706-cı briqadanın yaranma tarixcəsi.

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

706-cı briqadanın yaranma tarixcəsi.

#1 Сообщение Nazim Bayram » 07 ноя 2014, 17:28

Qazi, hörmətli Aydın Şükür bəy 706-cı briqadanın təşkilinin qısa tarixçəsini bölüşüb. Aydın bəyə təşəkkürümüzü bildiriririk.
"Qubadlı cəbhəçilərinin və əhalisinin dövlətimizin Ordu quruculuğunda keçdiyi şərəfli yolun qısa tarixçəsi :
1988-ci ildə Azərbaycan insanını və Ərazi bütövlüyümüzü Rus-erməni təcavüzündən qorumaq məqsədi ilə gizli silahlı dəstələr yaratmağa başladıq.
1991-ci il,12 oktyabrdan başlayaraq AXC Qubadlı rayon şöbəsinin yaxından iştirakı ilə sevə sevə ilk Əlahiddə Ərazi Müdafiə Batalyonumuzu yaratmağa, Batalyonu silah, sursat və lazım olan texnika ilə təchiz etməyə başladıq.
Sonradan 810 saylı hərbi hissə oldu.
1992 -ci il mart ayında AXC Qubadlı RŞ-nin təşkilatçılığı ilə 2-ci, 851 saylı hərbi hissəni yaratdıq və bütün təchizatını etdik.
1992 -ci ilin may ayında daha yeni 2 hərbi hissə 846 və 843 saylı hərbi hissələri, motoatıcı batalyonları yaratdıq.
1992-ci ilin iyul ayında vahid komandanlıq, 850 saylı hərbi hissəni alayı formalaşdırdıq.1992- ci ilin sentyabrında 706 saylı h/h, briqadanın təməlini qoyduq.
1993-cü ilin mart ayında Qubadlı Hərbi Hornizonunu Formalaşdırdıq.Allah Şəhidlərimizə Rəhmət eləsin !
1. 810 saylı h/h ilk komandiri Dağbəyi Məhyəddinov.Sonradan komandir 1992-ci ilin may ayında Rəhmətlik Şəhidimiz Milli Qəhrəman Əliyar Əliyev oldu.
2. 851 saylı h/h-nin ilk komandiri Adil Həşimov.
3. 846 saylı h/h-nin ilk komandiri Aydın Şükürov.
4. 843 saylı h/h-nin ilk komandiri Dağbəyi Məhyəddinov.
5. 850 saylı h/h-nin ilk komandiri p-k Baba Axundov.Sonradan Nüsrət Namazov.
6. 706 saylı h/h-nin ilk komandiri p-k Balağa Rzayev. Sonradan Rasim Muxtarov.
Bəndəniz : ƏƏM Batalyonunda ilk olaraq, Şəhidimiz Milli Qəhrəman Əliyar bəy Əliyevlə təchizatçı; 851 saylı H/H də komandir müavini; 846 saylı h/h -nin komandiri ; 850 saylı h/h-nin Alayın komandir müavini ; 706 saylı h/h-nin, Briqadanın komandir müavini; Hərbi Hornizonun Komendantı oldu."

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Re: 706-cı briqadanın yaranma tarixcəsi.

#2 Сообщение GuneyAz » 19 ноя 2014, 00:24

Nazim bey, 703-cu barede zehmet olmasa melumat yazin.

Ответить

Вернуться в «Yaxın Tariximiz»