Страница 6 из 6

Re: Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

Добавлено: 16 авг 2026, 00:01
smersh70
Qubadlıda Mİ-24 vertolyotu vuran əsgər
Sonra o vertolyotu düzəldib, Qala aeroportuna apardılar

Re: Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)

Добавлено: 01 сен 2026, 02:00
smersh70
Bu gün Azərbaycanın səmasında dastan yazan, döyüş aviasiyamızın əfsanəvi pilotu və Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Sergey Murtuzəli oğlu Murtuzəliyevin anım günüdür.
Изображение

Sergey Murtuzəliyev Birinci Qarabağ müharibəsi başlayanda tərəddüd etmədən Vətənin müdafiəsinə atılan, Kürdəmir Hərbi Aviasiya Alayında köhnə qırıcı təyyarələri öz əlləri ilə təmir edib göylərə ucaldan əsl cəsur ürək idi. Hər kəs onu havaya qalxanda təyyarəsini səmada oynatmasından, özünəməxsus naxışlar vurmasından tanıyırdı. Onun səmada göstərdiyi bu cəsarət dostlarına güvən, düşmənin bağrına isə qorxu saçırdı. Düşmənə endirdiyi ağır hava zərbələri ilə onlarla işğalçını və hərbi texnikanı məhv edən Sergey, Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırdı.Vətən göylərinin bu məğrur qartalı, 30 avqust 1993-cü ildə təlim uçuşu zamanı qəhrəmancasına şəhid oldu və əbədiyyətə qovuşdu. Onun ömür yolu və göstərdiyi şücaət hər bir azərbaycanlı üçün qürur mənbəyidir
.Allah bütün Şəhidlərimizə və Şəhid olan Atama Rəhmət eləsin Ruhları şad olsun 😭😥😢🥀🥀🥀🥀