92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlaması.

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Damba
партизан
Сообщения: 362
Зарегистрирован: 15 окт 2012, 20:12

Благодарил (а): 111 раз
Поблагодарили: 111 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#11 Сообщение Damba » 19 дек 2013, 00:32

shahkulu писал(а):Sirxavendin Şirin Mirzəyev tərəfindən alınması barədə də o vaxt müharibədə iştirak eləmiş qohumum danışır ki, Sırxavənd 3 istiqamətdən düşmən kəndləri ilə əhatə olunmuşdu..Ağdərə-Xankəndi yolu kendin etrafından keçirdi..Şirin Mirzəyev birbaşa kəndə girdi kəndin girəcəyində 15-20 nəfəri postda qoydu ki,geri çəkilmək lazım olsa onlar arxaya yolu açıq saxlasınlar..həmin adamın sözlərinə görə Şirin Mirzəyev kəndi alandan sonra həmin o yola qoyduğu 10-15 nəfər başlayıblar arağdan vurmağa..İçib sərxoş olub arxayın düşüblər hərəsi bir tərəfdə sərxoş uzanıb..Bu vaxt ermənilər xəbər tutub hücuma keçib..özləri də bizimkilər tanımasın deyə Azərbaycan marşı oxuya oxuya gərlirmişlər..həmən bu 15 nəfər də piyan olduğundan bilməyiblər.Ermənilər onlara yaxınlaşıb hamısını öldürüb..sonra da 4 istiqamətindən kəndi atəşə tutublar..orada olanlar çarpaz atəş altına düşüblər..Şirin Mirzəyev mühasirəni yarıb çıxmağa müvəffəq olub..amma ki geri qayıdanda öz ərazimizdə müəmmalı şəkildə minaya düşüb....

Nazim müəllim mənim yaxın adamımın dediyi bu əhvalat nə dərəcədə həqiqətə uyğundur??Və siz Şirin Mirzəyevin aradan götürülməsi versiyasına inanırsınız mı??
Allah bütün şəhidlərimizə rəhmət eləsin,Ş.Mirzəyevdə onların içində.Siz"Ş.Mirzəyevin başçılıq etdiyi hərbi qüvvə"dən yazırsınız?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146188
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#12 Сообщение smersh70 » 03 июл 2014, 00:01

Изображение
AZƏRBAYCAN ORDUSUNUN QARABAĞDA 1992-Cİ İLDƏ (12 İYUN-15 OKTYABR) APARDIĞI İLK GENİŞMİQYASLI HƏRBİ ƏMƏLİYYATLARI SULTAN LAÇININ ARAŞDIRMASINDA

Bu günlərdə - ermənilərlə cəbhə xəttində qarşılıqlı atışmaların intensivləşdiyi bir dönəmdə bəzi analitiklər II Qarabağ savaşının başlayacağı ehtimalını irəli sürürlər. Bu təqdirdə uduzduğumuz I Qarabağ savaşında əsasən könüllülərdən ibarət olan və yenicə formalaşan silahlı qüvvələrimizin döyüş təcrübəsini təhlil etməli və sabah döyüşlərə atılacaq bugünkü əsgər və gəncləri ruhlandırmaq üçün onlara hansı siyasi dövrdə baş tutmasından asılı olmayaraq, daha çox uğurlu əməliyyatlarımızdan danışmalıyıq. Bu dəfə 1992-ci il iyunun 12-dən iyulun 9-dək əsasən Ağdərə-Goranboy və Əsgəran-Xankəndi istiqamətlərində baş tutmuş hərbi uğurlarımızdan bəhs edəcəyik. Həmin əməliyyatların mənzərəsini canlandırmaq üçün o dövrdə həm yüksək dövlət vəzifəsi tutmuş şəxslər, həm də zabit, yaxud sıravi döyüşçü kimi düşmənlə savaşın ən qaynar nöqtələrində döyüşmüş oğullarımızla söhbətləşdik:

1992-ci ilin mayından dövlət katibi olmuş Pənah Hüseyn:

- 1992-ci il iyun-iyul aylarındakı uğurlu əməliyyatlar MN və Baş Qərargah tərəfindən hazırlanıb, yerli özünümüdafiə alay və taborlarının komandir və şəxsi heyəti vasitəsilə həyata keçirilirdi. Ümumi rəhbərlik isə Dövlət Müdafiə Komitəsi (DMK) tərəfindən edilirdi. Həmin quruma əvvəlcə prezident səlahiyyətlərini icra edən Ali Sovet sədri İsa Qəmbər, iyunun 17-də prezident seçildikdən sonra isə Əbülfəz Elçibəy başçılıq edirdi. Amma hələ prezident seçilmədiyi günlərdə də Əbülfəz Elçibəy DMK-nin bir sıra iclaslarında iştirak edirdi.
Hesab edirəm ki, sözügedən əməliyyatların uğurlu alınmasında 1992-ci ilin mayında AXC-nin hakimiyyətə gəlməsi ilə nəticələnən proseslər də böyük rol oynadı. Son dövrlər bəziləri Ağdərə əməliyyatları uğrunda o dövrkü rəhbərliyin rolunu təkzib edir və hakimiyyətdə təmsil olunmayan şəxslərin, əsasən Surət Hüseynovun rolunu qabardırlar. Əslində bu uğur o vaxtkı iqtidar başda olmaqla MN, DİN, MTN və s. qurumların nəzarəti altında özünümüdafiə dəstələrinin, yeni formalaşan nizami ordu və daxili qoşun hissələrinin, Xüsusi Təyinatlı Polis Dəstəsinin və s. koordinasiya olunmuş əməliyyatlarının nəticəsidir. Burada siyasi mövqeyindən asılı olmayaraq, həmin döyüşlərdə iştirak etmiş hər kəsin xidmətini qeyd etmək gərəkdir. Və bütövlükdə bu, Azərbaycan xalqının uğuru idi. Onu da qeyd etmək lazımdır ki, həmin qələbəmizdə o dönəmdə yaranmış əlverişli siyasi şəraitin də xeyli rolu oldu. Allah o savaşlarda şəhid olmuş Azərbaycan övladlarına rəhmət etsin! İnşallah, belə uğurlu əməliyyatlarımız yenə təkrar olunar və şəhidlərimizin qanı yerdə qalmaz.
Konkret mənim iştirakıma gəldikdə DMK-nin xətti ilə istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarının bütövlükdə erməni işğalına qarşı səfərbər olunması, silahlı qüvvələrin təchizatı, şəxsi heyətin təşkili və s. üçün əlimdən gələni etmişəm. Elçibəyin andiçmə günü, yəni 1992-ci ilin 17 iyununda mən dövlət katibi kimi baş nazirin müavini Vahid Əhmədovla bərabər döyüşlərin ən qızğın yerində - Əsgəranın Naxçıvanik kəndində olmuşuq... Bundan başqa, həmin günlər mütəmadi olaraq Ağdam, Mingəçevir və s. yerlərdə olur, proseslərə nəzarət edirdik.
Onu da deyim ki, son illərdə guya sözügedən uğurlu əməliyyatların hansısa sülh danışıqlarının getməsi səbəbindən dayandırılması söhbəti da kökündən yanlışdır...

Əməliyyatlara müdafiə naziri kimi rəhbərlik etmiş Rəhim Qazıyev:

- Qarabağda erməni silahlı birləşmələrinə qarşı geniş əməliyyat hələ 1992-ci ilin aprelindən nəzərdə tutulmuşdu. Ancaq Şuşa və Laçının Bakıda hakimiyyət davası ilə müşayiət olunan işğalı bütün planlarımızı alt-üst etdi. Buna rəğmən bu istiqamətdə işlərimizi davam etdirdik. Və 4 iyun 1992-ci idə Rusiya müdafiə naziri P.Qraçovla danışıb, razılaşdıqdan sonra ordu komandanlığına kifayət qədər maliyyə vəsaiti ödəməkə guya Gəncədəki Rusiya Hava Qoşunlarının 104-cü diviziyasının zəbt etmək görüntüsü yaratdıq. O zaman Gəncə Polis İdarəsinin rəisi işləyən sabiq baş prokuror Eldar Həsənov həmin olayın ən gözəl şahididir. Beləliklə, elə rus zabitlərinin köməyi ilə Gəncədəki atıcı silah və zirehli texnikanı öz sərəncamımıza keçirdik. Və 1992-ci il iyunun 12-dən 13-ə keçən gecə həmin 104-cü rus diviziyası mütəxəssislərinin dəstəyi ilə əsasən Ağdərə-Goranboy, qismən də Əsgəran və Hadrut istiqamətlərində genişmiqyaslı hücuma başladıq. İlk gün əməliyyatımız çox uğurlu keçdi. Təəssüf ki, ölümündən sonra Milli Qəhrəman adı almış MN baş qərargah rəisinin müavini Şikar Şikarov müəmmalı şəkildə minaya düşərək həlak oldu. İyunun 17-də Lənkəran alayını da Ağdərə istiqamətinə göndərdik. Bundan sonra Sərsəng SES-i , Aterki, Drmbonu, Mehmanəni və nəhayət, Ağdərə rayon mərkəzini düşməndən azad edə bildik. Təəssüf ki, o günlər yenə də gizli şəkildə hakimiyyət uğrunda mübarizə gedirdi. Bunun nəticəsi kimi nəinki MN-də, hətta Prezident Aparatında belə müdafiə nazirinin uğurlarına qısqanclıqla yanaşaraq, ona sarsıdıcı zərbə vurmağa çalışan qüvvələr də var idi. Və biz zaman-zaman bu həmlələrlə qarşılaşdıq. Məyusluqla qeyd etməliyəm ki, sonradan mənə məlum olan faktlara görə, o vaxtkı spiker İsa Qəmbər, dövlət katibi Pənah Hüseyn, dövlət müşaviri Arif Hacıyev səviyyəsində belə, bu əməliyyatlara maneçiliklər yaradılırmış. Ancaq vətənpərvər oğul-qızlarımızın fədakarlığı sayəsində biz əməliyyatları uğurla həyata keçirə bildik. Biz həmin əməliyyatı aparan zaman Surət Hüseynov sadəcə Yevlax Yun zavodunun direktoru idi. Amma yenicə formalaşan ordunun silah-sursat və ərzaqla təmin edilməsində xaricdən bir sıra hərbi texnikaların gətirilməsində onun böyük rolu olmuşdu. “Mingəçevir alayı” kimi tanınan 123-cü alayın komandiri hərbi akademiya bitirmiş Nazim Bayramov, Göranboy batalyonunun komandiri Maşallah Abdullayev, “Qurtuluş” batalyonunun komandiri Şahin Tağıyev də böyük xidmət göstərdilər. Eləcə də bu uğurumuzda o vaxtkı daxili işlər naziri İsgəndər Həmidovun qardaşı o dövrdə “Azərittifaq”ın Tərtər rayon şöbəsinin rəhbəri olan Sərdar Həmidovun da rolunu qeyd etmək istərdim. O, könüllülərin ərzaq və silahla təmin olunmasında xeyli işlər görmüşdü. Adı yadımdan çıxmış insanlardan da üzr istəyirəm. Allah şəhid olanlara rəhmət eləsin! O döyüşlər zamanı qan tökmüş, əlil olmuş qazilərimizin, vicdanlı veteranlarımızın qarşısında baş əyirəm. MN səviyyəsində rəhmətlik Baş Qərargah rəisi, general Valeh Bərşadlının və Əməliyyat İdarəsinin rəisi Rüfət Əmirovun əməliyyatların planlaşdırılıb, idarə olunmasında danılmaz xidmətləri olub. Müdafiə nazirinin arxa cəbhə üzrə müavini Vahid Musayevin da rolunu xüsusi qeyd etmək istəyirəm. Bununla belə sözügedən uğurlu əməliyyatların bir nəfərin: Rəhimin, yaxud Surətin qələbəsi kimi qələmə vermək olmaz. Bu, bütövlükdə Azərbaycan xalqının uğuru idi...

Keçmiş 123-cü alayın komandiri Nazim Bayramov:

- 1992-ci ilin mayında Sürət Hüseynov televiziya vasitəsilə xalqın qeyrətli oğullarına Vətənin müdafiəsinə qalxmaq üçün çağırışla müraciət etdi. 8 minə yaxın könüllü bu çağırışa cavab verdi və Yevlağa toplandı. Qərara alındı ki, hücum iki istiqamətdə təyin olunsun: 1-ci istiqamətdə Ağdam cəbhəsi boyunca bir sıra kənd və yüksəklikləri alınmalı idi. Bu istiqamətdə 708 saylı briqada, Ağdam özünümüdafiə alayı komandiri Şirin Mirzəyev, 123-cü alayın 1-ci və 2-ci batalyonu, Ağdam özünü müdafiə batalyonları – komandirlər Yaqub Rzayev, Allahverdi Bagirov, Asif Məhərrəmov, Ədalət Zeynalov, polis batalyonu (komandir Faiq Baxşəliyev) hərəkət etməli, 4 döyüş helikopteri və SU-25 havadan zərbələr endirməli idi.
2-ci istiqamətdə keçmiş Şaumyan rayonu (indiki Goranboy rayonunun bir hissəsi) və yüksəkliklərdəki Gülüstan, Başkənd kəndlərindəki erməni qüvvələri məhv edilməli idi. Bu istiqamətdə 123-cü alayın tank batalyonu; 1-ci Göranboy batalyonu – komandirlər Maşallah Abdullayev və Məhəmməd Həsənov; 2-ci Göranboy batalyonu –komandir Rasim Əkbərov; Xanlar özünümüdafiə batalyonu – komandir Saleh İlyasov döyüşürdü.
Nəhayət, 12 iyun 1992-ci ildə S.Hüseynovun əmri ilə Azərbaycan Ordusu ruh yüksəkliyi ilə özünün ilk genişmiqyaslı hücumuna başladı.
1-ci hücum istiqamətində 12-18 iyunda Ağdam cəbhəsi boyunca qüvvələrimiz Əsgəran, Xoramurad, Xanabad, Fərrux, Mənikli, Ballıqaya, Sırxavənd, Naxçivanik və s. yüksəkliklərdə düşmənə şiddətli zərbələr endirdi, bütövlükdə 12 kənd azad olundu.
2-ci hücum istiqamətində, 13-16 iyun 1992-ci ildə keçmiş Şaumyana 3 istiqamətdən hücuma keçən batalyonlar Xarxaput, Buzluq, Mənəş, Ərkəc, Rus Borisı, Erməni Borisı, Başkənd və Gülüstan kəndlərindəki erməni-rus birləşmələrini darmadağın etdilər. 14 iyunda Ağcakənd və 16 iyuna qədər isə digər kəndlər azad olundu.
Bu doyüşlərdə şəhid olmuş Azərbaycan Milli Qəhrəmanları Vaqif Qurbanov, Allahverdi Bagırov, Şikar Şikarov, Şirin Mirzəyev telejurnalist Çingiz Mustafayev və sıravi könüllü əsgərlərimizin ruhları qarşısında baş əyirik!
“Şaumyan”dan sonra qoşunlarımız dayanmadan hücumu Ağdərə istiqamətində davam etdirdilər. Bizim tank batalyonu 1-ci Goranboy batalyonu ilə birlikdə Tapqaraqoyunlu kəndi tərəfdən Ağdərənin Talış kəndini qısa döyüş nəticəsində aldıq və əks istiqamətdən – Çaylı kəndini tutmuş “Milli Qurtuluş” və “Azadlıq ” batalyonları ilə birləşdik. Çaylı uğrunda döyüşdə “Milli Qurtuluş”dan 19 əsgər şəhid oldu.
16 iyun 1992-ci ildə Azərbaycan Ordusu Ağdərə rayonuna 4 istiqamətdən – Tərtər, Ağdam, Goranboy və Kəlbəcərdən genişmiqyaslı güclü hücuma keçdi. Əvvəlcə gərgin döyüşlər Ağdərə rayonun ətraf yüksəklikləri və kəndləri uğrunda aparıldı. Madagiz, Tonaşen, Karmiravan, Cerabert, Akop-Kamari, Minqrelsk, Maqavuz, Metsşen, Sırxavənd, Ballıqaya və s. Bunların hamısında Azərbaycan əsgəri şücaət və döyüş bacarığı nümunələri göstərmişdir...
4 iyul 1992-ci ildə sübh tezdən mühasirəyə alınmış Ağdərə şəhərinə şərqdən əsas zərbəni endirməklə 123-cü alayın tank batalyonu və 1-ci batalyonu, “Milli Qurtuluş” batalyonu və OMON daxil oldular. Şəhərdə müqavimətlə qarşılaşmadıq. Sevincimizin həddi-hüdudu yox idi...
Təəssüf ki, 7 iyul 1992-ci il tarixindən prezident Ə.Elçibəy bir aylıq, bir tərəfli atəşkəs elan etdiyindən biz iyulun 9-da hücum əməliyyatlarını dayandırmalı olduq...

“Qurtuluş” batalyonunda bölük komandiri kimi döyüşmüş Gəray Əsədov:

- 1992-ci ilin əvvəlində Tərtər-Ağdərə istiqamətində müdafiəni ərazi müdafiə batalyonları təşkil edirdilər.1992-ci ilin martında Tərtərdə 703 saylı motoatıcı briqada yaradıldı və batalyonlar həmin hərbi hissənin tərkibində birləşdirildilər. 1992-ci ilin iyun ayının əvvəlindən Ağdərə istiqamətində hücum planı hazırlandı. 13 iyun 1992-ci ildə Torpaqtəpə istiqamətində rəhmətlik Şikar Şikarov əməliyyat planı hazırlayarkən mina atışı nəticəsində şəhid oldu, Tərtər batalyonunun qərargah rəisi Pənah isə yaralandı. 16 iyun 1992-ci ildə Ağdərə istiqamətində döyüş əmri verildi. Döyüşə 703 saylı briqadanın komandiri Nəcməddin Sadıqov rəhbərlik edirdi. Bu əməliyyatda Şahin Tağıyevin komandiri olduğu “Qurtuluş” batalyonu, Baris Zöhrabovun komandir olduğu Tərtər batalyonu, rəhmətlik Mehman Ələkbərovun Gəncə batalyonu, rəhmətlik Elçin Əliyevin Bərdə batalyonu, rəhmətlik Ələmşah Məmmədovun Bərdə - “Azadlıq” batalyonu və s. iştirak edirdilər. 7 tank və 6 PDM ilə 16 iyun 1992-ci ildə Çaylı kəndi azad edildi və ermənilər böyük itki verərək geri çəkildilər.
Biz Çaylı kəndini azad edərkən küçə döyüşləri zamanı yaralandım və hospitala getməyə məcbur oldum. İyul ayının 7-də hospitaldan qayıtdım və birbaşa Ağdərəyə yollandım. Orada gördüyüm mənzərə məni həm sevindirdi, həm də kədərləndirdi. Şahin Tağıyevlə görüşdüm. O, toz- torpağın içində idi, gərginlik və həyəcandan ağzı əyilmişdi. Batalyonda 80-dək qədər şəhid və 200 yaralı var idi. Biz Şahinlə qucaqlaşdıq və xeyli ağladıq. Artıq ona Milli Qəhrəman adı verilmişdi. Məni sevindirən Ağdərə rayon mərkəzi və bəzi kəndlərin azad edilməsi idi...

Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu kəşfiyyat rotasında vuruşmuş döyüşçü-jurnalist Rey Kərimoğlu:

- 1992-ci il iyunun əvvəlində rəhmətlik Şirin Mirzəyevin imzaladığı döyüş əmri ilə Yeni Qaralar, Kiçan istiqamətində hücuma keçməli idik. Bu tarixi əmrin əhatə etdiyi əməliyyat həmin günlər Azərbaycan Ordusunun əsasən Ağdərə, Goranboy, Əsgəran istiqamətində apardığı böyük əməliyyatın tərkib hissəsi olmalıydı.
İyunun 12-si gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı... Və biz çayın sol tərəfinə keçib, Ballıqaya-Kiçan istiqamətində irəliləməyə başladıq. Ermənilərin “Qız qəbri” postunadək demək olar ki, heç bir müqavimətə rast gəlmədik. Məqsədimiz Ağdərə-Xankəndi yolunun üzərindəki strateji “Vəngin körpüsü” deyilən körpünü ələ keçirmək idi. Çayın sağ sahilində Sırxavənd qəbiristanlığının yanında isə düşmənin ciddi müqaviməti ilə üzləşdik. Bir tankımız və bir rabitə avtomobilimiz minaya düşdü. Bir nəfər şəhid oldu, bir nəfər isə yaralandı. Amma döyüşçülərimiz böyük çətinlik bahasına da olsa, tankı bərpa edib, yenidən döyüşə atıla bildilər. Ermənilərin bir PDM-ni idarə edən ruslardan ibarət heyət zirehli maşını qoyaraq qaçdılar. Ermənilərin ciddi müqavimətinə rəğmən iyunun 12-si saat 4-5 radələrində batalyonumuz Sırxavənd, Qaralar, Bəşirlər kəndlərini və bir neçə strateji yüksəkliyi azad etdi. Axşam saat 8 radələrində isə artıq erməni silahlılarının mərkəzi qərargahı olan Ballıqaya–Kiçan mövqeyinə daxil olduq. Lakin sağ və sol cinahlarımızdakı digər hərbi hissələr baş plana uyğun olaraq irəliləyə bilmədiyindən batalyonumuzun mühasirədə qalmaq təhlükəsi var idi. Neçə gün ac-susuz yuxarıdan əmr gözləyirdik. “Ratsia”mızın batareyası da bitdiyindən artıq heç bir əlaqə yarada bilmirdik. Təxminən iyunun 16-da “Qız qəbri” postunadək geri çəkilməyə məcbur olduq və orada ermənilərlə qarşılaşdıq. Mühasirə xeyli davam etdi. Düşmən tərəfdən üstümüzə iki vertolyot qalxdı. Ancaq Yeni Qaralar kəndindəki postumuzdan Ağa adlı bakılı balası vertolyotlardan birini “İqla” raketi ilə burdu. Bundan sonra biz ruhlanıb, Xankəndi istiqamətində hücuma keçdik və mühasirəni yara bildik... Bir neçə gün sonra Şirin Mirzəyev bizim kəşfiyyat rotasına və minatəmizləyənlərə Qazançı kəndinə yol açmaq tapşırığını verdi. Çox çətin tapşırıq idi; minatəmizləyənlərdən ikisi şəhid oldu. Üzərində döyüşçülər olan bir “tyaqaç”ımız (zirehli dartma maşını) minaya düşdü. Həmin əməliyyatda təxminən 40 nəfər itirdik. Sonradan öyrəndim ki, bu əməliyyatın pozulmasını heç bir siyasi qruplaşmaya qoşulmayan Şirin Mirzəyevi xoşlamayan qüvvələr təşkil ediblər. Həmin vaxt ermənilər Yeni Qaralar kəndini geri alsalar da, biz onları oradan çıxardıq. Sonra Qazançı istiqamətində yeni əməliyyat hazırlamaq məqsədilə biz kəşfiyyatçılar irəli göndərilsək də, Şirin Mirzəyevin gözlənilmədən minaya düşərək, həlak olması bu əmliyyatı yarımçıq qoydu... Şirin Mirzəyevsiz ilk ağır döyüşümüz iyunun sonlarında Ağdərənin Canyataq və Gülyataq kəndləri istiqamətində baş tutdu. Böyük çətinlik və itkilər hesabına olsa da, həmin kəndləri düşməndən azad etdik və ardınca Qazançını da aldıq...

Məşhur “Fred Asif” ləqəbli Asif Məhərrəmovun komandiri olduğu batalyonda rota komandiri kimi savaşmış Ədalət Məhərrəmov:

- 1992-ci il iyunun 12-də komandirimiz Asif Məhərrəmovun əmri ilə mənim rəhbərliyimlə bir qrup döyüşçü Qızılcabel istiqamətində hücuma keçib, Əsgəran qalası yaxınlığındakı Qaraqaya yüksəkliyini tutmalı idik. Həmin yüksəklikləri azad edib, Əsgəran körpüsünədək gedib çıxdıq. Bizdən 3 nəfər şəhid oldu, 5 nəfər yaralandı. 20-dək erməni məhv etdik. Xeyli əsir və qənimət götürdük. Komandir mühasirəyə düşə biləcəyimizi nəzərə alıb, bir az geri çəkilməyimizi əmr etdi. İyunun 14-də ermənilər güclü əks-hücuma keçərək, bizi mühasirəyə aldılar. 14 şəhid verdik, xeyli döyüşçümüz yaralandı. Arxadan da heç bir kömək gəlmədi. Nəticədə düşmən Qaraqayadakı mövqeləri geri aldı. Ertəsi gün isə ən dəhşətli anları yaşadıq. Ermənilər gözümüzün qarşısında Qaraqayadan çıxara bimədiyimiz 14 şəhidimizin meyitini bizdən 2-3 km aralıdakı təpədə yandırdılar. Bizə kömək gələndən sonra hücuma keçib, həmin təpəni aldıq. Orada 3 nəfər Suriya və Livandan gəlmiş erməni muzdlusunu məhv etdik. Onlar özlərini zəncirlə səngərə bağlamışdılar ki, sonadək döyüşsünlər. Səhv etmirəmsə, iyunun 13-də Qaraqaya yaxınlığında qəhrəman təyyarəçimiz Vaqif Qurbanov erməni

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#13 Сообщение Nazim Bayram » 08 дек 2014, 22:26

Erməni generalı A.İ. Ter- Tadevosyanın xatirələrindən.
Arayış: Ter- Tadevosyan 1939 ildə Tiflisdə anadan olub, Bakı Ali Komandirlər məktəbini, sonra Leninqrad arxa cəbhə və nəqliyat hərbi akademiyasını bitirib. Əfqanıstan və Qarabağ müharibəsində iştirak edib. 1988-ci ildən silahlıların hazırlığı ilə məşqul olub, 1990 ilsə “David Sasun” dəstəsində könüllü, 91-ci ildən isə Ermənistan hökümətində müdafiə komitəsinin qeyri-qoşun hazırlığı şöbəsinin rəisi vəzifəsini tutub. Bu qismdə Şuşanın alınması əməliyatını hazırlayıb, keçirmişdi.

“İyun- İyul 1992-ci il.
Şuşanın alınmasından və Laçın dəhlizinin açılmasından sonra əldə edilmiş qələbələrdən eyforiya başladı. Artsaxda bu eyforiya Ermənistanın EAH(Erməni Azadlıq Hərəkatı) iqtidarı və onların Artsaxdakı tərəfdarları ilə və Daşnaksütün partiyası arasında siyasi mübarizənin kəskinləşməsi fonunda baş verirdi. Ermənistan rəhbərliyi Artsaxda hakimiyyətin öz tərəfdarlarına keçməsi üçün rəqiblərinə qarşı bütün mümkün siyasi təzyiq tədbirlərini keçirmək qərarına gəlmişdi.
1992-ci ilin iyunun ilk günlərində “DQR”-in Ali Sovetinə yeni sədr seçkiləri zamanı qarşıdurma öz kulminasiya nöqtəsinə çatmışdı. (Sədr vəzifəsi Artur Mkrtçyanın ölümündən sonra boş qalmışdı).
Bu posta əsas namizəd Daşnaksütün partiyasının Artsaxda nüfuzlu xadimlərindən biri olan Şagen Meqryan idi. Lakin bu vəzifəyə seçilmək üçün ona cəmi bir neçə səs çatmadı və nəticədə Ali Sovetə sədr seçilmədi.

Bu şəraitdə Azərbaycan iyun ayına Rusiyadan 4-cü Ordunun 4 diviziyasının və Xəzər donanmasının silahlarını alıb, iyunun 12-i bütün cəbhə boyunca gözlənilmədən genişmiqyaslı hücuma keçdi. Düşmən, əsas zərbələrini Şaumyan(Ağcakənd- NB), Mardakert(Ağdərə- NB), Əsgəran istiqamətlərində endirdi. Hücuma keçənlərin birinci eşelonunda gedən tankları, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən keçmiş sovet 23-cü diviziyasının muzdla tutulmuş təcrübəli ekipajları idarə edirdi.(Şaumyan və Ağdərə hücumlarında zirehli texnikanın ekipajları yalnız azərbaycanlı döyüşçülərdən ibarət olub. Hər iki əməliyyatda hücumun avanqardında XTPD-nin(OMON) təcrübəli ekipajları əsasında yaradılmış 123-cü alayın tank batalyonun bölmələri iştirak ediblər. Komandir kapitan N. Bayramov. qeyd- NB).
Şaumyan rayonun müdafiəsini yerli silahlılar, Ermənistandan “Tiqran Mes” könüllü dəstəsi və Xüsusi alaydan dəyişən rota, ümumi sayları 500 nəfər, təmin edirdilər. Rayon müdafiəsinin koordinasiyasını Şagen Meqryan başçılıq etdiyi “Şimal Komitə” edirdi. Qeyd etmək lazımdı ki, siyasi səbəblərdən Şagen Meqryanın tərəfdarları ilə Ermənistanın müdafiə nazirliyinə tabe olan Xüsusi alayın rotası arasında qarşılıqlı əlaqələndirmə çox aşağı səviyədəydi.
Düşmən hücuma keçəndən Qaraçinar istiqamətindəki erməni qüvvələri ciddi müqavimət göstərmədən, geri çəkildilər. Bu, rayonun bütün müdafiə sistemini pozdu və düşmənə imkan verdi ki, Şaumyanovsku tez tutsun və iki günə bütün rayonu ələ keçirsin.

İyunun 15-i düşmən Mardakert istiqamətində hücuma keçdi. Bu zaman rayonu ümumi sayı 1136 nəfərdən ibarət bir neçə dəstə üş əsas istiqamətdə müdafiə edirdi: 383 döyüşçü- qərb(Kəlbəcər), 371- şimal- şərqdə və 382- cənub- şərqdə. Erməni dəstələrində 6 tank, 4 PDM, 1 BTR var idi. Bununla bərabər cəmi üç təcrübəli tank ekipajı var idi, tezliklə onlara daha iki ekipaj da qoşuldu. Tankəleyhinə silahlardan dörd PTUR “Faqot” və əl və dəzgahlı qumbaraatanlar var idi. Artilleriyadan 3 ədəd D-30 və 2 ədəd KS-19 toplar var idi.

İyunun 17-i Mardakert rayonun müdafiəsinə məsul şəxs Vaqif Qalstyan və Ermənistan MN-nin Xüsusi alayının komandiri polkovnik Vladimir Karapetyan həlak oldular. Bu zaman rayonun müdafiəsində dayanan dəstələr ağır mənəvi- psixoloji vəziyətdə idilər. Bu bir neçə səbəblə izah olunurdu: erməni dəstələri ilk dəfə idi belə güclü hücumla və nisbətən çoxsaylı itkilərlə qarşılaşırdılar; onların vəziyətinə düşmənin Şaumyanı bu tezliklə alması və Şaumyandan Mardakertin ərazisiylə Stepanakertə hərəkət edən qaçqın axını təsir etmişdi.
Vəziyətin bütün ağırlığını nəzərə alaraq, rayonun müdafiəsini təşkil etmək üçün mən iyunun 18-i Mardakertə gəldim. Az sonra Mardakertə Ermənistanın müdafiə nazirinin birinci müavini general-mayor Artuş Arutyunyan və onunla 4 zabit Mardakert rayonun müdafiəsini koordinasiya etmək üçün gəldilər. Bu təcrübəli zabitlərin gəlişi səhra qərargahların işini yaxşılaşdırmağa imkan verdi və dəstə komandirlərində özünəgüvəni artırdı.

Düşmən qüvvə və vasitələrdə üstünlüyünü anlayaraq, muzdlu təcrübəli ekipajların idarə etdikləri zirehli texnikadan istifadə edərək, cəbhəni yarmağa inadla cəhdlər edirdi. Düşmənin hücumu havadan aviasiyanın hərəkəti ilə dəstəklənirdi. Döyüş təyyarə və helikopterlərin ekipajları təcrübəli muzdlu pilotlardan ibarət idi. Bizdə isə hava müdafiə vasitələrindən düşmən aviasiyasına ciddi zərər vura bilməyəcək bir neçə PZRK “Strela- 2M” və 3 “ZU- 23-2” zenit qurğusu var idi. Düşmən, erməni mövqelərinə hava hücumlarında bir cütlük həmləçi SU-25, arxasınca həmçinin cütlükdə təlim- döyüş L-29 yaxud Mİ-24 zərbə helikopterlərdən istifadə edirdi.
Bizim, təcrübəli ekipajlarla tanklarla kömək xahişimizə Ermənistandan 3 tank gəldi, ancaq şlemofonlarsız və bəzi avadanlıqsız. Ekipajlar, döyüş təcrübəsi olmayan, zəif hazırlıqlı çağırışçılardan ibarət idi, onlar daha təcrübəli ekipajlara qarşı döyüşə girməkdən imtina edirdilər.
Düşmənin sayca, zirehli texnikada ciddi üstünlüyünə və havada tam sahibliyinə baxmayaraq, erməni dəstələri 19 gün düşmənin hiddətli basqısını saxlayırdılar. Lakin itkilər verərək, o cümlədən komandirlər arasında(iyunun 21-i “Azadalıq Ordusu” dəstəsinin komandiri- Leonid Azqaldyan, iyulun 3-ü isə “Sasna Srer” dəstəsinin komandiri- Samvel Gevorkyanın həlak olmaları ilə)dəstələr bir birinin ardınca döyüş mövqelərini əmrsiz buraxdılar. 4 iyul 1992 il(qoşunlarımız Ağdərəni azad edən gün- NB)ərəfəsində Mardakerti yalnız üç, ümumi sayı 42 nəfər olan, düşmənin qarşısını saxlaya bilməyən, dəstələr müdafiə edirdi. Ancaq kəskin zərurət olan gözlənilən kömək Mardakertə gəlib çıxmadı.

İyulun 4-ü Mardakert rayonun müdafiə qərargahı qalan döyüşçülərlə Kusapat(Ağdərənin Kasapet- NB)kəndinə çəkildi. Lakin tezliklə düşmən Kəlbəcər rayonu tərəfindən zərbə endirərək, erməni dəstələrin müqaviməti qırıb, Çapar, Zərdəxaç, Aterk və b. kəndləri tuta bildi. Böyük çətinliklə erməni dəstələri Vaquas- Drmbon- Çıldran xəttində düşmənin irəliləməsini müvəqqəti ala bildilər.(Əslində isə iyulun 14-ü Romada başlayacaq Ermənistan- Azərbaycan sülh danışıqlarının 4-cü raundun nəticə verməsi üçün Azərbaycan höküməti həmsədrlərin təklifi üzrə iyulun 9-dan bir aylıq birtərəfli atəşkəs elan etdi. İyulun 14-ü 4 raunda başlaması ilə nəticəsiz bitdi və iyulun 15-i ermənilər Ağdərə(Mardakert) şəhərini qaytarmaq məqsədilə əkshücuma keçdilər.- NB).

ERMƏNİ ÖZÜNÜMÜDAFİƏ QÜVVƏLƏRİNİN ŞAUMYAN VƏ MARDAKERT RAYONLARINDA 1992-Cİ İLİN İYUN-İYULUNDA MƏĞLUBİYƏTLƏRİNİN ƏSAS SƏBƏBLƏRİ.
Erməni qüvvələrinin 1992 ilin iyun-iyulundakı məğlubiyətlərinin əsas səbəblərinə aşağıdakıları aid etmək olar:

1. ERMƏNİSTAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASINDA LƏNGİMƏ.
Baxmayaraq ki, 1990 ildən Ermənistan Respublikasının Silahlı Qüvvələrinin(ilk növbədə iri hərbi birləşmələr) yaradılması zərurəti hamı üçün aydın idi, onlar yaradılmadı. Bu, respublikadakı ağır iqtisadi vəziyətlə izah olunur, ölkə rəhbərliyinin bunu maliyələşdirməyə imkanları yox idi. 1990-cı ilə yalnız bir nizami hərbi hissə yaradılmışdı- DİN-i tərkibində Xüsusi alay. 1992 ildə Müdafiə Nazirliyinin yaradılması ilə alay Silahlı Qüvvələrin tərkibinə daxil edildi.

Məlum olduğu kimi, Azərbaycanın Müdafiə Nazirliyi 1991 ili sentyabrında yaradılıb, Ermənistanın Müdafiə Nazirliyi isə 28 yanvar 1992 ildə yaradılıb.
Nəticədə, 1992 ilin iyununda müharibənin yeni etapının başlamasıyla döyüşlər hərbi sənətin əsasları ilə aparıldıqda, müdafiə xəttinin yarılmasında muzdlu təcrübəli ekipajlı zirehli texnikalardan istifadə edən Azərbaycan MN-nin nizami hissələrinin genişmiqyaslı hücumunun qarşısını almağa erməni könüllü dəstələri qadir olmadılar.
Nə Ermənistanda, nə Arsaxda tələb olunan miqdarda nizami hərbi hissələr olmadı ki, onlar cəbhənin yarılması təhlükəsində olan sahələrə atılsın.

2. ERMƏNİSTANIN “EAH”(Erməni Azadlıq Hərəkatı. qeyd- NB) İQTİDARI İLƏ DAŞNAKSÜTÜN PARTİYASININ ARASINDA ŞUŞANIN ALINMASI İLƏ DAHA DA GƏRGİNLƏŞMİŞ, SƏRT SİYASİ MÜBARİZƏ.
Ermənistanın və Artsaxın siyasi rəhbərləri müharibə şəraitində hakimiyyət uğrunda mübarizə ilə məşqul idilər və buna görə Arsaxın müdafiəsinin gücləndirilməsi tədbirlərini görməmişdilər. Burada təqsir ilk növbədə Ermənistanın siyasi və hərbi rəhbərliyində olmuşdu çünki Arsaxın müdafiəsinə yönəlməli resurslara( dəstələr, silah-sursat və b. maddi vasitələr)məhz o, nəzarət edirdi.
İki aparıcı siyasi qüvvələrin qarşıdurması dəstələrin qarşılıqlı əlaqələndirilməsinə və mənəvi- psixoloji mühitə mənfi təsir göstərirdi.

3.ŞUŞANIN ALINMASI İLƏ VƏ LAÇIN DƏHLİZİNİN AÇILMASINDAN SONRAKI EYFORİYA QOŞUNLARDA NİZAM-İNTİZAMIN CİDDİ ZƏİFLƏMƏSİNƏ GƏTİRDİ.
Xalqa və hətta komandir heyyətinin bir hissəsinə elə gəlirdi ki, müharibə bitdi və bir çox dəstə komandanlığın icazəsi olmadan, Ermənistana qayıtdılar. Silah oğurluğu faktları artmışdı, atıcı silahların qıt sursatları havaya məqsədsiz atılırdı.

4.KƏŞFİYATIN UĞURSUZLUQLARI.
Özünümüdafiə Qüvvələrinin komandanlığı düşmənin, 23-ü Kirovabad(Gəncə-NB) diviziyasının keçmiş hərbi qulluqçularının cəlb edilməsi ilə genişmiqyaslı hücum hazırladığı haqqında kəşfiyat məlumatlarını vaxtında almadı. Bu faktı hərbi və siyasi kəşfiyatın iri uğursuzluğu kimi qiymətləndirmək olar.

5.DÖYÜŞ RUHUNUN DÜŞMƏSİ VƏ PANİKA.
Şaumyan və Mardakert rayonlarının mülki əhalisinin Stepanakertə axını bu rayonlardan olan yerli döyüşçülərin və hətta dəstələrin öz ailələrinin dalınca getməsinə gətirib çıxardı və onlar Mardakert rayonunu müdafiə etmədilər.

6.KÖMƏYİN OLMAMASI.
Mardakertin müdafiəsinin komandanlığı nə Stepanakertdən, nə Ermənistandan tələb olunan köməyi almadı. 1992 ilin fevralında Stepanakertdə yaradılmış və Şuşanın alınmasında iştirak edən doqquz rotadan Mardakert itirilməmiş- 4 iyul 1992 il- onun müdafiəsində yalnız Aşot Qulyanın 1-ci rotası iştirak etmişdi. “

Yuxarıdakı material internet- resurslardan götürülüb. Rus dilindən tərcümə və qeydlər Nazim Bayramovundu.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#14 Сообщение mirotvores70 » 08 дек 2014, 22:32

Bu şəraitdə Azərbaycan iyun ayına Rusiyadan 4-cü Ordunun 4 diviziyasının və Xəzər donanmasının silahlarını alıb, iyunun 12-i bütün cəbhə boyunca gözlənilmədən genişmiqyaslı hücuma keçdi.
Bu mənə qaranlıq qaldı.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#15 Сообщение mirotvores70 » 08 дек 2014, 22:53

(Şaumyan və Ağdərə hücumlarında zirehli texnikanın ekipajları yalnız azərbaycanlı döyüşçülərdən ibarət olub. Hər iki əməliyyatda hücumun avanqardında XTPD-nin(OMON) təcrübəli ekipajları əsasında yaradılmış 123-cü alayın tank batalyonun bölmələri iştirak ediblər. Komandir kapitan N. Bayramov. qeyd- NB).
Şaumyan yox-amma Ağdərəyə hücum zamanı az da olsa texnika bizdən də vardı.Əsasən 2 BMP,2 bm-16 ,BRDM.Bunlar əsasən Nazim Səfərovun könüllüləri idi.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#16 Сообщение Nazim Bayram » 08 дек 2014, 23:07

mirotvores70 писал(а):
Bu şəraitdə Azərbaycan iyun ayına Rusiyadan 4-cü Ordunun 4 diviziyasının və Xəzər donanmasının silahlarını alıb, iyunun 12-i bütün cəbhə boyunca gözlənilmədən genişmiqyaslı hücuma keçdi.
Bu mənə qaranlıq qaldı.
Xəzər donanmasını "do kuçi" qeyd edir yəqin.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#17 Сообщение Nazim Bayram » 08 дек 2014, 23:20

mirotvores70 писал(а):
(Şaumyan və Ağdərə hücumlarında zirehli texnikanın ekipajları yalnız azərbaycanlı döyüşçülərdən ibarət olub. Hər iki əməliyyatda hücumun avanqardında XTPD-nin(OMON) təcrübəli ekipajları əsasında yaradılmış 123-cü alayın tank batalyonun bölmələri iştirak ediblər. Komandir kapitan N. Bayramov. qeyd- NB).
Şaumyan yox-amma Ağdərəyə hücum zamanı az da olsa texnika bizdən də vardı.Əsasən 2 BMP,2 bm-16 ,BRDM.Bunlar əsasən Nazim Səfərovun könüllüləri idi.
Var idi. Sizdə də, Ağdam özünümüdafiə alayında... Şaumyana hücumda 2-ci Göranboy batalyonunda da(komandir- Rasim Əkbərov) PDMlər var idi, Ağdərəyə hücum vaxtı "Qurtuluşda", Xanlar batalyonunda, Elçin Əliyevin batalyonunda, Bərdənin "Azadlıq"(Meşə) batalyonunda və b. texnika var idi.
Ancaq mən erməni nəzərdə tutduğu, müdafiə xəttini yaran qüvvələrimizin avanqardında gedən tank batalyonumuzun bölmələrini nəzərdə tuturdum.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#18 Сообщение Nazim Bayram » 09 дек 2014, 12:21

İyunun 12-i Azərbaycan qüvvələrinin irimiqyaslı hücumu Şaumyana deyil, Ağdamdan Əsgərana başlanmışdı. Əsgəran rayonun bir sıra kəndləri və önəmli yüksəklikləri alınmışdı.
T-Tadevosyan Şaumyan və Ağdərə uğursuzluqlarının səbəblərini sayanda, iyunun 12-i Ağdamdan Əsgəran istiqamətində başlanmış hücumu və ermənilərin bütün rezervlərinin bu cəbhəyə çəkdiyini və buna görə Şaumyan, sonra Ağdərəyə ilk günlər kömək gəlmədiyini aydın səbəblərdən qeyd etmir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146188
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#19 Сообщение smersh70 » 09 дек 2014, 19:55

Nazin müəllim,cavabinıza görə sağ olun..
bu məsələ ilə əlaqədar,104 HDD əməliyyat bölməsinin rolu danılmazdır..Düzdü,döyüşən,şəhid verən bizimkiləri di, ancaq Şerbak əlini çəkən kimi uğursuzlüqlar başladı..Baxmayaraq ki,yenə də şəhid verirdik və vuruşurduq.....
bizim iki güclü beyin əməliyyatçımıx vsr idi--Şirin Mirzəyev ,Şikar Şikarov..ikisini də əməliyyatların əvvəlindən oyundan çıxartılar....Bunnan sonra,strateqlər qalmadı---
biri də var--Elbrus Orucov...ancaq onun beyini sərf edəndə işləyir :mrgreen:

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#20 Сообщение Nazim Bayram » 09 дек 2014, 21:05

smersh70 писал(а):Nazin müəllim,cavabinıza görə sağ olun..
bu məsələ ilə əlaqədar,104 HDD əməliyyat bölməsinin rolu danılmazdır..Düzdü,döyüşən,şəhid verən bizimkiləri di, ancaq Şerbak əlini çəkən kimi uğursuzlüqlar başladı..Baxmayaraq ki,yenə də şəhid verirdik və vuruşurduq.....
bizim iki güclü beyin əməliyyatçımıx vsr idi--Şirin Mirzəyev ,Şikar Şikarov..ikisini də əməliyyatların əvvəlindən oyundan çıxartılar....Bunnan sonra,strateqlər qalmadı---
biri də var--Elbrus Orucov...ancaq onun beyini sərf edəndə işləyir :mrgreen:
Smerş, uğurlarımızı Şerbakla, uğursuzluqlarımızı isə "Şerbakın əlini çəkməsi" ilə izah- geniş yayılmış yanlışlıqdır. Rusların rolunu danmıram- burada bu haqda yazmışam ayrıca mövzuda, ancaq bu dərəcədə şişirtməyin də əleyhinəyəm. Bizim uğurların da, uğursuzluqların da tamamilə daxili səbəbləri var.
Strategiya müharibədə vacibdi. Ancaq adlarını çəkdiyiniz hərbçilərin qarşısında dayanan vəzifələrin miqyası əməliyat sənəti və taktika səviyəsində idi. Allah onlara rəhmət eləsin. Onlar döyüşdə, məlum şəraitdə həlak olublar, "oyundan çıxartdılar"la razılaşmıram. bu biraz konspirologiyaya oxşayır)

Ответить

Вернуться в «Yaxın Tariximiz»