1992- 94 il-d Türkiyə və türklər Qarabağ müharibəsində.

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

1992- 94 il-d Türkiyə və türklər Qarabağ müharibəsində.

#1 Сообщение Nazim Bayram » 20 окт 2013, 15:56

Изображение
Bu mövzu, 92-93-cü illərdə, siyasi və hərbi-siyasi əməkdaşlığa toxunmadan, yalnız hərbi sahədə əməkdaşlıq haqqındadı.

Türkiyənin və türklərin müharibədə iştirakı, rusların müharibədə bizim tərəfdə iştirakından fərqli olaraq, daha çox təmənnasız hərbi yardımlardan ibarət olmuşdu.

1992-ci ilin əvvəlində A. Mütəllibovun təşəbbüsü ilə Azərbaycan Türkiyə ilə hərbi sahədə əməkdaşlıq haqqında bir sıra sazişlər imzalandı.

1992-ci ilin fevralında 50-ə yaxın azərbaycanlı hərbiçilər Türkiyəyə təlim keçməyə göndərildi.

92-ci ilin martın sonlarında Etibar Məmmədovun vasitəçiliyi ilə Azərbaycana Adnan paşanın rəhbərliyi altında üç türk hərbi instruktor gəldi.
Qəbələ rayonunda onlara təlim bazası ayrıldı və onlar 150 azərbaycan əsgəri hazırladılar. Şuşanın işğalından sonra bu dəstə E. Məmmədovun rəhbərliyi ilə Turşsuya getmişdi. Lakin 92-ci il mayın 14-dən 15-ə keçən gecə Turşsunu tərk edərək, Bakıya, məlum hadisələrdə iştirak etmək üçün, getmişdilər.

Ə. Elçibəy hakimiyyətə gələndən sonra Azərbaycan- Türkiyə hərbi əməkdaşlığı daha da intensivləşdi.
Türkiyənin Azərbaycanda hərbi attaşesi Xəlil paşa təyyin olundu. General Yaşar Dəmirbulaq Ə. Elçibəyin türk hərbi müşavirlər qrupuna rəhbərlik etməyə başladı.
Osman paşanın rəhbərliyi altında Azərbaycana yeni bir qrup türk hərbi instruktorlar gəlir və onlar Nasosnıda 92-ci ilin sonlarına qədər 772 saylı batalyonumuzu hazırlayırlar.
Beləliklə, 1992-ci il ərzində türklərin Qəbələdə hazırladıqları 150 nəfər və 772 saylı batalyonu döyüş zonasına göndərilmişdilər.

92-ci il ərzində türklər tərəfindən hazırlanmış daha 300 əsgərimiz 93-cü ilin yanvarında 701-ci briqadanın ştatına daxil edildi.

93-cü ilin yay aylarına qədər türklər tərəfindən daha 6 batalyon hazırlandı, hər birində təxminən 300 əsgər.
Yayın sonlarında türk hərbiçiləri qayıtdılar Türkiyəyə. Oktyabırın sonlarında, Azərbaycan rəhbərliyi Türkiyəyə müraciət edəndən sonra, türk həbiçilər həmin tam tərkibdə yenidən Azərbaycana gəldilər və 93-94-ün qışında daha iki briqadaya təlim keçərək, hazırladılar.
Onu da qeyd etmək lazımdı ki, türk hərbi müşavirləri 1993-cü ilin yanvarında Ali Baş Komandan Ə. Elçibəyi Ağdərə- Fərrux əməliyyatının keçirilməsindən çəkindirirdilər.
Həmçinin 1994-cü ilin yanvarında da türk hərbi müşavirlər H. Əliyevi Kəlbəcər hücumu və başqa geniş miqyaslı hücumlardan çəkindirirdilər.
Lakin hər iki halda onların rəyi nəzərə alınmamışdı və həm 93 yanvar, həm 94 yanvar qış hücum kampaniyaları uğursuzluqla bitmişdi.

Bu illərdə Türkiyə Azərbaycana atıcı silah və sursatla da yardımlar etmişdi.

Türklərin Qarabağda gedən döyüşlərdə dəstə şəklində bilavasitə iştirak edən, əsasən Tovuzda hərəkət edən, Yusif Arpaçının 30 nəfərlik “Boz Qurd” dəstəsi olmuşdu.

Türkiyə Naxçıvana da hərbi yardımlar edib.

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: 1992- 94 il-d Türkiyə və türklər Qarabağ müharibəsində.

#2 Сообщение Одиссей » 20 окт 2013, 19:19

Türklər 1994-cü ilin yaında Müşfiq qəsəbəsində mənim instruktorlarım olublar. Gündə 2 fəfə 2 saat fiziki hazırlq (kross, turnik, press), 1 dəfə taktiki hazırlıq( "polosa prepyatstviya", hücum, müdafiə, kəşfiyyat), 1 dəfə tədris sinfində taktiki hazırlıq.
Hər gün 8 saat 90 gün. Boyun qaçırmaq mümkün deyildi. Həkimləri də öz adamları idi.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Shahmuradov
Новобранец
Сообщения: 17
Зарегистрирован: 20 окт 2013, 22:17

Благодарил (а): 1 раз
Поблагодарили: 4 раза

Re: 1992- 94 il-d Türkiyə və türklər Qarabağ müharibəsində.

#3 Сообщение Shahmuradov » 20 окт 2013, 22:30

maraqli melumatlardi

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: 1992- 94 il-d Türkiyə və türklər Qarabağ müharibəsində.

#4 Сообщение shahkulu » 22 окт 2013, 17:57

Bes Turkiyenin 92-93-cu illerde oz ordularini Ermenistanla serhedde yigmasina ve Ermenistana ultimatum vermesine aid ne deye bilersiniz??

Ответить

Вернуться в «Yaxın Tariximiz»