723 SAYLI BATALYONUN DÖYÜŞ YOLU

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Elbrus Vahidov
Новобранец
Сообщения: 5
Зарегистрирован: 21 окт 2014, 22:17

Поблагодарили: 3 раза

723 SAYLI BATALYONUN DÖYÜŞ YOLU

#1 Сообщение Elbrus Vahidov » 09 дек 2014, 22:12

Изображение

1992-ci ilin əvvəlllərində Füzuli rayonunda 3 yerli özünümüdafiə batalyonu var idi. Bunlar 814 saylı Füzuli özünü müdafiə batalyonunu (komandir Mobil Yusifov), 839 saylı Tuğ özünü müdafiə batalyonu (komandir Rasim İbrahimov) və 848 saylı Axullu özünü müdafiə batalyonu (komandir Zahir Həsənov) idi. 1992-ci ilin Martın əvvəllərində bu batalyonların əsasında komandir Əli Quliyevin komandanlığı altında 860 saylı alay yaradildi. Elə həmin ilin Mart ayında Bakı şəhərində 702 saylı briqada təşkil edildi və bu batalyonlar 702-ci briqadanin tərkibinə verildi. Aprel ayının 2-de Isa Qasımov briqada komandiri təyin olundu ve briqada Bakıda təşkil olunmuş 3 batalyonla daimi dislokasiya yeri olan Füzuli şəhərinə gəldi (sonralar briqadanın komandiri Emin Qasımov oldu). Bakıda təşkil olunan bu 3 batalyon 720 (komandir Akif Məmmədov), 721 (komandir Aybar Vəliyev) və 723 saylı batalyonlar (komandir Vahid Osmanov) idi.

723 saylı batalyon 1992 –ci ilin Mart ayında müxtəlif yaş qruplarından olan - aralarında məktəblilər, tələbələr, aspirantlar, müəllimlər, biznesmenlər olan könüllülərdən təşkil olunmuşdu. Batalyona Vahid Osmanovu komandir, Tofiq Ovçuyevi isə müavin (qərargah rəisi) təyin etdilər. 723 saylı batalyonun kəşfiyat komandiri hərbçilərimiz Hicran bəy, müavini isə Vahid bəy idi. Adətən batalyonların tərkibdə 300 nəfər adam olurdusa, 723 saylı batalyonda 850 nəfər döyüşçü var idi.
Könüllü döyüşçülər AMİP sədri Etibar Məmmədovun televiziya vasitəsilə xalqa müraciətlə Vətəni qorumaq haqqında çağırışından sonra batalyona gəldilər. 723 saylı batalyon faktiki olaraq Azərbaycan Milli Ordusunun ilk rəsmi bölüyü idi. Əvvəlcə könüllülər Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinin ərazisində hərbi hazırlıq keçirdilər. Ayın sonunda isə əsgərləri Qaraheybət təlim poliqonuna göndərdilər.

723 saylı batalyon öz kəşfiyyat əməliyyatlarını Qırmızıbazar, Veysəlli, Cəmilli, Çartaz və Divanalılar kəndləri ətrafında aparırdı. Tuğ istiqamətində kəşfiyyat əməliyyatı Akif Məmmədovun 720 saylı batalyonu, Martunidə isə Mobil Yusifovun 814 saylı Füzuli özünü müdafiə batalyonu tərəfindən aparılırdı.

1992-ci ilin mayında Şuşa və Laçın itiriləndən sonra oradakı əsgərləri əvvəlcə Füzuli rayonunun Qaraxanbəyli kəndinə, iki həftə sonra isə Qacar kəndinə göndərdilər. 723 saylı batalyonun qərargahı Qacar kəndində yerləşirdi və Divanalılar, Yağlıvənd istiqaməti batalyonun mudafiə ərazisinə daxil idi. 1993-cü ilin İyul ayına qədər batalyon Qacar kəndinde yerləşirdi. Qacar kəndi ermənilər tərəfindən işğal ediləndən sonra 1993-cü ilin İyul ayında batalyonun qərargahı Yağlıvənd kəndinə köçürüldü.

1992-ci ilin iyun ayında Müdafiə nazirliyinin Baş Qərargah rəisi Valeh Bərşadlı tərəfindən Əməliyyat İdarəsinə cəbhənin cənub istiqamətindəki vəziyyəti öyrənmək və hücum üçün əsas zərbənin hansı istiqamətdən vurmaq lazım olduğunu müəyyənləşdirmək haqqında tapşırıq verilir. Hazırlanan əməliyyat planına görə əsas qüvvələr Füzuli rayonunun Qacar kəndinin 8 kilometrliyində yerləşən Qırmızı Bazar qəsəbəsi istiqamətində hərəkət edərək bu yaşayış məntəqəsini erməni qüvvələrindən azad etməli idilər. Əsas məqsəd isə bu qəsəbədən keçən strateji əhəmiyyətli şimal – cənub magistral yolunu nəzarətə götürməkdən ibarət idi. Bu yol 1988-90-cı illərdə ermənilər tərəfindən dağlıq, meşəlik ərazidən çəkilmişdi və keçmiş Hadrut rayon mərkəzi də daxil olmaqla demək olar ki, rayonun bütün yaşayış məntəqələrini Xankəndi ilə birləşdirən yeganə yol olması ilə seperatçılar üçün olduqca həyatı əhəmiyyətli idi. Belə ki, həmin yol çəkilməmişdən əvvəl Hadrut qəsəbəsinə eləcə də bu ərazidəki digər yaşayış məntəqələrinə gedən yol yalnız Füzuli şəhərindən keçirdi .

Həmin vaxt ikinci bir hücum variantı da irəli sürülürdü. Belə ki, briqada komandiri ilə birlikdə Müdafiə Nazirliyinə çağrılan 23-cü divizyanın zabiti hücum əməliyyatının bütövlükdə Çartaz kəndi və keçmiş Martuni, indiki Xocavənd şəhəri istiqamətində aparılmasının daha məqsədəuyğun olduğunu bildirsələr də Baş Qərargah birinci qərarı qüvvədə saxlamışdı.

Kifayət qədər kəşfiyyat-müşahidə işləri aparılmadan, düşmənin real gücünü müəyən etmədən, döyüşən qüvvələri arasında lazımı səviyyədə rabitə əlaqəsi olmadan və əməliyyatda iştirak edəcək texnikaları texniki baxışdan keçirmədən qısa müddətə hazırlanan və keçirilən əməliyyat uğursuzluqla nəticələndi. Hücum zamanı nisbətən irəliləyə bilmiş 839 saylı batalyon “Dırbanabənd” deyilən ərazidə, Quruçayın üzərindən keçən körpüyə qədər yaxınlaşmışdı. Deyilən ərazidə açıq bir sahədə mövqe tutmuş tabor bir anın içərisində bütün istiqamətlərdən - sağ tərəfdən Zoğalbulaq kəndi, 1991-ci ildə işğal olunmuş Salakətin kəndi və Azıx kəndləri ərazisindəki yüksəkliklərdən, sol tərəfdən isə ermənilərin işğal etdikləri Fizuli rayonunun Üçbulaq kəndi və ermənilər yaşayan Çıraqüz kəndləri ərazisindəki yüksəkliklərdən güclü top və pulemyot atəşi altına düşür. 839 saylı batalyonun komandiri mayor Rasim İbrahimov ağır yaralanır və şəhid olur. Həmin döyüşdə göstərdiyi şücayətə görə batalyon komandiri Rasim İbrahimova Milli Qəhrəman fəxri adı verildi.

Çartaz istiqamətində hərəkət etməli və Martuni (Xocavənd) – Fizuli magistral yolunu nəzarətə götürməli olan 814 saylı batalyonun qarşıya qoyulan tapşırığı yerinə yetirə bilməməsi və itkilər verərək geri çəkilməsi də əməliyyatın gedişindəki ümumi uğursuzluğun bir hissəsi idi. Xırmancıq, Məlikcan kəndləri istiqamətində hücuma keçən 848 saylı batalyonun sürətli hərəkətlə atəş xəttinə qədər irəlliləməsi və düşmən mövqelərinə həmlələr etmək cəhdləri də bu əməliyyatın gedişinə əhəmiyətli təsir edə bilməzdi. Əməliyyat uğursuzluqla başa çatdı.

1993-cü ilin Noyabrın 10-da polkovnik Şair Ramaldanov 702 saylı briqadanın komandiri təyin edildi və Noyabrın 13-də 702 saylı birqada təlim keçmək, eyni zamanda yenidən komplektləşdirilmək üçün Seyfəli poliqonuna aparıldı. Briqada Seyfəli poliqonunda təlimdə olarkən onun müdafiə mövqelərini Daxili Qoşunların və 777 saylı hərbi hissənin döyüşçüləri qoruyurdu. 1993-cü ilin Dekabr ayının ortalarında briqada Seyfəli poliqonundan Füzuli rayonuna qayıtdı və həmin ərəfədə polkovnik-leytenant Vahid Osmanov 702 saylı briqadanın komandir müavini təyin edildi. 723 saylı batalyon 1-ci tabor kimi 702 saylı briqadanın tərkibinə daxil edildi (komandir Elnur Məmmədov). Bu batalyon 1994-cü il Yanvarın 4-də I Qarabağ savaşında Milli Ordumuzun sonuncu uğurlu hərbi əməliyyatı olan Horadiz əməliyyatında iştirak etdi və nəticədə Horadiz qəsəbəsi də daxil olmaqla Füzuli rayonunun 22 kəndi, o cümlədən 30000 hektar dağlıq ərazisi erməni işğalından azad edildi.

пахан
партизан
Сообщения: 334
Зарегистрирован: 10 мар 2017, 10:21
Откуда: оттуда

Благодарил (а): 1 раз
Поблагодарили: 89 раз

Re: 723 SAYLI BATALYONUN DÖYÜŞ YOLU

#2 Сообщение пахан » 11 дек 2017, 19:49

Elbrus Vahidov писал(а):Изображение

мужик с биноклем это раис шабакаев окресности села тодан геранбой

Ответить

Вернуться в «Yaxın Tariximiz»