Quba- Qusar batalyonu 1992-ci ildə yaradılmış Quba könüllüləri rotasının(komandir Salman kişi) əsasında 1993-cü ilin oktyabrında Quba rayon prokuroru Əli Eyvazovun təşəbbüsü ilə yaradılmışdı(şəkildə mərkəzdə, kokardalı papaqdadı). Batalyonun hərtərəfli təhcizatında Qubanın “Vladimirovka” sovxozunun müdiri Qədir Paşayev(mülki geyimdədi, qara papaqda) və o zaman Quba rayonun İcra başçısı vəzifəsini icra edən Mirzəxan müəllim(fotoda kepkalı) yaxından iştirak etmişdilər.
Quba- Qusar batalyonunda əvvəl 490 nəfər könüllü Quba və Qusar rayonundan, sonra isə daha 100 nəfər Zaqatala rotasından(komandir Ramazan, soyadını öyrənə bilmədim, avar olub) ibarət olub. Quba- Qusar batalyonun komandiri peşəkar zabit Şahin Ələkbərov olmuşdu.
93-cü ilin noyabrında batalyon cəbhəyə, Xocavənd istiqamətinə göndərilmiş və 704-cü briqadanın tərkibinə daxil edilmişdi. 93-cü ilin dekabrında batalyon Xocavənd istiqamətindəki döyüşlərdə iştirak edib və Nərgiztəpə, Kaftartəpə yüksəkliklərini və Şiştəpənin ətəklərini ələ keçirib.
94-cü ilin martında batalyon Fizuli istiqamətinə keçirilib.
Quba- Qusar batalyonu 93-cü ilin sonu- 94-cü ilin ilk yarısının ən şiddətli döyüşlərində iştirak etmişdi. Qazilər bu batalyonu etibarlı və cəsur döyüşçülər kimi yad edirlər.
94-cü il may ayında bağlanan atəşkəsdən sonra ləğv edilənə qədər batalyon 90 nəfər Şəhid, 110 nəfər yaralı və 7 nəfər itkin düşmüş itkilər vermişdi.
Allah Şəhidlərimizə rəhmət eləsin.
QUBA-QUSAR BATALYONU
-
- ополченец
- Сообщения: 96
- Зарегистрирован: 03 сен 2013, 03:38
-
Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз
QUBA-QUSAR BATALYONU
- Вложения
-
- 1.jpg (166.48 КБ) 22698 просмотров