Şuşadan başqa, tamamilə öz nəzarətlərinə keçirdilər.
1992-ci il martın ortalarına 366-cı alayın bütün texnikası və sursatı ermənilərə təhvil verildi. Erməni silahlıları 1600 atıcı silah, 25 tank, 87 BMP, 45 artilleriya və minomyot sistemi əldə etmişdir.

Burada bir şeyi xatırlatmaq istərdim ki, Qarabağ müharibəsi Azərbaycan dövlət müstəqilliyini əldə etdiyindən 3 il öncə başlamışdı. Bu 3 ildə Azərbaycanın öz ordusu olmayıb, çünki biz SSRİ-nin tərkibində olmuşuq. Bu 3 ildə Qarabağı və Qərb bölgələrini DİN bölmələri və xüsusi təyyinatlı dəstələri, MTN-nin xüsusi təyyinatlıları və yerli özünü müdafiə dəstələri müdafiə ediblər. Yerli özünü müdafiə dəstələrində tək yerli gənclər deyil, bütün Azərbaycandan gələn könüllülər döyüşüb.
Dəstələrin komandirləri isə rayon və kəndlərin hörmətli, qoçaq, əksər hallarda, mülki adamları idi. Bu dəstələr yeni yaranan Milli Ordu hissələrinə daxil deyildilər və pərakəndə döyüşürdülər.
Daha az sayda olan erməni silahlı qüvvələri vahid komandanlıq qurduqlarına görə qüvvələrini əsas zərbə istiqamətində cəmləşdirərək həlledici say və silah üstünlüyünü təmin edə bilirdilər. Biz isə, çoxsaylı dəstələrimizin mövcudluğuna baxmayaraq, vahid komandanlığın olmaması səbəbindən zəbt edilmiş kəndlərimizin yandırılmasını, məhv edilməsini, yeni-yeni köçkün karvanlarını, ürəklərimizdən qanlar axa-axa, seyr etməli olurduq.
1992-ci ilin aprelində Ermənistan və Dağlıq Qarabağ arasında artıq nəqliyyat dəhlizi açmaq məqsədi ilə növbəti hücumun Şuşa və Laçına olacağı bəlli idi çünki, separatçıların Ermənistanla quru əlaqələri olmadan uzun müddət döyüş əməliyyatları aparmaqları mümkün deyildi.

Yaranmaqda olan Milli Ordumuzun briqadalarına 92-ci ilin aprelin sonlarında, müdafiə naziri R. Qaziyevin əmrilə müdafiə əraziləri təyyin olundu. Naxçıvan, Qərb bölgəsi, Qarabağ və ətraf rayonların hər birinin müdafiəsi bir briqadaya tapşırıldı. Lakin bu briqadalar hələ komplektləşdirmə prosesində idilər.
Şuşa və Laçına 704-cü briqada cavabdeh idi. Qarabağ ölüm-qalım savaşı verdiyində, Bakı məlum 92-ci il hakimiyyət uğrunda olan savaşlara meydan olmuşdu. Şuşa təhlükədə idi. Qarabağ öz qara taleyinə buraxılmışdı.
Nəsə etmək lazım idi. Bütün dəstə komandirləri artıq başa düşürdülər ki, Qarabağda yaranmış təhlükəli vəziyyətlə bağlı hamı bir yumruq kimi vahid komandanlıq altında birləşməlidir. Cəbhədəki vəziyyətin ağırlığı vahid komandanlığa çoxdan kəskin zərurət yaratmışdır. Lakin bir tərəfdən dövlət orqanlarının fəaliyyətsizliyi, o biri tərəfdən 6 ay ərzində üç müdafiə naziri və iki Baş Qərargah rəisinin dəyişdirilməsi döyüşən qüvvələrin vahid komandanlıq tərəfindən idarə olunmasını mümkünsüz etmişdir. Bu zərurət Qarabağda döyüşən dəstələri özlərinə vahid komandanlıq, ətrafına birləşəcək mərkəzin yaradılmasına vadar etdi.
1992-ci ilin mayın 3-də və 5-də Ağdamda, Yaqub Rzayevin batalyonunun qərargahında Qarabağın 52 özünümüdafiə batalyonlarının komandirləri, MN zabitləri, Ordu briqadalarının və DİN-in bölmələrinin komandirləri tərəfindən, Prezidentin Qarabağ üzrə Səlahiyyətli Nümayəndəliyinin Ağdam üzrə nümayəndəsinin iştirakı ilə Qarabağdakı bütün silahlı qüvvələri birləşdirmiş "Hərbi Birlik" qərargahı təsis olundu. Rövşən Cavadovun tapşırığı ilə mən o toplantıda OMON-un nümayəndəsi kimi iştirak etmişəm. Burada, Qarabağda yaranmış ağır vəziyyət, bu vəziyyətdən çıxış yolları, qüvvələrin birləşdirilməsi, "Hərbi Birliyin" yaradılması məsələləri müzakirə olunmuşdu.
"Hərbi Birlik" koordinasiya orqanı kimi yaradıldı və onun qərarlarının yerinə yetirilməsi vacib şərt kimi qoyularaq, bu birliyin məşvərət qrupu və başçısı seçildi. Birliyin məşvərət qrupu Milli Ordu briqadalarının və iri özünümüdafiə dəstələrinin komandirlərindən və kadr zabitlərdən təşkil edildi. "Hərbi Birliyin" sədri isə alternativsiz və yekdilliklə Ali Sovetin deputatı Surət Hüseynov seçildi. HB-in sədri əlaqələndirmə, hərbi maddi-texniki və başqa təhçizat, erməni birləşmələrinə qarşı döyüş əməliyyatların hazırlanması və həyata keçirilməsi üçün bir başa cavabdeh idi. “Hərbi Birliyin” üzvləri Qurana əl basaraq, aralarında olan bütün ixtilafları kənara qoyaraq, Vətən naminə birləşib, bu “Birliyin” bütün döyüş qərarlarını yerinə yetirəcəklərinə and içdilər. Sonda "Hərbi Birlik" Azərbaycan Ali Sovetinə müraciət ünvanlandı. Həmin Müraciətin qəzet fotokopiyası ilə bölüşürəm.
“Hərbi Birliyin” təşkil etdiyi ilk əməliyyat “Birliyə” daxil olan qüvvələr tərəfindən 1992-ci il mayın 10-da, Laçın istiqamətindən Şuşanı qaytarmaq məqsədilə hazırlanmış hücuma dəstək, düşmən qüvvələrinin üzərimizə cəlb etmək və bununla da Şuşanı geri almağa hazırlaşan bölmələrin işinin asanlaşdırılmasına hesablanmışdı.
Əslində bu hücum hələ Şuşa işğal olunmamış, ermənilərin Şuşaya hazırladıqları hücumu pozmaq üçün düşünülmüşdü. Və Şuşa heç olmasa iki gün müdafiə olunsa idi, biz erməni qüvvələrini üzərimizə cəlb etməklə, Şuşa müdafiəçilərinə yardım etmiş olardıq.

10 may 1992-ci ildə səhər sübhdən “HB”-yə daxil olan qüvvələr Ağdam istiqamətində Fərrux, Xramurd, Naxçivanik, Pircamal, Ağbulaq, Dəhruz bir sözlə bütün cəbhə boyunca hücuma keçdi. Tərtərdən Maquşevan-Marağaya, Goranboydan Xarxaput- Russki Borisı, Xanlar- Gəncədən Todan, Mənəş , Ərkəcə və ermənilərin başqa yaşayış məntəqələrinə və əhəmiyyətli yüksəkliklərə hücuma keçdilər. Bizim qüvvələrimiz Ağdamdan Xanlara qədər cəbhə boyunca ilk dəfə idi ki, təşkilatlı olaraq, uğurlu hücum həyata keçirdilər.
Lakin, kombriq E. Orucov sərəncamında olan qüvvələri idarə edə bilmədiyinə görə, Laçın istiqamətindən Şuşaya əkshücum baş tutmadı.
“Hərbi Birlik” tərəfindən batalyonlar və bölmələrin qarşısına qoyulmuş bütün döyüş tapşırıqları yerinə yetirildi. Ağır və acı məğlubiyyətlərdən sonra 10 may hücumu batalyonların özünə inamına, biribirinə etimadına səbəb oldu və vahid mərkəzdən birgə hərəkət və qarşılıqlı döyüş əlaqələndirməsi sonralar da bizə çox faydalı oldu.

“Hərbi Birliyin”- yəni Qarabağda vahid komandanlığın yaradılması, strateji hücum təşəbbüsünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən əldə edilməsində və müharibənin, 92-ci ilin iyunundan 93-cü ilin fevralına qədər bizim xeyrimizə davam etməsində, dönüş nöqtəsi olmuşdur.
9 iyul 92-ci ildə elan olunmuş bir aylıq atəşkəs zamanı nizami ordu quruculuğunda növbəti addım atıldı. Müdafiə Nazirini R. Qazıyevin əmrilə bütün könüllü özünü müdafiə dəstələri Milli Ordu nizami hərbi hissələri sıralarına daxil edildilər. 8 avqust 92-ci ildə Ordu Korpusları yaradıldı. Bu zamandan, Azərbaycanın nizami ordusunun gücləndirilməsi ilə, “Hərbi Birlik” buraxıldı.
Вложения
1.jpg
1.jpg (1.51 МБ) 21629 просмотров
2.jpg
2.jpg (1.39 МБ) 21629 просмотров

Ответить

Вернуться в «Yaxın Tariximiz»